Ardını oxu...
Bu il hədsiz dərəcədə isti keçən avqust ayının əvvəlindən Meliorasiya və Su Təsərrüfatı” ASC-nin internet saytına baxanda ilk növbədə bu tip xəbərlər diqqəti çəkir: “Tovuz rayonunda 23 min hektardan artıq əkin sahəsi suvarılır”; “Sabirabadda yeni nasos stansiya istifadəyə verilib”; “Ağdaş rayonunda 36500 ha əkin sahəsi suvarılır”; “Ağdamda mexaniki üsulla suvarma davam edir”; “Qazaxda əkin sahələrinin suvarılması davam edir”; “Biləsuvarda 39 min hektara yaxın əkin sahəsi suvarılır”; “Suqovuşandan gələn su ilə Tərtərdə əkin sahələri suvarılır” və s.
Redaksiyamıza müraciət edən fermerlər yəqin həmin xəbərlərə baxanda ya inanmırlar, ya da fikirləşirlər ki, ASC onlara münasibətdə ayrı-seçkiliyə yol verir: “Araz çayından başlanğıc götürərək Beyləqan – Ağcabədi – Füzulidən keçən “Xan Qızı” kanalı vasitəsilə Ağcabədinin Qaradolağ, Yeni Qaradolağ, Aran, Mehrablı, Kəbirli kəndlərini su ilə təminatı “düyünə düşüb”. 500 ha pambıq sahəsinin hələ heç birinci mərhələ suvarılması yekunlaşmayıb. İkinci suvarma isə suyun yoxluğu səbəbindən hələ başlamayıb. Ümumiyyətlə, bu ərazidə 1500 hektara əkilmiş pambıq yanmaq üzrədir”.
Qeyd edək ki, avqustun 6-da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə respublikanın rayonlarında pambıq sahələrinin su təminatı mövzusunda növbəti videokonfrans keçirilib. Konfransda pambıq sahələrinin su ilə təminatının mövcud hesabatı təqdim edilmiş, rayonlar üzrə suvarmanın təşkilində yaranan çətinliklərlə bağlı müzakirələr aparılmışdır. Videokonfransda Səhmdar Cəmiyyətinin şöbə və sektor müdirləri, həmçinin rayonların yerli istismar idarələrinin rəhbərləri iştirak etmişlər.
İclasda Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev pambıq sahələrinin suvarılmasının daim nəzarətdə saxlanılması, bu sahədə yerli Dövlət Aqrar İnkişaf Mərkəzləri və pambıqçılıq şirkətləri ilə əlaqəli işin təşkili, mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə əkin sahələrinin vaxtında suvarma suyu ilə təmin olunması və hazırda suvarmanın təşkilində mövcud çətinliklərin vaxtında aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Görünən odur ki, konfrans, iclas, tapşırıq – filan hamısı yalnız “gözdən pərdə asmaq” üçündür. Ortada əməli iş yoxdur. Dövlətimiz, onun başçısı cənab İlham Əliyev ölkə iqtisadiyyatı üçün xeyirli hesab olunan pambıqçılığın perspektivini nəzərə alıb bu sahənin inkişafına dair Dövlət Proqramı üzrə xeyli vəsait ayırsa da, fermerlərə subsidiyalar verilsə də, görünən odur ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yerlərdəki struktur vahidlərinin vəzifəli şəxsləri öz funksiyalarını yerinə yetirməyərək pulları göyə sovururlar.
 //aktualxeber.az//
Ardını oxu...
Son günlərin porno ulduzuna çevrilən FHN-nin polkovniki Zaur Həsənovun maraqlı və sürətli karyera yüksəlişi olub. O, Yanğından Mühafizə İdarəsinin rəisi genüral Füzuli Əsədovla qohum olandan sonra , 10 il ərzində polkovnik rütbəsinə yüksəlib. Normalda rütbələrin 3-4 ildən bir verildiyini nəzərə alsaq, onda Zaur Həsənov ən yaxşı halda mayor ola bilərdi.
Teref.az xəbər verir ki, bunu jurnalist Məhəmmədəli Qəribli yazıb. Daha sonra Məhəmmədəli bəy yazır:
Əldə etdiyim dəqiq məlumata görə, Zaur Həsənova polkovnik-leytenant və polkovnik rütbələri şəxsən Füzuli Əsədovun təqdimatı əsasında vaxtından əvvəl, yəni “dosroçnı” verilib. İndi hörmətli Kəmaləddin müəllim Füzuli Əsədovu çağırıb soruşsun ki, belə yüksək səviyyədə “xidmət” təşkil edən kadrla bağlı general rütbəsinə niyə vaxtından əvvəl təqdimat verməyib?
Teref.az
 
 

Ardını oxu...
""OBA" Marketlər Şəbəkəsi yenə də öz ampluasındadir, yalançı kampaniyalarını davam etdirir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Mübariz Mirzəyev adlı istifadəçi giley edir.

