10 manatlıq “Şans Construction” MMC “Azərişıq”dan 32 milyonluq tenderləri necə uda bilib?
Son aylar elektron medida “Azərişıq” ASC tərəfindən keçirilmiş satınalmalarda ciddi korrupsiya hallarına yol verildiyi barədə çoxsaylı məlumat yayılmaqdadır. Məlumatlarda cəmiyyəydə yol verilən qanunsuzluqların başında “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovla bərabər onun müşaviri və ən yaxın dostu Kamil Hüseynovun durduğu bildirilir. Həmçinin qeyd edilir ki, rəsmi vəzifəsi “Azərişıq” ASC sədrinin müşavirlərdən biri olsa da, ona sədrin xüsusi bir münasibətdə olması və böyük etimad göstərdiyi deyilir. Məhz bu səbəbdən də “Azərişıq” ASC-nin maliyyə əməliyyatlarında, xüsusi ilə də, bütün tenderlərdə son sözü Kamil Hüseynov deyir.

Qeyd edək ki, hazırda Qarabağda işğaldan azad olunmuş ərazilərdə geniş infrastruktur layihələri həyata keçirilir. Bu məqsədlə dövlət tərəfindən milyonlarla manat vəsait xərclənir.Bərpa prosesində qarşıda duran mühüm vəzifə işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsidir. Burada əsas məqsəd azad edilmiş torpaqlarımızda müasir standartlara cavab verən enerji sisteminin yaradılması və ölkənin ümumi enerji sisteminə inteqrasiya edilməsidir. Sözügedən ərazilərdə yeni elektrik xəttlərinin çəkilişi həm də “Azərişıq” ASC tərəfindən həyata keçirilir. Qurumun satınalmalar yolu ilə həyata keçirdiyi layihələrdə bir çox şirkətlərin adı keçir. Onlardan biri də “ŞANS CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ŞANS CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin 23.06.2021-ci ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, ƏLAĞA KÜRÇAYLI, ev 7, m. 64, qanuni təmsilçisinin isə Abbasov Səyavuş Şahid oğlunun olduğu göstərilir.

Açıq mənbələrdə MMC-nin fəaliyyət sferası barədə bunlardan başqa heç bir məlumat yoxdu. MAraqlıdır, barəsində heç bir məlumat olmayan və cəmi 10 manat nizamnamə kapitalı olan MMC 2022-2023-cü illər ərzində “Azərişıq” ASC-nin rəsmiləri tərəfindən təşkil olunmuş dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox 6 açıq tenderin qalibi necə olub? Sözügedən satınalmaları diqqətinizə çatdırırıq:

24.04.2024-cü ildə “Azərişıq” ASC-nin “Qubadlı rayonu Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi” işlərinin satınalması üzrə keçirdiyi tenderin qalibi elan olunub və tərəflər arasında 4.993.918,4 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.

01.12.2023-cü ildə Laçın rayonu Zabux və Sus kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri üzrə keçirilmiş tenderin qalibi elan olunub və tərəflər arasında 1.772.258,66 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.

18.10.2023-cü ildə “Azərişıq” ASC Kəlbəcər rayonu, Mərcimək, Ağqaya, Yellicə və Zəylik yaşayış məntəqələri ərazisində yerləşən, hərbi hissənin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq ÖİN xəttinin çəkilməsi və 35/0,4 kV-luq KTM-lərin quraşdırılması işlərinin satın alınması üzrə keçirilmiş tenderin qalibi elan olunub və tərəflər arasında 10.414.280,14 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb. Şərtlər toplusunda tenderin başlama tarixi 18.10.2023-cü il, bitmə tarixi 18.12.2023-cü ilə müəyyən edilib. Kəlbəcər rayonunda yolların bərbad olduğu dağ kəndlərində belə bir işi iki aya tamamlamaq nə dərəcədə real görsənir?

11.01.2023-cü ildə Cəbrayıl şəhəri ərazisində yeni 35/0,4 kV-luq “Cəbrayıl” Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi, 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işlərinin satın alınması üzrə keçirilmiş tenderin qalibi elan olunub və tərəflər arasında 5.948.881,54 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb. Şərtlər toplusunda tenderin başlama tarixi 11.01.2023-cü il, bitmə tarixi 11.07..2023-cü ilə müəyyən edilib.

05.11.2022-ci ildə Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Neftçala rayonu Aşağı Surra kəndi ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri üzrə keçirilmiş tenderin qalibi elan olunub və tərəflər arasında 2.618.002,58 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb. Şərtlər toplusunda tenderin başlama tarixi 05.11.2022-ci il, bitmə tarixi 30.12.2022-ci ilə müəyyən edilib. Neftçaılada belə bir işi iki aya tamamlamaq nə dərəcədə real görsənir?
15.09.2022-ci ildə Zaqatala rayonu ərazisində yerləşən 110/35/10 kV-luq “Zaqatala” yarımstansiyasının 2×25 MVA gücündə yenidən qurulması işləri üzrə keçirilmiş tenderin qalibi elan olunub və tərəflər arasında 6.453.406,49 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.

Qeyd edək ki, “Azərişıq” ASC ilə “Şans Construction” MMC arasında başlanan müqavilələrin ümumi məbləği təxmini hesablamalarımıza görə 32 200 745 manat təşkil edir. Yuxarıda qeyd etdiyimiz kimi maddi texniki bazası barədə heç bir məlumat olmayan bu şirkətin görəsən müqavilə ilə işləyən işçiləri varmı, yoxsa günəmuzd fəhlə toplayıb işlədirlər. Kəlbəcər, Laçını rayonlarını başa düşdük, burada işləmək üçün şirkətlər işçilərinin sayına uyğun DİN-də Qarabağa getməyə icazə almalıdır. Amma eyni vaxtda Neftçala və Zaqatala rayonlarında bu dövlət sifarişlərini yerinə yetirməyə işçi qüvvəsini haradan toplayıb. Dövlət vəsaitlərinin talanması halları da məhz buradan başlayır. Yerlərə günəmuzd 15-20 manat fəhlə tutub, ayda 1000 manata yaxın maaş yazmaqla qazanır “Şans Construction” MMC. “Azərişıq” rəsmilərinə verilən “otkat” pulları məhz bu yollarla toplayırlar.

Fəaliyyəti ilə bağlı heç bir məlumat olmayan “Şans Construction” MMC -yə iki il ərzində milyonlarla manat dövlət sifarişi vermiş “Azərişıq” ASC-də bu ilk hal deyil. ASC-nin bağladığı bütün satınalma müqavilələrində bu kimi hallara yol verilir. Satınalmaların təşkilinə nəzarət edən dövlət qurumu olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu hallara sadəcə göz yummaqla kifayətlənir.

Aktualinfo.org

 

Bölmənin digər xəbərləri

18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir

Dünyapress TV

Xəbər lenti