Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət
Məlumdur ki, Prezident İlham Əliyev 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Lakin Bakı şəhərinin Nərimanov rayonunda fəaliyyət göstərən tikinti şirkətləri və müəyyən qurumlar və Nərimanov bələdiyyəsi sözügedən məsələdən xəbərsizdirlər. Artıq Nərimanov rayonunda qanunsuz ağac kəsilməsi adi hal alaraq “ekoloji genosid”ə çevrilib.

Tribunainfo.az xəbər verir ki, rayonun Faiq Yusifov küçəsində yerləşən MTK-nın qaşısında iri gövdəli çoxillik 17 ədəd zeytun ağacı kəsilərək götürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən həmin ərazidə 14 ağacın olması barədə akt tərtib olunduğu və 2 ağacın köçürülməsinə ekoloji rəy verildiyi açıqlanıb. Tikinti şirkətindən birdirilib ki, 17 ədəd ağacın köçürülməsi ilə bağlı bələdiyyə sədri ilə sövdələşiblər, bələdiyyə sədrinin rəhbərliyi ilə ağaclar kəsilərək aparılıb. Məlum olur ki, Təmraz Tağıyev maddi maraq müqabilində bələdiyyə sədri səlahiyyətlərindən kənara çıxaraq artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin vəzifə səlahiyyətlərini də icra edir.
Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə sorğumuza cavab olaraq qeyd olunan ünvanda ağac kəsilməsi ilə bağlı məlumat daxil olan kimi əraziyə baxış keçirildiyi, 14 ədəd zeytun ağacının qanunsuz köçürüldüyü faktı təsdiqlənib. Həmçinin, tikinti şirkəti tərəfindən yaşıllığın götürülməsi və ya köçürülməsinə dair hər hansı bir sənədin təqdim edilmədiyi və qeyd olunan qanunsuzluqla bağlı Baş Prokurorluğa müraciət olunduğu bildirilib. Ümid edirik ki, ağac kəsmə ilə məşğul olaraq yaşıllığa qənim kəsilən bələdiyyə sədrinin qanunsuz əməllərinə hüquqi qiymət veriləcək. Görünən isə mötəbər “COP 29” ilində rayon ərazisində yaşıllığın məhv edilməsinə aidiyyati qurumların biganə yanaşmasıdır.

Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət
Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət
Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət
 

Bölmənin digər xəbərləri

09 May 2024 Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR... - "ƏMİN" ƏLLƏRDƏDİR...
09 May 2024 `MediClub` tibb ocağıdır, yoxsa? - BU NƏDİ BELƏ?! Tarix: Bu gün, 08:54 | Çap et
09 May 2024 Xəstələri şikəst edən `Lor Hospital`… - NARAZILIQ VAR...
09 May 2024 Arxitektura Komitəsi də Elşad Həsənovla bacarmır... - Yasamalda daha bir TİKİNTİ ÖZBAŞINALIĞI...
08 May 2024 Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllim
08 May 2024 Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR...
08 May 2024 Daha bir təhsil ocağında QALMAQAL... - BU NƏDİ BELƏ?!
08 May 2024 "Çoxsaylı şikayət məktubları yazmağımıza baxmayaraq..." - Nazirə müraciə olundu
08 May 2024 "İnsan həyatına yox, ticarətə üstünlük verirlər..." - ÖZBAŞINALIQ!
08 May 2024 Belə birisi ilə... HARA QƏDƏR? - DƏLİXANADIR, VALLAH...
08 May 2024 Anası ağlayan ABŞERON TƏHSİLİ... - Camaat dərdini deməyə də YER TAPMIR...
08 May 2024 Nərimanov rayonunda ağacları belə məhv edirlər - FOTOFAKT
08 May 2024 Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”
08 May 2024 Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen
08 May 2024 Elşad Həsənov geyim satan şirkətlə Yasamalın yollarını təmir etmək istəyir – 387 minlik tenderin izi ilə
07 May 2024 Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? - İTTİHAM VAR...
07 May 2024 Sabunçu kimin qanunları ilə idarə olunur? - İTTİHAM VAR...
07 May 2024 Gəncə- Daşkəsən Regional Təhsil İdarəsində ŞOK...Regionaldan bitməyən şikayətlər...
07 May 2024 Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…
07 May 2024 " “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür" - GİLEY

Dünyapress TV

Xəbər lenti