b_400_300_16777215_00_http___deryaz.az_wp-content_uploads_2024_07_IMG_20240707_192137-1024x998.jpgb_400_300_16777215_00_http___deryaz.az_wp-content_uploads_2024_07_IMG_20240707_192345-1024x990.jpg

Sabunçu Rayon İcra Hakimiyyətinin və “Balaxanı OYL” – un səlahiyyətli nümayəndələri bayram günlərində də qanunsuz əməllərlə məşğuldurlar

b_400_300_16777215_00_http___deryaz.az_wp-content_uploads_2024_07_IMG_20240707_192405-674x1024.jpg

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesində şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində xüsusi mülkiyyətdə olan obyektin yenidənqurması faktı aşkarlanıb. 

Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tikinti işləri dayandırılıb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət edilib.

Əslində isə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin bu müstəvidə görəcəyi işlər çoxdur. Hətta o qədər çoxdur ki, nəzəri cəhətdən hətta idarənin əməkdaşlarının sayı yetərli olmaya bilər. Bu işin öhdəsindən gəlmək üçün medianın aşkarladığı faktlara diqqət yetirilməsi gərəkdir. Məsələ burasındadır ki, yerlərdə sözügedən İdarəyə tərəf müqabili kimi çıxış etməli olan digər dövlət orqanları və yerli özünüidarəetmə qurumları (bizim misalda dövlət mülkiyyətində olan torpaqların zəbt edilməsinin qarşısının alınmasına mükəlləf sayılan rayon icra hakimiyyətləri, onların yerlərdəki nümayəndələri, torpaq mülkiyyətçisi olan bələdiyyələr, neft çıxarılan ərazilərə nəzarət edən ARDNŞ və s.) nəyinsə qarşılığında neqativ hallara göz yumurlar.

Məsələn, Sabunçu Rayon İcra Hakimiyyətinin və “Balaxanı OYL” – un səlahiyyətli nümayəndələri bayram günlərində də qanunsuz əməllərlə məşğuldurlar. Onlar qanunsuz tikililərə qarşı mübarizə adı altında hətta bayram günlərində də reydlər edib neqativ halları aşkarlayırlar. Ancaq bu aşkarlama qanunsuzluğun qarşısının alınması ilə müşayiət olunmur. Belə ki, qəsəbədəki “Bolmart” ticarət mərkəzinin arxasındakı icazəsiz “yenidənqurma” davam etməkdədir.

Dəryaz qəzetinə məlumat verən mənbə onudabildiir ki, həmin ünvanda qanunsuz “yenidənqurma” işini Sabunçu RİH-nin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin sədri Fərid Məmmədəliyev həyata keçirir. Biz onunla telefon əlaqəsi saxlayıb məsələyə münasibət bildirməsini istədik. İlk əvvəl, obyektin ona aidiyyəti olduğunu inkar etsə də, sonradan obyektin onun şəxsi əmlakı olduğunu etiraf etdi, gördürdüyü işlərin də qanuni sənədlər əsasında həyata keçirdiyini bildirdi. Təbii ki, bizə icazə sənədi göstərməyə özünü borclu bilmədi. Söhbət o Fərid Məmmədəliyevdən gedir ki, xeyli müddət Bakı ŞİH-nin Sabunçu rayonunda qanunsuz tikinti işlərinə nəzarət üzrə kuratoru işləyib və əslən Qubadlı rayonundan olan həmyerlisi Sabunçu RİH-nin başçısı Adil Vəliyevin özbaşına tikilələrdən “şirinlik” toplamaq üzrə “sağ əli” funksiyasını yerinə yetirib. O Fərid Məmmədəliyev ki, əmisi-qaynatası nəhəng bir istehsal müəssisəsinin direktoru kimi böyük nüfuza malikdir, ARDNŞ ərazisində böyük ticarət mərkəzləri, Zabratdan üzü Pirşağıya gedən yolun sağ tərəfində böyük daş bazarı vardır. Beləliklə, keçmiş “xidmətlərinə” görə Adil Vəliyev tərəfindən mükafatlandırılaraq qəsəbə icra nümaəndəsi vəzifəsinə təyin olunan Fərid Məmmədəliyev vaxtilə vəzifə kimi icra etdiyi “qanunsuz tikilələrə qarşı mübarizə” işinə o qədər aludə olub, o işdə o qədər xeyir görüb ki, indi  özü qanunsuz işlərlə məşğuldur.

Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq..

Mövzunu iqqətdə sxlayacağıq.

Deryaz.az

Bölmənin digər xəbərləri

18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir

Dünyapress TV

Xəbər lenti