Abşeron polisi Prezidentin adından yalan danışan qaziyə cinayət işi açmaqdan qorxub

b_338_192_16777215_00_http___deryaz.az_wp-content_uploads_2024_04_interpress_c0401cea21cb3dcc3727480b31318702_zv5py9rt36ao8em21qig-587x336-1-1.jpg

Təkrar müraciət etdiyimiz bu mövzuda qəzetimizin “Deryaz.az” veb-saytında 22.06.2022-ci il tarixli “Abşeronda gödəniyyəti mədəniyyətdən üstün tutanlar” sərlövhəli birinci, 13.11.2023-cü il tarixdə isə “Abşeron rayon rəhbərliyi qanunları “qazilərin ayağı ilə” tapdalayır” başlıqlı ikinci məqalə dərc olunub.

Xırdalan şəhər sakini Muradov Elçin Dadaş oğlunun “Dəryaz” qəzeti redaksiyasına müraciəti əsasında hazırlanmış həmin məqalələrdə müəllif hamını göz önündə baş verməkdə olan qanun pozuntusunun şahidi olmağa dəvət etmişdi.

Elçin Muradovun dəvətini qəbul edib onun yaşadığı Xırdalan şəhəri, Nizami küçəsi, 25-ci məhəllə, 1 nömrəli binanın həndəvərinə — haqqında bəhs etdiyi qanunsuz tikilinin inşa olunduğu ünvana getmişdik.

b_326_154_16777215_00_http___deryaz.az_wp-content_uploads_2024_04_WhatsApp-Image-2024-04-15-at-14.35.06-1024x485.jpegb_235_377_16777215_00_http___deryaz.az_wp-content_uploads_2024_04_WhatsApp-Image-2024-04-15-at-14.33.00.jpeg

Xatırladaq ki, istedadlı rəssam olan Elçin Muradov sözügedən beşmərtəbəli binanın 33 saylı mənzilində yaşayır. Bir çox Respublika və Beynəlxalq sərgilərdə iştirak edib, fərdi yaradıcılıq sərgiləri nümayiş olunub. Amma işləməsi üçün yaradıcılıq emalatxanası yoxdur. Özü və həmçinin üzvü olduğu Rəssamlar İttifaqı Abşeron Rayon İcra Hakimiyyətinin başçısına müraciət edib ki, yaşadığı binanın arxasındakı boş qeyri-yaşayış sahəsinin ona yaradıcılıq emalatxanası tikməsi üçün ayrılmasına köməklik göstərilsin. Lakin nə sabiq icra başçısı İradə Gülməmmədova, nə də hazırki rayon rəhbəri Abdin Fərzəliyev onun xahişini nəzərə almayıblar. Ayrı-ayrı vaxtlarda Abşeron RİH-nin başçısına, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubla müraciət etsə də, hər dəfə adı çəkilən bu qurumların səlahiyyətli şəxslərinin imzası ilə təsdiq olunmuş başdansovdu məktublarda “Qeyd etdiyiniz torpaq sahəsi ümumi istifadə üçün nəzərdə tutulduğundan, həmin yerdə tikinti işləri aparıla bilməz” və s. kimi cavablar verilib.

b_349_498_16777215_00_http___deryaz.az_wp-content_uploads_2024_04_WhatsApp-Image-2024-04-15-at-14.52.28-718x1024.jpeg

Ancaq belə bir cavab məktublarının verilməsinə baxmayaraq, bir nəfər şəxs, qeyd olunan yerdə qazıntı işləri aparıb hansısa obyekt inşa etmək qərarına gəlir. Məsələnin maraqlı tərəfi odur ki, həmin şəxs bu yöndə niyyətini “çin etmək” üçün, “Biz qazi ailəsiyik” deyir. Elə o vaxtdan haqlı olaraq ortaya çıxan bu suallar hələ də açıq qalmaqdadır: “Nədən belə bir tikinti işlərində “Qazi” adından sui-istifadə olunmalıdır? Axı, dövlətimiz tərəfindən imtiyaz sahibi olan hər kəsə, o cümlədən qazilərə də lazımi diqqət və qayğı göstərilir. Maraqlı odur ki, tikintini aparan şəxs bildirir ki, bu yeri mənə İcra başçısı Abdin Fərzəliyev verib”.

