Həbs gördü... hələ də qanun tanımır... MƏHKƏMƏSƏ QƏRAR VERİB!
Xeyli müddətdir ki, ölkə gündəmində müzakirə olunan məsələlərdən biri də, məhz özünü hər kəsə “iş adamı” deyə təqdim edən, eyni zamanda “A.V.Construction” MMC-nin direktoru vəzifəsini daşıyan Verdiyev Müqayis Cəmil oğlu ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti arasında davam edən çəkişmələrin varlığıdır.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1713452990_2.jpg
Belə ki, media üzərindən apardığımız araşdırmalar zamanı bəlli oldu ki, bu “iş adamı” indiyə kimi bəzi media qurumlarında öz maraqlarına uyğun əssasız məqalələr dərc etdirib ki, guya ona gördüyü işlərin müqabilində Sumqayıt Şəhər İcra Hakimiyyətinin 2016-cı ildən külli miqdarda borcu yaranıb. Əslində belə bir yanaşmanın varlığı absurd yanaşmadır və bu yöndə iddianın heç bir hüquqi əsası yoxdur. Çünki kim bilməsə də, Müqayis Verdiyevin özü çox gözəl bilir ki, o, 02 mart 2022-ci il tarixdə Sumqayıt ŞİH-nin başçısı cənab Zakir Fərəcova yazdığı və özünün “şanlı imza”sı ilə təsdiq edib verdiyi məlumat xarakterli məktubunda “Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında görülmüş yenidənqurma və abadlıq işlərini tamamlandıqdan sonra ödənilməmiş vəsaitlə əlaqədar aramızda yaranmış anlaşılmazlıq aradan qaldırılmışdır” deyə qeyd etmişdir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1713452991_3.jpg
Bundan əlavə, Müqayis Verdiyev 23 fevral 2023-cü il tarixdə Sumqayıt ŞİH-nin başçısı cənab Zakir Fərəcova yazdığı müraciətində də, məhz Sumqayıtın simasının dəyişdirilməsində şəhər rəhbərliyinin əməyini və fəaliyyətini yüksək qiymətləndirir, Prezident Administrasiyasına və digər dövlət qurumlarına yazdığı şikayət məktublarının, teleqrammaların əsassız hesab olunmasını xahiş edir. Hətta, Sumqayıt ŞİH-nə qarşı hərhansı maddi iddia tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirir. Belə bir məzmunlu məktubdan, ortaya qoyulan belə bir yanaşmadan və s. sonra başa düşmək olmur ki, bu “iş adamı” qarşı tərəfdən nə istəyir, yaxud da qarşı tərəfə nə verib ki, o, verdiyini bu gün də geri ala bilmir? Baxmayaraq ki, Sumqayıtın Şəhidlər Xiyabanında və şəhərin Dənizkənarı Bulvar ərazisində yenidənqurmə və təmir işləri həyata keçirilərkən, ŞİH-nin başçısı Zakir Fərəcovla Müqayis Verdiyev arasında əldə olunmuş razılaşmaya əsasən, bütün ödənişlər qarşı tərəfə ödənilir. Bu günə kimi isə, Müqayis Verdiyev rəsmi dövlət qurumlarına ünvanladığı şikayət ərizələrində Zakir Fərəcovu hansısa formada günahkar hesab etməyə çalışır, amma heç bir halda bu yöndə istəyinə nail ola bilmir. Yəqin ki, bundan sonra da nail ola bilməyəcək.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1713452991_4.jpg
Media üzərindən apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, Müqayis Verdiyev başqa bir iş adamı Oruc Məmmədovu da müəyyən yollarla aldatmağı bacarıb. Belə ki, bu şəxs Şəhidlər Xiyabanında və Sumqayıt Dənizkənarı Bulvar ərazisində yenidənqurmə və təmir işləri həyata keçirilərkən, Oruc Məmmədovdan təqribən 236 000 min manat dəyərində nisyə tikinti materialları götürür. Elə ki, görülən işlər tam başa çatdırılır və təhvil verilir, o halda Müqayis Verdiyev götürdüyü malların pullarını Oruc Məmmədova ödəmir və onu aldadır. Borcun ödənilməsi tələbi ilə bağlı hər iki şəxs arasında davam edən mübahisələr, müəyyən çəkçevirlər və s. heç bir nəticə vermədiyindən, son anda zərərçəkən şəxs Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməli olur. Dolaşan söz-söhbətlərə görə Müqayis Verdiyev təkcə Oruc Məmmədovu deyil, digər iş adamlarını da aldatmağı bacarır və ayrı-ayrı şəxslərdən nisyə götürdüyü materiallara görə ödəcəyi pulları, bu gün də onlara ödəmir.