`Ardını oxu...
Daha sonra narazı müştəri yazır:

"5-18 avqust tarixlərində elan olunan kampaniya çərçivəsində Nescafe Gold Kofe (95 qram) məhsulu endirimlə 5,99 manat qiymətinə olmalı idi, lakin ilk gündən indiyə qədər həmin məhsulu həmin qiymətə satışda görən olmayıb.

Ardını oxu...
Özlərindən soruşulsa, deyəcəklər ki, məhsul məhdud sayda idi və qurtarıb.
Ardını oxu...
Bu məhsul isə ümumiyyətlə, heç bir "OBA" marketdə həmin qiymətə satışda olmayıb".

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
 
 
Ardını oxu...
Uzun illərdi Dövlət Gömrük Komitəsində baş verən korrupsiyada Səfər Mehdiyevin yazın qohumlarının, xüsusən də baldızı oğlu Rafail Niftəliyevin və Rəfailin dayısı Zeynal Tarquluyevin (Səfər Mehdiyevin qaynı) qanunsuz əməllərindən ətraflı yazmışıq. Bəli, DİA.AZ olaraq qeyd etmişdik ki, Enerji Resursları və Dəniz Nəqliyyatı Baş gömrük idarəsinin rəsmiləşdirmə idarəsinin rəisi, Səfər Mehdiyevin baldızı oğlu Rafail Niftəliyev Qazaxstan Respublikasından idxal edilən 146 vaqon akumlyatorlarını 125000-135000 dəyəri olduğu halda 68000-72000 dollar civarında sənədləşdirir. Hər vaqonda ortalama 55000-60000 dollar dəyəri azaldılır. Və 18 % ƏDV hesablansa, təxmini 10000 dollar (17000 manat) mənimsənilir. 2016-cı ildən bəri 146 vaqonda 2 400 000 manatlıq mənimsəmə olub.
Biz vaxtında yazmışdıq ki Azterminal İstehsalat birliyində qanunsuz olaraq iş adamlarından xidmət haqqı adı altında pul yığlır. "Bəyannamələrdə düzəliş edilir" adı ilə qanunsuz ödəniş tələb olunur. DİA.AZ yazmışdı ki, Səfər Mehdiyev qaynı Zeynal Tarquluyevə milyonluq hədiyyə olaraq qısa idxal bəyannamələrdən yığılan pulları hədiyyə edib. Bu gün isə bizim yazdıqlarımızın hamısı öz əksini tapdı və artıq hüquqi aaraşdırma gedir.
Səfər Mehdiyevin baldızı oğlu Enerji Resursları və Dəniz Nəqliyyatı baş Gömrük idarəsinin sabiq rəsmiləşdirmə idarəsinin rəisi Rəfail Niftəliyevin və dayısı (Səfər Mehdiyevin qayni) Azterminal kompleks istehsalat birliyinin sabiq rəis müavinin Zeynal Tarquluyevin işdən kənarlaşdırılma ƏMR lərindən göründüyü kimi müvafiq dövlət orqanlarında acılmış cinayət işləri ilə əlaqədar ciddi araşdırmalar gedir. Hətta ƏMRlərdə həmin dövlət orqanından gələn məktublara istinad edildiyi və məktubun nömrəsinə kimi yazılmışdır.

Ardını oxu...
Ardını oxu...
Təbii ki, dövlətə dəyən zərəri ödəmək lazımdır... Gömrük məcəlləsinin 247-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcuna görə ödəmə günüdə daxil 0.1 % dəbbə tutulur. Bir ildən cox olmuyaraq (yəni 365 gündən cox olmadan) 2 400 000 *0.1%=2400 manat 365 günə 876000 manat. Cəmi birlikdə 2400 000+876000=3 276 000 manat.

