ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
Baş prokuror şikayəti korrupsiyasından şikayət edilən ƏƏSMN-ə göndərib?

ƏƏSMN , tabeliyindəki qurumların özbaşınalığı, şəhid, qazi ailələrinin pensiyalarını mənimsəmələri Qarabağ savaşının ZƏFƏRlə bitməsindən sonrakı 3 ildə daha kəskin, dözülməz həddə çatıb. Özbaşınalığa baxın, ƏƏSMN rəsmiləri açıq mətnlə bildirir ki, ölkədə Konstitusiya qüvvədə deyil, DÖVLƏT , MƏHKƏMƏ , QANUN elə ƏƏSMN-in özüdür ! Son bir ildə “başıma gələnlərdən başmaqçı” olduğumdan artıq ƏƏSMN-in “Dövlət , məhkəmə, qanun mənəm” qanun oğurluğuna, mafiya qaydasına inanmaqdan özgə yolum qalmayıb. 3 gün qabaq Milli Məclisdə hüquq professoru millət vəkilinin “ biz nə edə bilərik?” sualı, həmin gün Baş prokurorun qəbuluna yazmağa elə həmin əsasla-sualla imtina edilməsi ölkədə ƏƏSMN məmurlarının özbaşınalığının zirvədə olması fikrini və bu fikirdən yayınmanın mümkünsüzlüyünü ortaya qoyur.

Baş prokurorluq qanunların icrasına və tətbiqinə nəzarət edə bilmirsə, yaxud etmək istəmirsə, doğrudan da “biz nə edə bilərik?” . İndicə ƏƏSMN-dən aparat rəhbəri Fuad Musayevin Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən gələn müraciətə əndrabadi cavabını aldım: “ Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.4 -cü maddəsinə əsasən müraciətinizə 2024-cü ildə 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildiyi və təkrar müraciətinizdə məsələnin həlli üçün yeni məlumatlar olmadığına görə əlavə məlumatın verilməsi mümkün hesab edilmir”. Düzü, bu cavabın birinci cümləsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin adı çəkilməsəydi, ƏƏSMN-ə bu il 4-cü dəfə təkrar sorğu verdiyim qənaətinə gələcəkdim. Axı mən, ümumiyyətlə, son bir ildə ƏƏSMN-ə müraciət etməmişəm. Sadəcə , ƏƏSMN, yanındakı DSMF-in, Sosial Xidmətlər Agentliyinin qərəzindən, mənimsəməsindən, korrupsiyasından, dövlətin adından çıxarılan 20.06.2016 və 05.07.2017 tarixli məhkəmə qərarlarını Bakı İnzibati Məhkəməsinə ( hakimlər Şərafət Məmmədova, Aygün Abdullayeva, Günel Sevdimalıyeva və b.) rüşvət verməklə 7-8 ildir icrasına qadağa qoymalarından , pensiyalarımızı düz hesablamamalarından ali dövlət hakimiyyəti, hüquq orqanlarına şikayət etmişəm. Hər 3-5 gündən bir də 161-korrupsiya ilə mübarizə “qaynar xətti”nə şikayət edirəm.

Korrupsiya ilə mübarizənin “gücü”nə baxın, 13 aydan sonra ƏƏSMN-i cavaba məcbur edib. Hələlik aparat rəhbəri səviyyəsində. Belə getsə, bir 13 aydan sonra nazirə soraq çatar. Hələ ki nazirdən gizlədilir.

“Biz nə edə bilərik” ritorik sualından başqa ritorik olmayan sualla Baş prokurora, yanındakı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinə üz tuturam:” Korrupsiya ilə bağlı şikayətlərin korrupsiyasından şikayət edilən qurum(lar)a göndərilməsi hansı qanunda yazılıb?” Bir sualım da bu ilin “korrupsiya planı”nı 5 ayda üçqat doldurduğunu bildirən ƏƏSMN-in aparat rəhbərinədir:” Bu ilin son 7 ayında korrupsiyaya, pensiyalarımız kimi, “veto” qoyulacaq?”
Məğrur Bədəlsoy
/paralel.az/
 
 
 

Bölmənin digər xəbərləri

19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video

Dünyapress TV

Xəbər lenti