Redaksiyamıza daxil olan başqa bir məlumatlara görə, xeyli müddət bundan öncə iddiaçı Oruc Səfərəli oğlu Məmmədov, Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Müqayis Cəmil oğlu Verdiyevə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, o, Sumqayıtın Şəhidlər Xiyabanında və şəhərin Dənizkənarı Bulvar ərazisində həyata keçirilən yenidənqurma və təmir işləri zamanı “Çanakqala” kafel, metlax və keramika mağazasından, Balaxanı qəsəbəsindəki daş sexindən, eyni zamanda “Sədərək” ticarət mərkəzindən ümumi dəyəri 276 000 manatlıq tikinti və dekorasiya materialları götürür və onları Şəhər İcra Hakimiyyətinə verir. Qeyd edək ki, bir neçə dəfə davam edən məhkəmə proseslərindən sonra, 31 oktyabr 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsində hakim Səbnəm xanım Həxiyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində iddiaçı Oruc Məmmədovun iddia tələbinin qismən təmin olunması ilə bağlı (İş № 2(060)-3931/2023) Qətnamə çıxarılır.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1713452991_5.jpg
Qətnamədə cavabdeh Müqayis Verdiyevdən 167 000 (bir yüz altımış yeddi) manat məbləğində pul alınması və həmin məbləğ pulun Oruc Məmmədova ödənilməsi qeyd olunur. İddia tələbi qalan hissədə, yəni cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə münasibətdə təmin olunmur. Bundan əlavə, iddiaçı Oruc Məmmədov Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixdə çıxarmış olduğu Qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti də verir. Bu məhkəmə instansiyasında hakim Fuad Məmmədovun sədrliyi ilə keçirilən prosesdən sonra, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Sumqayıt Şəhər Məhkəməsinin çıxarmış olduğu qətnamənin dəyişdirilmədən qüvvədə saxlanması barədə, 20 fevral 2024-cü il tarixdə (İş № 2(105)-428/2024) Qətnamə çıxarır. Yəni, hər iki məhkəmə instansiyasının ədalətli qərarları bir daha onu sübut edir ki, Sumqayıt ŞİH-nin rəhbərliyinə qarşı şər-böhtan atan, iş adamlarından nisyə götürdüyü materiallara görə onlara olan borcunu ödəməyən, yaxud da ödəmək istəməyən Müqayis Verdiyev, gectez Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqi müstəvidə məsuliyyət daşımağa məcbur ediləcək.

Bir faktı da qeyd edək ki, bu şəxs xeyli vaxtdır ki, ayrı-ayrı media qurumlarının rəhbərləri ilə təmaslar qurur və şəhər rəhbərliyinin işgüzar fəaliyyəti ilə bağlı əsassız məlumatların yayılmasına da səbəb olur. Hətta, Müqayis Verdiyev ilk tanışlıq zamanı redaksiyaların bəzi əməkdaşlarına “yağlı vədlər” də verir. Elə ki, həftələr, aylar keçir, o halda bu şəxsin “yağlı vədlər”indən heç bir səs-soraq çıxmır. Hələ bu azmış kimi, özünü “iş adamı” deyə təqdim edən “A.V.Construction” MMC-nin direktoru media qurumları əməkdaşlarının etdikləri telefon zənglərinə də cavab vermir. Artıq son vaxtlar elə bir ab-hava əmələ gəlib ki, Müqayis Verdiyevin hansı amal və əməl sahibi olduğunu dərk edən media nümayəndələri, bu gün onun özündən yazmağa vadar olurlar. Düşündürücü hal odur ki, bu şəxs qol qoyduğu əməllərə görə indiyə kimi bir neçə dəfə həbs olunsa da, o, yenə də Sumqayıt ŞİH-nin rəhbərliyinə qarşı şər- böhtan xarakterli addımlarını atmaqda davam edir. Deməli, özünü müəyyən çevrəyə “iş adamı” deyə təqdim edən Müqayis Verdiyev, bu cür ambisiyaları və əsassız iddiaları ilə, məhz özünün hansı amal və əməl sahibi olduğunu ortaya qoyur. Ehtimal etmək olar ki, bu şəxs oxşar addımlarını atmaqla yoluna davam etdiyindən, yaxın vaxtlarda yenidən məhbəs həyatı yaşaya bilər. Yəqin ki, o halda sonrakı peşimançalıq heç cür fayda verməyəcək. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
/mediatv.az/
 
 
 

Bölmənin digər xəbərləri

19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video

Dünyapress TV

Xəbər lenti