Ardını oxu...
Həmin pullarla restoranlarda, saunalarda, qəlyanxanalarda, gəzməkdə, 5 ulduzlu otellərdə kef eliyəndə bilmirdizmi kı dövlətin pulunu yemək olmaz... Bir gün sizə qusduracaqlar. Bax indi o gün gəlib catıb.

Rəfail Niftəliyev Dərnəgüldə yeni tikilidə (novostroykada) iki mərtəbəni bütun satın almışdı. Bir mərtəbəni özünə, birini də qardaşı Əfqanın adına... Təmtaraqlı bağ tikdirmişdi... 4 dənə "Toyota prado" almışdı...və sairə və sairə ... Nə qədər ki azadlıqdadır, təbii ki, hələ bizim bildiyimiz bu əmlakı satıb dövlətdən oğurladıqlarını büdcəyə qaytarmalıdır... Gömrüyə işə girəndə telefonunda kontur olmayan Rəfail indi oliqarx olub... Ailə sürücüsü, şəxsi sürücü və daha nələr.... Nə qədər gec deyil, dövlətdən oğurlananlar dövlətə qayıtmalıdır...

Bizi izləməyə davam edin... Ciddi faktlarıl açıqlayacağıq...

DİA.AZ-ın illər əvvəl hazırda ifşa olunanlara necə işıq saldığının sübutları:

1. 10.03.2020 http://www.dia.az/1/241442-sefer-mehdiyevin-qayni-zeynal-tarquluyeve-milyonluq-hediyyesi.html
2. 22.04.2020 http://www.dia.az/9/245659-sefer-mehdiyev-qayini-zeynal-tarquluyeve-milyonluq-hediyyesi.html
3. 28.07.2020 http://www.dia.az/9/257644-sefer-mehdiyevin-korrupsiya-piramidasi.html
4. 10.08.2020 http://www.dia.az/1/259023-sefer-mehdiyevin-baldizi-oglu-refail-nifteliyevin-bashi-derdde.html
5. 13.08.2020 http://www.dia.az/1/259499-sefer-mehdiyevin-baldizi-oglu-korrupsya-zrvesnde.html
6. 14.08.2020 http://www.dia.az/2/259674-sefer-mehdiyev-bu-faktlarin-qarshisinda-neden-susur.html
7. 25.08.2020 http://www.dia.az/5/260949-sefer-mehdiyevin-baldizi-oglunun-ishi-arashdirilir.html

Yazıda adları çəkiklən bütün şəxsləri dia.az olaraq dinləməyə hazırıq...
 
Ardını oxu...
Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun həmin klubun istifadəsində olan keçmiş “Məhsul" stadionu adlanan ərazinin satışı adı altında sahibkarlara məxsus pul vəsaitlərini ələ keçirmələri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğunun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq sözügedən stadion ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib (ətraflı: bit.ly/3SWolqc).
Teref.az xəbər verir ki, bunu məşhur vəkil Aslan İsmayılov yazır. Daha sonra Aslan İsmayılov davam edərək yazır:
Bir balaca ağlı olan bu məlumatı tam olmadığını görər. Uzun illər AHKİ-da yüz minlərin yox, yüz milyonların mənimsənilməsi barədə yazdığımdan hazırki cinayət işini araşdıracaq şəxslərə bəzi məlumatları çatdırıram. Hələ SSRİ dövrü bütün ölkədə və respublikalarda olan əmlakların tam 3\1-i həmkarların mülkiyyətində idi. SSRİ dağılandan sonra isə Azərbaycanda mövcud olan bütün əmlakların da 3\1-i həmkarların mülkiyyətində qaldı. Bura tək stadionlar yox, ölkədə mövcud olan minlərlə sanatoriyalar, istirahət mərkəzləri, mehmanxanalar, uşaq bağçaları, pioner laqerləri, şahmat məktəbləri, peşə öyrədən, musiqi dərnəkləri, məktəbləri, pioner evləri, kitab mağazaları, silahdan istifadə öyrədən tirlər, avtomobil kursları, idman zalları, mədəniyyət evləri, kitabxanalar, tibb ocaqları və digər tikililər, minlərlə avtomobillər və digər texniki avadanlıqlar və s. daxil idi.
1991-ci ildə sədr seçilən Səttar Mehbalıyev həmin əmlakları çox hissəsini cürbəcür "nadir"lərin əli ilə dədə malı kimi satdı. Azərbaycanın bütün nazirləri cəm şəkilində onun qədər əmlak talamadı, ancaq bölüşdürməyi bacardığına görə heç kim ona toxunmadı. Bu müddət ərzində keçmiş Administrasiya rəhbəri Ramiz Mehdiyevə və qudası, Prezidentin keçmiş köməkçisi Əli Həsənova arxalanan S.Mehbalıyev minlərlə obyekt satdı, yüzlərlə obyektlərin ərazisini çox hissəsini də torpaq kimi obyektlərin tikilməsi üçün satdı, yaxud həmin ərazidə özü üçün obyektlər (Bibi Restoranı) tikdi. Bu gün başlanan cinayət işində söhbət Məhsul stadionundan gedir. Gün kimi aydın məsələdir ki, Məhsul stadionunu S.Mehbalıyevin başının üstündən heç kim sata bilməzdi! Bundan əlavə, indiyə kimi satılmış onlarla stadionları və digər əmlakları nə üçün araşdırmırlar?! İndi Səttar Mehbalıyevi himayə edən kimdir?!
Aslan Ismayilov
 
