“İST PETROL”-da benzinə görün nələr QATILIR - Təsadüf yoxsa REALLIQ?
Bu gün ölkənin bir sıra məkanlarında yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Düzdür, bu cür obyektlərin sayının çox olması sürücülər üçün əlverişlidir. Lakin bununla bərabər tez-tez qalmaqallı mövzular da ortaya çıxır.

Bir neçə gün əvvəl “SOCAR Petroleum” QSC və “İST Petrol” yanacaqdoldurma məntəqələrində sürücülərə su ilə qarışdırılmış yanacağın satılması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Məlumata görə, “İST PETROL” yanacaqdoldurma məntəqəsində satılan avtomobil yanacağının keyfiyyəti aşağıdır. İddia olunub ki, yanacağa benzinlə birlikdə su qatılır.

Məsələ ilə bağlı “SOCAR PETROLEUM” QSC-nin mətbuat xidməti bildirib ki, “SOCAR PETROLEUM” QSC 11.04.2024-cü il tarixində “İST Petrol” MMC rəhbərliyi tərəfindən qəbul edilən yanacağın keyfiyyəti ilə bağlı narahatedici məlumat alan kimi məsələni nəzarətə götürmüşdür.

“SOCAR Petroleum” QSC sözügedən texniki problemin yanacaq çəninə su sızması nəticəsində baş verdiyini bildirərək, sürücülərə dəymiş bütün maddi məsuliyyəti öz üzərinə götürüb ödəsə də, insanlar bundan sonra da keyfiyyətsiz məhsulun satışından narahatdırlar. Bundan başqa, paytaxt sakinləri xüsusən “İST Petrol”un “Əhmədli” filialında müxtəlif problemlərin olduğunu bildirirlər.

Bəs, görəsən, bu təsadüfdür yoxsa reallıq?

Belə ki, adı zaman-zaman müxtəlif ittihamlarda və qalmaqallı vətəndaş şikayətlərində hallanan “İST Petrol” MMC-nin adı son zamanlar yenidən gündəm olub. “İST Petrol”la bağlı şikayətlər sadəcə bununla bitmir. Yaxın keçmişə nəzər saldığımız zaman sözügedən yanacaqdoldurma məntəqəsi ilə bağlı zaman-zaman şikayətlərin sosial şəbəkələrdə və KİV-də yayıldığının şahidi oluruq.

Məsələ ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı redaksiyamıza bildirdi ki, Azərbaycanda bir çox yanacaqdoldurma məntəqələrində satılan benzinin keyfiyyəti heç də ürəkaçan deyil:

"Minlərlə sürücü bu kimi problemlərin fəsadını yaşayır, təəssüflər olsun ki, bu cibəgirmələr aidiyyatı qurumların gözü qarşısında baş verir və bununla bağlı tədbirlər də görülmür. Yanacaqdoldurma məntəqələrinin təhlükəsizlik qaydaları ilə bağlı bəzi təlimatlar var. O təlimatlardan da biri yanacaq çənlərinin vaxtında təmizlənməsi məsələsidir. Bu təmizləmə olduqca ağır bir prosesdir, bu zaman bütün iş dayanır və çən tam boşalır. Bu təxminən ayda bir, ya da 3 ayda bir dəfə baş verən bir prosesdir".

Ekspert qeyd edib ki, bu gün istər bəzi yanacaqdoldurma məntəqələrində, istərsə də onlara nəzarət edən qurumlarda özbaşınalıq baş verir. Onun sözlərinə görə, illərdir bu kimi problemlər var, lakin heç bir tədbir görülmür.

Şikayətlərə məsuliyyətsiz yanaşılır

Araşdırma apardığımız zaman məlum olur ki, Bakıda sürücülərin ən çox şikayətləndiyi və narazı qaldığı yanacaqdoldurma məntəqələrindən biri elə məhz "İST Petrol" MMC-dir. Vətəndaşları narazı salan əsas faktorlar isə “İST Petrol” MMC-nin qanunsuz və yarıtmaz fəaliyyəti ilə bağlıdır.

Məlumata görə, bir müddət əvvəl Bakıda sürücü "İST Petrol"un yanacağının keyfiyyətindən narazı qalıb. O, yanacağın içərisindən torpaq çıxdığını bildirib. Sürücünün sözlərinə görə, yanacağın içərisindəki torpaq avtomobilin filterini yararsız hala salıb.

Məlumat üçün qeyd edək ki, avtomobillərin mühərrikinin sıradan çıxmasına səbəb olan 5 əsas problemdən biri benzinə su, qum və ya digər qatqı maddələrinin qatılmasıdır. Benzinin tərkibinə qarışan su qısa zaman ərzində avtomobilin yanacaq sisteminə, nasosa, eləcə də slindirlərə ciddi zərər vurur.

“İST Petrol” MMC sözügedən texniki problemin yanacaq çəninə su sızması nəticəsində baş verdiyini bildirərək, sürücülərə dəymiş bütün maddi məsuliyyəti öz üzərinə götürsə də, bundan sonra itirilmiş keyfiyyətini, sürüclərin və vətəndaşların güvənini yenidən qazana biləcəkmi? Təəssüflər olsun ki, xeyr.

Məlumat üçün qeyd edək ki, bu xəbəri dərc etməklə müəssisənin işgüzar nüfuzunu zədələmək niyyətimizin olmadığını bir daha bəyan edir, “İST Petrol” MMC-yə qarşı hər hansı qərəzli mövqeyimizin olmadığını vurğulayırıq.

Aqil Qocayev
hurriyyet.az
 

Bölmənin digər xəbərləri

19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video

Dünyapress TV

Xəbər lenti