Mingəçevir xəstəxanası ağır yataq xəstəsini niyə saatlarla təcili yardım maşınında saxlayıb? - VİDEO/FOTOLAR
Ötən gün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında xəstələrə laqeyd münasibət göstərildiyinə dair məlumatlar paylaşılıb.

Sosial şəbəkədə paylaşılan videogörüntülərdə İcbari Tibbi Sığortanın tətbiq olunduğu Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında ağır yataq xəstəsi olan xəstənin ödəniş etmədiyi üçün evinə geri qaytarıldığı iddia edilib.

İddiaya görə, yataq xəstəsi olan vətəndaş 50 manat ödəniş etmədiyi üçün xəstəxanaya qəbul olunmayıb.

Məsələ ilə bağlı sözügedən pasiyentin həyat yoldaşı Rəna Qarayeva bildirdib ki, hadisə aprelin 18-də baş verib:

“Mingəçevir şəhəri, Nizami küçəsi, 10 ünvanında kirayədə qalırıq. Beş ay bundan qabaq, noyabrda yoldaşım – 1960-cı il təvəllüdlü Qarayev Söyun Seyfidar oğlunun beyninə təzyiqdən qan sızmışdı. Noyabr ayında xəstəxanaya daxil olduq. 21 gün müalicə aldıq və sağalmadan evə buraxdılar. Dedilər ki, xəstəni 20 gündən çox saxlaya bilmərik. Evdə müalicə elədik. Həkim göndəriş kağızı verdi ki, əməliyyat üçün Bakıya aparaq. Ayağına mil qoyuldu. Hazırda mil ayağındadır və indi bir qolu və sağlam ayağı da sındı.

Dünən, yəni ayın 18-də təcili tibbi yardım çağırdım və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına apardıq. Rentgen etdilər. Nəticədə ayağında, qolunda ümumilikdə üç yerində sınıq olduğunu dedilər. Saatlarla təcili yardım maşınında gözlədik, heç bir həkim qəbul etmədi. Dedilər ki, bu xəstəxanada sınıq həkimi yoxdur, üstəlik dərmanlar da yoxdur. Bizi göndərdilər evə. Sabah gələrsiniz göndəriş əsasında sizi regional xəstəxanaya göndərəcəyik. Öz həkimi də bizi qəbul etmədi. Mən də bildirdim ki, ora özəldir, mənim ora ödəniş etməyə pulum yoxdur. Çünki beş aydır işləyə bilmirəm, yataq xəstəsinə baxıram. Mənə nə evə baxıcı verilir, nə də baxıcıya verməyə pul ayrılır. Heç bir xəstəxana da qəbul eləmir. Onlar da mənə dedilər ki, əgər regional xəstəxana qəbul etməsə, onlardan şikayət edərsiniz. Kimə müraciət edəcəyimizi bilmirik”.

R.Qarayeva deyib ki, ağır vəziyyətdə xəstə evdə qalıb, baxan yoxdur:

“Ağır xəstəni evə qaytarmaq nə deməkdir? Onu tərpətmək belə olmur. Həkimlər, xəstənin ağır vəziyyətdə olduğunu gördülər, amma yenə də heç nə etmədilər. Mənim istəyim odur ki, yoldaşımı xəstəxanaya qəbul edib, müalicəsinə kömək etsinlər. Xəstəxanada da olsa, evdə də olsa, yataq xəstəsinə baxmaq lazımdır. Səhiyyə Nazirliyinə də məktub yazmışam, amma hələ də bizim problem həll olunmur”.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşın irəli sürdüyü iddialar araşdırılır:

“Araşdırmanın yekun nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-04_1682012076_1.jpg
 

Bölmənin digər xəbərləri

17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA

Dünyapress TV

Xəbər lenti