Leyla Əliyeva yaşıllıq salır, Nizami rayon başçısı Cəbrayılov isə... - FAKTLARIN dili ilə
Aprelin 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakının Nizami rayonu, Mikayıl Əliyev və Kamil Balakişiyev küçələrinin kəsişməsində yerləşən boş ərazidə ağacəkmə aksiyası həyata keçirilib. Bu tədbir sözsüz ki, təqdir edilməli addımdır. Çünki bu gün Bakının yaşıllıqlar qədər ehtiyacı olan ikinci aktual məsələsi bəlkə də yoxdur. Xüsusən Nizami rayonunda ağacların əkilməsinə əşhədü ehtiyac var. Ona görə ki istər keçmiş icra başçısı Arif Qasımov, istərsə hazırkı rəhbər Coşqun Cəbrayılov yaşıllıqlara qənim kəsiliblər. Onların tamahının ucbatından Nizami kimi rayon, onun Qara Qarayev prospekti kimi əhəmiyyətli ərazisi səhraya, daşlığa çevrilib. Odur ki, Leyla xanımın təşəbbüsü ilə Nizami rayonunda ağacəkmə aksiyası keçirildiyi xəbərini görəndə qəribə bir təzadlı mənzərə gözlər önündə canlandı: bir yandan "İDEA" yaşıllıq salır, o tərəfdən acgöz məmurlar onların kökünü kəsir. Nizami rayonunda bu özbaşınalıqlar indiyə qədər davam etməklə ərazi keçəl və eybəcər görünür. Hara baxırsan çayxana, dönərxana, qab-qacaq satılan dükanlar, alt paltarı satılan mağazalar, xiyar, bibər, badımcan piştaxtaları, dənə siqaret satılan köşklər... Yəni tam eybəcər mənzərə. Bu şəraitə isə rayonun icra başçısı Coşqun Cəbrayılov səbəb olub. Onun səhlənkarlığı ucbatından nə yaşıllıq qalıb, nə səki. Arif Qasımovdan sonra gözlənti var idi ki, Coşqun Cəbrayılov Nizami rayonunda qanunsuz işləri dayandıracaq. Ən azı fəlakətin uzanmasının qarşısını alacaq. Di gəl, az qala hər həftə internet resurslarında yayımlanan görüntülərdən məlum olur ki, Qara Qarayev prospekti, digər ərazilər tikintilərin qurbanına çevrilir. Heç kimi inandıra bilməzlər ki, rayon rəhbərliyi bunlardan xəbərsizdir. Sadəcə, bir daş altda, bir daş üstə iş gedir. Artıq nə piyadalar üçün yol qalıb, nə ağac saxlanıb, nə boş ərazi var. İcra başçısı sanki xələfinin yarımçıq "işi" ni tamamlamaq üçün təyinat alıbmış. Hazırda Nizami rayonunda Coşqun Cəbrayılovun "əl işləri" var. Misal üçün 2024-cü ilin 1 yanvar tarixinə keçən gecə Nizami Rayon İcra Hakimiyyəti binasının düz “qulağının dibində” - “Neftçilər” metrostansiyasının çıxışında, yəni əhalinin ən sıx hərəkətdə olduğu yerdə ticarət köşkü qoyublar. Ümumiyyətlə "Vosmoy" bazarından metroya qədər sağ-sol yaşıllıqların məhv edilib daş-divar hörülüb obyektlər tikilməsi ilə müşayiət olunur. Beləliklə, Leyla xanım yaşıllıq salsın, icra başçısı da obyekt tikməyə girişsin. Ta buna nə ad vermək olar?!
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-05_1714987645_1.jpg
Üstəlik, təkcə elektron KİV-lər deyil, hətta aparıcı televiziya kanalları Nizami rayonundakı özbaşınalıqlardan bəhs edən reportajlar yayırlar. Buna misal olaraq, ATV, “Xəzər”, “Space” kimi kanalların yayımladığı materialları göstərmək olar. Nə baş verir? Nizami rayonunun adı niyə hələ də “əlləm-qəlləm” işlərdə hallanır?
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-05_1714987645_2.jpg
Çox maraqlıdır ki, Cəbrayılovun "qara kassa"sı kimi tanınan İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tural Cavadovun xüsusən sahibkarların, tikinti işləri ilə məşğul olan iş adamlarının cibini soyması iddiaları səslənir. O da maraqlıdır ki, Tural Cavadov ünsiyyətdə olduğu vətəndaşlarla söhbətində tez-tez Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun adını çəkir. Və elə təsəvvür yaratmağa çalışır ki, Coşqun Cəbrayılov iş instruktajını məhz Eldar müəllimdən alır. Görəsən Coşqun Cəbrayılovun bundan xəbəri varmı?
Ümumiyyətlə, bildirilir ki, Tural Cavadov İcra başçısı tərəfindən ona tapşırılan bu işin öhdəsindən “məharətlə” gəlir. Məhz bu gün Nizami rayonunda gizlin ev tikmək istəyən, hasar çəkən, dam dəyişən, darvaza qoyan və sair işlərə nəzarət Tural Cavadovun əlindədir. Qəribədir, Nizaminin adını daşıyan rayon kimlərin əlindədir? Ritorik suala adı keçən şəxslərin cavabı varsa, işıqlandırmağa hazırıq.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-05_1714987702_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-05_1714987702_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-05_1714987702_3.jpg
Anaxeber.info
 

Bölmənin digər xəbərləri

19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video

Dünyapress TV

Xəbər lenti