Hər yerdə halallıqdan danışan “Çörək Tofiq” o boyda çörək kombinatını necə ələ keçirdi... -
Ulu Öndər 2003-cü ildə Tofiq Hüseynli haqqında nələr dedi... Gəlin görək haqqında bəhs etmək istədiyimiz Tofiq Hüseynli kimdir, nəçidir..?
Məsələyə bir az uzaqdan başlayaq. Qısaca, onu qeyd edək ki, əslən Qubadlıdan olan bu adam 1982-ci ildə Sumqayıt çörək-qənnadı kombinatında sex rəisi işləyib, 1992-ci ildə bu müəssisənin bazasında yaradılan səhmdar cəmiyyətin sədri seçilib.
Fikir verdinizmi, bu adam heç kombinatın direktoru da işləməyib, sadəcə sex rəisi olub, amma bir neçə il sonra Sumqayıt boyda şəhərin çörək kombinatını ələ keçirib, guya səhmdar cəmiyyət yaradıb-filan.. Həm də neçənci ildə...1992-ci ildə...Cəbhəçilərin vaxtında.. 1992-ci ildə heç özəlləşməyə düz əməlli start verilməmişdi, amma bu adam dövlətin və xalqın mülkiyyətini qısa vaxtda ələ keçirə bilib...
Bu gün Tofiq Hüseynlidən soruşan lazımdır ki, çörək kombinatındakı digər yüzlərlə səhmdarın haqqını neylədin..? Onlar həmin kombinatda illərlə can qoymuşdular...Onların haqqını necə yedin..? Yeri gəlmişkən, Ulu Öndər 2003-cü ildə Sumqayıtda keçirdiyi müşavirədə demişdir ki, Sumqayıtda özəlləşdirmədə ciddi problemlər olub... Bu məsələyə bir azdan qayıdacağıq.
Sözümüzün canı odur ki, bu adam o boyda çörək kombinatını zəhmətlə qazanmayıb, sadəcə ələ keçirib. İndi hər yerdə halallıqdan danışır... Bu hələ harasıdır..?
Normal təhsili, savadı olmayan Tofiq Hüseynli 2000-ci ildə 40 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputat seçilmiş və II çağırış Milli Məclisin üzvü olmuşdu. Sözün düzü, belə bir adamın deputat olması özü bir möcüzə idi və növbəti seçkidə seçicilər onu baykot etdilər.
“Çörək Tofiq” hər yerdə deyir ki, 1993-cü ildə Qubadlılar qaçqın düşəndə hamısına iş vermişəm, çörək vermişəm və s. Birincisi, adam verdiyini deməz, ikincisi, sən çörək verən idinsə, kombinatın işçilərini niyə çörəksiz qoyurdun..? Biz hələ Tofiq Hüseynlinin Sumqayıtda çörək satışını inhisara almasından danışmırıq.
Bu adam Bakıdan gətirilən çörəklərə qadağa qoyub. Adama deyərlər ki, sən kimsən, nəçisən inhisar yaradırsan..? Yuxarıda qeyd etdiyimiz kimi Ulu Öndər 2003-cü ildə Sumqayıtdakı müşavirədə Tofiq kimilərin yaxşıca dərsini vermişdi. Xatırlatma üçün qeyd edək ki, həmin müşavirədə Sumqayıtın o zamankı deputatları Tofiq Hüseyli, Xıdır Alovlu, Sumqayıt Şəhər İcra Hakimiyyətinin o zamankı başçısı Təvəkkül Məmmədov, “Azərkimya”nın rəhbəri Fikrət Sadıqov, iş adamı Zaman İsgəndərov da iştirak edirdi.
Ulu Öndər çıxışında qeyd edirdi ki, bizə Təvəkkül Məmmədov haqqında anonim məktublar daxil oldu. Nə bilim, o pis işləyir, vəzifəsini icra edə bilmir, haradasa gedib katibəsinin toyunda kefli olubdur, neyləyibdir. Bəli, digər tərəfdən, guya o, narkotik qəbul edir, nəşə çəkir və s. Sonra Ulu Öndər qeyd edir… Mənə deyiblər, Sumqayıtda bir neçə qrup var, onların əlində böyük kapital var. Onlardan biri Fikrətdir, biri Tofiq Hüseynlidir, bir neçə başqaları da var. Zaman var.
Deyirlər bütün ticarət, 30 ildir Sumqayıtın ticarəti onun əlindədir. Sovet vaxtında olub, indi özəlləşdirilib, hamısı əlindədir. Ümumiyyətlə, burada özəlləşmədə böyük səhvlər var.
Deyirlər ki, burada olan obyektlərin böyük bir hissəsini Fikrət Sadıqovun qoyumları özəlləşdirıblər. Başqa bir hissəsini Tofiq Hüseynli özəlləşdiribdir. Başqa bir hissəsini Zaman İskəndərov özəlləşdiribdir… Tofiq Hüseynlinin bir dəstə qohumu işləyir. Bir dəstə də Zaman İskəndərovun qohumu işləyir və başqalarının qohumları işləyir. Başqa adamlara yer yoxdur!
Bunların həm biznesdə böyük imkanları var, həm də böyük vəzifədədirlər.
Bu vəzifələrdən, bu imkanlardan istifadə edərək, eyni zamanda, bütün qohum-qardaşlarını vəzifələrə doldurublar. Bəs, başqa adamlar kənarda qalır axı. Niyə, nədən ötrü? Fikir verinizmi, Ulu Öndər təkrar-təkrar Tofiq Hüseynlinin adını çəkir, onun neqativ əməllərindən danışır…
Amma bu gün Tofiq Hüseynli özünə “Çörək Tofiq” ləqəbi götürüb, özünü hacı Zeynalabdin Tağıyevin davamçısı hesab edir və s. Ancaq tanıyanlar Tofiq Hüseynlinin kim olduğunu, hansı əməllərə sahib olduğunu gözəl bilirlər.
P.s. Növbəti yazılarımızda Tofiq Hüseynlinin, Zaman İskəndərovun və onların qohumlarının haqqında Ulu Öndərimizin fikirlərinə uyğun olaraq daha böyük araşdırma yazısı dərc edəcəyik, bizi izləyin.
gundelik baki.com
 

Bölmənin digər xəbərləri

19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video

Dünyapress TV

Xəbər lenti