Bakının mərkəzində basqın:
"Gold Residence" adlı MTK şirkəti Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsindəki qəzalı vəziyyətdə olan beşmərtəbəli binanı söküb, ərazini almaq istəyir. Ancaq bina sakinləri buna etiraz edirlər.
Problemlə əlaqədar yerli sakinlər redaksiyamıza müraciət ediblər. Onların dediyinə görə, bu evlərin qarşılığında şirkət onlara 15 min manat pul təklif edir, ya da 14-15 kv. metrlik evlər verir. Həmin evlər də şəhərdən kənarda yerləşən Bakı kəndlərindədir. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət olunsa da, "baxılacaq" deyilib, amma hələ də baxılmayıb. Vətəndaşların qazını, suyunu və işığını kəsiblər, axşamlar da gəlib evdən çıxmaları üçün hədə-qorxu gəlirlər. Bina 30 ilə yaxındır qəzalı vəziyyətdədir, bu barədə həmin illər ərzində FHN-dən heç bir sənəd verilməyib:

"...Amma şirkət əraziyə yerləşib, köhnə binaların ortasında bir otel tikəndən sonra gözü bu binalara düşüb və FHN-dən onların qəzalı vəziyyətdə olması ilə bağlı "tezbazar" sənəd ala bilib. İndi həmin sənədi əsas gətirərək, bizdən bu binanı təcili tərk etməyimizi tələb edirlər. Kişilərimizlə, cavan oğlanlarla burda dava-qırğına, şillə-təpiyə çıxırlar, zor tətbiq edirlər, gecənin bir vaxtı gəlib, hədələyirlər ki, "səhər evi boşaldın!". Bizə 14-15 kv. metrlik evlər təklif edirlər, halbuki, pilot layihələrdə 56 kv. metrdən aşağı ev yoxdur. Suyumuzu, qazımızı, işığımızı kəsirlər. Bu binada ikili vətəndaşlığı olan sakinlər də yaşayır. Onlara deyirlər ki, "Azərbaycandan imtina et, get, Rusiya səni qəbul etsin". Bu şirkətin rəhbəri adını "Hacı" qoyub. Biz bilmirik, hacılıq bunun baş daşındadır, yoxsa əməlində? Əgər burdan köçürüksə, 45 kv. metr bizim haqqımızdır. Burdakılar 128-ci və 130-cu küçələrdəki binanın sakinləridir. Toplasan, burda 50 nəfər var. Zəhmət çəksinlər, haqqımızı versinlər",- deyə, məhəllə sakinləri şirkət nümayəndələrinin davranışından şikayət ediblər.

Məsələ ilə əlaqədar "Gold Residence"in (Digər adı ilə "İmişli MTK") rəsmi nümayəndəsi ilə əlaqə saxlsaq da, şirkətin mövqeyi ilə bağlı redaksiyamıza açıqlama verməkdən imtina etdi. "Vüsal müəllim" adlanan şəxs bizi şirkətin ofisinə dəvət edib, məsələ ilə əlaqədar "təklikdə özəl" söhbət etməyi təklif etdi. Bu təklifin qanundankənar olduğunu bildirsək də, "sizi belə adi zənglə tanıya bilmərəm, gəlin, ofisdə söhbət edək" deyib, açıqlama verməkdən imtina etdi. Şirkətin rəhbəri olduğunu iddia edən Vüsal müəllimə məhəllə sakinlərindən bir neçə nəfərlə şirkətə gəlib, məsələni müzakirə etməyi təklif etsək də, yenə də müsbət cavab ala bilmədik.

Bina sakinlərinin müraciəti üzrə ərazidən çəkdiyimiz görüntüləri təqdim edirik. Qarşı tərəfin mətbuat etikasına zidd təklifləri istisna olmaqla, məsələ ilə əlaqədar verəcəkləri açıqlamanı dərc etməyə hazırıq.

Problemlə bağlı hüquq-mühafizə orqanlarının hərəkətsizliyi barədə də araşdırma aparmaq üçün müvafiq qurumlara sorğu verəcək və nəticəsi barədə oxucularımızı məlumatlandıracağıq.

Mətin Şükürlü, Bizimyol.info
 

Bölmənin digər xəbərləri

17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...

Dünyapress TV

Xəbər lenti