Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video
Bakının Xətai rayonu, Sadıqcan küçəsindən keçən su kəmərinin üzərində obyekt tikildiyi bildirilir...

TEREF Pravda.az-a istinadən xəbər verir ki, təhlükəli vəziyyət yaradan tikili eyni zamanda piyada səkisini də zəbt edib.

Məsələni araşdırmaq üçün saytımız tərəfindən Xətai Rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatına sorğu ünvanlanıb.

Xatırlatma: Xətai Bakıda qeyri-qanuni tikililərə görə ən çox adı hallanan rayondur. RİH əməkdaşları isə mətbuata açıqlamalarında tikililərin mülkiyyət sənədlərinin olduğunu bildirirlər. Qeyd olunur ki, COP29 ərəfəsində obyektlərdə təmir-bərpa işləri həyata keçirilir. Vətəndaşlar isə qeyd edirlər ki, sahibkarlar yaranmış vəziyyətdən sui-istifadə edirlər, səkiləri, dayanacaqları zəbt edirlər, rayon rəhbərliyi isə tədbir görmür. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də RİH-in "qanunidir" dediyi bəzi obyektlərlə bağlı "qanunsuzdur" cavabını verir.
1725374456_2.jpg
Qeyd: 2024-cü ilin iyul ayında Bakı Şəhər İcra Hakimiyyətində paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə keçirilən geniş müşavirədə Xətai RİH başçısı Rafiq Quliyevə ciddi xəbərdarlıq edilmişdi. Buna səbəb qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olması idi. Avqustun 21-də növbəti dəfə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxt Rayonları İcra Hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə bundan əvvəl Xətai RİH ilə birgə xəbərdarlıq alan Binəqədi və Yasamal rayonlarında pozitiv dəyişikliklərin müşahidə edildiyi bildirilsə də, Xətainin adı çəkilməyib. R.Quliyev 1997-ci ildən RİH-də çalışır. Həmin illərdə o, ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifələrində çalışıb. 21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək başçının müavini, 2013-cü il dekabrından 12 noyabr 2019-cu il tarixədək başçının 1-ci müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli müvafiq Sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

 
 
 

Bölmənin digər xəbərləri

17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...

Dünyapress TV

Xəbər lenti