«Nəvəm sayıqlayanda «Təzə cücə var, kənd yumurtası var» deyir…» - GİLEY
…Bura 90-cı illərdə salınmış və Bakının Nizami rayonunun Qara Qarayev və C.Naxçıvanski küçələrinin kəsişməsindən başlayaraq qərb tərəfdən Mikayıl Əliyev, şərq tərəfdən isə Elşən Səlimanov küçələrinədək olan, təxminən uzunluğu 1 km, eni isə yenə də təxminən 250-300 metr olan park ərazisidir, amma indi kolxoz bazarıdır… Bakının 80-ci illərini yaşamış sakinlər həmin ərazinin (metronun «Neftçilər» və «Xalqlar dostluğu» stansiyalarını birləşdirən Qara Qarayev prospekti məlum park ərazisini iki yerə bölür) park üçün nəzərdə tutulduğunu da yaxşı bilirlər. Sonradan parkın üst hissəsində «8 KM Bazarı» kimi tanınan bir bazar tikildi. Zirzəmisi olan bu yerdə kolxoz bazarı yerləşdirildi… Lap sonralar isə təxminən yarım hektarlıq bu bazarın ətrafı xırda alverxanalara çevrildi. Əvvəlcə meyvə-tərəz və heyvandarlıq məhsullarının satışı üçün nəzərdə tutulan bazar sonradan pal-paltar, dəmir-dümür və s. satışı bazarına çevrildi…
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-08_1693290230_2.jpg
Parkdan alverə: «Təzadlar» sakinlərin xahişi ilə ərazidəki problemi araşdırmalı oldu…

Bəli, 90-cı illərdə aidiyyəti qurumların «yadından çıxdı» ki, bu ərazidə hər iki istiqamətə park salınmalıdır. Yaşıllıqlar yavaş-yavaş yoxa çıxarıldı, quruduldu, yerini topdansatış bazarının fürsətçilləri tutdu. Amma vaxtilə Eldar Əzizovun da icra başçısı işlədiyi bu rayonda kimsə düşünmədi ki, bura əhalinin sıx yaşadığı ərazidir, ən azı topdansatış üçün buraya yük maşınlarının kütləvi giriş-çıxışı gələcəkdə böyük problemlər yaradacaq…

***

İcra başçıları bir-birini əvəz etdi, amma bazarın başqa münasib yerə köçürülməsi düşüncəsi dəyişmədi. Beləliklə, o boyda park 8 km qəsəbəsinin xəritəsindən silinib ticarət bazarına çevrildi…
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-08_1693290232_3.jpg
Bazarın qarşısındakı həllolunmaz tıxac…

Bir tərəfdən sürücülər, digər tərəfdən bazarın az qala ortasında yaşayan sakinlərin narazılıq dolu səsini isə tıxacda qalan avtomobil və avtobusların siqnal səsi batırmaqda ikən, bazarın rəhbərliyində məhkəmə qalmaqalı başladı… Səhmdarların işinə, hətta 2014-də keçmiş MTN polkovniklərindən olan Çovdarovun da qarışdığı mediadan bəlli hadisədir…. Vətəndaşlar gecələr topdansatışçıların səs-küyündən, gündüzlər isə pərakəndəçilərin qır-qışqırığından, alverini bitirib rayona tələsməyənlərin domino səsindən yata bilməməsi ikinci bir probem oldu. Hətta bazara gecə saatlarında minik maşınlarında toyuq-cücə gətirənlər özlərini bu ərazidəki yaşayış binalarının arasına verib lövbər salırdılar.

***

İndi bu ərazidəki yaşayış binalarının həyəti də bir növ bazarı xatırladır. Biz də bazara ara küçələrdən daxil olduq, çünki əsas deyilən küçədə tıxac həlledilməz görünürdü.

Təsəvvür edin, Nizami RİH-nin ətrafı da toyuq-cücə, meyvə-tərəvəz gətirən minik maşınları və alverçilərin yurd yeri kimidir. Guya icra başçısı bunları pəncərəsindən görmür ki?!

Həyətləri alverçilərdən qoyruyan şlaqbaumlar…

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-08_1693290233_4.jpg
C.Naxçıvanski küçəsində yaşayan Aydın Səlimov «Təzadlar»a danışır ki, hazırda bu ərazidən köçməkdən başqa çarəsi yoxdur:

- Neft sahəsində çalışaraq uzun illər sonra iş yerindən bu mənzili alanda sevindim. Amma sevincimiz çox çəkmədi. Gördüyünüz kimi, meyvə-tərəvəz satanlar bazarda yer tapmadığından həyətlərimizə doluşublar… Yay vaxtı meyvə-tərəvəz qalıqlarının, satılmamış balıq məhsullarının, qarpız-yemişin, başı kəsilmiş və daxili orqanlarının atıldığı bu ətrafdakı tullantı iyindən burun tutmadan keçmək olmur. Səs-küy bütün günü davam edir, evdə yata bilmirik…

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-08_1693290234_5.jpg
Ağsaqqalın dərdi dərindir. Deyir:

-Təmizlik cəhənnəmə, sakitçiliyimiz əlimizdən alınıb. Bakı şəhər İcra Hakimiyyəti, şəxsən mer Eldar Əzizov bu məsələyə son qoymalıdır. Bir dəfə gəlib bu əraziyə baş çəksə, yetər ki, burada yaşamağın mümkünsüzlüyünü görsünlər… Bu bazar artıq bütün 8 KM qəsəbəsini əhatə etməkdə, həyətlərimizi zəbt etməkdədir. Biz nə vaxtadək bu vəziyyətdə yaşamalıyıq??? İki dəfədir evimi satmaq istəyirəm, amma alıcı gəlib bu biabırçılığı, zir-zibili, səs-küyü görüb çıxıb gedir…

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-08_1693290234_6.jpg
«Bazar münasib yerə köçürülməldir…»

Bu sözlər isə Naxçıvanski küçəsinin əks tərəfində, Nizami RİH-nin yaxınlığında yaşaydığını deyən Mahmud Həsənova aiddir. Deyir:

-Qara Qarayev prospektində DYP əməkdaşları hər gün nəzarətə çıxırlar. Tıxacın qarşısını almaq mümkün deyil. Həm sakinlər, həm də avtomobil sahibləri əziyyət çəkir. Biz demirik ki, bazar olmasın, olsun. Amma bu cür nə gəldi satılan bazar başqa yerə köçürülməlidir… Naxçıvanski küçəsində və əks tərəfdə də vətəndaşlar məcbur olub həyətlərinin girişinə şlaqbaum qoyublar. Çünki bütün günü həyətə alverçi maşınları girib-çıxmaqdadır və özümüz öz həyətimizə girə bilmirik…

«Məlhəm»in məlhəmi işə yaramır…

Diqqətimizi bir fakt da cəlb edir: uzun illər idi bazarın şərq hissəsində (Sabunçu tərəfi) təyinatı məlum olmayan dördmərtəbəli bir bina tikilmişdi. Bina istifadəsiz qalmışdı. Bu yaxınlarda məlum oldu ki, «Məlhəm» hospitalın rəhbərliyi həmin binanı icarəyə götürüb və ora olub indi də hospital.

C.Naxçıvanski küçəsində yaşayanların şikayətini araşdırarkən məlum oldu ki, hospital yerləşən yol bazarın arxa hissəsi və həm də açıq girişi olduğundan burada həmişə tıxac olub. İndi vəziyyət lap pisləşib. Bəzən isə həmin küçəyə düşən avtomobilin Q.Qaryev prospektinə (küçə bir istiqamətlidir) çıxışı ən azı yarım saat çəkir. Sağ və sol hissəni bazar alverçilərinin maşınları tutduğundan vəziyyət daim belədir.

Belə bir məqamda əsas girişi və çıxışı həmin küçəyə açılan hospitalda xəstələrin vəziyyəti necə ola bilər, siz deyin. Təsəvvür edin, biz ərazidə olanda da xəstəxananın ətrafındakı alış-verişə gələnlərin, satıcıların səs küyü bəs deyilmiş kimi, tıxacda çabalayan avtomobillərin siqnal səsi də bir yandan ciddi narahatlıq demək idi.

Bəs bunu bilə-bilə, nədən hospital rəhbərliyi və həkimlər buranı müalicəxana seçiblər? Biz hələ küləkli havalarda ətrafı bürüyən meyvə-tərəvəzin, toyuq-cücənin, çürümüş qarpız-yemiş və pomidorun və s. iyini demirik.

Deməli, «Məlhəm» bu dəfə nəinki ərazidə yaşayan sakinlərin və xəstələrinin səhhətinə məlhəm ola bilməyir, elə özünün də səmərəli fəaliyyətinə və kliyent cəlbinə məlhəm deyildir. Çünki ən azı bura xəstə gətirən uzunmüddətli tıxaca düşməli, yaxud sağalmağa gələn isə yenə də əvvəl söylədiyimiz problemləri yaşamalıdır… Kəskin iy və qoxu, səs-küy, tıxaca düşən maşınların tüstüsü və s. xəstələrin sağalmasına yox, daha da xəstə düşməsinə səbəb olmayacaqmı?!

***

Beləcə, bu da bazardan reportajımız və gördüklərimiz: bir tərəfdən ağız deyəni qulaq, digər tərəfdən də yuxusu və dincliyi ərşə çəkilmiş sakinlərin harayını -şikayətini məmurlar eşitmir! Amma nə qədər gec deyil, insanların rahatlığını bütünlüklə pozan bu bazar barədə ciddi düşünməyin vaxtıdır…

«Təzadlar»ın Araşdırma Qrupu
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-08_1693290382_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-08_1693290384_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-08_1693290385_3.jpg
 

Bölmənin digər xəbərləri

19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video

Dünyapress TV

Xəbər lenti