Biləsuvarda Prezidentin tövsiyyələrindən hələ də bir nəticə çıxara bilməyiblər
2020-ci ilin aprelində Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin DTX-nin həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunmasından sonra məlum oldu ki, o vəzifəli şəxs olaraq şəxsi maraqları naminə vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərə yol verib.

Odur ki, elə həmin il Biləsuvar rayon İcra Hakimiyyətinə yeni başçı təyin edildi. Prezidenti İlham Əliyev Faiq Qürbətovu Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman xatırlatdı ki, “Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar.”

Avqustda Faiq Qürbətovun Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı təyin olunmasının 4 ili tamam olacaq. Elə ölkə başçısının təbirincə desək Faiq Qürbətovun başçılıq etdiyi rayonda qanunları hələ də pozurlar.

Aktualinfo.org -un Biləsuvar rayon İcra Hakimiyyəti Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatı tərəfindən keşirilmiş kotirovka sorğusu proseduru ətrafında apardığı araşdırmada bir çox şübhəli məqamlar məlum oldu.

Belə ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatı tərəfindən 29.03.2024-cü il tarixində tullantı konteynerlərinin satın alınması barədə keçirilmiş kotirovka sorğusunda iştirak edən AZ4914, SAATLI RAYONU, ƏLİSULTANLI, ƏLİSOLTANLI, EV 1, MƏNZİL 23 ünvanında qeydiyyatda olan”Saffira Plus” MMC (VÖEN:6701559471) 19 540.80 AZN məbləğində qiymət təklifi vermiş və satınalma komissiyası tərəfindən qalib elan edilmişdir. Əlavə olaraq qeyd edək ki, “Archimed” və “Bakı Universal Maşınqayırma” MMC-ləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1.1-ci maddəsinə əsasən satınalmadan kənarlaşdırılmışdır. Qeyd edilənləri nəzərə alaraq “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq 21.05.2024-cü il tarixinədək gözləmə müddəti təyin olunmuşdur. (Bildirişin göndərildiyi gündən sonrakı iş günü gözləmə müddəti başlayır və 5 (beş) iş günü ərzində qüvvədə olur.)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinin məlumat bazası üzərindən apardığımız araşdırmada məlum oldu ki, “SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.01.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının SAATLI RAYONU, ƏLİSULTANLI, ƏLİSOLTANLI, ev 1, m. 23, qanuni təmsilçisi kimi isə Zeynalova Nurlanə Şahin qızı qeyd olunub.

Bəs Zeynalova Nurlanə Şahin qızı kimdi?

Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin yaşıllıqların salınması işləri üzrə mart ayında keçirilmiş dəyəri 293 min 230 manat olan tender müsabiqəsinin qalibi olmuş “4 MM AQRO” (VÖEN- 6701560141) MMC-nin də qanuni təmsilçisi. Hansı ki, araşdırdığımızda məlum oldu ki, “4 MM AQRO” MMC tender müsabiqəsinin başlamasından cəmi 7 gün əvvəl dövlət qeydiyyatına alınıb. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda bu MMC -də “SAFFİRA PLUS” MMC ilə eyni tarixdə, eyni ünvanda dövlət qeydiyyatına alınıblar. Hansı ki, həmin kəndə dövlət qeydiyyatına alınmış bir neçə MMC də var ki, dəyəri yüzminlərlə ölçülən bir çox şübhəli satınalmaların qalibi seçiliblər. “SAFFİRA PLUS” MMC-nin qanuni təmsilçisi kimi isə Zeynalova Nurlanə Şahin qızının o kənddə pasport qeydiyyatının olmaması barədə də məlumatlar var.

Göründüyü kimi Zeynalova Nurlanə Şahin qızı eyni zamanda “4 MM AQRO” MMC-nin qanuni təmsilçisidir. Bu da Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, о cümlədən riskli əməliyyatların Meyarları”na görə yolverilməzdir. Belə olan halda Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatının Satınalma Komissiyası “SAFFİRA PLUS” MMC-nin qeyd olunan satınalmada iştirakına necə yol verib?

Göründüyü kimi Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatı ilə “SAFFİRA PLUS” MMC arasında bağlanmış satınalma müqaviləsində şübhəli məqamlar var. Belə ki, satınalmanın keçirilməsi zamanı bu hala ya Kombinatın Satınalma Komissiyası göz yumub, ya da “SAFFİRA PLUS” MMC-nin qanuni təmsilçisi kimi isə Zeynalova Nurlanə Şahin qızı ona satınalmalarda iştirak hüququ verən sənədləri saxtalaşdırıb.

Qeyd edək ki, 2020-ci ildə DTX-nin Biləsuvar rayon İcra Hakimiyyətində həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində işindən olanların biri də Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatının rəisi Xalidə Ağayeva da olub. Onun yerinə 2021-ci ilin iyulunda Ceyhun Həyatov təyin olunub. Yuxarıda qeyd etdiyimiz məlumatlardan görsənən odur ki, nə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, nə də onun kadrı şəhər Kommunal Müəssisələri Kombinatının rəisi Ceyhun Həyatov Prezidentin tövsiyyələrindən bir nəticə çıxara bilməyiblər.
 

Bölmənin digər xəbərləri

18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir

Dünyapress TV

Xəbər lenti