İş adamı həbsxanadan İlham Əliyevə müraciət göndərib
O, qanunsuzluqdan şikayət etdiyi üçün həbs edildiyini deyir

Hazırda həbsdə olan keçmiş iş adamı Rəşid Məmmədov şərlənərək həbs olunduğunu bildirir. O, bununla bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb.

R.Məmmədov prezidentə ünvanladığı açıq müraciətində deyir ki, o, icarə ilə ona məxsus olan, Qubanın Zərdabi qəsəbəsində yerləşən torpaq sahəsində alma istehsalı və Rusiya bazarlarına idxalı ilə məşğul olub. 2022-ci ildən etibarən isə ona məxsus torpaq sahələrinin başqa-başqa şəxslərin adlarına rəsmiləşdirildiyini bilib.

“Bu şəxslər “Foodcity Agropark” MMC-nin təmsilçisi Şahin Əsgərovun adamlarıdır. Onlar bunu ona görə ediblər ki, ixrac edilən almanı öz məhsulları kimi göstərib, vergidən azad olsunlar. Mən torpaqlarıma dair qanunsuz icarə müqaviləsi bağlanılmasına görə Quba Rayon Zərdabi Bələdiyyəsinə müraciət etdim və həmin müqavilələrin ləğv edilməsini tələb etdim. Lakin, bələdiyyə bildirdi ki, həmin şəxslər özləri gəlib müqaviləni ləğv etməlidirlər. Mən məcbur olub həmin şəxslərlə görüşdüm. Mənim yerimə saxta müqavilə bağlayan Rza və Natiq mənə bildirdilər ki, onların rəhbəri Şahin Əsgərovdur və o, “Foodcity Agropark” MMC -nin təmsilçisidir. Dedilər ki, ağıllı olum, yoxsa həmin adam məni yox edər. Mən bununla bağlı rayon polisinə, prokurorluğa müraciət etdim, onlar da bildirdilər ki, “Foodcity Agropark” MMC-nin təmsilçisinə bata bilməzlər, mən yuxarıdan adam tapmalıyam”.

Məmmədov deyir ki, ona kömək istəməsi üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Əfqan adlı əməkdaşının nömrəsini veriblər. Zəng edib dərdini deyəndən sonra isə Əfqan onu görüşmək üçün Bakıya, Nərimanov parkına dəvət edib.

“Yanvarın 12-si görüş yerinə gəlib, ona zəng etdim. Ətrafdan dörd-beş nəfər hücum edib, məni yerə yıxdılar. Qolumu arxadan bağlayıb, döyə-döyə BMCMİ-nə gətirdilər. Orada Şahin Əsgərova ilişdiyimi deyib, irad bildirilər. Döyməyə başladılar. Əllərim, ayaqlarım, başım, gözüm, bütün bədənim qan içində idi. Onlar Şahin Əsgərova görüntülü zəng etdilər, ona məni göstərib “Sənin xətrinə dəyən belə olmalıdır” dedilər. Daha sonra məni rəis kimi təqdim edilən Müzəffər Həsənovun yanına apardılar, o da dedi ki, narkotik vasitənin mənə məxsus olmasını etiraf edim, mən bunu etmədim. Daha da şiddətlə döyməyə başladılar, ancaq yenə dediklərin etmədim. Bundan sonra, İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) 535-ci (Polis əməkdaşının qanuni əmrinə tabe olmama) maddələrilə protokol tərtib edib Nərimanov məhkəməsinə göndərdilər. Qanın içində idim. Orada hakim Gültəkin Əsədovaya işgəncə izlərimi göstərsəm də, hakim barəmdə 15 sutka inzibati həbs qərarı verdi. Guya küçədə ünvansız söyüş söyüb, polisin əmrinə tabe olmamışam”.

Rəşid Məmmədov deyir ki, məhkəmədə halı pisləşdiyi üçün Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına aparılıb. Vəkilinə də təzyiq ediblər ki, həbsdən apellyasiya şikayəti verməsin.

Onun sözlərinə görə, 15 sutkalıq həbs müddəti bitdikdən sonra da BMCMİ ondan əl çəkməyib:

“15 sutkam tamam olanda məni buraxmadılar və oradan BMCMİ-yə gətirdilər. Orada rəsmiləşdirdilər ki, guya mən, Şahin Əsgərovun 7 adamından hədə-qorxu ilə pul tələb etmişəm, halbuki onların ifadələrindən başqa da işdə heç bir sübut yoxdur. Artıq 6 aya yaxındır ki, Şahin Əsgərov adlı şəxsin sifarişi ilə həbsdəyəm"- məktubda yazılıb.

Rəşid Məmmədov deyir ki, işgəncəyə məruz qalması ilə bağlı anası Gülər Məmmədova prokurorluğa müraciət etsə də, cinayət işi başlatmaqdan imtina olunub: “1 aprel 2023-cü tarixli, 344 saylı ekspertiza rəyi ilə müəyyən olundu ki, bədənimdə xəsarət izləri olub və bu izlərin yaranması dövrü həbs olunduğum dövrü əhatə edir, ancaq yenə Nərimanov Prokurorluğu cinayət işinin başlanmasını rədd etdi".

Rəşid Məmmədov məktubunun sonunda prezidentdən xahiş edib ki, ona qarşı ədalətsizliyə son qoyulmasına göstəriş versin.

Daxili İşlər Nazirliyi məsələ ilə bağlı münasibət bildirməkdən imtina edib.

“Foodcity Agropark” MMC ilə əlaqə saxlamaq mümkün olmayıb.

Rəşid Məmmədov 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. O, Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) ittiham olunur.

Yanvarın 12-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu müddətin 3 ay artırılması üçün BMCMİ Nərimanov rayon Məhkəməsinə müraciət edib.
/abzas.org/
 

Bölmənin digər xəbərləri

17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...

Dünyapress TV

Xəbər lenti