Xırdalan bələdiyyəsi Elçin Muradova 14 oktyabr 2019-cu ildə məktubla cavab verib ki, sözügedən 40 kv-metrlik sahə ümumi istifadədə üçün nəzərdə tutulduğundan, ona xahişi ilə əlaqədar köməklik göstərilə bilməyəcək. Bələdiyyənin Elçin Muradova yazdığı 15 oktyabr 2022-ci il tarixli məktubunda isə bildirilirdi ki, sözügedən sahənin yaxın müddətdə kiminsə adına sənədləşdirilməsi nəzərdə tutulmayıb.

b_281_407_16777215_00_http___deryaz.az_wp-content_uploads_2024_04_WhatsApp-Image-2024-04-15-at-15.47.09.jpeg

Torpaq sahəsinin hərraca çıxarılmasını və onun özünün də hərracda iştirakının təmin olunmasını bələdiyyədən israrla xahiş edən Elçin Muradova yerli özünüidarəetmə qurumunun sədri Orxan Musayev məktubda hətta tövsiyə edib ki, hər altı aydan bir yazılı və şifahi şəkildə öyrənib sahənin aqibəti haqda məlumat alsın. Ancaq təəssüf ki, Elçin Muradov aldadıldı; emalatxana üçün istədiyi yer onun və ümumiyyətlə, şəhər sakinlərinin xəbəri olmadan, hərrac elan edilmədən başqa bir pullu şəxsə satılıb.

b_276_420_16777215_00_http___deryaz.az_wp-content_uploads_2024_04_WhatsApp-Image-2024-04-15-at-14.32.09-1.jpeg

Elçin Muradov bu qənaətdədir ki, rayon rəhbərliyi torpaq sahələrini qanunsuz satmaq üçün Vətən müharibəsi şəhidlərinin ailələrindən və qazilərindən sui-istifadə edir.

Sənədlərin “dili ilə” danışsaq, qeyd olunan ünvanda tikinti işlərinin aparılmasına dair Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən heç bir icazə sənədi verilməmişdir.

b_323_445_16777215_00_http___deryaz.az_wp-content_uploads_2024_04_WhatsApp-Image-2024-04-15-at-14.52.10-1.jpeg

Bu, rayon rəhbərliyinin Elçin Muradova göndərdiyi 20.12.2023-cü il tarixli məktubda da təsdiqlənmişdir. RİH həmçinin 15.12.2023-cü il tarixli başqa bir məktubunda  təsdiqləyir ki, sözügedən torpaq sahəsində əslən Ağdam rayonundan olan, Xırdalan şəhəri, 26-cı məhəllə, V.Əliyev küçəsi, 22 ünvanda yaşayan III qrup Vətən müharibəsi əlili Naibov Eldəniz Vidadi oğlu tərəfindən tikinti işləri aparılmışdır. Nəzərə alsaq ki, Elçin Muradov qanunsuz tikinti işlərinin qarşısının alınması haqda həm rayon rəhbərliyini, həm də polisi xeyli əvvəldən məlumatlandırıb, o halda belə çıxır ki, RİH və polis bilərəkdən Eldəniz Naibovun qanunsuz əməllərinə rəvac veriblər, qanunsuzluğun qarşısını almayaraq hərəkətsizlik ediblər. Rayon İcra Hakimiyyəti Elçin Muradova yalnız maraqlı şəxs kimi qanunsuz tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olmasını xatırladıb. Halbuki, Abşeron RİH dövlətin marağı naminə çıxış etməli, özü məhkəməyə tərəf kimi müraciət etməli, Elçin Muradov isə üçüncü şəxs kimi prosesə qatılmalı idi.

İndi isə, Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Ağalarzadə Tural Kərəm oğlunun icraatında olan, Muradov Elçin Dadaş oğlunun müraciəti əsasında toplanmış materialı “nəzərdən keçirərək” qəbul etdiyi 03.12.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan bəzi cümlələrin altını cızaq: “Araşdırma zamanı Naibov Eldəniz Vidadi oğlu vermiş olduğu izahatda 2-ci Qarabağ müharibəsi iştirakçısı, 3-cü qrup Qarabağ müharibəsi əlili olduğunu və ailə vəziyyəti ilə əlaqədar dövlətimizdən dolanmaq üçün Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən təxminən 35-40 kvadrat torpaq sahəsi verilməsini xahiş etmiş və ölkə rəhbəri tərəfindən qeyd edilən yerin ona verildiyini  və həmin yerdə tikinti işləri apararkən özünü rəssam kimi təqdim edən Elçin Muradovun həmin tikilini qəsdən dağıtması və onu öldürəcəyi ilə hədələməsi ilə bağlı Abşeron RPİ-də araşdırma aparıldığını, tikinti ilə bağlı sənədlərinin olduğunu bildirmişdir… Elçin Muradovun iddiaları əsassız və sübutsuz olduğu üçün toplanmış materialda cinayət tərkibinin əlaməti yoxdur, fakt sübuta yetməmişdir”.

