Nazirlik AzTU-nu dəftərindən birdəfəlik silib?
DİA.AZ: - "Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalənin ƏVVƏLİ BURADA: Vilayət müəllimin ƏYALƏT TƏFƏKKÜRÜ... - BUNUN BAŞQA ADI YOXDUR...

Məqalənin davamında deyilir: "Bu işlərin maliyyə tərəfləri hələ bir tərəfə qalsın, təhlükəsizlik aspektindən danışaq. V.Vəliyev özünün iqtisadçı təfəkkürü ilə elə düşünür ki, əgər divarlar daşıyıcı divarlar deyilsə, yəni binanın ağırlığını öz üzərində saxlamırsa, onları təhlükəsiz sökmək olar. Ancaq biz ona izah etməyə çalışaq ki, daşıyıcı olmayan divarlar da binanı horizontal müstəvidə deformasiyalardan, texniki dil ilə desək, horizontal müstəvidə rəqslərdən qoruyur və bu divarlar olmadıqda, bina yalnız dirəklər üzərində qaldıqda, bina horizontal müstəvidə, yəni eninə istiqamətdə çox yaxşı bir rəqsi hərəkət edən sistemə çevrilir. Yəni sadə dil ilə desək, azacıq zəlzələ baş versə, həmin bina dirəklər üzərində o yana, bu yana yellənəcək və çox güman ki, dirəklər bu rəqslərə davam gətirməyəcək və bina uçacaq. Bu təhlükə isə Türkiyədə bir neçə ay əvvəl baş verən zəlzələ fonunda bu gün çox aktualdır. Nəzərə alın ki, həmin binanın yuxarı mərtəbələrində bütün gün ərzində yüzlərlə, bəlkə, minlərlə tələbə otaqlarda dərs keçir, işçilər otaqlarda işləyir. Bu anda zəlzələ baş versə, nə ola bilər? Bakıda 2000-ci ildə baş verən 6,8 bal gücündə zəlzələ hələ də bizim yadımızdan çıxmayıb.
Deyirlər ki, Türkiyədəki zəlzələnin səhəri günü V.Vəliyev gəlib öz söküntülərini gəzib, gözdən keçirirmiş. Bəs görəsən Fövqəladə Hallar Nazirliyi bunlardan xəbərdardırmı və həmin binanı yoxlayıbmı? Bina artıq 1 ildir ki, belə sökülmüş vəziyyətdədir və yəqin ki, azı bir o qədər də belə qalacaq. Aşağıdakı fotoşəkildə həmin binanın 1-ci mərtəbəsi göstərilmişdir.

Nazirlik AzTU-nu dəftərindən birdəfəlik silib?
Yeni tədris binasında 1-ci mərtəbədə binanın bu başından baxanda, o biri başına qədər açıq görünür. Ara divarlar sökülüb, bina yalnız dirəklər üzərində dayanır.

V.Vəliyev demək olar ki, bütün tədris binalarının 1-ci mərtəbələrini boşaltdırıb, oradan kafedraları, laboratoriyaları, müəllimlər otaqlarını sıxlaşdıraraq, yuxarı mərtəbələrə daşıtdırır. Xüsusən küçəyə çıxışı olan binaların 1-ci mərtəbələri onun gözüdoymayan tamahına tuş gəlir. Maraqlıdır, görəsən V.Vəliyev bu sahələri neyləyəcək. O özü belə bir xəbər buraxır ki, guya bu ərazilərdə elmi-tədqiqat institutları yaradacaq və elmlə məşğul olacaq və bu işlərə tələbələri də cəlb edəcək. Əvvəla ona sual veririk ki, o, AzTU-nun müəllimlərinin, texnika elmləri doktorlarının, professorların necə deyərlər, “qaymağını”, ən fəal və elmli nümayəndələrini universitetdən qaçırıb-dağıdıbsa, uzaqlaşdırıbsa, gələn gündən AzTU-nun elmi kadrlar potensialına müharibə elan edibsə, bu elmi-tədqiqat institutlarında kimləri işlədəcək? İkincisi, bir danışdırıb görsün onun universitetinin əksəriyyəti 200-250 bal ilə qəbul edilən tələbələri nə gündədirlər, heç olmazsa Azərbaycan dilində danışa bilirlərmi, heç olmazsa məktəb fizikasından Om qanununu, Nyuton qanunlarını bilirlərmi ki, elmlə də məşğul olsunlar? Onlarda heç olmazsa oxumaq həvəsi varmı ki, sonra da elmlə məşğul olsunlar? Həm də V.Vəliyev “yaratmaq arzusunda olduğu” bu elmi-tədqiqat institutlarının siyahısını və adlarını bu 4 ildə bəlkə 40 dəfə AzTU Elmi Şurasının qərarı ilə dəyişdirib. Görünür, əsas məqsəd başqadır: birincisi, gözdən pərdə asmaq və ikincisi, artıq məlum olub ki, 2-ci tədris binasının boşaldılmış 1-ci mərtəbəsi AzTU-nun hesabına təmir edilir ki (yenə də bu sonu görünməyən təmirlər), xarici şirkətə icarəyə verilsin. Baxın, küçəyə çıxışı olan binaların 1-ci mərtəbələri ona bu məqsədlə lazımdır. Yeri gəlmişkən qeyd edək ki, V.Vəliyev bu əməliyyatı, yəni universitet ərazilərini kənara icarəyə verməyi ADNSU-nin rektoru Mustafa Babanlıdan öyrənib. M.Babanlının bu sahədə çox “zəngin” təcrübəsi var.
V.Vəliyev özünü populyarlaşdırmaq, müasir dillə desək, özünə piar yaratmaq üçün Türkiyə faktorundan geniş istifadə edir, özünü “Turkiyəpərəst” kimi göstərməyə çalışır, halbuki, mahiyyətcə, praktiki əməlləri ilə 5-ci kolonun (keçmiş imperiyanın) maraqlarına xidmət edir. Cari tədris ilində o, əsabələri ilə birlikdə 3 dəfə Türkiyəni bu başdan o başa səfərə çıxıb, o universitet qalmayıb ki, onunla ikili diplom, birgə elmi-tədqiqat işləri (???) və əməkdaşlıq haqqında memorandum imzalamasın. Hər dəfə də fotoşəkillərini çəkdirib, universitetin saytına yerləşdirib. Türkiyədən Bakıya kim qonaq gəlirsə, V.Vəliyev dərhal onu AzTU-ya dəvət edir, əsabələri ilə birlikdə universitet söküntülərinin və xərabəliklərinin ərazisinə onları ekskursiyaya çıxararaq, bu ərazilərdə yaxın gələcəkdə görüləcək “gözəl-gözəl işlərin” planlarından onlara nağıllar danışır, yəni, “bağ belə, bostan belə”, bu yerlərdə filan-filan işlər görüləcək, dünya səviyyəsində elmi işlər qaynayacaq, hələ bəlkə, AzTU-nun həyətində kosmik gəminin start meydançası da qurulacaq və tələbələrimizin yaratdığı peyk kosmosa, yerətrafı orbitə çıxarılacaq... Hansı tələbələrin, o tələbələrin ki, AzTU-ya 200-250 bal ilə qəbul olunurlar və heç Nyuton qanunlarını bilmirlər, kvadrat tənliyi həll etməyi bacarmırlar?
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov da özünün 5-ci kolona xidmət etməsi faktlarını ört-basdır etmək və guya ki, özünün qərb yönümlü olduğunu göstərmək üçün yəqin ki, universitetin adının ingilis abreviaturası ilə UNEC adlandırılmasına nail olub".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Bölmənin digər xəbərləri

18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir

Dünyapress TV

Xəbər lenti