Abid Şərifovun ailə şirkətində nələr baş verir…? - İTTİHAM VAR!
Diqqətli oxucuların yaxşı yadında olar. Ki, cənab Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin gedişində meydana çıxmış problemlər barədə çox kəskin danışmışdı və demişdi: “ Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılıb, bu, dözülməzdir. Ona görə, əgər o məsuliyyəti dərk etmirlərsə, dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər".
Bəli, cənab Prezident öz çıxışında “Evrascon” ASC-yə kəskin iradlarını bildirmişdi. İndi gəlin görək, Prezidentin “özündən küssün..” dediyi "Evrascon" ASC (Əvvəlki adı "Azərkörpü" ASC) kimindir?
Azərbaycan mətbuatı dəfələrlə yazıb ki, bu şirkət sabiq baş nazirin müavini Abid Şərifovun ailə şirkətidir. Ancaq “Evrascon" ASC-nin icraçı direktoru uzun müddət Manaf Şirinov olub. Qısa məlumat üçün bildirək ki, 1968-ci ildə Bakı şəhərində SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin nəzdində yaranmış «Körpütikintidəstəsi-100» kimi fəaliyyətə başlayan qurum 2001-ci ildə keçirilmiş özəlləşdirmədən sonra “Azərkörpü”yə çevrilib, Açıq Səhmdar Cəmiyyəti statusu alıb.
2013-cü ildə isə “Azərkörpü” ASC rebrendinq elan etdi və öz adını Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” adı ilə əvəz etdi. Manaf Şirinovun mətbuata dediyinə görə, guya adın dəyişməsinin səbəbi şirkətin yaxın və uzaq xarici ölkələrdə gördüyü mühüm işlərdir. Manaf Şirinova deyən yoxdur ki, təkcə Qazaxstanda gördüyünüz tikinti işlərində milyonlarla maxinasiyalar olmuşdu. Budur, sizin uğurunuz..?
Bəli, Manaf Şirinovun şirkəti Qazaxıstanda, Özbəkistanda, Moldovada, Rusiyada, Ukraynada gördüyü bütün tikinti işlərində həmişə ciddi maxinasiyalara yol verib. Çoxları düşünə bilər ki, Manaf Şirinov bu layihələri necə əldə edib..? Əslində, biz həmişə yazırıq ki, böyük şirkətlərin arxasında iri məmurlar olmasa, həmin şirkətlər 1 ay da ayaqda dayana bilməz. Və həmin layihələri də Abid Şərifov öz əlaqələri vasitəsilə əldə edirdi. Bəlkə Qaradağda limanın tikintisini, yaxud Kür çayı üzərindəki körpünün tikintisini Manaf Şirinov özü əldə etmişdi..?
Manaf Şirinova Kür çayının üzərində tikdiyi körpünün bir neçə ay sonra təmirə dayanmasını xatırlatmaq lazımdır. Manaf Şirinov təkcə dövlətə deyil, həm də Azərbaycan təbiətinə milyonlarla ziyan vurmuşdu. Manaf Şirinov uzun illər milyonlarla vergidən yayınıb və Abid Şərifovun hesabına canını ödəmədiyi vergi borclarından qurtara bilib.
Vaxtilə Manaf Şirinov maşın, avadanlıq, texnika almaq adı ilə milyonlarla manipulyasiya edib. Hətta Almaniyada yaşayan polis rəisi qardaşının işlərinə də yarayıb. Bu, başqa bir yazının mövzusudur.
Bir sözlə, Abid Şərifovun ailə şirkəti hesab olunan "Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC kifayət qədər dövlət vəsaitini mənimsəyib. Hətta Manaf Şirinovun bir müddət həbsdə saxlanılması barədə də mediada xəbərlər yayılıb. Amma sonradan Abid Şərifovun hesabına onu sərbəst buraxıblar. Manaf Şirinovun əməlləri barədə yazmaqla qurtaran deyil.
Hazırda Manaf Şirinov şirkətini başqa adla, "İNTER TEXNİKA" MMC adı ilə işlədir. Şirkəti isə onun oğlu Samir Şirinov idarə edir.
Samir Şirinovun müavini isə Azad Qasımovdur. Azad Qasımov hər yerdə deyir ki, Samir Şirinov kimdir ki, şirkətin əsl sahibi mənəm. Azad Qasımov deyir ki, Samirin tikintidən, inşaat işlərindən başı çıxmır, amma mən...
Bəli, Azad Qasımov restoranlarda pul səpir və fəxrlə dosatlarına deyir ki, Füzuli Hava Limanını mən tikmişəm, Qarabağın, Cəbrayılın bütün abadlıq və tikinti işləri mənə tapşırılıb. Azad Qasımovdan soruşan yoxdur ki, restoranlarda səpələdiyin dollarları necə və hansı yolla qazanmısan..? Azad Qasımovun gecə klublarında kimlərin harasınasa soxduğu dollarları görəndə adam düşünür ki, belələrinə Qarabağın, Cəbrayılın, Laçının quruculuğunu etibar etmək olarmı..?
Bax, əsas məsələ budur. Bir də yaxşı olar ki, cənab Abid Şərifov bu susqunluğa son qoyaraq məsələyə münasibətini bildirsin.
dia.az
 

Bölmənin digər xəbərləri

19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video

Dünyapress TV

Xəbər lenti