Əcəb məntiqdir, deyilmi? Birincisi — fakt necə sübuta yetmir ki, Eldəniz Naibov apardığı tikintinin Elçin Muradov tərəfindən qəsdən dağıdıldığı barədə polisə izahat verib? Tikilməyən obyekt necə dağıdıla bilər axı?

İkincisi, İcra Hakimiyyəti rəsmən qeyd olunan ünvanda tikinti işlərinin aparılmasına dair heç bir icazə sənədi vermədiyini bildirirsə, Eldəniz Naibov hansı icazə sənədindən söz edir? Polis təhqiqatçısı Tural Ağalarzadə Eldəniz Naibovdan niyə tələb etməyib ki, Prezident tərəfindən torpaq sahəsi üçün ona verilmiş icazəni (sərəncamı) ortaya qoysun?

b_305_461_16777215_00_http___deryaz.az_wp-content_uploads_2024_04_təhq1.jpegb_316_196_16777215_00_http___deryaz.az_wp-content_uploads_2024_04_təhq2.jpeg

Təbii ki, Elçin Muradov polisin qərarı ilə razılaşmayıb və rayon prokurorluğuna müraciət edərək, 2024-cü ilin fevral ayında həmin qərarın əsassız hesab edilərək ləğv edilməsinə və tam, hərtərəfli araşdırma aparılıb obyektiv qərar qəbul olunması üçün Abşeron Rayon Polis İdarəsinə qaytarılmasına nail olub. Rayon prokurorunun polis rəisinə göndərdiyi məktubda nəticə barədə maraqlı tərəflərə (o cümlədən, Elçin Muradova) məlumat verilməsinin vacibliyi xatırladılmışdır.

Mövzuya qayıdacağıq.

Deryaz.az

Bölmənin digər xəbərləri

02 May 2024 Deputatın qardaşı oğlu HƏDƏFƏ ÇEVRİLİR... - ÇÜNKİ...
02 May 2024 Naxçıvanda 5 MİLYONLUQ YEYİNTİ müəmması...
02 May 2024 Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR???
02 May 2024 Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ... - "Bu adam ən böyük sehrbazdır..."
02 May 2024 Nərimanovda COP29 öncəsi ağaclar məhv edildi – FOTOLAR
02 May 2024 Dövlət Əmək Müfəttişliyi... Dövlət Vergi Xidməti... Qida Agentliyi hara baxır ? - İTTİHAM VAR...
02 May 2024 Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
02 May 2024 “Azərlotereya” öz gəlirlərini fikirləşir — Deputatdan SƏRT AÇIQLAMA
02 May 2024 Neptun Marketə dəhşətli mənzərə - zəhərli sosiskalar satılır - VİDEO
01 May 2024 Parklarda fəaliyyət göstərən səyyar kababxanalar hansı məmurlarındır?
01 May 2024 Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir - FOTOFAKT
01 May 2024 "VEYSƏLOĞLU" Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?-Mansur Məmmədov
01 May 2024 Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.
01 May 2024 “Bakı Sığorta” vətəndaşları aldadır- FOTOFAKT
01 May 2024 BAKIDAKI MƏDƏNIYYƏT ABIDƏLƏRINI, KINOTEATRLARI KIMLƏR TARMAR EDIR? — FOTO/VİDEO
30 Aprel 2024  "Ölkəni AKADEMİK RÜŞVƏTDƏN xilas etmək lazımdır" - ÇAĞIRIŞ
30 Aprel 2024 5 il əvvəl dələduzluqda ittiham edilən ginekoloq yenə TV ulduzuna çevrilib - Natiq Məhərrəmovun keçmişi yaddan çıxıb? VİDEO
30 Aprel 2024 "Nizami rayon İcra Hakimiyyəti nəyə baxır, hara baxır?!" -ETİRAZ / VİDEO
30 Aprel 2024 Xırdalanda gecə ilə ağacları kökündən çıxarıb izini itirən Abbas Yusifov imiş - Rəsmi
30 Aprel 2024 "Rahat" market qəpik-quruş uğruna insanların sağlamlığını güdaza verir...

Dünyapress TV

Xəbər lenti