"Şəki Suvarma Sistemleri İdarəsinin müdiri mənə qarşı QƏRƏZLİDİR..."
Şəki rayonun Baş Göynük kənd sakini, “Çernobul” qəzası iştirakçısı və əlili Məmmədov Aqil Sabir oğlu  tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də dia-az.info-ya daxil olan müraciətdə deyilir:
"Bir daha Sizlərə minnətdarlığımızı bildirmək istəyirik  ona görə ki, Siz 44 günlük Vətən Müharibəsinə Qarabağ Problemini birdəfəlik həll etdiniz. Biz də bir seçici kimi  hamılıqla Sizi yenidən dövlətimizə başçı seçdik.

Xatırladım ki, elə seçki bitər bitməz “Su və Meliorasiya Təsərrüfatı” ASC-nin Şəki rayonu üzrə idarəsi rəisi mənə zəng edərək bildirdi ki, təcili idarəyə gəlib öz xahişinizlə ərizə yazıb işdən çıxmalısınız. Mən ona bildirdim ki, axı mən xüsusi kateqoriyaya aid Çernobul veteranıyam. Niyə idarədəki bu ixtisara məndən başlayırsınız. Cavab Verdi ki, idarə etdiyiniz avtomobil köhnəlib, işləmir ona görə. Bu birbaşa “Su və Meliorasiya Təsərrüfatı” ASC-nin sədri cənab Zaur Mikaylovun göstərişidir. Mən müdir Sabir Əhmədovun öz xahişimlə ərizə yazıb işdən çıxmağım barədə təklifilə razı olmadığımı bildirdim.



  Öncə mən inanmıram ki, cənab “Su və Meliorasiya Təsərrüfatı” ASC-nin sədri Zaur müəllim Sabir Əhmədova göstəriş versin ki, təcili olaraq işçiniz olan Çernobul veteran Aqil Məmmədovun ərizəsi alınsın. Yaxşı olardı ki, Sabir müəllim ixtisarlara idarəyə doldurduğu öz qohum-əqrəba, dost tanışlarından başlayaydı. Və biz də belə şəxsi nümunədən nəticə çıxarıb ərizəmizi yazardıq. Biz zorakılıqla indiki iqtisadi çətin  bir vaxtda öz xoşumuzla ərizə yazmadım . Fevralın 24-də təkrar bu barədə yuxarı orqanlara yenidən müraciətimi görən müdir məni 6 mart tarixindən xəbərdarlıq etmədən işdən çıxarmışdır. Bu barədə  ƏƏSMN-nin Əmək müfətişliyi mənimlə əlaqə saxlayaraq bildirmişdir ki, belə yanaşmaya görə biz idarəni 1500 manat cərimələyəcəyik. buna görə də mən Çernobul əlili birinci olaraq işdən çıxarıldım. Xatırladım ki, mənim 3 qız övladım olmaqla yanaşı ailəsi başsız qalan və bir xəstə oğlu ilə Şəki rayonun Cumakənd kəndində uçuq bir daxmada yaşayan bacım Məmmədova Nəzakət Sabir qızının da dolanışığına köməklik edirdim. hələ iki il əvvəl onun uçuq damının təmiri üçün yuxarı orqanlara müraciət etmişdim. Bundan sonra Şəki İcra Hakimiyyətindən məni çağırıb 10 dəqiqə nağıl danışıb bildirdilər ki, İcra Hakimiyyətinin kömək etməyə heç bir maddi imkanı yoxdur. Gərək nəzərə alasınız. Kimsə ac bir adam buraya gəlsə bizim ona bir çörək alıb verməyə imkanımız yoxdur. Qəbul zamanı az qaldı ki, cibimdəki qəpik quruşu da İcranın bu bədbəxt məmuruna verib kəndimə qayıdım. Budur, indi məni xüsusi kateqoriyalı adamı işdən çıxarıblar. İndi bilmirəm mən öz ailəmə baxım Yoxsa bir xəstə uşaqla uçuq damın altında yaşayan bacımın ailəsinə. Mən kənddə kimsənin sifarişi əsasında qapısında nökər kimi işləyib, kiməsə tualet quyu qazır, kiməsə daş daşıyır, yer belləyir və s. işlər görüb çörək qazanmağa çalışıram. Amma sağlamlığım get gedə ağırlaşır. 2-3 il yaşasam min şükür. Yaxşı ki, əlil kimi bir az təqüd verirlər. 

    Ona görə də cənab Prezident Sizdən çox xahiş edirəm ki, mənim 3 qız övladımın olmasını, (ikisi tələbədir) və həyat yoldaşımın da ağır xəstəlikdən müalicə almasını , bacım və xəstə oğluna da maddi yardım etmək məcburiyyətində qalmağımı nəzərə alaraq cənab Zaur mikayılova göstəriş verəsiniz ki, mənim adi bir sürücü kimi idarədə qalmağıma və yenidən işləməyimə şərait yaratsın".
 

Bölmənin digər xəbərləri

19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video

Dünyapress TV

Xəbər lenti