İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib? FOTO
Aprelin 9-da Cəlilabad sakini, 1984-cü il təvəllüdlü Mübariz Ağayev xüsusi əməliyyatla saxlanılıb və ondan 6 kiloqram narkotik maddə aşkarlanıb. O, ifadəsində həmin narkotik maddələri karqo şirkətlərdən birindən aldığını bildirib. Narkotik maddə İrandan Azərbaycana TIR-da silikonların içərisində gətirilib. M.Ağayev narkotik malları paytaxt Bakıda müəyyənləşdirilən yerlərə verdikdən sonra iranlı narkotacirə məlumat verməli imiş.
M.Ağayevin "narkotiki karqo şirkətlərin birindən aldım" deməsi, diqqətimi çəkdi və məsələ ilə bağlı qısa araşdırma apardım.
Məlum oldu ki, 6 kiloqram narkotik maddə "Fronqresen Group" adlı MMC-yə məxsus malların, 303 kq çəkisi olan silikonların içərində Azərbaycana gətirilib. Mallar 25.03.2024-cü il tarixində Bakı Şəhər Baş Gömrük İdarəsində olub, maliyyə inspektoru tərəfindən rəsmiləşdirilib, gömrük bəyannaməsi yazılıb. Gömrük əməkdaşları və rentgen aparatları narkotiki aşkarlaya bilməyib. Maraqlıdır ki, mallar bir neçə gün orada olub, yoxlanılıb, daha sonra yenidən fiziki baxışa verilib. Amma 6 kiloqram narkotiki aşkarlaya bilməyiblər.
O da məlum oldu ki, malların yoxlanılması və buraxılması BBGİ-nin inspektoru Aqil İbadovun monopoliyasındadır. Onun icazəsi, rəyi olmadan heç bir mal buraxıla bilməz.
Məsələ ilə bağlı istintaq aparılır. Ümid etmək istəyirəm ki, bu məsələ ilə bağlı təkcə M.Ağayev barədə yox, gömrük əməkdaşının məsuliyyəti də müəyyənləşdirilərək lazımı tədbirlər görüləcək.
Samir Feyruzov
TEREF
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1713717608_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1713717608_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1713717609_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1713717609_4.jpg
 
 
 

Bölmənin digər xəbərləri

05 May 2024 Arxitektura komitəsində Ramin Abdullayev PROBLEMİ
05 May 2024 Masazırda obyekt sahibi ağacları “soyqırımına” məruz qoyub - VİDEO
05 May 2024 Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ... - İLGİNC
04 May 2024 İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO
04 May 2024 Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - İTTİHAM VAR..
04 May 2024 Uşaq poliklinikasinda dözülməz vəziyyət - VİDEO
04 May 2024 QOCA KƏMALƏDDİN KÖHNƏ QAYDADA YEYİR... - BU DA FAKT!!!
04 May 2024 Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub
03 May 2024 Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR
03 May 2024 “Mənə neçə mənzil verə bilərsən?” - DƏLİXANADIR, VALLAH...
03 May 2024 Son model GL Mercedesi 3 aya gətizdirən Dövlət bağçasının müdirəsi, tabeliyində olan 26 tərbiyəçi müəllimini təhdid edərək hədə-qorxu gəlir.ŞOK SƏS YAZISI
03 May 2024  Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT
03 May 2024 Turan İsmayılov Nyu-Yorkun Manhetten səmtində 735.000 dollar dəyərində mənzil alıb
03 May 2024 Nərimanovda COP29 öncəsi ağaclar məhv edildi - Fotolar
02 May 2024 Deputatın qardaşı oğlu HƏDƏFƏ ÇEVRİLİR... - ÇÜNKİ...
02 May 2024 Naxçıvanda 5 MİLYONLUQ YEYİNTİ müəmması...
02 May 2024 Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR???
02 May 2024 Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ... - "Bu adam ən böyük sehrbazdır..."
02 May 2024 Nərimanovda COP29 öncəsi ağaclar məhv edildi – FOTOLAR
02 May 2024 Dövlət Əmək Müfəttişliyi... Dövlət Vergi Xidməti... Qida Agentliyi hara baxır ? - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti