Xüsusi əməliyyat keçirilən Ekologiya idarəsində gərginlik...
Polisin xüsusi əməliyyat keçirdiyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin direktoru Nəsimi Nəsibov son baş verənlərdə işçilərini günahlandırır.

AzToday.az-a daxil olan məlumata görə, Bakıdan qayıdan Nəsimi Nəsibov dünən günahkar işçilərin hüquq-mühafizə orqanları vasitəsi ilə müəyyənləşdirib, həbs etdirəcəyini deyib. Artıq bununla bağlı hüquq-mühafizə orqanlarına sifariş verdiyini də deməyi unutmayıb.

Özünü biznesmen, xeyli sayda biznes obyektinin sahibi kimi təqdim edən Nəsimi Nəsibov 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazindəki qanunsuzluqların hamısını imkanları hesabına ört-basdır edəcəyini də sözlərinə əlavə edib. “Yuxarılarda adamı”nın olduğunu və Masallıya təsadüfən direktor gəlmədiyini bildirən Nəsimi Nəsibov yaxın zamanlarda idarədə “təmizlik” işlərinə başlayacağını, yəni xoşuna gəlməyən işçiləri işdən çıxaracağını deyib.

Qeyd edək ki, meşəçiliklə bağlı heç bir ixtisas təhsili olmayan və direktor olana qədər bu sahədə bir gün belə işləməyən Nəsimi Nəsibovun 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəhbər qoyulması Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr təyinatlarında ciddi korrupsiya elementlərinin olmasını deməyə əsas verir.

Yeri gəlmişkən onu da bildirək ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazisində meşələrin kütləvi şəkildə qırılması, meşə ərazilərinin satılması və biznes məqsədləri üçün qanunsuz istismarı halları adi hala çevrilib…
 //AzToday.az//

Bölmənin digər xəbərləri

01 İyun 2025 Estetik-həkim Elnarə Təhməzova qanunsuz fəaliyyət göstərir?
01 İyun 2025 Bakıda dağ satışa çıxarıldı - FOTO
01 İyun 2025 Tanınmış jurnalistdən GDU-ya rüşvət ittihamları – VİDEO
01 İyun 2025 Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı - Nazirin ŞOK PLANI ÜZƏ ÇIXDI
31 May 2025 Eltisinin ölümünə görə həbs olunan həkim iş başında: Müştəri qəbul edir - FOTOFAKT
31 May 2025 Qorxmaz Hüseynovdan ƏMANƏT QALAN TENDERYEYƏN... - İLGİNC FAKTLAR...
31 May 2025 Yüksək rütbəli məmur QƏZA TÖRƏTDİ: İndi də gizlədirlər... - TƏFƏRRÜAT
31 May 2025 Qaxın da öz TENDERYEYƏNİ VAR...
31 May 2025 “Yasamal İH bu işləri görməyəcəksə, pulları havaya sovurmasın…” – Sakinlərdən etiraz
31 May 2025 “Bravo marketdə” müştəriləri belə aldadırlar
30 May 2025 Rəhbərlik tələbə hüquqlarını pozur - BU DA FAKT...
30 May 2025 1,2 milyon manat dələduzluqda ittiham olunan sahibkar kimdir? - YENİ FAKTLAR
30 May 2025 Türkiyədə 9 qat dünya çempionuna sui-qəsdi Adil Əliyev necə təşkil edib? - ŞOK İDDİA
30 May 2025 Regional təhsil müdiri ümummilli lider haqqında kitab tərtib etdirib, nüsxəsini 250 manatdan satdırır
30 May 2025 “Etibar Pirverdiyevin qaynı saxta sənədlə torpağımızı satıb...” FAKTLAR
30 May 2025 Yevlax sakini sağlamlıq problemi olan oğlunun qanunsuz olaraq hərbi xidmətə aparıldığını iddia edir - ŞİKAYƏT
30 May 2025 " Belə yüzlərlə xəstə uşaqları sağlamların yerinə göndərirlər..."
30 May 2025 Azercell monopolist mövqeyi ilə bazarda rəqabət mühitinin olmasına imkan vermir.
30 May 2025 Bağçada döyülən uşağın atası: "Pul təklif etdilər”
30 May 2025 TƏBİB diş texnikini həkim elədi- Ay bərəkallah!

Dünyapress TV

Xəbər lenti