SAATLI RAYON İCRA HAKİMİYYƏTİ MƏHKƏMƏ QARŞISINA ÇIXMAĞA RAZIDIR LAKİN MƏLUMAT VERMƏYƏ RAZI DEYİL - İTTİHAM
Azərbaycan Respublikasının Konstitusiyasına və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 27 mart 2024-cü ildə Saatlı rayon İcra Hakimiyyətinə 12 sualdan ibarət informasiya sorğusu ünvanlamışam. Bütün suallarım Saatlı rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) ilə bağlı olmuşdur. Çünkü mən dəfələrlə MKTİB-yə sorğu ünvanlasam da heç cür sorğuma cavab ala bilməmişdim. Düşündüm ki, MKTİB Qanunun tələbini pozsa da İcra Hakimiyyəti belə etməz və sorğuma cavab verər. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilməlidir. Lakin 7 iş günü keçsə də Saatlı rayon İcra Hakimiyyəti sorğuma cavab vermədi. Təsəvvür edin ki, mən 2021-ci ildən bu günə qədər MKTİB-yə sorğu ünvanlasam da nə MKTİB nə də Saatlı rayon İcra Hakimiyyəti sorğuma cavab vermir. Hər dəfə mənə şablon cavab verərək sorğuda istədiyim ictimaiyyət üçün açıq məlumatları Dövlət sirri kimi qoruyaraq vermirlər. Axı nəyə görə MKTİB-də çalışan işçilərin siyahısı dövlət sirri kimi qorunmalıdır? Axı nəyə görə MKTİB-nin texnika və inventarları gizlin saxlanmalıdır? Axı nəyə görə MKTİB-nin maliyyə xərcləri gizlin saxlanılmalıdır?

İnformasiya azadlığı insan hüquq və azadlıqlarının əsas elementlərindən biridir, cəmiyyətdə baş verən dinamik proseslərdən xəbər tutmaq isə vətəndaşların əsas ehtiyaclarındandır. İctimai mühitə təsir göstərən, insanlar üçün maraqlı və əhəmiyyətli olan bütün hadisə və faktlar barədə hər bir fərdin informasiya almaq hüququ vardır, bu hüquq vətəndaşların fikir azadlığının tərkib hissəsidir.

Belə ki, mən məcburiyyət qarşısında qalıb Saatlı rayon İcra Hakimiyyəti barəsində iddia ərizəsi ilə həm Məhkəməyə müraciət etdim həm də Ombudsmana şikayət ərizəsi ünvanladım. 10.06.2024-cü il tarixində Məhkəmə hazırlıq icraatıdır və Ombudsman Aparatı da 16.04.2024-cü il tarixli məktubla Saatlı rayon İcra Hakimiyyətindən (surəti mənə göndərilib) sorğuya cavab verilməsini tələb etmişdir. Mən 2021-ci ildən bu günə qədər Saatlı rayon MKTİB-yə sorğu ünvanlayıram və bu müddət ərzində MKTİB-də 7 direktor dəyişib.

Mənim üçün ən maraqlı məqam bilirsiz nədir? Saatlı rayon İcra Hakimiyyəti mənim onları Məhkəməyə verməyimə razıdır lakin mənə məlumat verməyə razı deyil? Axı səbəb nədir? Saatlı rayon İcra Hakimiyyəti MKTİB-nin işçilərinin siyahısını mənə verməyə razı deyil, lakin bir vətəndaşın onları Məhkəməyə verməsinə razıdır, səbəb? Sizcə də burada müəmmalı məqamlar yoxdurmu? Bu və digər məlumatlar əslində ictimaiyyət üçün açıq məlumatlar olduğu halda nəyə görə Dövlət sirri kimi qorunur? Televiziyalarda belə həmin bu MKTİB-nin direktoru ilə bağlı xəbərlər yayıldı. Əgər Saatlı rayon İcra Hakimiyyətinin tabeliyində olan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində heç bir korrupsiya halı yoxdursa, heç bir qanunsuz hal yoxdursa və hər bir iş Qanun çərçivəsində aparılırsa bəs nəyə görə mənim sorğuma cavab verməyib Məhkəmədə cavabdeh qismində iştirak etməyə razı olurlar?

Media nümayəndələrindən xahiş edirəm siz də zəng edin Saatlı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayın və sual verin ki, vətəndaşın sorğusuna cavab verməmək üçün əsas səbəbiniz nədir? Təbii ki, özlərinə haqq qazandırmağa çalışacaqlar lakin fakt budur ki, mənim sorğuma cavab verilmədiyi üçün həm Məhkəmə həm də Ombudsmanın icraatında bununla bağlı iş var. Hətta eşitdiyimə görə kimlərsə mənimlə bağlı məkirli plan qurur ki, görəsən onu necə şərləyə bilərik! Təbii ki, bunu da bacara bilməyəcəklər çünkü haqq-ədalət və hüquq-mühafizə orqanları var, heç kim əsassız yerə məni şərləyə bilməz! Mən ictimai-siyasi fəal olaraq hər zaman Dövlətinin və Xalqının yanında olan şəxsəm, həmçinin qeyri-hökumət təşkilatlarının fəal üzvüyəm. Mən öz hüquqlarımı da kifayət qədər yaxşı bilirəm. Bir sorğuya cavab vermək bu qədərmi çətindir İcra Hakimiyyəti üçün?

