Yuxarı instansiyalara şikayət etdiyim üçün Göyçay YPX tərəfindən təziqlərə məruz qalmışam





Bir daha bildirmək istəyirəm ki, Göyçay Rayon Polis Şöbəsinin Yol Polisi əməkdaşları Rəşad Cavadov və Tahir Eminov 17.04.2023-cü il tarixdə əsassız olaraq avtomobilimi rayon polis şöbəsinə aparmışdır. Mən haqsızlığa məruz qaldığım üçün yuxarı instansiyalara video müraciət və yazılı ərizələr ünvanladım. Həmçinin DİN-in 102 qaynar xətt nömrəsinə şikayət verdim. Məni izahat verməyim üçün Göyçay RPŞ-yə dəvət etdilər. Bu zaman müşahidə kameralarından kənara çəkərək rəis Vüsal Həsənovun gözü önündə Tahir Eminov yaxamdan yapışdı, şərəf və vələyaqətimi təhqir etdi. Araya polis mayoru Süleyman İbrahimov girməsəydi, bəlkə də Tahir Eminov məni döyəcəkdi. O, istəyirdi ki, mən də ona əl-qol atım və polis əməkdaşına fiziki zorakılıq göstərməklə məsuliyyətə cəlb edilim. Ancaq istədiyinə layil ola bilmədi.

Mətbuatda gedən müraciətimə gəldikdə isə, Daxili İşlər Nazirliyinin Şəki Regional qrupu saytlarda həqiqətə uyğun olmayan məlumat paylaşdı. Əslində onların heç bir qəbahəti yoxdur. Çünki, Göyçay Rayon Polis Şöbəsinin Yol Polisində çalışan məsul şəxslər onlara yalnış məlumat vermişdilər. Məlumata əsasən, mən təhlükəsizlik kəmərindən istifadə etməmişəm və avtomobilimdə konstruksiya dəyişikliyinə yol vermişəm. Yəni ki, guya arxa yayların kəsilərək normalara uyğun olmaması aşkarlanmışdır. Halbuki mənim avtomobilimin rəngi göy, lakin saytlarda paylaşılan arxa yayların (burjun) rəngi isə qırmızı rəngdədir. Bir sözlə, özləri özlərini ifşa etdilər.

Mən bir daha cənab Prezidentə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizliyi Xidmətinə, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) və Daxili İşlər Nazirliyinə səslənirəm və çox xahiş edirəm, öncə təhlükəsizliyimi təmin edəsiniz. Artıq çox qorxuram. Daha sonra isə Sizlərdən xahiş edirəm, avtomobilim özümə qaytarılmasını və bilərəkdən, haqsız yerə məndən pul (cərimə) qoparmağa çalışan YPX əməkdaşları haqqında qanunlarımız çərçivəsində tədbir görəsiniz. Öncədən təşəkkürlərimi bildirirəm.

Hörmətlə; Sənan Mahmudov.

Bölmənin digər xəbərləri

17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA

Dünyapress TV

Xəbər lenti