BAKIDAKI MƏDƏNIYYƏT ABIDƏLƏRINI, KINOTEATRLARI KIMLƏR TARMAR EDIR? — FOTO/VİDEO
Yaşlı nəsilə məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, “Bakı”, “Dostluq”, “Moskva”,”Nizami”, “Qələbə”, “Savalan”, “Sülh”, “Şəfəq” və s. kimi adlar adı altında kinoteatrlar fəaliyyət göstərirdilər. Həmin illərdə insanlar müxtəlif məzmunlu filmlərə baxmaq üçün kinoteatrlara üz tutardılar.

Elə ki, SSRİ dövləti süquta uğradı və gündəlik qayğılar çoxaldı, o zaman insanların kinoteatralara getməyə imkanları məhdudlaşdırıldı. Bu səbəbdən tamaşaçı üzünə həsrət qalan kinoteatrlar boş qaldılar, fəaliyyətlərini dayandırmağa məcbur oldular. Çox keçmədi ki, yaranmış fürsətdən sui-istifadə edən bəzi işbazlar həmin kinoteatrları bu və ya digər yollarla ələ keçirib özəlləşdirdilər. Hətta, bəzi kinoteatrlara məxsus binaları yerlə-yeksan edib, onların yerində hündür mərtəbəli yaşayış binaları da inşa etdilər.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1714457382_2.png
Bəzi kinotetrları isə kafeyə, mağazaya, internet-kluba və s. çevirdilər. Bir sözlə, ayrı-ayrı işbazlar öz düşüncə və yanaşmalarına uyğun olaraq kinoteatrlara qənim kəsildilər. Diqqət yetirək ki, bu sırada Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti- 76 ünvanında yerləşən “Dostluq” kinoteatrı da, məhz “işbazların təcavüzü”nə məruz qalan kinoteatrlardan biri olur. Qeyd edək ki, bu mədəniyyət abidəsi əvvəllər Mədəniyyət və Turizm Nazirliyinin (indiki Mədəniyyət Nazirliyi) balansında olsa da, hansısa qüvvələrin verdiyi dəstək sayəsində 2017-ci ildə özəlləşdirilib. Bu ilin əvvəllərində “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı addımların atılmasına hazırlıq işləri görülür, o halda işbazlar elə bir ictimai təpki ilə üz-üzə gəlirlər ki, sonda məqsədlərindən daşınmalı oldular.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1714457382_3.png
Söz yox ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi rəsmlərinin verdiyi qərar bu məsələdə mühüm rola malik olur. Yəni, ictimai rəyi nəzərə alanlar kinoteatr binasının sökülməsinə icazə vermirlər. Heç də məsələ bununla bitmir və bəzi işbazlar bu yöndə fəaliyyətlərini davam etdirməkdə qərarlı olurlar. Məsələn, bir qədər vaxt keçdikdən sonra oxşar aqibət yaşayan kinoteatrlardan biri də, Nəsimi rayonu, Hüseynbala Əliyev və Alı Mustafayev küçələrinin kəsişməsində yerləşən «Moskva» kinoteatrı oldu. Amma, bu dəfə fərqli formada. Qeyd edək ki, bu mədəniyyət abidəsi 2006-cı ildən fəaliyyətini tamamilə dayandırıb və binanın giriş qapıları qıfıllanıb. Yəni, “Moskva” kinoteatrının binası uzun illər ərzində fəaliyyət göstərmədiyindən yararsız hala düşüb və kinoteatrın ətrafında insanların asudə vaxt keçirmələri üçün salınan parkdan da əsər-əlamət qalmayıb.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1714457383_4.png
Sabiq Mədəniyyət naziri Əbülfəs Qarayev nazir təyin olunduğu il, yəni 2006-cı ildə “Moskva” kinoteatrı nazirliyin balansından çıxarılır və həmin bina Dövlət Əmlak Komitəsinin (indiki Əmlak Məsələləri Dövlət Komitəsinin) balansına verilir. Bir neçə həftə bundan əvvəl isə mediada «Moskva» kinoteatrına məxsus binada söküntü işlərinin dayandırılması haqda məlumat yayılıb. Aidiyyəti dövlət qurumları söküntü ilə əlaqədar icazə alınmadığına görə, kinoteatrının söküntüsünün dayandırıldığı açıqlandı. Təəssüf doğuran hal odur ki, hal-hazırda bu mədəniyyət obyekti sökülüb və verilən məlumatlarda isə qeyd olunur ki,“söküntü” dayandırılıb. Görəsən, bu yöndə məlumatlar hansı “başbilənlər”in maraqları əsasında dövriyyəyə ötürülür? (Qeyd: Təqdim etdiyimiz videodan da görünür ki, «Moskva» kinoteatrı tamamilə tarmar edilib)

