“Onu ölümə göndərənləri cəzalandırmaq üçün otağından tapılan məktub kifayət edirdi...”
Lənkəran rayonunda özünü asaraq intihar edən, 33 yaşlı həkim-stomatoloq Müşfiq Bağırovun ailə üzvləri onun ölümünə səbəb olanların məsuliyyətdən kənarda saxlandığını düşünür. Mərhum həkimin atası Zaman Bağırov bundan narazıdır.
DİA.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, Müşfiq Bağırovun ölümüylə bağlı cinayət işi hazırda Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılır. 2022-ci il avqustun 21-də baş vermiş bu intihar hadisəsindən dərhal sonra Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlansa da, 5 ay keçib və bu işə xitam verilib. Prokurorluq bu nəticəyə gəlib ki, onun ölümündə heç kimin təqsiri yoxdur.

Lakin Müşfiq Bağırovun ailəsi prokurorluğun xitam qərarından məhkəməyə şikayət verərək, 2023-cü ilin fevralında həmin qərarı ləğv elətdirib. Məhkəmə prokurorluğun xitam qərarının əsassız olduğu nəticəsinə gəlib.

Mərhum həkimin atası məhkəmə ilə yanaşı, Baş prokuror Kamran Əliyevə və başqa dövlət orqanlarına çoxsaylı şikayət məktubları göndərib.

Məhkəmənin qərarından sonra bu hadisə ilə bağlı istintaq Lənkəran rayon Prokurorluğunda yox, Baş Prokurorluğun İstintaq İdarəsində aparılmağa başladı.

Zaman Bağırov deyir ki, üstündən aylar keçməsinə baxmayaraq, yenə də heç bir nəticə yoxdur. Onun sözlərinə görə, istintaqa iş üçün əhəmiyyətli olan kifayət qədər sübutlar təqdim ediblər. Hesab edir ki, təqsirkarları cəzalandırmaq niyyəti olsa, həmin sübutlar yetərlidir: “Aylardır nə qədər şikayətlər yazmışam ki, oğlumun qanı batmasın. Üç azyaşlı uşaq atası, gənc, ali təhsilli bir adam niyə ölməliydi? Onu ölümə göndərənləri cəzalandırmaq üçün otağından tapılan məktub kifayət edirdi. Niyə cəzalandırmırlar, onu daha deyə bilmirəm...”

Hadisədən sonra Müşfiq Bağırovun iş otağından məktub tapılıb. Həmin məktubda yazılıb:

“Məni İbrahim bu günə qoydu. Hesab bilmirdi. Məni qorxudurdu ki, banditizmlə səni tutduraram, arxanda heç kim qalmaz. Camaat Rusiyadan pul vurub, burada pulu vermirdi. Mən də qalmışam camaatın əlində. Başqa yolum yox idi...”

Atası bildirir ki, Müşfiq Bağırov həkim olmaqla yanaşı, həm də biznes fəaliyyətilə məşğul idi, gənc yaşında uğur qazanmışdı. Son üç ayda isə Rusiyadan Azərbaycana göndərilən pulların çatdırılmasıyla məşğul olan şəxslərlə birlikdə çalışırdı. Yaxınlarının fikrincə, onu intihar həddinə çatdıran da elə bu işdəki şəxslər olub.

Zaman Bağırov iddia edir ki, oğlu İbrahim Teymurov adlı qohumunun təklifi ilə bu işə qoşulub:

“Müşfiqin kifayət qədər vəsaiti, imkanı vardı. İbrahim qohum idi. Müşfiq riyaziyyatı yaxşı bilirdi. Ona təklif elədi, oğlum da razılaşdı. Rusiyadan göndərilirdi. İbrahim bilirdi ki, nə qədərdi, kimə çatacaq. Axşam o, həmin məbləği gətirib oğluma verirdi. Oğlum da səhər aparıb Aqşin Abdullayevə çatdırırdı ki, o da pul sahiblərinə çatdırsın. Axır vaxtlarda İbrahim pulları gətirib çatdırmırdı. Bu biri tərəfdən də Aqşin tələb edirdi. Hətta oğlumu hədələyirdi. Oğluma gərək İbrahim pulu versin ki, o da Aqşinə çatdırsın da. Nə o verir, nə də bu, başa düşmək istəyir... Oğlum da qalmışdı arada...”

Atasının dediyinə görə, hadisə ərəfəsində Aqşin Abdullayevin bir gündə Müşfiq Bağırova 22 dəfə zəngi olub. Ata deyir ki, bütün bunları istintaqa ifadəsində də deyib. Lakin tədbir görülmür.

Mərhum Müşfiq Bağırovun yaxınlarının ittiham etdiyi şəxslər - İbrahim Teymurov, Aqşin Abdullayev onların ünvanına səslənən ittihamların əsassız olduğunu bildirib. İstintaq araşdırmaları çərçivəsində onların evində axtarış-götürmə hərəkətləri də həyata keçirilib.

Müşfiq Bağırovun intiharıyla bağlı cinayət işinin araşdırılması Baş Prokurorluğun İstintaq İdarəsində müstəntiq Pərviz Cəlilova həvalə olunub.

Bölmənin digər xəbərləri

24 May 2025 Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
23 May 2025 Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
23 May 2025 Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

Dünyapress TV

Xəbər lenti