Şirvan Apelyasiya Məhkəməsinin sədri görün, NƏDƏ İTTİHAM OLUNUR...
Ötən yazılarımızda Vasif Talıbovun məhkəmə-hüquq sistemindəki kadrlarından biri olan Şirvan Apelyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin qanunsuz əməllərindən bəhs etmişdik.
Qısa məlumat üçün qeyd edək ki, Vəli Abdullayev 1994 – 1995-ci illərdə Sədərək Rayon Polis Şöbəsində müstəntiq, 1995 – 2000-ci illərdə Şərur Rayon Ədliyyə Polis Qrupunun böyük inspektoru, 2000 – 2003-ci illərdə Naxçıvan Ali Məhkəməsinin hakimi, 2003 – 2008-ci illərdə Naxçıvan Ali Məhkəməsi Cinayət və inzibati xətalara dair işlər üzrə Apelyasiya Kollegiyasının sədri, 2008 – 2009-cu illərdə Gəncə Apelyasiya Məhkəməsinin hakimi olub. 2021 -ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin sədridir.
Xatırlatma üçün qeyd edək ki, bir müddət əvvəl Şirvan şəhərində özünü blogger, müxalifətçi hesab edən, əslində narkotacir olan İqbal Mikayılov adlı biri narkotik maddə ilə həbs olunmuşdu. Yeri gəlmişkən, onun sürücüsü, narkotacirlər arasında böyük nüfuza malik olan, geniş narkotik şəbəkəsinin rəhbərləri ilə əlaqəli olan, narkotacirlər arasında kod adı "BNT" kimi tanınan Samir Qasımov da Şirvan polisləri tərəfindən külli miqdarda narkotiklə saxlanılmışdı. Və onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülmüşdü, hətta Samir Qasımova qarşı CM-nin 234.4.3 maddəsi ilə cinayət işi qaldırılaraq, müvəqqəti saxlanılma təcridxanasına göndərilmişdir. Və Şirvan əhli sevinirdi ki, narkotikə qarşı mübarizə davam edir. Amma qısa müddət sonra İqbal Mikayılov azadlığa buraxıldı. İqbalın sürücüsü kimi tanınan narkotacir Samir Qasımovu da azadlığa buraxıblar.
Təsəvvür edirsiniz, barəsində CM-nin 234.4.3 maddəsi ilə cinayət işi açılan, birinci instansiya məhkəməsinin hökmü ilə barəsində həbs qətimkan tədbiri seçilən Samir Qasımovu Şirvan Apelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev ( işə baxan hakim İsmayıl Əhmədov ) elə məhkəmə zalından azadlığa, ev dustaqlığına buraxır. Bir soruşan yoxdur ki, axı bu adama qarşı ən ağır maddə ilə, külli miqdarda narkotiklə ( bəlkə də neçə ton ) tutulmağa görə, cinayət işi açılıb və barəsində məhkəmə hökmü var. Axı, bu təhükəli cinayətkarları Şirvan Polisinin cəsarətli əməkdaşları min bir çətinliklə, riskə gedərək həbs edirlər və....sonra Şirvan Apelyasiya Məhkəməsinin sədri onları açıb buraxır. Bu insanlar arasında polisin nüfuzuna vurulan ağır zərbədir. Bu təkcə polisin nüfuzuna deyil e, Azərbaycan dövlətinin nüfuzuna zərbədir.
Bəli, İqbal Mikayılov rayonda narkotikə görə tutulanları Vəli Abdulalyevin əli ilə buraxdırır və özünün narkotik satışını onların əli ilə davam etdirir. İndi isə Vəli Abdullayevin keçmişinə nəzər salaq, daha doğrusu, Gəncə Apelyasiya Məhkəməsinin hakimi olarkən etdiyi qanunsuz əməllərə nəzər salaq.
Deməli, qısa giriş üçün qeyd edək ki, 2015-ci ilə qədər Salyanda 38 saylı Yol İstismar İdarəsinin rəisi, eyni zamanda Lənkəran Yol Tikinti ASC-nin səhmdarı olan Raqub Həsənov Gəncə Apelyasiya Məhkəməsinin o zamankı sədri Vəli Abdullayevlə yaxın dost olublar.
Onu da qeyd edək ki, Lənkəran Yol Tikinti ASC-nin müdiri olan Nicat Bağırov Raqub Həsənovun qaynıdır. 2015-ci ildən sonra Raqub Həsənov Lənkəranda 42 saylı Yol İstismar İdarəsinin rəisi olanda oz səhmlərini Nicat Bağırovun adına keçirib. Raqub Həsənov 2015-2016-cı illərdə Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşlarına verdiyi izahatda onun külli miqdarda pullarının mənimsənildiyini, kimlər tərəfindənsə ələ keçirildiyini yazıb. Raqub Həsənovdan soruşan olmayıb ki, bu qədər külli miqdarda pul səndə haradandır..?
Məlumat üçün qeyd edək ki, yaxın zamanda bu barədə sabiq bank müdiri Fikrət Xəlifəlinin açıqlaması ilə oxucular tanış olacaqlar.
Təsəvvür edirsiniz, Raqub Həsənov məhkəmədəki dostları vasitəsilə Fikrət Xəlifəliyə 9 il həbs cəzası verdirib. Bununla ürəyi soyumayan Raqub Həsənov dostu Vəli Abdullayevin əli ilə Fikrət Xəlifəliyə əlavə verilən 3 il həbs cəzasını da qüvvədə saxlayıb və bildirib ki, səni içəridə çürüdəcəm. Bu adamdan soruşan yoxdur ki, sən kimsən, nəçisən və kimin əli ilə vətəndaşı içəridə çürütməklə hədələyirsən..? Görünür yol tikintisi üçün dövlətin ayırdığı milyonları mənimsəyən, bu gün hətta öz rəhbərliyini də saymayan Raqub Həsənov məhkəmə hakimlərini də pulla ələ almağı bacarır.
Bəli, uzun illərdir ki, Salyan, Astara, Lənkəran yollarının tikintisi və təmiri adı altında dövlətin ayırdığı milyonları mənimsəyən Raqub Həsənov üçün qanun deyilən anlayış yoxdur. Görəsən, CM-nin ən ağır maddələri ( 234.4 külli miqdarda narkotik ) ilə ittiham olunan İqbal Mikayılov və Samir Qasımov kimi narkotacirləri azadlığa buraxan Şirvan Apelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev nə üçün Raqub Həsənovun sifarişi ilə Fikrət Xəlifəliyə verilən 3 il əlavə həbs cəzasını məhkumun üzərindən götürmədi..?
Sonda onu da qeyd edək ki, bu fikirləri redaksiyamıza çatdıran Fikrət Xəlifəlinin yaxın qohumu bildirdi ki, Raqub kimilər Fikrət müəllimi özlərindən uzaqlaşdırmaqla ona yaxşılıq ediblər, onu uca Allaha daha yaxın olmağa səbəb olublar. Bu gün Fikrət müəllim Allahın bəndəsi kimi namazını qılır, orucunu tutur, ibadətini edir.
Yəqin ki, uca Allah Fikrət müəllimi o dəmir barmaqlıqlar arasından xilas edər.
 //gundelik-baku.com//
 

Bölmənin digər xəbərləri

17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...

Dünyapress TV

Xəbər lenti