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir.

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən Saatlı rayon İcra Hakimiyyəti informasiya sahibi hesab edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən bu Qanunun 9-cu maddəsində nəzərdə tutulan informasiya sahibləri informasiyanın əldə olunmasının təşkilinə görə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar.

Cənab Prezident İlham Əliyev 30 aprel 2019-cu ildə Nazirlər Kabinetinin iclasında etdiyi çıxışında ictimai nəzarətin vacibliyindən danışıb. İlk dəfə deyil ki, Cənab Prezident ictimai nəzarətin mühümlüyünü vurğulayıb. Cənab Prezident hesab edir ki, harada ki, insanları narahat edən məsələlər, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir. "Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər. Mən də Azərbaycan Respublikasının vətəndaşı olaraq, Cənab Prezidentimin bu çağırışlarına qoşulub, ictimai nəzarət mexanizmlərinin həyata keçirilməsi üzrə ictimaiyyətin nümayəndəsi olaraq, İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunu maddə 1-də yazıldığı kimi ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunması prinsiplərini də nəzərə alaraq Saatlı rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin fəaliyyətini öyrənmək məqsədi ilə onlara sorğu ünvanlamışam. Lakin Saatlı rayon İcra Hakimiyyəti həm Prezidentimizin tapşırıqlarına məhəl qoymur həm də Qanunun tələblərini pozaraq sorğuma cavab vermir.

Mən hesab edirəm ki, Saatlı rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin fəaliyyəti çox ciddi şəkildə araşdırılmalıdır. Orada olan bütün işçilər yoxlanılmalıdır, idarəyə ayrılan vəsaitin dəqiq olaraq hansı istiqamətlərdə xərclənməsi araşdırılmalıdır və.s. Hesab edirəm ki, mənim bu müraciətimdən sonra həm Saatlı rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin fəaliyyəti ciddi şəkildə yoxlanılacaq həm də Saatlı rayon İcra Hakimiyyəti tərəfindən mənim informasiya sorğuma cavab veriləcəkdir.
Saatlı rayon sakini Asim Əliyev
REDAKSİYADAN: Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF
 

Bölmənin digər xəbərləri

02 May 2024 Deputatın qardaşı oğlu HƏDƏFƏ ÇEVRİLİR... - ÇÜNKİ...
02 May 2024 Naxçıvanda 5 MİLYONLUQ YEYİNTİ müəmması...
02 May 2024 Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR???
02 May 2024 Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ... - "Bu adam ən böyük sehrbazdır..."
02 May 2024 Nərimanovda COP29 öncəsi ağaclar məhv edildi – FOTOLAR
02 May 2024 Dövlət Əmək Müfəttişliyi... Dövlət Vergi Xidməti... Qida Agentliyi hara baxır ? - İTTİHAM VAR...
02 May 2024 Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
02 May 2024 “Azərlotereya” öz gəlirlərini fikirləşir — Deputatdan SƏRT AÇIQLAMA
02 May 2024 Neptun Marketə dəhşətli mənzərə - zəhərli sosiskalar satılır - VİDEO
01 May 2024 Parklarda fəaliyyət göstərən səyyar kababxanalar hansı məmurlarındır?
01 May 2024 Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir - FOTOFAKT
01 May 2024 "VEYSƏLOĞLU" Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?-Mansur Məmmədov
01 May 2024 Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.
01 May 2024 “Bakı Sığorta” vətəndaşları aldadır- FOTOFAKT
01 May 2024 BAKIDAKI MƏDƏNIYYƏT ABIDƏLƏRINI, KINOTEATRLARI KIMLƏR TARMAR EDIR? — FOTO/VİDEO
30 Aprel 2024  "Ölkəni AKADEMİK RÜŞVƏTDƏN xilas etmək lazımdır" - ÇAĞIRIŞ
30 Aprel 2024 5 il əvvəl dələduzluqda ittiham edilən ginekoloq yenə TV ulduzuna çevrilib - Natiq Məhərrəmovun keçmişi yaddan çıxıb? VİDEO
30 Aprel 2024 "Nizami rayon İcra Hakimiyyəti nəyə baxır, hara baxır?!" -ETİRAZ / VİDEO
30 Aprel 2024 Xırdalanda gecə ilə ağacları kökündən çıxarıb izini itirən Abbas Yusifov imiş - Rəsmi
30 Aprel 2024 "Rahat" market qəpik-quruş uğruna insanların sağlamlığını güdaza verir...

Dünyapress TV

Xəbər lenti