Səkinə Sadıqovanın “kadr islahatları” yüzlərlə sumqayıtlını işsiz qoyub
Teref.az olaraq poçtumuza daxil olmuş şikayət məktubunu təqdim edirik:
Sumqayıt Tibb Mərkəzinin direktoru qanun və ədaləti şəxsi ambisiyalarına qurban verir

Hörmətli redaksiya!

İstəyirik biləsiniz ki, “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Səkinə Sadıqovanın həyata keçirdiyi “kadr islahatları” yüzlərlə sumqayıtlını işsiz qoyub. Illərdir Sumqayıtdakı tibb müəssisələrində çalışan, böyük təcrübəyə malik olan mütəxəssislər Səkinə Sadıqova tərəfindən işdən çıxarılıb, onların ailəsi aclığa və səfalətə məhkum edilib. Bu mütəxəssislərin Səkinə Sadıqova tərəfindən işdən çıxarılmasına səbəb isə Sumqayıt Tibb Mərkəzi direktorunun qanun və ədaləti deyil, öz şəxsi ambisiyalarını rəhbər tutmasıdır. Belə ki, “təmizləmə əməliyyatı”na ilk növbədə Sumqayıt Tibb Mərkəzindən başlayan Səkinə Sadıqova, Mərkəzdə kadrlar şöbəsinin rəhbəri də daxil olmaqla, xeyli sayda insanı işdən uzaqlaşdırıb. Onların yerinə Qobustan, Şamaxı və digər uzaq rayonlardan olan tanışlarını, yaxınlarını yerləşdirən Səkinə Sadıqova, TƏBİB rəhbərliyində təmsil olunan şəxslərin həyat yoldaşlarını, yaxın qohumlarını rəhbər vəzifələrə təyin etməklə öz kreslosunu daha da möhkəmləndirib.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-09_sekine.png
Bu gün Səkinə Sadıqovanın müavinləri də daxil olmaqla rəhbər vəzifələrə qoyduğu şəxslərin bir neçəsinin ailə üzvü TƏBİB-də müxtəlif vəzifələrdə çalışır. Sumqayıtlıları işsiz qoymaq hesabına TƏBİB rəhbərliyindəki şəxslərə yarınan Səkinə Sadıqova bu gün Sumqayıtda sözün həqiqi mənasında ona tabe müəssisə və tibb işçilərindən ibarət nəhəng imperiya formalaşdırmağa nail olub. Son bir il içində Sumqayıtın tibb müəssisələrində çalşan 500-dən çox şəxs Səkinə Sadıqova tərfindəın işdən çıxarılaraq “yeni kadrlar”la əvəz olunub. Hansı ki, araşdırılma aparılsa, o zaman həmin şəxslərin tamamilə qanunsuz şəkildə işdən uzaqlaşdırıldığı, onların yerinə təyinat alıan şəxslərin böyük əksəriyyətinin bu vəzifələrə yaramadığı aydın olar.

Hörmətli redaksiya!

Səkinə Sadıqovanın yol verdiyi qanunsuzluqlar bununla bitmir. Sumqayıt səhiyyəsini öz dədə-baba mülkü hesab edən, bütün tibb işçiləri ilə kobud şəkildə davranan, onları kollektiv qarşısında təhqir etməkdən həzz alan Səkinə Sadıqova, xoşuna gəlməyən şəxsləri maaşlarını kəsəcəyi ilə hədələyir. Sumqayıt Tibb Mərkəzinin direktoru “unudur” ki, tibb işçilərinə maaşları o deyil, dövlət ödəyir və dövlət heç kimə, o cümlədən Səkinə Sadıqovaya kimisə təhqir etmək, kimisə işindən qanunsuz şəkildə azad etməyə icazə verməyib.

Gələn dəfə sizi Səkinə Sadıqovanın qanunsuz hərəkətləri haqqında yeni məlumat və faktlarla tanış edəcəyik. Ümid edirik ki, bu faktla rəlaqədar dövlət orqanları tərəfindən araşdırılacaq, Sumqayıt səhiyyyəsindəki özbaşınalıqlara nəhayət ki, son qoyulacaq.
Leyla Memmedova
Teref.az olaraq iddia edilənlərlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
\Teref.az
 

Bölmənin digər xəbərləri

01 İyun 2025 Estetik-həkim Elnarə Təhməzova qanunsuz fəaliyyət göstərir?
01 İyun 2025 Bakıda dağ satışa çıxarıldı - FOTO
01 İyun 2025 Tanınmış jurnalistdən GDU-ya rüşvət ittihamları – VİDEO
01 İyun 2025 Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı - Nazirin ŞOK PLANI ÜZƏ ÇIXDI
31 May 2025 Eltisinin ölümünə görə həbs olunan həkim iş başında: Müştəri qəbul edir - FOTOFAKT
31 May 2025 Qorxmaz Hüseynovdan ƏMANƏT QALAN TENDERYEYƏN... - İLGİNC FAKTLAR...
31 May 2025 Yüksək rütbəli məmur QƏZA TÖRƏTDİ: İndi də gizlədirlər... - TƏFƏRRÜAT
31 May 2025 Qaxın da öz TENDERYEYƏNİ VAR...
31 May 2025 “Yasamal İH bu işləri görməyəcəksə, pulları havaya sovurmasın…” – Sakinlərdən etiraz
31 May 2025 “Bravo marketdə” müştəriləri belə aldadırlar
30 May 2025 Rəhbərlik tələbə hüquqlarını pozur - BU DA FAKT...
30 May 2025 1,2 milyon manat dələduzluqda ittiham olunan sahibkar kimdir? - YENİ FAKTLAR
30 May 2025 Türkiyədə 9 qat dünya çempionuna sui-qəsdi Adil Əliyev necə təşkil edib? - ŞOK İDDİA
30 May 2025 Regional təhsil müdiri ümummilli lider haqqında kitab tərtib etdirib, nüsxəsini 250 manatdan satdırır
30 May 2025 “Etibar Pirverdiyevin qaynı saxta sənədlə torpağımızı satıb...” FAKTLAR
30 May 2025 Yevlax sakini sağlamlıq problemi olan oğlunun qanunsuz olaraq hərbi xidmətə aparıldığını iddia edir - ŞİKAYƏT
30 May 2025 " Belə yüzlərlə xəstə uşaqları sağlamların yerinə göndərirlər..."
30 May 2025 Azercell monopolist mövqeyi ilə bazarda rəqabət mühitinin olmasına imkan vermir.
30 May 2025 Bağçada döyülən uşağın atası: "Pul təklif etdilər”
30 May 2025 TƏBİB diş texnikini həkim elədi- Ay bərəkallah!

Dünyapress TV

Xəbər lenti