Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Siyasətdə məşhur söz var - xalqın necə yaşadığını bilmək üçün onun soyuducusuna baxmaq lazımdır. Bu vaxt millətin mədəsini və güzəranını soyuducu güzgü effekti ilə qaytaracaq. Azərbaycan isə neft-qazla zəngin, Şərqlə Qərbin arasında körpü olan tranzit bir ölkədir, logistika cəhətdən gəlir gətirən coğrafiyada yerləşir. Di gəl, çi fayda?! Bu iqtisadi dividendlərin nəticələrini xalqın soyuducusunda görmək olarmı? Əlbəttə, yox! Azərbaycan xalqı yeraltı sərvəti olmayan ölkələrin əhalisi ilə müqayisədə daha varlı yaşamalıydı. Hətta inkişaf etmiş Qərb dövlətləri bir yana, heç olmasa Küveyt, Qətər ola bilərdi. Amma Azərbaycan Nigeriyanın vəziyyətindədir. Bununla belə, parlamentdə gedən büdcə müzakirələri zamanı deyilən deputatların dediyi fikirləri eşidəndə adamın əli lap üzündə qalır. Onların çıxışlarını eşidəndə adam deputatların yerinə qızarır, amma millətin bəzi vəkilləri qətiyyən xəcalət çəkmirlər. Elə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də parlamentin üzvlərindən geri qalmır, elə danışır, elə danışır, sanki xalqın borcu var. Bir minnət qoyurlar, bir borclu çıxarmağa çalışırlar ki, deyərsən, xalq yalandır, məmurlar, deputatlar düz. İntəhası, son müzakirələr zamanı bir sıra diqqət çəkən məqamlar oldu: xüsusən də nazir Sahil Babayevin fəaliyyətinə yönəlik çıxışlar ikiyə haçalandı. Bir tərəf naziri möhkəm tənqid etdi, bir tərəf isə onu yüksək səviyyədə müdafiə etdi, eləcə də spiker Sahibə Qafarova nazirə sahib çıxdı. Anaxeber.info bildirir ki, tənqidlər son dərəcə sərrast idi. Məsələn, deputat Siyavuş Novruzov hamının çoxdan dediyini dilə gətirdi və dedi ki, özünüməşğulluq proqramı çərçivəsində fermerlərə verilən inəklər arasında xəstə heyvanlar olur, onlar da ölürlər. Ardınca həmkarı Səyyad Salahlı vurğuladı ki, Qarabağ veteranına verilən 80 manat müavinət nəinki azdır, hətta ayıbdır. Əlbəttə, bu reallıqlar çoxları tərəfindən dəfələrlə deyilib. Amma bu dəfə danışan iqtidarın deputatları, hakim partiyanın siyahısından parlamentə düşənlər idi. Doğrudur, sonra Səyyad Salahlı anladı, yaxud ona anlatdılar ki, belə danışmaqla barıtı çox edib, ona görə büdcə müzakirələrinin ertəsi günü "səhvi"ni düzəltməyə çalışdı, qeyd elədi ki, əhali yaxşı yaşayır, hətta belə də danışdı - xırda-mırda problemlər var. Spiker Sahibə Qafarova da ona "göz vuraraq" dedi ki, Səyyad müəllim, siz də problemləri qlobal səviyyədə təqdim etməyin, xırda-mırda şəkildə çatdırın. Bütün hallarda, hər iki deputat nazir Babayevin korrupsioner, yarıtmaz fəaliyyətini ifşa etmişdilər, sonradan deyilənlər isə malalamaq məqsədi daşıyır. Amma müşahidələr göstərir ki, Sahil Babayev parlamentdə təklənmədi, onun müdafiəsinə qalxanlar da oldu, xüsusən də parlamentin sədri onu müdafiə etdi. Bəzi təhlilçilərə görə, parlamentdə nazir Babayevi tənqid və tərif edənlərin ikiyə bölünməsi hakimiyyət daxilindəki qrupların toqquşmasından xəbər verir. Hərçənd, bu çıxışlardan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yoxlamalar aparılmalı, müavinətlərin verilməsi, əlillik dərəcələrinin təyin olunması, verilən heyvanların xəstə olması və ölməsi, qazilərə verilən pulun azlığı barədə hökumətdə bir hərəkətlilik olmalı idi. Amma görünür ki, nazir Sahil Babayevi qoruyan və müdafiə edən qrup daha güclü çıxdı. Yəni yola onunla davam edilməsi mümkündür. Hərçənd, parlament tribunasından Babayev ciddi şəkildə "vuruldu" və ölkənin siyasi rəhbərliyi bu nazirlikdə nələr baş verməsini məhz deputatların dilindən eşitdi. Ümumiyyətlə, ölkədə ən çox narazılıq doğuran, ilk gündən ən çox şikayətlər olan, rüşvət, barəsində ən çox korrupsiya, yeyinti faktları ortaya qoyulan qurum ƏƏSMN-dir. İndiyə qədər qazilərin çoxsaylı şikayətləri, nazirlik önündə etirazları, vətəndaşların ünvanlı sosial yardım və özünüməşğulluq proqramları barədə açıqladığı faktlar sübut edir ki, kütləvi narazılıq mövcuddur. Sosial təminat sahəsində vəziyyətin bərbad olduğu göz qabağındadır. Amma büdcədən ən az xərclər də sosial sahəyə yönəldilir. Halbuki büdcə sosialyönümlü olmalıdır, əhalinin təminatı aşağıdır, gəlirləri az, xərcləri çoxdur, hər şey bahalaşıb və məmurların bərq vuran malikanələri, milyonluq maşınlarının altında inildəyən kasıb təbəqənin narazı olması təbiidir. Ona görə hökumət postmüharibə dövründə sosial təminat sahəsində genişmiqyaslı iş aparmadı. Axı veteranlara verilən 80 manat bir ortabab məmur üçün heç ayaqqabı pulu deyil. Bu da sosial narazılığı artırır. İndisə parlamentdə deputatların bu faktları deməsi göstərir ki, reallıqları təkcə media, siyasətçilər görmürdü, hakimiyyət də bilir, qanunverici orqanın üzvləri də, nazir Babayev də... Amma bu dəfə də onu qorumağa çalışdılar. O zaman varı ölkənin kasıb vətəndaşı kimi yaşamağa davam...


Azər Talıbov

Anaxeber.info
 
 

 


Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti