Abşeron Təhsil İdarəsinin müdirinə ağır ittiham - "Qərəzlidir, imtahanlara müdaxilə edir"
Sumqayıt şəhər sakini Rəhim Quliyev Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevadan şikayətçidir.
TEREF.AZ bildirir ki, o, bu barədə Bakupost.az -a açıqlamasında bildirib.
R.Quliyevin sözlərinə görə, bu il övladı birinci sinfə gedəcək:
"Biz onu rus sektoruna qoymaq istəyirik. Lakin Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın müdaxilə etməsi səbəbindən qızım imtahandan kəsilib".
Şikayətçinin sözlərinə görə, mayın 31-də 1 rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi keçirilib. Lakin qızı Selin Quliyeva qanunsuz olaraq, komissiya tərəfindən imtahandan kəsilib:
"Halbuki uşaq 12 sualdan 8-nə səlis cavab verib. Digər suallar zamanı utanıb, sıxılıb. Amma özünü itirməyib. Çünki uşaq 2 ildir həm bağçada, həm də repetitor yanında fərdi qaydada rus dili fənni üzrə imtahana hazırlaşıb. Evdə də daim uşaqlarla rus dilində danışırıq".
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın rus sektoruna qəbula şəxsən nəzarət etdiyini diqqətə çəkən R.Quliyev iddia edir ki, intahan obyektiv keçirilməyib:
"İdarə müdirinin göstərişinə əsasən övladıma qarşı ədalətsizlik edilib. Ya onun verdiyi imtahanın nəticələri düzgün qiymətləndirilməli, ya da yenidən imtahan verməsi üçün şərait yaradılmalıdır".
Şikayətçi məsələ ilə bağlı ərizə ilə İ.Abdullayevaya müraciət edib. Hələlik müraciətinə cavab almayan valideyn belə vəziyyətdə nə edəcəyini bilmir:
“Ölkəmizdə təhsil məcburidir. Uşağımı rus dili imtahanından kəsiblər. Əgər o, rus sektorunda oxuya bilməyəcəksə, biz nə etməliyik? Axı uşaq illərdir bu fənnə hazırlaşır, rus dilindən məşğələlərə gedir. Bizimlə də evdə daim ruc dilində danışıb. İndi onu Azərbaycan sektoruna qoysam belə, oxuya bilməyəcək. Bunun üçün ən azından hazırlaşmalıdır. Bəs, indi nə edək?! Niyə ilk gündən ədalətsizlik edir, uşağı imtahandan kəsib ona psixoloji zərbə vururlar?".
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadı.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq...
 
 
 

Bölmənin digər xəbərləri

17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...

Dünyapress TV

Xəbər lenti