"Mülkiyyətimizin məhv edilməsində əli olan məmurlar kimlərdir?"
Azmedia.info.az-ın redaksiyasına şikayət məktubu daxil olub.

Prezident İlham Əliyevə, Birinci Vitse Prezident Mehriban Əliyevaya, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Prezidentin köməkçisi Anar Ələkbərova, Birinci-Vitse Prezidentin Katibliyinin rəisi Altay Həsənova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş Prokuror Kamran Əliyevə, Daxili İşlər Naziri Vilayət Eyvazova, İqtisadiyyat Naziri Mikayıl Cabbarova müraciət edən şikayətçi, bildirir ki, onlara etdiyi çoxsaylı müraciətlərindən və Kərəm Həsənovun barəsində KİV-də yayımlanan şikayətlərimizdən sonra bəzi məmurlar tərəfindən himayədarlıq olunan mütəşəkkil birlik hərəkətə keçmiş, 30 ildən artıq bir müddətdə istifadəmizdə və 2005-ci ildən xüsusi mülkiyyətimdə olan Suraxanı Rayonu Hövsan Qəsəbəsində yerləşən evimi, evimin həyətində ayrıca tikilmiş çardağı, mətbəxi və maşın qarajını gizlindən talan etmişlər. Təlimatlandırılmış cinayətkar dəstə əmlaklarmızı talan etdikdən sonra törətdikləri cinayətin izini itirmək məqsədilə sözü gedən əmlaklarımı uçurdaraq məhv etmişlər. Amanova müraciətlərindən sonra, əmlaklarının talan və məhv edilməsi-törədilmiş cinayət barədə məlumat verir. ​​​​

Hörmətli Mehriban xanım!

Hesab edirəm ki, mən, məmurların-Kərəm Həsənovun və Rüstəm Şahbazovun qanunsuz hərəkətlərindən Sizlərə şikayət etməkdə heç bir qanun pozuntusuna yol verməmişəm, dövlətə və dövlətçiliyə qarşı heç bir cinayət törətməmişəm. Təlimatlandırılmış birlik-dəstə tərəfindən əmlaklarımızın talan edilməsi və sonda da izi itirmək məqsədilə məhv edilməsi, mənə, ailəmə və əmlakımıza qarşı seçilmiş bu cür cəza növünün hansı niyyət və məqsədlə törədildiyi bizə məlum deyildir. Qeyd edilən bu cinayət hadisəsinin baş vermə səbəblərinin müəyyən edilməsi və davam edən cinayətin qarşısını alınmasına və həmin şəxslərin müəyyənləşdirilib məsuliyyətə cəlb edilmələrinə göstəriş verməyinizi Sizdən xahiş etmişdim. ​​​Əvvəl ki, müraciətlərimdə bildirmişdim ki, 1988-ci ildə Bakı şəhəri, Hövsan qəsəbəsi, “İnturist” Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid olan ərazidə tikilmiş 3/1294 nömrəli bağ evi 1993-cü ildən istifadəmdədir və 2005-ci ildən isə xüsusi mülkiyyətimdədir. (özəlləşdirmişəm)​​​​​​​​​Sözügedən Bağ evinə Bakı şəhəri İcra Hakimiyyətinin Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən BM seriyalı, 002771 №li QEYDİYYAT VƏSİQƏSİ verilmişdir. Xüsusi mülkiyyətimdə olan bağ evinə dair bütün hüquqverici və təsdiqedici sənədlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində saxlanılır. ​

​​​​​​​​​​​​Hörmətli Mehriban xanım!​​​​​​​

Bundan başqa, əvvəl ki, müraciətlərimdə bildirmişəm ki, 30 ildən artıq bir müddət ərzində istifadəmdə və xüsusi mülkiyyətimdə olan bağ evimizin altındakı torpaq sahəsi 2015-ci ildə qanunsuz olaraq satılmışdır. O, dövrdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov olmuşdur. Bu cinayət həmin vaxt ƏMDK-nin rəhbərliyndə mühüm vəzifə tutan və hal-hazırda da ƏMDX-nin sədr müavini vəzifəsində işləyən Rüstəm Şahbazov tərəfindən törədilmişdir. Ona görədə cinayətin üstünün açılmasına imkan vermirlər.

Göstərmişdim ki, “Torpaq İslahatı Haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini köbudcasına pozmuşlar. “Torpaq İslahatı Haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələbində göstərilir ki,

Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi zamanı vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

​​​​​​​​​​​​Hörmətli Mehriban xanım!

​​​​​​​Bir daha qeyd edirəm ki, mən, Sizlərə olan müraciətlərimdə heç bir qanun pozuntusuna yol verməmişəm. Kimlərsə, Sizələrə məlumat verdiyimizə görə əmlakımızı talan və məhv etdirməklə bizi cəzalandırırlarsa, bizi haqqımızı tələb etməkdən, məmurların qanunsuz hərəkətləri barədə Sizlərə məlumat verməkdən bu cür qanunsuz yollarla qorxudub, çəkindirmək istəyirlərsə, bilsinlər və agah olsunlar ki, onlardan qorxmayacayıq və qətiyyən çəkinməyəcəyik.

​​​​​​​​​​​​Hörmətli Mehriban xanım! ​​​​​

Törədilmiş cinayət barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna və aidiyyəti dövlət qurumlarına teleqramlar vurmuşam və müraciət etmişəm. Cinayətin üstünün açılmasını, sifarişçilərin və cinayətin iştirakçılarının müəyyənləşdirilib cinayət məsuliyyətinə cəlb edilmələrini və mənim əmlakıma vurulmuş zərərin ödənilməsini xahiş etmişəm. ​​Çox-çox təəssüf edirəm ki, bu günə kimi törədilmiş cinayət barədə heç bir tədbir görülməmişdir. Aidiyyəti qurumlar susurlar, özlərini görməməzliyə və eçitməməzliyə vururlar. Əmlakımız tamamilə məhv edilməsi davam etdirilir.

​​​​​​​​​​​​Hörmətli Mehriban xanım!

​​​​​​​Sizə etdiyimiz bu müraciətimizdən sonra ailəmə, mənə və əmlakıma qarşı daha nələr baş verəcəkdir, hansı cinayət hadisəsi törədiləcəkdir onu bilmirik!!!… ​​​​​​​​Sizlərdən xahiş edirəm!

Aidiyyəti dövlət orqanlarına göstəriş verəsiniz, Müəyyənləşdirsinlər görək mülkiyyətimizin məhv edilməsində əli olan məmurlar kimlərdir? Mülkiyyətimizin altında olan torpağı satan, vəzifəsindən sui-istifadə edən məmur kim olmuşdur?​​​​​​​Ədalət bərqərar olunana kimi bu hadısənin nəzarətinizdə saxlayasınız.

Qabaqcadan öz minnətdarlığımızı bildirirəm.​

Amanova Kəmalə Balaş qızı.

Bölmənin digər xəbərləri

08 İyun 2025 Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... - İcazə verin şübhələnək...
08 İyun 2025 Kür və Araz çaylarında milyonlar hara axır? – Elman Nuriyevin rəhbərlik etdiyi idarədə korrupsiya iddiaları
08 İyun 2025 Bərdədə bayrağımıza hörmətsizlik: Zülfi Tağıyevi bayrağımızı tərs asıldı (VİDEO)
07 İyun 2025 Müəllim valideynlərdən zinət əşyası tələb edib? - Rəsmi açıqlama - Video
07 İyun 2025 Direktor əvəzi Nahid Ağayev BakI Dövlət Sirkinin başına oyun açaraq, çətin duruma salıb —Narazılıq pik həddə
07 İyun 2025 `QƏPİYƏ QƏPİK` deyib... vətəndaşın 2000 manatını MƏNİMSƏDİLƏR... - BU NƏDİ BELƏ?
07 İyun 2025 “Dəmir Yolları”nda ABSURD QAYDALAR... - NARAZILIQ VAR...
07 İyun 2025  Başçı kefkom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
07 İyun 2025 “Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
06 İyun 2025 Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
06 İyun 2025 Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
06 İyun 2025 İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
06 İyun 2025 Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
06 İyun 2025 Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
06 İyun 2025 Hakimin biri "ölüb" dedi, digəri sağ olduğunu təsdiq etdi... -
06 İyun 2025  “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
05 İyun 2025 Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? - BU NƏDİ BELƏ?
05 İyun 2025 Seymur Məmmədov Zakir Fərəcovu yenə HƏDƏFƏ GƏTİRDİ…..
05 İyun 2025 Kəmaləddin Heydərovun təyin etdiyi rəis Qazaxda torpaq zəbtində ittiham olunur– İcra müavini və bacısı oğlunun inanılmaz əməlləri / SƏNƏDLƏRLƏ
05 İyun 2025 Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri - İLGİNC FAKTLAR

Dünyapress TV

Xəbər lenti