Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva
Mehriban Vəliyeva 1989-cu ildən pedaqoji fəaliyyətə başlayıb, Bakı şəhəri 278 nömrəli tam orta məktəbdə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində və Akademik Zərifə Əliyeva adına liseydə işləyib. 2014-2020-ci illərdə Akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb. Təhsil nazirinin əmri ilə 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Fikir verdinizmi, biz əbəs yerə yazmadıq ki, Mehriban Vəliyeva neçənci ildə BDU-ya daxil olub, neçənci ildə bitirib..? 1964-cü ildə anadan olan Mehriban Vəliyeva 25 yaşında əmək fəaliyyətinə başlayıb. Niyə..? Onun tay-tuşları 22 yaşında BDU-nu bitirib 3 ildir çalışırdılar, amma Mehriban Vəliyeva bu 3 ildə harada olub..? Yəni bunların adi tərcümeyi-halları xırda tənqidə davam gətirmir. Bütün bunları qoyaq bir kənara, keçək Mehriban Vəliyevanın əsas fəaliyyətinə. Artıq bir neçə ildir ki, Mehriban Vəliyeva Bakı boyda şəhərin təhsilinə, məktəblərinə, uşaq bağçalarına, körpələr evinə nəzarət, daha doğrusu, SAHİBLİK edib.
Bəli, nəzarət və SAHİBLİK fərqli məsələdir. Belə ki, Mehriban Vəliyevanın dövründə nəinki yerdəyişmələr, hətta orta məktəblərin 1-ci siniflərinə qəbul rüşvət obyektinə çevrilib. Rus bölmələrinə qəbulun qiyməti isə 3-4 dəfə bahalaşıb. Təsəvvür edirsiniz, 1-ci sinifə, yaxud uşaq bağçasına qəbul ancaq pulla, rüşvətlə mümkündür. Baxın, bu gün Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrində çalışan minlərlə tərbiyəçinin nəinki ali təhsili, heç orta ixtisas təhsili yoxdur. Bunlar hansı yolla işə düzəliblər..? Bunu Mehriban Vəliyeva gözəl bilir, pulunu ver, işə düzəl.
Bu hələ harasıdır...? Bakıdakı məktəblərin, uşaq bağçalarının çoxunda nəinki ağac, heç kol da yoxdur, amma yüzlərlə bağban dövlətdən hər ay maaş alır. Əslində bağbanlar almır ee, Mehriban Vəliyeva alır...

Biz hələ uşaqlara ayrılan qida və ərzaq məhsullarının satılmasından danışmırıq... Biz məktəblərdəki “ölü canlardan, 3 nəfərin yerinə işləyən mühafizəçilərdən danışmırıq... Bəli, Mehriban Vəliyeva paytaxt təhsilinə rəhbərlik etdiyi az müddətdə milyonçu-oliqarxa çevrildi. Şübhəniz varsa, buyurun, tanış olun: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Fatmayı bağları adlanan ərazidə, daha dəqiq desək, “Araz” marketin arxasında dəyəri 500 min manata olan villa alıb.
İndi isə keçək Mehriban Vəliyeva ilə bağlı ən son məlumatlara. Deməli, Mehriban Vəliyevanın bacısının əri Müdafiə Nazirliyinin Təchizat İdarəsinin rəisi olub. Təsəvvür edirsiniz, bu idarənin rəislərinin adı həmişə böyük korrupsiyada hallanıb. Mehriban Vəliyevanın bacısının oğlu, yəni həmin Təchizat İdarəsi rəisinin oğlu isə Azərbaycanda bərk gedən generallardan birinin balaca qızına 900 min manat pul atıb və bu günədək qaytarmır.
Məlumat üçün qeyd edək ki, generalın qızı ilə Mehriban Vəliyevanın bacısı oğlu Zərifə Əliyeva adına liseydə sinif yoldaşı olublar və o vaxtdan dostluq ediblər. Yeri gəlmişkən, Mehriban Vəliyeva həmin illərdə liseyin direktoru olub.
Sözün qısası, generalın evində yəqin ki, 9 milyarda yaxın pul olub ki, balaca qızın 900 min dostuna verməsindən gec xəbər tutublar... Sözün qısası, Mehriban Vəliyevanın ətrafında proseslər dərinləşməkdə davam edir və hər gün ortaya yeni faktlar çıxır, yəni çəmbər daralır... Bizi izləyin. //gundelik-baku.com//
 

Bölmənin digər xəbərləri

19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video

Dünyapress TV

Xəbər lenti