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1714457383_5.png
Hal-hazırda müəyyən çevrələrdə dolaşan söz-söhbətlərə görə, «Moskva» kinoteatrı Xətai rayonunun Babək prospektində fəaliyyət göstərən “Maşın bazarı”nın sahibi Rasim adlı şəxslə, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin işbirliyi nəticəsində tarmar olunub. Yəni, hər iki şəxsin yaxın vaxtlarda bu kinoteatra məxsus binanın yerində hündürmərtəbəli yeni yaşayış binası tikməyi planlaşdırdıqları deyilir. Bütün bunlar onu deməyə əsas verir ki, sabiq aparat rəhbəri Ramiz Mehdiyev uzaqgörənlik edir və o, belə bir strateji əhəmiyyətli mədəniyyət obyektinin ələ keçirilməsinə, binanın məhv edilməsinı dəstəyini əsirgəmir.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1714457383_6.png
Sual oluna bilər ki, nəyə görə «Moskva» kinoteatrının söküntü işlərində başqa şəxs(lər)in deyil, məhz Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin və bu şəxslə işbirliyi olan “Maşın bazarı”nın sahibi Rasimin adı hallanır? Atalar demişkən “od olmayan yerdən tüstü çıxmaz”. Deməli, bu tarixi mədəniyyət abidəsinin tarmar olunmasında hər iki şəxsin adının hallanmasının səbəbi var.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1714457383_7.png
Bəli, yuxarıda qeyd etdiyimiz kimi «Moskva» kinoteatrının “qara günləri”nin bünövrəsi 2006-cı ildə qoyulub. Həmin ildə Mədəniyyət Nazirliyi bu dövlət əmlakını daha səmərəli istifadə etmək məqsədilə keçmiş Dövlət Əmlak Komitəsinin sərəncamına verir. Daha sonra bu Komitə tərəfindən adıçəkilən müəssisə “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na əsasən, 27.05.2011-ci il tarixdə icarəçi tərəfindən özəlləşdirilir. Maraqlı haldır ki, həmin vaxt bu dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı dərc olunmalı məlumatlar sırasında alıcının adı qeyd olunmur. Yəni, həmin şəxsin (sahibkarın) kimliyi, hansı işlə məşğul olması barədə heç bir xəbər verilmir.

Bir sözlə, “Moskva” kinoteatrının gələcək taleyi onu özəlləşdirən şəxsin ixtiyarına verilir. Bugünkü mənzərə də, məhz bu kinotetrın “qara gəlmiş taleyi”nin əyani sübutudur.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_8.png
Əslində, bu cür oyun qaydalarının qurulması birbaşa xalqımızın tarixinə, onun mədəniyyətinə, mədəni irsinə edilən qəsdir. Yəni, buna başqa bir ad vermək olmaz. Hal-hazırda bu mədəniyyət abidəsi tamamilə tarmar edilib və atılan addımlara da kimlərsə göz yumub. Bir sözlə, olan olub, keçən keçib. Yaxşı olmazmı ki, “Moskva” kinoteatrının əhatə etdiyi ərazidə yaşıllıqlar salınsın, insanların asudə vaxtlarında istirahət etmələri üçün park yaradılsın. Eyni zamanda, bu işlərə cavabdehlik daşıyan və göz yuman hər kəs hüquqi müstəvidə məsuliyyətə də cəlb olunsunlar. Yəqin ki, o halda haqq-ədalət öz yerini tapacaq.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_9.png
Mövzuya qayıdacağıq.
P. S. Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə hazırıq.
GundemXeber.Az
 

Bölmənin digər xəbərləri

17 May 2024 Sumqayıtda məktəbdə 188 min manatlıq mənimsəmə - Cinayət işi açıldı
17 May 2024 Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...
17 May 2024  Bu dövlət idarəsi üçün deyəsən, QANUN ROL OYNAMIR... - BU DA FAKT!!!
17 May 2024  GƏDƏBƏYDƏ HAKİM DƏRƏBƏYLİYİ - Nazirə müraciət olundu
17 May 2024  İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?
17 May 2024 Göyçay rayon sakinləri təhlükə ilə üz-üzə qalıb - Vətəndşlar Prezidentdən kömək istəyirlər VİDEO
17 May 2024 Plastik-cərrah Səlim Rəhimov lisenziyasız fəaliyyət göstərir? - İlginc iddialar
17 May 2024 Bu binada kimsə oturub... yoxsa İÇİ BOŞDUR?!! - İcra başçısı NƏ ÜÇÜNDÜR Kİ?
17 May 2024 Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”
16 May 2024 Rusların belə gedişi.. BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
16 May 2024  Dünyaya yeni uşaq gətirən ananı xəstəxanada GİROV SAXLAYIRLAR... - VİDEOFAKT
16 May 2024 “ABŞERONDA YOL POLİSİ KÜRƏKƏNİMDƏN 2500 MANAT RÜŞVƏT TƏLƏB EDİB” – “DİN-ə müraciət etdim deyə, kürəkənimi “avtoxuliqan” kimi cərimələdilər”
15 May 2024 Direktor 248 saylı məktəbi bazar qanunları ilə idarə edir... - İTTİHAM VAR...
15 May 2024 Məhərrəm Novruzovun DAŞ YARAN QÜDRƏTİ... - Pul və nüfuz qanunları yenəndə...
15 May 2024 MÖCEZƏ: Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb?
15 May 2024 Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
15 May 2024 Əsabil Qasımovun şirkəti ağacları məhv edir – FOTO
15 May 2024 Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək
14 May 2024 AĞAC QƏTLİAMÇISI ELƏ BAĞIRDI Kİ… – PAYTAXTIN NIZAMI RAYONUNDA TIKINTI BIZNESMENI ONUN ƏLVERIŞSIZ ŞƏRTLƏRINƏ RAZI OLMAYAN SAKINLƏRI MƏHKƏMƏYƏ VERIB
14 May 2024 Səbail icra hakimiyyətinin şöbə müdiri parkda obyekt tikdirir - Oğlu başçının sürücüsüdür

Dünyapress TV

Xəbər lenti