İnsanların həyatı Səhiyyə nazrliyi üçün bu qədər dəyərsizdir? - VİDEO
Aylardır ki, Səhiyyə Nazirliyi həkimlərin və xəstəxanaların qanunsuz əməlləri barəsində qanuni tədbir görmək əvəzinə sadəcə susur...

Görəsən niyə?

Yoxsa Akademik Zərifə xanım kimi bir dahi şəxsiyyətin adına xəyanət edib, rüşvətxorluq yuvasına çevrilən Milli Oftomologiya Mərkəzində həkimlərin pensiya almaq üçün əlillik dərəcəsi olan diaqnozu pulla satmasından, müayinə üçün vətəndaşlardan pul tələb edilməsindən özü də xəbərdardır və durumdan o, da yararlanır deyə susur?

Belə deyilsə, niyə Samux rayon Qarayeri qəsəbə sakini Əjdər Məmmədovun həyat yoldaşı - anadangəlmə görmə qüsurlu Gülxanım Məmmədovadan tələb edilən, alınan 1800 (min səkkiz yüz) manat rüşvətə dair səs yazıları, yazışmalar belə təqdim etdiyimiz halda nazirlik susdu?

Güya araşdırıb, vətəndaşın iddialarının təsdiqini tapmadığını deyərək, iki cümlə ilə vətəndaşı da, medianı da yola verdilər, vəssəlam.

Ardından, Ağcabədi rayon Avşar kənd sakini Alimə xanımın qızının və iki nəvəsinin Tibb Universitetinin tədris-cərrahiyyə klinikasında qanköçürmə yolu QİÇS-ə yoluxduqları barəsindəki iddiaları da Səhiyyə Nazirliyi sözün əsl mənasında "qulaqardına vurdu" və cavabdeh olan heç kimsə cəzalandırılmadı. Halbuki, bütün bunlar ciddi araşdırılmalı və qanun çərçivəsində həll olunmalı məsələlərdir, çünki, söhbət insanların həyatından gedirdi.

Hələ Azərbaycan Tibb Universitetinin Onkologiya klinikasında qeydiyyatdan tutmuş, müayinə - müalicə üçün xəstələrdən alınan pulları, Milli Onkologiya Mərkəzində xəstələr üzərindən bazarlığı və sair demirik.

Təqdim etdiyimiz məlumatların hər birinə dair !DogruXeber.az" olaraq faktlar təqdim etdiyimizə baxmayaraq, hər dəfəsində Səhiyyə Nazirliyi doğru olmadığı cavabını verdi.

Görünür, vətəndaşların sosial şəbəkələrdə yazdıqları, yaxud el arasında dedikləri, - "Nazirliyin hər şeydən xəbəri var, hesablarını alırlar, gözlərini yumurlar" cümləsi heç də boşuna deyilməyib.

Bütün bunlardan əlavə, 3 aydır Sabunçu rayon Sabunçu qəsəbə sakini Əliyeva Vüsalə Şəmsəddin qızının 19 yaşlı qız övladını əməliyyat edən Modern Hospitalının həkimi Elvina Səlimova və yanlış diaqnoz qoyaraq ailəni sarsıdan, eləcə də yeniyetmə qızın yanlış müalicə almasına səbəb olan Memorial hospitalı barəsində verdiyimiz məlumatlara da Səhiyyə Nazirliyi susur.

Bundan əlavə, tərkibi bəlli olmayan preparatlar tətbiq edərək, Vüsalə xanımın səhhətində problemlər yaranmasına səbəbkar olan "kosmetoloq" Günel xanımla bağlı məlumatlara da nazirlik göz yumdu.

Halbuki, nazirliyin məsul əməkdaşları özləri Vüsalə Əliyevanı dəvət edib, dinləyib, adı çəkilən hər iki hospitalın və Elvina Səlimovanın belə bir xəstəni qanunsuz olaraq qəbul etdikləri üçün barələrində mütləq tədbir görüləcəyini, həmçinin özünü kosmetoloq kimi təqdim edən Günel adlı xanımın heç bir tibbi təhsilinin və aidiyyatı qurum tərəfindən icazə sənədinin olmadığını demişdilər.

Lakin, hər iki özəl hospital, ixtiyarı olmadığı halda (nazirlik əməkdaşının sözlərinə görə) yeniyetmə qızı əməliyyat edən Elvina Səlimova və tibbi təhsili olmayan "həkim-kosmetoloq" Günel adlı xanım bu gün də fəaliyyətlərinə maneəsiz şəkildə davam edirlər.

Sual yaranır, Səhiyyə Nazirliyi hansı maraqlar xatirinə onların qanunsuz əməllərini ört-basdır edir?

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

 
 
 

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti