Lerikdə talanan dövlət büdcəsi:
Lerik rayonundan şikayətlər səngimir.

Rayonda ciddi yeyiniti faktlarının olduğu ilə bağlı iddialar var. Bu barədə mediada da dəfələrlə yazılıb.

Qlobal.az xəbər verir ki, bir neçə gün öncə isə rayonun Cəngəmiran kənd sakini Üzeyir Məmmədov sosial şəbəkə hesabında yazıb ki, Lerikdə yeni tikilmış zibilxana üçün ayrılmış 186 min manat yoxa çıxıb, cəmi 2-3 min manat vəsait xərclənib.

O, bunun rayon rəhbərliyi tərəfindən mənimsənildiyini iddia edib.

Digər bir şikayətçi isə şərhdə yazıb ki, görəsən, uzun illər rayon büdcəsinə qənim kəsilmiş, 30 ilə yaxın maliyyə idarəsində müxtəlif vəzifələrdə çalışan, hazırda isə maliyyə idarəsinin müdiri olan Hafiz İmanov bu pulların hara getdiyi barədə nə vaxtsa, ictimaiyyətə ətraflı məlumat verəcəkmi?

Şikayətçi deyir ki, bu mənimsəmələrdə məhz Hafiz İmanov, onun kürəkəni, Lerik şəhər icra nümayəndəsi Ramal Məstiyev, Memarlıq və tikinti şöbəsinin müdiri Əflatun İbrahimov və başçının özü ilə gətirdiyi əslən Lənkərandan olan Rauf “müəllim” iştirak ediblər.

Onların dövlət büdcəsini taladığını deyən Lerik sakini ölkə başçısının bu məsələyə əncam çəkməsini istəyir.

Başqa bir sakin isə bildirib ki, 41-ci km-də tikiləcək istrahət mərkəzi, 50-ci km-dən Lerik şəhərinə çəkiləcək küçə işıq xətti yarımçəlıq qalıb. İstirahət mərkəzi üçün yarımçıq tikilmiş tikililər isə sökülərək yerlə-yeksan edilib.

Vətəndaşlar deyirlər ki, yeni icra başçısı Əkbər Abbasovun nəzarətində olan rayonda əsl hərc-mərclik davam edir.

Qlobal.az məsələ ilə bağlı Lerik rayon İcra Hakimiyyəytindən mövqe öyrənib. Açıqlamada deyilir:

“Bildiririk ki, Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 oktyabr 2022-ci il tarixli 327 nömrəli məktubuna əsasən Lerik şəhərində yeni tullantı poliqonuna ehtiyac olduğunu nəzərə alaraq tullantı poliqonunun tikintisi üçün Lerik Rayon Kommunal Müəssisələri İstehsalat Birliyinin 2022-ci il üzrə təsdiq edilmiş gəlir və xərclər smetasına əlavə vəsait ayrılmışdır. Lerik Rayon Kommunal Müəssisələri İstehsalat Birliyi tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanuna müvafiq olaraq işlərin (malların və xidmətlərin) satın alınması təmin edilmiş və poliqonun tikintisi üçün ayrılmış vəsait təyinatı üzrə xərclənərək 2022-ci ildə başa çatdırılmışdır.

Lənkəran-Lerik yolunun 41-ci kilometrliyində tikiləcək istirahət mərkəzinin sökülməsi ilə bağlı bildiririk ki, qeyd olunan ərazidə 2023-cü ilin aprel-may aylarında sahibkar tərəfindən rayon icra hakimiyyətinin rəsmi xəbərdarlıqlarına baxmayaraq qanunsuz tikinti işləri aparmağa cəhd göstərilmişdir. Bununla bağlı rayon icra hakimiyyəti tərəfindən Fövqəlada Hallar Nazirliyinə müraciət olunaraq tikinti işləri dayandırılmış və yarımçıq tiklilərdə istifadə olunan tikinti matrealları sahibkarın özü tərəfindən sökülərək, daşınmışdır”.

İcra Hakimiyyəti yazıda qeyd olunan digər məsələlərin əsassız olduğunu bildirir.
 

Bölmənin digər xəbərləri

09 İyun 2025 Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
09 İyun 2025  Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
09 İyun 2025 Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
09 İyun 2025 Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
09 İyun 2025 Binəqədi rayonunda növbəti qanunsuz tikinti-Videofakt
09 İyun 2025 “Aristokrat” klinikasında Dr. İxtiyar Məmmədov sertifakatsız,lisenziyasız necə stomotoloq kimi çalışır?
08 İyun 2025 Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... - İcazə verin şübhələnək...
08 İyun 2025 Kür və Araz çaylarında milyonlar hara axır? – Elman Nuriyevin rəhbərlik etdiyi idarədə korrupsiya iddiaları
08 İyun 2025 Bərdədə bayrağımıza hörmətsizlik: Zülfi Tağıyevi bayrağımızı tərs asıldı (VİDEO)
07 İyun 2025 Müəllim valideynlərdən zinət əşyası tələb edib? - Rəsmi açıqlama - Video
07 İyun 2025 Direktor əvəzi Nahid Ağayev BakI Dövlət Sirkinin başına oyun açaraq, çətin duruma salıb —Narazılıq pik həddə
07 İyun 2025 `QƏPİYƏ QƏPİK` deyib... vətəndaşın 2000 manatını MƏNİMSƏDİLƏR... - BU NƏDİ BELƏ?
07 İyun 2025 “Dəmir Yolları”nda ABSURD QAYDALAR... - NARAZILIQ VAR...
07 İyun 2025  Başçı kefkom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
07 İyun 2025 “Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
06 İyun 2025 Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
06 İyun 2025 Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
06 İyun 2025 İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
06 İyun 2025 Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
06 İyun 2025 Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..

Dünyapress TV

Xəbər lenti