QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi
“Dünyada elə bir ölkə yoxdur ki, orada qida təhlükəsizliyi 100 faiz təmin olunsun. Dünyanın hər yerində qida təhlükəsizliyinə görə yüz faizlik cavabdeh sahibkardır”.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə deyib. Onun dediyinə görə, qida təhlükəsizliyi qurumlarının vəzifəsi sahibkarla istehlakçı arasında münasibətləri tənzimləməkdir...

Bununla da qida təhlükəsizliyinə görə məsuliyyəti bir növ öz boynundan atan AQTA sədri Azərbaycanda qida təhlükəsizliyi səviyyəsinin yüksək olduğunu, hətta Avropanı da üstələdiyini iddia edib: “Bizdə nədənsə elə təəssürat yaranıb ki, digər ölkələrdə qida həddindən artıq sağlamdır, bizdə isə ona qarşı münasibət həddindən artıq kritikdir. Bu, belə deyil. Tam məsuliyyətlə bildirmək istəyirəm ki, Azərbaycan dünyada qidası təhlükəsiz olan ən öndəgedən ölkələrdən biridir".

Təhməzli bunu da ölkədəki zəhərlənmə hallarının sayı ilə əlaqələndirib: "Azərbaycanda 100 min nəfərə görə zəhərlənmə 4 hadisə, Avropa Birliyi ölkələrində isə 10 hadisədir”.

Birincisi, Azərbaycanda bütün rəsmi statistikalar kimi zəhərlənmə statistikasının da obyektivliyi, yumşaq desək, şübhə doğurur və təbii ki, gerçək mənzərəni əks etdirə bilməz.

İkincisi, AQTA sədrinin dediyindən belə çıxır ki, hətta yaşayış səviyyəsi və standartları qat-qat yüksək olan avropalılar bizdən pis qidalanır, bizdən keyfiyyətsiz məhsullar istehlak edirlər və ona görə də bizdən daha çox zəhərlənirlər. Yəqin, bunu iddia edərkən Qoşqar müəllimin özünün də öz dediklərinə gülməyi gəlib...

Zəhərlənmə statistikasına gəlincə, bu, kifayət qədər mübahisəli yanaşmadır. Çünki Azərbaycanda insanlar qidalardan dərhal deyil, tədricən zəhərlənir və bu, özünü xərçəng xəstəliyi başda olmaqla, bir çox digər ağır xəstəliklərin, sonsuzluğun və s. artmasında göstərir.

Məsələyə bu rakursdan yanaşmaq əvəzinə, Q.Təhməzli nəinki avropalıların, dünyanın əksər sivil ölkələrinin yaxın buraxmadıqları və çox ehtiyatla yanaşdıqları palma yağının guya təhlükəsiz olduğu barədə ağız dolusu danışıb. AQTA sədrinin dediyinə görə, bugünədək ölkədə palma yağında aparılan müayinələrdə heç bir uyğunsuzluq aşkar edilməyib. O, deyib ki, digər bitkilərlə müqayisədə yüksək məhsuldarlığa malik olduğundan və maliyyə baxımından ucuz başa gəldiyindən palma yağından qida sənayesində geniş istifadə olunur: “Palma yağ tərkib xüsusiyyətlərinə və daha yüksək sabitliyə malik olduğundan qızardılma və bişirilmə üçün yararlı hesab edildiyindən daha geniş istifadə olunur”.

Maraqlıdır, görəsən Q.Təhməzlinin özü, yaxud başqa bir məmur evində həmin bu “tərifli” palma yağından istifadə edirmi? Təbii ki, qətiyyən yox! Amma “qara camaata” can-başla məsləhət görür. Yəqin, bu yağı ölkəyə gətirən inhisarçılar, məmur-oliqarxlar və s. belə məsləhət bilir. Onların maraqlarını tapdalamaq olmaz!

Hər halda, əhaliyə kərə yağı adı altında satılan yağların, eləcə də bir çox qida məhsullarının tərkibində palma yağının olduğuna dair iddialar da əsassız deyil. Q.Təhməzlidən fərqli olaraq, qida mütəxəssisi Ağa Salmanov mətbuata açıqlamasında deyib ki, palma yağı insan orqanizmi üçün olduqca zərərlidir və onun ölkəyə gətirilməsi qadağan olunmalıdır. O, bildirib ki, palma bitkisindən hazırlanan yağ ən ucuz və orqanizm üçün təhlükəli məhsuldur: “Avropa Qida Təhlükəsizliyi Agentliyi də palma yağının orqanizm üçün zərərli olduğunu təsdiq edib. Bu yağ texniki emal zamanı hidrogenlə doydurulur və nəticədə transyağa çevrilir. Buna görə də insan orqanizmində müəyyən şişlərin, xəstəliklərin meydana gəlməsinə səbəb olur”.

Deməli, Avropa Qida Təhlükəsizliyi Agentliyi palma yağının zərərli olduğunu təsdiqləyir, Q.Təhməzli isə başqa fikirdədəir və belə hesab etmir. Ümumiyyətlə, paradoksal vəziyyət yaranır. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatı artıq bir ildir COVİD-19-un bitdiyini elan etsə də, Azərbaycanda bu epidemiya hələ də guya “yaşayır” və biz ÜST-ün artıq “gorbagor olmuş” tələblərinə hələ də riayət edirik, hətta sərhədlər də bu adla bağlı saxlanılır. Ancaq digər beynəlxalq qurum - Avropa Qida Təhlükəsizliyi Agentliyi palma yağının zərərli hesab etdiyi halda, biz onu tam yararlı və zərərsiz kimi qəbul edib, əhaliyə “yediririk”. Hər halda, heç də Q.Təhməzlidən zəif mütəxəssislərin toplaşmadığı Avropa Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, palma yağı insan orqanizmində şişlərin, digər ağır xəstəliklərin meydana gəlməsinə səbəb olur. Təhməzli isə bu arqumenti yox, ölkəmizdə zəhərlənmə hallarının statisikasını əsas götürərək, ölkəmizin qida təhlüksizliyi səviyyəsini bu kriteriya əsasında ölçür. Hansı ki, bu cür qidalar öz təsirini dərhal zəhərlənmələrin deyil, müxtəlif ağır xəstəliklərin say artımında göstərir və yaxşı olar ki, Q.Təhməzli bu statistikadan da danışsın.

Ancaq yox, AQTA rəhbəri üçün prioritet mövzu tamamilə başqadır. Milli Məclisdəki çıxışı zamanı Q.Təhməzli ölkənin qida təhlükəsizliyi səviyyəsinin az qala idealın üzərində olduğunu bildirməklə yanaşı, onun qurumunun sahibkarlıq subyektlərində istədiyi vaxtda, istədiyi kimi yoxlamalar apara bilməməsindən gileylənib. O, deyib ki, hazırda Qida Təhlükəsizliyi Agentliyi qəfil yoxlamalar həyata keçirə bilmir: “Qanunvericilikdə olan maneə bizə imkan vermir ki, plandankənar yoxlama həyata keçirək”. Yəni, əhaliyə palma yağı da daxil olmaqla hər cür yararsız qidalar yedirtmək olar, dərd bu deyil, dərd yoxlama dərdidir! Sahibkarlarımız isə bu yoxlamaların nəyə və neçəyə başa gəldiyini yaxşı bilirlər...

“AzPolitika.info”
 
 
 

Bölmənin digər xəbərləri

19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video

Dünyapress TV

Xəbər lenti