İcbari Tibbi Sığorta Agentliyinin göndəriş ma­xinasiyasının gizlin­ləri:
Məlumdur ki, ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olub tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Azərbaycan vətəndaşının tibbi xidmətə ehtiyacı yarandığı halda TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə, yaxud da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elm­i-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək hüququna malikdirl­ər.

Gündemxeber.az xəbər verir ki, tibb müəssisələrində insanlara ixtisaslı həkimlər tərəfindən lazımı tibbi xidmət göstərilir və tibbi zərurət olduqda təminata alınan bütün laborator, diaqnost­ik müayinələr, fizioterapiya, ambulator və stasionar (xəstəxanada yatış) tibbi xidmət ödənişsiz həyata keçirilir.

Dövlətin rəsmi qərarında bu belə olduğu halda, İcbari Tibbi Sığorta xəstələrin müalicəsi mümkün olan, eyni zamanda xəstənin öz istədiyi dövlət xəstəxanalarına göndəriş vermir. Misal üçün deyə bilərik ki, bugünlərdə Beyləqan RMX-dan Həmidova Dürrü Şəmsəddin qızına Tibb Un­iversitetinin Tədris Cərrahiyyə Klinikasına göndəriş verməyiblər. Amma, İcbari Tibbi Sığortadan Dünyagöz Kl­inikasına, Badama, Brizelə və digər özəl klinikalara göndəriş verirlər. Bu da onunla bağlı olur ki, həmin özəl klinikal­arda işləyən həkimlə­rlə İcbari Tibbi Sığortada çalışanlar müəyyən işbirliyində olurlar. Hansı ki, mövcud qanunvericiliyə görə xəstə müalicə olunmaq istədiyi səhiyyə müəssisəsini seçməkdə sərbəstdir. Bütün bunlara baxmayaraq, bu gün də İcbari Tibbi Sığorta öz əməllərindən əl çəkmək istəmir.

Qeyd edək ki, Həmidova Dürrü Şəmsəddin qızı belə bir problemi yaşayan xəstələrdəndir. Hansı ki, adı çəkilən bu xəstənin sağ gözü Tibb Univ­ersitetinin Tədris Cərrahiyyə Klinikasının göz şöbəsində əməliyyat olunub, hal-hazırda sol gözünün də əməliyyat olunmasına ehtiyac duyulur. Digər xəstə Ağacanova Səyyarə İsmayıl qızı da oxşar aqibəti yaşamaqdadır. Fakt budur ki, bu gün də xəstənin öz seçiminə bir kimsə əhəmiyyət vermir. Niyə, nə səbəbə? Söz yox ki, bütün bunların hər biri hər kəsi düşünd­ürən məsələlərdir.

İcbari Tibbi Sığorta mövzuya münasibət bildirməyib.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 

Bölmənin digər xəbərləri

08 İyun 2025 Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... - İcazə verin şübhələnək...
08 İyun 2025 Kür və Araz çaylarında milyonlar hara axır? – Elman Nuriyevin rəhbərlik etdiyi idarədə korrupsiya iddiaları
08 İyun 2025 Bərdədə bayrağımıza hörmətsizlik: Zülfi Tağıyevi bayrağımızı tərs asıldı (VİDEO)
07 İyun 2025 Müəllim valideynlərdən zinət əşyası tələb edib? - Rəsmi açıqlama - Video
07 İyun 2025 Direktor əvəzi Nahid Ağayev BakI Dövlət Sirkinin başına oyun açaraq, çətin duruma salıb —Narazılıq pik həddə
07 İyun 2025 `QƏPİYƏ QƏPİK` deyib... vətəndaşın 2000 manatını MƏNİMSƏDİLƏR... - BU NƏDİ BELƏ?
07 İyun 2025 “Dəmir Yolları”nda ABSURD QAYDALAR... - NARAZILIQ VAR...
07 İyun 2025  Başçı kefkom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
07 İyun 2025 “Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
06 İyun 2025 Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
06 İyun 2025 Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
06 İyun 2025 İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
06 İyun 2025 Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
06 İyun 2025 Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
06 İyun 2025 Hakimin biri "ölüb" dedi, digəri sağ olduğunu təsdiq etdi... -
06 İyun 2025  “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
05 İyun 2025 Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? - BU NƏDİ BELƏ?
05 İyun 2025 Seymur Məmmədov Zakir Fərəcovu yenə HƏDƏFƏ GƏTİRDİ…..
05 İyun 2025 Kəmaləddin Heydərovun təyin etdiyi rəis Qazaxda torpaq zəbtində ittiham olunur– İcra müavini və bacısı oğlunun inanılmaz əməlləri / SƏNƏDLƏRLƏ
05 İyun 2025 Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri - İLGİNC FAKTLAR

Dünyapress TV

Xəbər lenti