Pensiya kəsən, qaziyə qara qəpik verən nazirlik: Sahil Babayev Almaniyada nazir olsaydı...
Azərbaycanda sosial təminat sahəsinin şikəst edildiyi illərin problemidir. Faciə ondadır ki, ildən-ilə bu sahədə irəliləyiş yoxdur. Dünyanın ən inkişaf etmiş ölkələri olan Almaniya, Niderland, İsveç və digər yüksək rifahın təmin edildiyi dövlətlərdə sosial şəraitin yaxşılaşması üçün hər il proqramlar qəbul olunur. Halbuki bu ölkələrdə əhalinin yaşayış səviyyəsi o dərəcədə yüksəkdir ki, hökumətlər sosial təminatı yaxşılaşdırmasa belə vətəndaşlar əziyyət çəkməyəcəklər. Çünki maaş və pensiya yüksək, uşaq pulu, o cümlədən digər müavinətlər verilir, bir sözlə, isveçrəli, yaxud avstriyalı bu qayğılar haqda heç düşünə bilmir. Onlar neft-qaz ölkəsi Azərbaycanda XXI əsrin üçüncü onilliyində əhalinin hələ də belə bəsit problemlər girdabında yaşadığını bilsələr təəccüb edərlər. Həqiqətən də bizdə əhalinin elementar sosial problemləri həll olunmayıb: aşağı maaş və pensiya, dolanışıq zəif, uşaq pulu verilmir, pensiyalar kəsilir, qazilər cəmi 80 manat veteran pulu alır, əlillik dərəcəsi almaq ən ağır işgəncə prosesinə çevrilib və bütün bu çətinliklər qalib Azərbaycanda yaşanır. Xüsusən də bu məsələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi başabəladır. Quruma Sahil Babayevin rəhbər gəldiyi gündən təqaüd alanların, qazilərin, əlilliyi olanların qara günləri başlanıb. Anaxeber.info müşahidə aparıb ki, bütün sosial şəbəkə platformalarında bu nazirlikdən şikayətlərə rast gəlmək mümkündür. İnsanlar bölgələrdən, kəndlərdən, həmçinin, Bakıdan ən müxtəlif problemlərlə əlaqədar video müraciət çəkib sosial media səhifələrinə yerləşdirirlər. Hazırda tik-tok, feysbuk, yutub S.Babayevin sistemindən olan şikayətlərlə dolub-daşır. Ölkədə ikinci belə nazirlik yoxdur ki, kütləvi narazılıq olsun. Hətta deputatlar da zaman-zaman ƏƏSMN-dən olan şikayətləri dilə gətiriblər. Misal üçün Vahid Əhmədov qurumu "pensiya kəsən nazirlik" adlandırıb. Ümumən qurum aztəminatlı təbəqənin heysiyyatı ilə oynayan qərarlar qəbul etməkdən sanki həzz alır. İndiyə qədər Sahil Babayevi və komandasını alqışlayan bir adam olmayıb. Nazirlər Kabinetində ən çox hansı məmurun dəyişməsi barədə ictimai rəy sorğusu keçirilsə, birmənalı şəkildə Sahil Babayev lider olacaq. Bunu özləri də bilirlər, amma sosial təminat sahəsində hər hansı müsbət ideya irəli sürmürlər.
Məsələn, pandemiya dönəmində nazirlik özünüməşğulluq proqramı həyata keçirirdi. Bir dəri, bir sümük, xəstə olan heyvanları vətəndaşlara sırıyıb guya onlara dəstək olurdular. Axırda məlum oldu ki, əksəriyyəti heyvanı qaytarır, xəstə qoyun-keçi kimə lazımdır? İndi də o proqramdan xəbər yoxdur, pullar silindi, batdı getdi...
Yəni nazirliyin sosial təminat sahəsində əhalini razı salan layihəsi olmayıb. Əvəzində minlərlə insanın göz dikdiyi qəpik-quruş pensiyası kəsilib, uşaq pulunun adını çəkmək belə qadağandır, qazilərin intiharı ara vermir, onların işlə təmin olunması, reabilitasiyası istiqamətində genişmiqyaslı addımlar atılmır. Kəsəsi, bərbad bir idarəetmə mövcuddur. Bununla belə, tədbirlərdən birindən çıxanda görüntülənən nazir Sahil Babayev yan-yörəsindəki adamları, müavinləri ilə birgə elə şəstlə gedir, bahalı avtomobilinə elə özünəvurğunluqla əyləşir, deyərsən, xalqın "Koroğlu"su, xilaskar
"Babək"idir. Ancaq tam əksinə, onun üzərində olan geyimlərinin məbləği açıqlanıb və məlum olub ki, bir qazinin aylıq 80 manatı ilə Sahil Babayevin ayaqqabısının bir tayını belə almaq olmaz. Görəsən, Almaniya, Britaniya, Danimarka kimi ölkələrin də nazirləri ilə sıravi vətəndaşları arasında bu qədər uçurum var?
Belə ki, nazirin bahalı brend olan "Stefano Ricci"dən geyimi ətrafdakı insanların da diqqətini çəkib.
Stefano Ricci"-nin rəsmi internet saytında isə Azərbaycanlı nazirin geyindiyi "Stefano Ricci - Polo" modelinin qiyməti 1450 avro (2660 AZN) təşkil edir. Əlavə şərhə ehtiyac qalmır, qazi sintetik materialdan olan 7 manatlıq köynək də geyinə bilər, əsas odur ki, nazir brend mal geyinsin...

Anaxeber.info
 

Bölmənin digər xəbərləri

18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir

Dünyapress TV

Xəbər lenti