Hacı Məhərrəm puluyla qanunlara meydan oxudu: -
Azərbaycanda pulun və nüfuzun qanunlara qalib gəlməsinin daha bir faktı bəlli olub. İki il öncə 14 iyun 2021-ci il tarixdə saat 00:20 radələrində sərxoş halda özünə məxsus “Land Rover” markalı avtomobillə 90 km/saat sürətlə Binəqədi-Novxanı yolu ilə hərəkətdə olarkən Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillə toqquşaraq “Daewoo Damas”ın sürücüsü M.Ziyadov, sərnişinləri – Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov ölümünə səbəb olan Elşad Kəlbəliyev azadlığa çıxıb. Bu ilin fevral ayında Ali Məhkəmənin hökmü ilə E.Kəlbəliyev 9 il azadlıqdan məhrum edilmişdi. Daha sonra məhkum bu hökmlə razılaşmayıb və apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, E.Kəlbəliyevin apellyasiya şikayəti qismən təmin olunub. Belə ki, onun cəzası 9 ildən 8 ilə endirilib. Amma iş bununla da yekunlaşmayıb. Bu günlərdə Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək, dörd nəfərin ölümünə səbəb olan iş adamı Elşad Kəlbəliyevin cəzası azaldılıb. Məhkəmə hökmü ilə 8 il azadlıqdan məhrum edilmiş MTK şefinin kürəkəni barəsində apelyasiya şikayəti əsasında 3 il həbsindən azaldılıb. Tribunainfo.az bildirir ki, Kəlbəliyevin cəzası 5 ilə endirilib.

Məhkəmə belə qərara gəlib ki, təqsirləndirilən şəxs hadisə vaxtı içkili olmayıbmış. Cumhuriyyet.az-a daxil olan məlumata görə, bunun ardınca isə islah əmək düşərgəsində təcili məhkəmə keçirilib və E.Kəlbəliyev “həbs müddətində nümunəvi davranışına görə” cəzasının qalan hissəsindən azad edilib. Bir sözlə, SƏRXOŞ VƏZİYYƏTDƏ 4 NƏFƏRİN ÖLÜMÜNƏ SƏBƏB OLAN ŞƏXS AZADLIQDADIR!!! Qanuna və insanlığa açıqdan açığa bu şəkildə meydan oxunmasının isə tək səbəbi var: E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir!

Qeyd edək ki, Məhərrəm Novruzovun adı zamanla mediada qalmaqallarda hallanan şəxsdir. Onun biznesi yalnız tikinti işi ilə yekunlaşmır. Bir neçə il öncə “Bağçalı evlər” şirkəti Şabran rayonunun Rəhimli kəndində müasir istixanalar qurub. Artıq şirkət tərəfindən 0,13 hektar ərazidə müasir damcı üsulu ilə tərəvəz yetişdirən istixana fəaliyyətə başlayıb. Şirkət tərəfindən 4 hektar ərazidə yeni istixana kompleksi quraşdırılıb. “MY BEACH” hotel və restoranı da “Bağçalı evlər” kompleksi də Hacı Məhərrəm Novruzova məxsusdur. Xatıradaq ki, yerli KİV-lərdə ara-sıra Novxanıda yerləşən “My Beach” adlı çimərlikdə yaşanan soyğunçuluq haqda reportajlar dərc edilib. Dərc edilən xəbərlər arasında Məhərrəm Novruzovun pandemiya və karantin dövründə, hətta novruz bayramı dönəmində bəzi ailələrin dolanışığına müdaxilə etməsi halları da baş verib ki, bunun nəticəsində “Hacı”nın evinin qarşısında intihara cəhd də edilib.

Bölmənin digər xəbərləri

25 May 2025 Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR - FOTOFAKT
25 May 2025 Bakının mərkəzində qalmaqallı söküntü - Video
25 May 2025 Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
25 May 2025 Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
25 May 2025 Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
25 May 2025 Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
25 May 2025 Bakıda ağır beyin əməliyyatı keçirən pasiyentin ölüm xəbəri yaxınlarından gizlədilib? - İDDİA
25 May 2025 "Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Qasımov ona havadarlıq edir ŞİKAYƏT / FOTO
24 May 2025 Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
23 May 2025 Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
23 May 2025 Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR

Dünyapress TV

Xəbər lenti