8 SAYLI ÇƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ ŞOK OLAY - Narkotiklə bağlı həbs olunan məhbus “Whatsapp” vasitəsilə istədiyi şəxs və ölkə ilə əlaqə yaradıb...





Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində narkotik ticarəti ilə əlaqədar həbs olunan məhbusun mütəmadi olaraq “Whatsapp” əlaqəsi yaratdığı aşkar olunub.
Stopnarkotik.az etibarlı qaynaqlara istinadən xəbər verir ki, adını müəyyən səbəblərdən qeyd etmədiyimiz həmin məhbus sonuncu dəfə bir neçə gün öncə digər həbsxanada cəza çəkən və narkotik üstündə həbs olunan tanışı ilə danışıb.

Penitensiar Xidmətin əməkdaşları onu da aşkara çıxarıb ki, sözügedən məhbus həmin vaxtadək “Whatsapp” vasitəsilə istər həbsxanada, istər də azadlıqda olan bir çox tanışları ilə daimi əlaqələr yaradıb. Hətta onun xarici ölkələrlə danışıqlar apardığı da istisna olunmur.

Nəzərə alsaq ki, 8 saylı cəzaçəkmə müəssisəsi “osobıy” (xüsusi – red.), yəni ən ağır rejimli həbsxana hesab olunur, şübhəsiz, burada belə bir faktın aşkarlanması analoqu olmayan hadisədir. Təbii ki, müxtəlif həbsxanalarda cəza çəkən imkanlı məhbusların içərisində peyk antenaya qoşulan televizor, telefon, “wfı” və s. olan otaqlarda qaldığı və bunun üçün rəhbərliyə külli miqdarda pul ödədiyi haqda indiyədək çoxsaylı faktlar aşakara çıxarılıb. Lakin söhbət ciddi rejimli 8 saylı cəzaçəkmə müəssisəsindən gedirsə, üstəlik məhbus narkotik ticarəti ilə bağlı həbs olunubsa, bu məsələyə heç də sıradan bir olay kimi yanaşmaq olmaz. Və çox təəssüf ki, bu fakt yenə də, son vaxtlar bir çox qanunsuzluqların aşkar olunduğu Penitensiar Xidmətə məxsus həbsxanada baş verib.

Bəllidir ki, son bir neçə il ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı ciddi mübarizə aparılır. Hüquq mühafizə orqanlarının bu mübarizə çərçivəsində demək olar ki, hər gün onlarla narkotik alverçisini həbs etdiyi kimsəyə sirr deyil. Lakin, təəssüf ki, ölkəmizdə narkotik biznesi daha da “çiçəklənir”. Üstəlik, cəzaçəkmə müəsissələrində də açıq-aşkar narkotik alverinin getdiyi haqda informasiyalar var. Belə bir vəziyyətdə narkotik ticarəti ilə əlaqədar həbsdə yatan şəxslərin bir-biriləri ilə maneəsiz danışmaları yolverilməzdir.

Ən təhlükəli məqam isə odur ki, İran tərəfindən Azərbaycana qarşı “narkotik savaşı”nın həyata keçirildiyi indiki dönəmdə narkotik üstündə cəza şəkən şəxslərə istədikləri ölkə ilə sərbəst danışıq imkanı yaradılır. Zənnimizcə, bu tip insanlara telefon vasitəsilə, xüsusən də “Whatsapp”la sərbəst danışıq imkanının yardılması dövlətimizə və xalqımıza qarşı xəyanətdir. Hesab edirik ki, hüquq mühafizə orqanları bu məsələni ciddi şəkildə araşdırmalı və müvafiq tədbirlər görməlidir.
P.S. Mövzu ilə bağlı araşdırmamız davam edir. Daha ətraflı məlumat verməyə çalışacağıq.
Stopnarkotik.az

Bölmənin digər xəbərləri

24 May 2025 Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
23 May 2025 Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
23 May 2025 Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

Dünyapress TV

Xəbər lenti