Aydın Talıbov deputat olmağa hazırlaşır –
Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul olunması inhisarçı biznesdə təşviş yaradıb. Uzun illərdən bəri müxtəlif sahələrdə rəqabətin qarşısını “əjədəha” kimi kəsən iş adamları bizneslərini qorumaq üçün üzlərini parlamentə tutmaq qərarına gəliblər.

AFN.az-a bu istiqamətdə maraqlı məlumat daxil olub. Bildirilir ki, uzun illərdir ölkənin ərzaq bazarında böyük monopolistlərdən biri kimi tanınan “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbəri, iş adamı Aydın Talıbov da deputat olmaq qərarına gəlib. Belə ki, onun növbəti parlament seçkilərində namizədliyini verəcəyi deyilir. Xəbərin detalları bizə məlum deyil, A.Talıbovun hansı dairədən deputat olmaq istəməsi haqda da dəqiq məlumata malik deyilik. Lakin onun bu qərara gəlməsi kifayət qədər maraqlı haldır desək, yanılmarıq. A.Talıbovun rəhbərlik etdiyi “Veysəloğlu” Şirkətlər Qrupu 1994-cü ildən fəaliyyət göstərir. Onun özü isə biznes fəaliyyətinə 1992-ci ildə başlayıb.
Şirkətlər Qrupunun saytında bildirilir ki, A.Talıbov 1994-cü ilin 5 noyabr tarixində Türkiyədən Azərbaycana biskvit-peçenye kateqoriyasında ilk iri həcmli idxalını həyata keçirərək “Veysəloğlu Distribusiya” şirkətinin əsasını qoyub.
O, 2001-ci ildə ortaqları ilə birgə "Ulduz" Şokolad Fabrikini yaradıb. 2010-cu ildə ortaqları ilə birlikdə əsas səhmdar kimi Gürcüstanda "VG" adı ilə yeni distribusiya şirkətini, 2011-ci ildə "Araz" supermarketlər şəbəkəsini yaradıb.
2016-cı ildən etibarən sahibkarı olduğu biznesləri daha da inkişaf etdirərək "Araz" supermarketlər şəbəkəsini genişləndirməklə yanaşı, "OBA" marketlər şəbəkəsini qurub. O, 2017-ci ildə ölkənin ilk supermarketlərindən olan "Favorit" şəbəkə marketlərini satın alıb.
2017-ci ilin iyunun 14-dən “AVT Logistics” şirkətinin fəaliyyətinə start verilib. Bu, Cənubi Qafqazda ən böyük logistika mərkəzinə sahib olan şirkətlərdən biri hesab edilir. Aydın Talıbovun təşəbbüsü ilə 2018-ci ilin may ayından etibarən qida və xidmət sektorunda keyfiyyətli və münasib qiymətə xammal tədarük edən “Vesta-Horeka” distribusiya şirkəti fəaliyyətə başlayıb. 2015-ci ildə isə qida sektorunda topdan tədarük fəaliyyəti göstərən “V-Trade” distribusiya şirkəti qurulub. 2016-cı ilin fevral ayından “Xonça” brendi adı altında şirniyyat məhsullarının istehsalına başlanılıb.
Aydın Talıbov “Entrée Azərbaycan” ilə ölkəmizdə kafe biznesinə də daxil olub. Hazırda françayzinq hüquqi əsasında bu tanınmış brend adı altında ölkədə 5 kafe fəaliyyət göstərir.
Göründüyü kimi, kifayət qədər geniş biznes şəbəkəsinə malik olan A.Talıbovun bu il iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsi ilə bağlı narahatlıqlarının olması normaldır. Bazarda xeyli dərin inhisarçı olan “Veysəloğlu” Şirkətlər Qrupunun yaranacaq rəqabətə davam gətirib-gətirməyəcəyinin sual altına düşdüyünü bu qərardan da görmək olar.
Şirkətlər qrupunun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumatın doğru olmadığı bildirilib. Belə ki, sorğumuza cavab olaraq A.Talıbovun növbəti parlament seçkilərində namizədliyini irəli sürməklə bağlı niyyətinin və fikrinin olmadığı qeyd edilib. “Azərbaycan iqtisadiyyatına və vətəndaşların işlə təmin olunmasına töhfə verən “Veysəloğlu” Şirkətlər Qrupunda hazırda 23 mindən çox əməkdaş çalışır. Aydın Talıbovun gələcək fəaliyyət planı yalnız “Veysəloğlu” Şirkətlər Qrupu ilə bağlıdır” – deyə cavabda bildirilir.

Bəs Rəqabət Məcəlləsi inhisarçı biznesə hansı problemləri yarada bilər? İqtisadi yazar Dünya Sakit AFN.az-a açıqlamasında bildirdi ki, əslində normal halda Rəqabət Məcəlləsi biznes üçün əlverişli mühit deməkdir: “Bu qanun heç bir halda sahibkarlara problem yaratmaq üçün deyil. Rəqabət Məcəlləsi sahibkarların qarşılaşdığı inhisarçı və rəqabətsiz bazar mühitinin aradan qaldırılması, bazarda sağlam rəqabət yaradıb sahibkarlığın inkişafını təmin etmək üçündür. Azərbaycanda da hazırlanan sənəd kifayət qədər təkmil hesab edilir, çatışmazlıqları, demək olar ki, çox azdır. Real icrasına nail olunarsa, kiçik və orta, hətta bəzi iri, inhisarçı olmayan sahibkarlar üçün geniş fürsətlər, inkişaf potensialı yarada bilər. Əsas məsələ bu məcəllənin icrasıdı, işləkliyidir. Ekspertlər də bildirirlər ki, onun tam icrasının effektivliyinə 2-3 il ərzində nail olmaq olar. Ən təkmil qanun belə icra olunmadığı halda heç bir işə yaramır. İndiyə qədər də Azərbaycanda sağlam rəqabəti təmin edə biləcək qanun aktları vardı. Düzdür, Rəqabət Məcəlləsi səviyyəsində deyildilər, amma o qanunvericilik aktları da icra olunsaydı, inhisarçılığın indiki ifrat həddini biz görməzdik. Rəqabət Məcəlləsi o qanunlardan daha təkmil və vahid sənəd olduğuna görə üstün hesab olunur”.
D.Sakitin sözlərinə görə, Rəqabət Məcəlləsi kimi sənədlərin, çərçivələrin, məhdudiyyətlərin olmaması hər bir ölkədə inhisarçılığın inkişafına, təşəkkül tapmasına imkan yaradır: “Azərbaycanda indi inhisarçılıq ən yüksək səviyyədə inkişaf edib, bazarlar inhisarçı şirkətlərin əlindədir, sağlam rəqabətdən danışmaq mümkün deyil. Daha çox bu və digər məmura söykənən arxalı biznesdən danışa bilərik, azad biznes hələ ki, yoxdur. Dediyim kimi, əgər Rəqabət Mərhələsi qəbul olunduğu formada icra olunarsa, biz indiki qeyri-sağlam mühitin aradan qalxmasını görə bilərik”.
 

Bölmənin digər xəbərləri

19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video

Dünyapress TV

Xəbər lenti