Səttar Möhbalıyevlə bağlı İLGİNC İDDİALAR
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) heç kəsin işinə yaramadığını, heç bir işçinin sınan barmağına bir zad eləmədiyini uzun illərdir yerli mətbuatımız yazır. Amma nə olsun ki, bu Səttar Möhbalıaev və onun çox saylı “həmkarları” üçün heç bir şey dəyişmir.

Səttar Möhbalıyaev Azərbaycanda 19-cu əsr qaydaları ilə istismara məruz qalan işçilərin güya hüquqlarını qoruyan baş “sendikaçı” rolunu ifa etsə də, bu günə qədər heç kim nə onun, nə də hər ay işçilərdən milyonlarla manat üzvlük haqqı toplayan “Həmkarlar”ının adından işçilərin haqqlarının müdafiəsi üçün bir bəyanat deyil, bir çürük söz belə eşitməyib. Bu də təbiidir. Çünki 30 ilə yaxındır ki, Səttar Möhbalıyevin başı “həmkarlar”ının onun üçün işçilərdən məcburi qaydada topladığı pulları “xırıd” eləməyə qarışıb. Pul o qədər çoxdur ki, Səttar müəllim vaxt tapıb işçi ilə filanla maraqlana bilmir... Əsas məsələ o pulları yerbəyer eləməkdir. Mətbuatın yazdığına görə Səttar müəllim o pulları uğurlu bir şəkildə xaricdə və ölkədə yerbəyer edib...

Ancaq Səttar müəllimin “biznesi” təkcə istər dövlət, istərsə də özəl sekterda çalışan işçilərin hüquqlarının kütləvi şəkildə pozulmasından qazanılan pullar deyil. Cənab Möhbalıyev həm də işçilərin dincəlmək və müalicə olunmaq hüquqlarından da milyonlar qazanır...

Qeyd edək ki, Azərbaycanın baş “sendikaçısı” həm də çox saylı sanatoriyaların da tam hüquqlu sahibidir. Bu axmaq ənənə sovet dövründən qalıb. Yəni sovet dönəmində həmkarlar ittifaqı həm də işçinin dincəlməsindən məsuliyyət daşıyırdı və 30 illik müstəqillik dönəmində bu da dəyişməyib və elə o vaxtdan qalan sanotoriyalar da Səttar müəllimin ata malına çevrilib.

Ona görə Səttar müəllimin ata mülküdür deyirik ki, cənab Möhbalıyev əlini “Quran”ın üstünə qoyub and içə bilməz ki, bu 30 ildə o, hansısa işçini qarşılığını almadan sanatoriyaya yollayıb. Ümumiyyətlə bizə çatan məlumatlarda bildirilir ki, qarşlıqsız sanatoriya yollanışı əldə etmək üçün hansısa yüksək vəzifəli biri Səttar müəllimə ağız açıb minnəıtçi düşməlidir. Olmasa hansısa işçinin sanatoriyanın yolunu tanıması imkansız bir şeydir. Təbii ki, hansısa yüksək vəzivəli şəxs də Səttar müəllimdən hansısa işçinin xahişini eləmir. O üzdən də sovet dönəmindən fərqli olaraq, əsil işçilər də bu 30 ildə sanatoriya yolunu tanıya bilməyiblər.

Bu arada 30 ildir “həmkarlar”ın patronu olan Səttar Möhbalıyev bir zamanlar sabiq MTN şefi Eldar Mahmudovla bir can-qəlb içində olub. Eldar müəllimin gründüyü ictimai yerlərdə, toyda bayramda həmişə Səttar Mehbalıyev onun məiyyəti içində yer alıb, hətta qol-qola görünüblər. Eldar müəllimin Səttar müəllimi niyə çox sevməsinin isə öz səbəbləri var. Mahmudov və “dəstəsinin” ifşasından sonra isə Möhbalıyevi “edam kötüyünə” gedən yoldan qudası Əli Həsənov xilas edib. Lakin Əli Həsənovun da iflasından sonra Möhbalıyev havadan asılı qalıb. Hətta deyilənə görə sudan çıxarılan balıq kimi nəfəs almaq üşün çox zəhmətlər çəkib. Deyilənə görə Səttar Möhbalıyev çox çətinliklə də olsa özünü Naxçıvanın sədri Vasif Talıbovun çətiri altına sala bilib. Bunun üçün də 100 minlərlə işçinin üzvlük haqqını qurban verməkdən də çəkinməyib. Çünki qaz gələn yerdən toyuq əsirgənilməz... (Replika TV)

 

Bölmənin digər xəbərləri

17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...

Dünyapress TV

Xəbər lenti