Soltanovun SULTANLIĞI...
Gürcüstanda kazinoda təkcə Mehman uduzmur, ölkəmizin ƏDALƏT sistemi uduzur.. Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini, Notariat İdarəsinin rəisi Mehman Soltanovun əməlləri ilə bağlı ölkə mediasında nələr yazılmayıb..?
Deməli, Mehman Soltanov tabeçiliyində olan yüzlərlə Notariat qurumlarını az qala öz şəxsi şirkəti kimi işlədir. Mehman Soltanovun rəis müavini olduğu Baş İdarənin strukturuna baxanda adam dəhşətə gəlir.
Onu da qeyd edək ki, Mehman Soltanov Notariat İdarəsinin rəisi olaraq bütün notariat qurumlarına rəhbərlik edir və eyni zamanda Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini olaraq hüquqi şəxslərin dövlət qeydiyyatının həyata keçirilməsi, dövlət reyestrinin aparılması, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması və daha nələrə kuratorluq edir. Yəni məsələ təkcə notariat qurumları ilə bağlı deyil.... Ona görə, Baş İdarənin strukturunu yada saldıq. Yəni bu qurumda nələrin baş verdiyini təsəvvür edəsiniz. Bəli, bütün bunların “bazarlığını” Mehman Soltanov həyata keçirir.
İndi gəlin görək, Mehman Soltanov kim olub, nəçi olub, bu adamın keçmişi nədir..? Xeyli axtarışdan sonra goycay.ensk-dan öyrənə bildik ki... Bu adam 1958-ci ildə Göyçayda anadan olub. 1975 ildə Göyçayda 3 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirib. 1980 ildə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsinə qəbul olunub. Burada bir STOP ! Yaxşı orta məktəbi fərqlənmə ilə bitirən Mehman Soltanov (1975-80 illərdə 5 il harada olub..? Ki, ali məktəbə 1980-ci ildə daxil olub..?
Sözün qısası, Mehman Soltanov sürüşə-sürüşə gəlib 1993–2003-cü illərdə Ədliyyə Nazirliyində dövlət notariusu kimi fəaliyyət göstərib. 2003-cü ildən etibarən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş idarəsinin rəisinin müavini və Notariat idarəsinin rəisi vəzifəsində çalışır. Necə çalışır ? Bax, əsas məsələ də budur...
Yuxarıda qeyd etdiyimiz kimi, şəhər, rayon, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən notariat kontorlarının hamısı Mehman Soltanovun nəzarətindədir. Həmin notariat kontorlarında baş verən cinayət əməlləri barədə neçə illərdir ki, ölkə mediası yazır. Yəni bu kontorlarda aparılan saxta alqı-satqı sənədləri, kimlərinsə adına olan avtomobillərin saxta etibarnamə ilə satılması, saxta müəlkiyyət sənədlərinin təsdiqi və daha nələr...
Təsəvvür edirsiniz yaşlı qadının neçə ildir adına olan mənzil, torpaq sahəsi satılır, qadının xəbəri yoxdur. Bütün bunlar hamısı notariuslar vasitəsilə həyata keçirilir. Bu bir cinayətkər şəbəkədir. Və bu yolla qazanılan milyonlar Mehman Soltanova ötürülür. Mehman Soltnov isə kazinolarda nələr edir, onu özündən başqa bir neçə dostu da bilir.
Ötən yazımızda onu da bildirmişdik ki, Binədə yerləşən 31 saylı Dövlət Notariusun rəisi Ramiz Hümmətovla Yevlax şəhərində yerləşən Dövlət Notariusunun rəhbəri Elxan Hüseynovun arasında əvvəlcədən razılaşma olub və bu şəxslər gecə saatlarında xaricdə yaşayan, Azərbaycanda olmayan vətəndaşın adına etibarnamə veriblər. Heç kimə sirr deyil ki, bu notariat kontorlarının rəhbərləri Mehman Soltanova arxayın olmasalar belə əməlləri törədə bilməzlər. Belə faktlar yüzlərlə, minlərlədir. Ən dəhşətlisi bilirsiniz nədir..?
Ölkənin Ədliyyə Nazirliyində mühüm vəzifə tutan Mehman Soltanovun rüsvayçı xobbisi var imiş. Bu barədə də ölkə mediasında kifayət qədər yazılıb. Belə ki, uzun illərdir ki, Mehman Soltanov istirahət və bayram günlərini qonşu Gürcüstanda keçirir, orada zərərli oyunların aludəçisi kimi hərəkət edir. Hətta Notarius rəhbərləri deyir ki, Mehman Soltanovun Tbilisidəki borclarını bağlamaqdan bezmişik. Özü də söhbət böyük “summa”lardan gedir. Sonda üzümüzü hörmətli səlahiyyət sahiblərinə tutaraq deyirik ki, Mehman Soltanovun Gürcüstanda nələri uduzması barədə düşünün.
Sonda onu da qeyd edək ki, bu adamın təqaüd yaşı çatsa da sanki qanunlar buna şamil olunmur. Bu adamın milyonluq mülklərinin, evlərinin, obyektlərinin siyahısı dərc olunsa, hər şey bəlli olacaq. Dəyəri yüz milyonlar olan bu mülkiyyət haradandır..?
Sözün tükəndiyi bu məqamda bir lətifə ilə gərginliyi aradan qaldıraq. Mehman Soltanov, birinin oğlu qumara qurşanıbmış. Kişi bir gün oğlunu qumar oynadığı yerdə yaxalayır və onu vurmaq istəyəndə, oğlu ortadakl qumar pulundan bir əllilik verir atasına...Və atası yumşalır, deyir ki, oğul demirəm ee, oynama, oynayanda altına döşəkcə qoy... Nə isə, lətifəsi səndən uzaq olsun, Mehman Soltanov...
P.S. Mehman Soltanov Notariat İdarəsindən, Təchizat İdarəsinə keçsə də bütün Notarius rəislərini əvvəlki kimi öz nəzarətində saxlayır.
 //gundelik-baku.com/

Bölmənin digər xəbərləri

25 May 2025 Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR - FOTOFAKT
25 May 2025 Bakının mərkəzində qalmaqallı söküntü - Video
25 May 2025 Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
25 May 2025 Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
25 May 2025 Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
25 May 2025 Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
25 May 2025 Bakıda ağır beyin əməliyyatı keçirən pasiyentin ölüm xəbəri yaxınlarından gizlədilib? - İDDİA
25 May 2025 "Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Qasımov ona havadarlıq edir ŞİKAYƏT / FOTO
24 May 2025 Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
23 May 2025 Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
23 May 2025 Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR

Dünyapress TV

Xəbər lenti