Göyçayda Şəhadət kənd sakininin pay torpağına göz dikən vəzifəli şəxslər kimlərdir – MÜRACİƏT
Göyçay rayonu Şəhadət kənd sakini Yusifov Mətləb Rəhim oğlu tərəfindən başda Prezident İlham Əliyev olmaqla bir sıra aidiyyatı dövlət qurumlarının rəhbərlərinə üzləşdiyi problemlə bağlı müraciət ünvanlanıb.
Bir nüsxəsi də Aktualinfo.org-a daxil olan məlumatda deyilir:
Bizim ailəyə məxsus Göyçay rayonu Şəhadət kəndində yerləşən 0,50 ha torpaq sahəsini zorla qanunsuz olaraq əlimizdən almaq istəyirlər. Hansı ki, həmin torpaq sahəsini 1996-cı il tarixdən biz istifadə edirik və 1999-cu il tarixdə bələdiyyə tərəfindən mənim istifadəmə verilmişdir.
Aqrar İslahat zamanı bizim ailəyə verilmiş 0,78 ha torpaq sahəsi əkinə yararsız olduğu üçün həyətyanı torpaq sahəmin yaxınlığında olan 0,50 ha torpaq sahəsini əkib becərmişəm. 1999-cu il tarixdə Azərbaycan Respublikasında Bələdiyyələr yarandıqdan sonra Göyçay rayonu S.Vurğun adına Yerli Aqrar İslahat Komissiyasının 05 iyun 1999-cu il tarixli 4 saylı qərarı ilə bizim ailəyə verilmiş 0,78 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətində saxlanılmaqla 0,50 ha torpaq sahəsi bizim ailənin istifadəsinə verilmişdir. Biz həmin 0,50 ha torpaq sahəsinin üzərində nar bağı salmışıq qulluq edib hər il məhsul götürüb satıb ailəmizi dolandırırıq.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnsitutunun Göyçay Dayaq Mənətəsi həmin torpağın onlara məxsus olmasını qanunsuz əsas gətirərək əlimizdən almaq istəyir. Hansı ki, həmin 0,50 ha torpaq sahəsi heç vaxt Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnsitutunun Göyçay Dayaq Mənətəsinə məxus olmayıb dövlət torpağı olub və 1999-cu il tarixdə bələdiyyənin mülkiyyətinə, həmin tarixdən isə qərarla mənim istifadəmə verilib. Buna dair sənədlər var. Hansısa iş adamı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnsitutunun Göyçay Dayaq Mənətəsinə məxsus 100 hektar torpaq sahəsini istifadəyə götürüb gözləri doymadığı üçün mənim istifadəmdə olan 0,50 ha torpaq sahəsinidə ələ keçirmək istəyir.
Təxminən 2-3 il əvvəl ölkə üzrə elektron kadastr planı hazırlanan zaman bəzi vəzifəli şəxslər şəxsi və bələdiyyə mülkiyyətində olan torpaqların bir hissəsini Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnsitutunun Göyçay Dayaq Mənətəsinin balansına keçriblər.
Bu açıq aşkar quldurluq, vəzifə cinayəti mülkiyyət əlehinə terror hesab edilir. Əvvəl dövlətə sonra isə bələdiyyəyə məxsus olan 0,50 ha torpaq sahəsi necə ola bilər ki, 30-40 ildən sonra Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnsitutunun Göyçay Dayaq Mənətəsinin mülkiyyətə keçirılir ?
Bir neçə vəzifəli şəxslərin cinayət əməlləri nəticəsində bizim ailənin çörək yeri olan 0,50 ha nar bağının ələ keçirilməsi bir ailənin aclıqdan məhv olması deməkdir.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan xahiş edirəm bizə kömək edin imkan verməyin ki, işbazlar saxtakarlıqla qanunsuz olaraq istifadəmizdə olan 0,50 ha nar bağını ələ keçirsinlər, həmin torpaq Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnsitutunun Göyçay Dayaq Mənətəsinə aid deyil cinayət yolu ilə sənəd tərtib edilib.
c59c2ad2-dfa3-47e9-a744-394a1c216fe8.jpg
Aktualinfo.org
 
 
 

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti