6 saylı həbsxananın rəisi haqqında növbəti rüşvət ittihamı – ŞOK FAKTLAR
DogruXeber.az: - Goranboy rayonu, Safkürd kəndində anadan olan, Gəncə şəhəri, Kəpəz rayonu, hərbi şəhərcik 83, ev 394, mənzil 35-də qeydiyyatda olan Məmmədov Ədalət Həsən oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə ölkə rəhbərliyinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Son zamanlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, baş nazirin sabiq müavini Abid Şərifovun qızının əri, məhkumlar arasında “cərrah-cəllad Məmməd” ayaması ilə tanınan Məmməd Mahmudovun korrupsiya yolu ilə məhkumlardan külli miqdarda rüşvət toplaması barədə “Hürriyyət” qəzetində, Hurriyyet.az saytında, eləcə də digər xəbər portallarında dərc edilən yazılarla bağlı mən də öz faktlarımı sizə təqdim edirəm.

Sizlərdən xahiş edirəm ki, mənim dövlət başçısına olan bu müraciətimi olduğu kimi dərc edəsiniz.

Hörmətli Prezident!

Biz, demək olar ki, ailəlikcə hərbçi olmuşuq. Şəxsən mən 28 il dovlətə xidmət göstərmişəm. Və dövlətə xidmət göstərmək həvəsimiz ailəlikcə olmuşdur.

Hərbi hissənin adını çəkmək istəməzdim, çünki Ali Baş Komandanın rəhbərliyi altında zəfər çalan qüdrətli ordumuzun adına ləkə gəlməsini heç vaxt istəmərəm. Lakin məlumunuz olsun ki, mən 100 manat rüşvət ittihamı ilə korrupsioner, rüşvətxor, qansız-imansız, ədalətsiz məmurlar tərəfindən 2013-cü ildə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişəm.

6 saylı Cəzaçəkmə Müəssisəsində cəzamın üçdə iki hissəsindən çoxunu çəkdikdən sonra, Cəzaçəkmə Müəssisəsinin rəis müavini tərəfindən xidməti iş otağına çağrılmışam. O, rejimimi dəyişmək, komendatura tipli Cəzaçəkmə Müəssisəsinə çıxmaq üçün məndən 5 500 manat tələb etmişdir. Nə qədər yalvar-yaxar etsəm də 5 500 manatdan 500 manat belə, aşağı düşməmişdir. Çıxılmaz vəziyyətdə qalaraq qaynatama zəng vurmuşam ki, rejimimi dəyişmək və komendaturaya çıxmaq üçün rəis 5 500 manat istəyir.

Beləcə, qaynatam 5 500 manat gətirib verdikdən sonra, mənim sənədlərimi Ədliyyə Nazirliyi tərəfindən yaradılmış Komissiyaya təqdim etmişlər. Komissiyadan keçdikdən təxminən 20 gün sonra Nizami rayon Məhkəməsinin hakimi gəlib məni qəbul etmiş və məhkəmədən keçdiyimi bildirmişdir. Məhkəmədən keçdikdən 21 gün sonra, yəni 9 avqust 2017-ci il tarixdə 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Məmməd Mahmudovdan öz canımı və ailəmin canını birdəfəlik qurtarmışam.

Cənab Prezident!

Heç özüm də gözləmədən, 28 may 2018-ci il tarixli əfv fərmanınızla azadlığa çıxmışam. Fürsətdən istifadə edib, Sizə bir daha minnətdarlığımı bildirirəm.

Onu da diqqətinizə çatdırım ki, guya, 100 manat rüşvət aldığımı iddia edərək məni cinayətkar kürsüsündə əyləşdirib, “cinayətkar” ediblər. Maraqlıdır, o halda, şəxsən mənim özümdən rejimimi dəyişmək adı ilə 5500 manat rüşvət alan 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Məmməd Mahmudov cinayətkar deyilmi?

Necə olur ki, 100 manata görə prokuror ittiham verir və məni cinayətkar hesab edir, amma məndən 5500 manat pul alaraq komendaturaya çıxaran 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisini - Məmməd Mahmudovu ittiham edən yoxdur?! Necə olur ki, mən “cinayətkar”, Məmməd Mahmudovu isə “qanunpərvər” şəxs hesab edilir?! Axı, Məmməd Mahmudov mənim aldığımı iddia etdikləri rüşvətdən (100 manatdan) 55 dəfə artıq (5 500 manat) rüşvət almışdır!

Cənab Prezident!

100 manat rüşvətə görə “cinayətkar” hesab edilən məndən -Məmmədov Ədalətdən - fərqli olaraq 5 500 manat rüşvət alan 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Məmməd Mahmudov həmin rüşvəti əli-qolu bağlı, azadlığı əlindən alınmış məhkumdan almışdır.

Artıq 5 ilə yaxın müddətdir ki, azadlıqdayam. Heç yerdə işləmirəm. 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Məmməd Mahmudovdan canımı qurtarsam da, qaynatamın qohum-əqrəbadan toplayaraq Məmməd Mahmudova verdiyi 5 500 manat pulu sahiblərinə qaytara bilmirəm. Bu gün də qohumlarıma 5 500 manat borcluyam.

Sizdən xahiş edirəm ki, qaynatamın qohum-əqrəbamdan börca aldığı və mənim rejimimi dəyişmək üçün 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Məmməd Mahmudova verdiyi 5 500 manat pulun mənə qaytarılmasına göstəriş verəsiniz”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Növbəti sayımızda şikayətçi Ədalət Məmmədovun qəzetimizə geniş müsahibəsini dərc edəcəyik. Bizi izləyin.

Bölmənin digər xəbərləri

18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir

Dünyapress TV

Xəbər lenti