Mirəli Seyidv 1-dəki özbaşınalığı GİZLƏTMƏK İSTƏSƏLƏR DƏ...
Yasamal rayonu Mirəli Seyidov küçəsi 1 ünvanında yerləşən yaşayış binasının qarşısında ağaclar kütləvi kəsilib. Bu barədə mətbuatda dərc edilən məlumatlardan sonra Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb və bir neçə ağacın kəsildiyi faktı təsdiqini tapıb.

AzFakt.com xəbər verir ki, Yasamal rayonu Mirəli Seyidov küçəsi 1 ünvanında ağacların kütləvi kəsilməsi mətbuatda işıqlandırıldıqdan sonra Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin hərəkətə keçməsi birmənalı qarşılanmayıb. İddiaya görə ərazidə baş verən ağac kəsilməsindən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən və paytaxt rayonlarındakı yaşıllıqlara cavabdeh qurum olan Yaşıllaşdırma Təsərrüfatı Birliyi xəbərdar olub.

Məlumata görə Yaşıllaşdırma Təsərrüfatı Birliyi Mirəli Seyidov 1 ünvanındakı yaşayış binasının birinci mərtəbəsini obyekt etmək istəyən Həbib Əliyev adlı sahibkara kömək edərək hadisəni gizlətmək istəyiblər. Ancaq məsələ sosial şəbəkədə və mətbuatda ictimailəşəndən sonra köməklik göstərə bilməyiblər.

Sosial şəbəkələrdə aparılan müzakirələr zamanı isə bəzi şəxslər payızda Azərbaycanda keçiriləcək COP29 tədbiri öncəsi təbiətə qarşı bəzi işbazların törətdikləri qanunsuz əməlləri təxribat kimi dəyərləndirib.

Qeyd edək ki, Yasamal rayonunda qanunsuz tikintilərlə bağlı mətbuatda çoxsaylı xəbərlər dərc edilməkdədir.

Xatırladaq ki, cari ilin iyul ayının 10-da Bakı Şəhər İcra Hakimiyyətində paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Yasamalda görülən təmir işlərinin müzakirəsi zamanı ərazidə yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olması ilə əlaqədar xüsusilə Yasamal RİH başçısı Elşad Həsənova ciddi xəbərdarlıq edilib və qısa müddət ərzində bu sahədə dönüş yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Mirəli Seyidv 1-dəki özbaşınalığı GİZLƏTMƏK İSTƏSƏLƏR DƏ...
Mirəli Seyidv 1-dəki özbaşınalığı GİZLƏTMƏK İSTƏSƏLƏR DƏ...
Mirəli Seyidv 1-dəki özbaşınalığı GİZLƏTMƏK İSTƏSƏLƏR DƏ...
Mirəli Seyidv 1-dəki özbaşınalığı GİZLƏTMƏK İSTƏSƏLƏR DƏ...
Mirəli Seyidv 1-dəki özbaşınalığı GİZLƏTMƏK İSTƏSƏLƏR DƏ...
 

Bölmənin digər xəbərləri

17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...

Dünyapress TV

Xəbər lenti