QHT sektorunu qarışdıran ƏLİ XƏMİRLİ...
DİA.AZ: - Neçə müddətdir ki, QHT sektorundakı etirazlarla bağlı gərginlik müşahidə olunmaqda, bizlər də mətbuat olaraq bu prosesi oxuculara olduğu kimi çatdırmaqdayıq.

Sonuncu yazımız BURADA: QHT sektorunun `MASKASI YIRTILMAQDADIR`... - "Agentliyə ayrılan dövlətin milyonları..."

Qeyd edək ki, sözügedən məsələdə ən aktiv etirazçılardan biri kimi diqqətə gələn İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli növbəti açıqlaması ilə diqqət çəkib. Ad çəkmədən yeni anonsla çıxış edən İSBAM sədrinin növbəti günlərdə daha ilginc faktları açıqlayacağı heç şübhəsizdir. Qeyd edək ki, əslində bu faktlar üzrə hər an hüquqi araşdırmanın başlanılması imkanı mövcuddur. Təbii ki, bu, daha çox aidiyyatı qurumların səlahiyyətinə aid olduğundan, bizlər yalnız tövsiyyələrimizi ifadə edə bilərik...

Biz isə gələk S.Adıgözəllinin açıqlamasına. İSBAM sədri bildirir: "Səmimilik, sadəlik, keçənə güzəşt, tələb etməmək, sus ki susasan, hər məqamı milli məsələlərə qurban etmək prinsiplərimdən çox istifadə etdiniz .
Vətəndaş cəmiyyətini , böyük bir ictimai sektoru bir - iki korrupsiyaya bulaşmış, maxinator, saxtakarın barmağında fırlatmasınin qarşısı alınmalıdır.
Bu adamların arxasında duranlar, habelə bunların qarşısında prinsipsizlik göstərib, vəzifə borcunu yerinə yetirməyənlər ölkəyə xəyanət edirlər.
Bütün bunlara cavab verəcəksiniz...."

Onu da qeyd edək ki, DİA.AZ olaraq qaraşdırmalarımız nəticəsində QHT sektorunda əsas narazılıq yaradan fiqur kimi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasına icraçı direktoru vəzifəsini tutan Aygün Əliyevanın adının hallandığını müəyyən etdik. Aydın olur ki, məhz Aygün Əliyevanı bu işdə əsas səbəbkar kimi göstərən narazı QHT-lər büdcə pullarının sağa-sola səpələnməsində də bu xanımı ittiham edirlər.

Elə uzağa getməyərək İSBAM sədrinin bir neçə gün əvvəlki açıqlamasına istinad edək: "Heç bır məsələ sakitləşməyib. Cəmiyyətdən, dövlətdən, prezidentdən gizlədilən həqiqətləri bır-bır üstünün açılmasına çalışacağam. Hazırda bır sualla QHT Agentliyinə , Agentliyin Müşahidə şurasına, sədr Azay Quliyevə, icraçı direktor Aygun Əliyevaya üzümü tuturam. Ötən il "Şuşa ili " münasibətilə nəzərdə tutulmuş "Heydər Əliyevin Şuşa sevgisi " adlı layihənin taleyi necə olub?
Bilirəm bu suala heç bırınız cavab verə bilməyəcəksiniz"

Yəni aydın olur ki, bu işdə Azay Qulieyvdən də ötə formada Aygün Əliyeva suçlu bilinir. Bəs kimdir bu Aygün xanım? DİA.AZ olaraq onula bağlı məlumatları təqdim edirik...

Aygün Əliyeva 2013-2020-ci illərdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini, 2020-ci ildən bu günədək isə TƏBİB- İctimaiyyətlə əlaqələr, kargüzarlıq və vətəndaş müraciətləri ilə iş departamentinin rəhbəri vəzifəsində işləyib.

Yəni QHT sektoruna qədər uzun müddət Binədəqi RİH-də müavin vəzifəsini daşıyıb... Azay Quliyev isə neçə dönəmdir həmin rayonun ərazisinin deputat mandatını cibində gəzdirir. Yəni tərəflərin ortaqlığı "ilk tanışçlıq" səviyyəsində deyil. Və elə buna söykənərək bir neçə QHT rəhbəri Azay Quliyev-Aygün Əliyeva cütlüyünü sektoru qarışdıran əsas xətt kimi təqdim etməkdədir.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

Bölmənin digər xəbərləri

19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video

Dünyapress TV

Xəbər lenti