İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 21 may 2020-ci il tarixdə imzaladığı Sərəncam əsasında, 1967-ci il təvəllüdlü Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunur. Qeyd edək ki, Elçin Rzayev bu təyinata qədər Əmlak Məsələləri Dövlət Komitəsində çalışıb, Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və s. kimi vəzifələri də daşımışdır. Belə bir səbəbdən də, Elçin Rzayevin İmişli rayon rəhbərliyinə təyin olunması ilk vaxtlar tam əksəriyyətin nəzər-diqqətində müəyyən inam hissinin formalaşmasına səbəb olmuşdu, amma aylar, illər keçdikcə isə, məhz formalaşan inam hissi əməlli-başlıca inamsızlığa çevrildi. Bəli, ilk vaxtlarda hər kəs elə düşünürdü ki, İmişli RİH-nin başçısı mühüm strateji vəzifələri daşıdığından o, yetkin idarəçilik qabiliyyətinə malik olan vəzifə sahibidir. Amma, vaxt keçdikcə düşüncələrdə formalaşan inam hissinin boş olması hər kəsə bəlli oldu. Yəni, atalar demişkən “sən saydığını say, gör fələk nə sayır” zərb-məsəli özünü doğrultdu. Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, bu günə kimi Prezident İlham Əliyevin məmurlardan əsas tələbi, vətəndaşlara qarşı münasibətdə onların siyasi mədəniyyət nümayiş etdirmələrini, insanlara qarşı hörmətlə yanaşma hissi ortaya qoymalarını, sakinlərə məxsus sosial problemlərin aradan qaldırılmasına dəstək olmalarını və s. tələb etməsi olmuşdur. Unutmaq olmaz ki, ölkə rəhbəri əksər çıxışlarında “Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır” deyə qeyd edir. Bundan əlavə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1.2-ci hissəsində qeyd olunub ki, hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmalı və bu Qanunun müddəalarına əməl etməyə də borcludurlar. Qəbul olunmuş Qanunda belə bir tələblərin olmasına baxmayaraq, İmişli RİH-nin başçısı üzərinə düşən vəzifə borcunu lazımi səviyyədə yerinə yetirmək əvəzinə, bu gün də o, bir növ “sabotaj”lıqla məşğul olur. Çünki, Elçin Rzayev rayonun Muradxanlı kənd sakinlərinin üzüzə qaldıqları sosial problemlərin həllinə dəstək olmur, əksinə bu şəxs özü üçün var-dövlət toplamaqla məşğul olur.
Qeyd edək ki, bir neçə gün bundan öncə İmişli RİH-nin başçısı Elçin Rzayev, rayonun bəzi kəndlərində səyyar-qəbul görüşlər keçirir. Elə ki, icra başçısı Muradxanlı kəndində olur, o halda kənd sakinlər çox ciddi su problemi ilə üzüzə qaldıqlarını və buna görə də susuzluqdan olduqca əziyyət çəkdiklərini rəhbərliyin diqqətinə çatdırıırlar. Sakinlər bildirdikləri şikayətlərində “Elə şəxslər var ki, onlar Muradxanlı kəndində torpaq sahələri alıb təsərrüfatla məşğul olurlar və həmin şəxslərin su ilə təmin olunmaları da ödənilir. Uzun illər ərzində bu kənddə yaşayan yerli sakinlər isə, bu gün də susuzluqdan əziyyət çəkirlər” deyə qeyd edirlər. Elə ki, günlər keçir və kənd sakinləri görürlər ki, onların etdikləri şikayətlə bağlı heç bir tədbir görən yoxdur. Belə olan halda sakinlər RİH başçısının qəbulunda olmaq və bir daha narazılıqlarını icra başçısı Elçin Rzayevin diqqətinə çatdırmaq qərarına gəlirlər. Təəssüf doğuran hal o olur ki, həmin vaxt rayon rəhbərliyi sakinləri qəbul edib dinləmək, yaxud da onların üzüzə qaldıqları problemin həllinə dəstək göstərmək əvəzinə, qəbula gələn və su çatışmazlığından əziyyət çəkən sakinlərin həbs olunmaları ilə bağlı tapşırığını verir. Bu da onu göstərir ki, Elçin Rzayev sakinlərin problemlərinə əhəmiyyət vermir və onları saya da salmır. Bir sözlə, bu şəxs sakinlərə qarşı qənim kəsilir. Redaksiyamıza daxil olan məlumatlara görə, indiyə kimi rayon sakinlərindən bir çoxu İmişli RİH-nin başçısının “əndazəni aşan” addımları ilə üzüzə qalıblar. O halda sual oluna bilər ki, nəyə görə Elçin Rzayev bugünkü vəzifəsinə təyin olunub? Məgər bu şəxs sakinlərə məxsus problemlərin həlli ilə, yoxsa onları “dama soxdurmaq”la məşğul olmalıdır? Deməli, RİH-nin başçısı özünü İmişlinin “əlçatmaz, ünyetməz firon”u hesab edir ki, bu gün o, belə bir addımlarını atır. O halda sual oluna bilər ki, bu şəxs icra başçısı vəzifəsinə təyin olunarkən möhtərəm Prezidentin ona verdiyi tapşırıqlar əhəmiyyətini itirdimi? Yoxsa, İmişlidə dərəbəylikdir? Yəqin ki, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyyələrə əməl etməyən Elçin Rzayevlə bağlı yaxın vaxtlarda lazımi addınmlar atılacaq. O halda hər kəs şahidi olacaq ki, İmişli RİH-nin başçısı sələfinin aqibətini yaşamalı olan şəxsdir. Nəysə, yaşayarıq, görərik! Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.

GundemXeber.Az
 
 
 

Bölmənin digər xəbərləri

19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video

Dünyapress TV

Xəbər lenti