 
 
Ardını oxu...
Redaksiyamıza Qazaxda “Falçı Kəmalə” kimi tanınan Kəmalə Alıyevanın əməlləri barədə şikayət daxil olub.

AMİA.AZ -ın redaskiyasına daxil olan şikayətdə bildirilir ki, sözü gedən şəxs 20 ildən çoxdur ki, “fala” baxır. “Əyri yollar”la fəqir kütləni aldadaraq başlarına oyunlar açır. Bunun nəticəsində də rayon əhalisindın çoxlu vəsait mənimsəyir.
Maraqlıdır ki, hələ də K.Alıyeva etdiyi əməllərə baxmayaraq sudan quru çıxmağı bacarıb.
Şikayətdə iddia edilir ki, vətəndaşları aldatmaqla bahalı evlər, maşınlar almaqla dəbdəbəli həyat şəraiti qazanıb. Kəmalə Alıyevanın həyat yoldaşı Hüseyn Alıyev isə "Viator Mikromaliyyə Azərbaycan" təşkilatının Qazax Filialının Rəhbəridir.
Kəmalə Alıyevanın üzü o qədər görünməsə də, sözü Qazax-Tovuz –Ağstafada dolaşır. Təsadüfən kimin işi Kəmalədən keçib azca düzəlibsə, həmin adam da ona “müştəri” göndərir.
İşi düzəlməyənlər isə qadına verdiyi pulların geri qaytarması üçün davaya qalxır.
Qarşı tərəfin fikrini də dinləməyə hazırıq.
Nicat Ocaqlı
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
"Bilmirəm xəbəriniz var, ya yox, Neft Daşlarında artıq bu ayın 10-dan etibarən isti (texniki) suyu da soyuq (guya "içməli") su kimi, hər dəfə 2-2,5 saat olmaqla gündə 3 dəfə verirlər". DİA.AZ bildirir ki, bu barədə Neft Daşlarında çalışan sıravi işçilər giley edir.

Daha sonra narazı işçilər bildirirlər: "Bu su dəniz suyudur, onsuz da düz-əməlli filtrasiya olunmurdu, indi bunu da çox görürlər işçilərə. İndi camaat işə gələndə "Pampers" alıb geyinsin, ya axşam 9-dan sonra səhərəcən tualetə getməsin ki, su yoxdur?

Biabırçılıqdır vallah, "Azneft" rəhbərliyi qabağa getməkdənsə, günü-gündən dala gedir. Özləri antisanitariya yaradırlar, sonra da Covid-lə mübarizədən danışırlar, camaatı hər dəfə Covid testindən keçirib dənizə göndərirlər".

DİA.AZ bildirir ki, buunla yanaşı Neft Daşlarındakı hazırki durum aşağıdakı kimi də xarakterizə olunur: "Başları "kadr islahatına", "bölgüyə" və s qatışan "Azneft" rəhbərləri! Neft Daşlarının işçiləri xahiş edir ki, Baş məsləhətçinizi, "müşavirlərinizi" də götürüb adaya gələsiniz və onların içdikləri sudan içib, kondinsionersiz otaqlarda yatasınız.

Platformalardan da neftçilər xahiş etdi ki, kondinsionerləri yanvarda alarsınız ki, az enerji işlənsin. Problemin günahkarı isə sizsiniz. Ona görə ki, əks osmos qurğusunun membranı yoxdu. Bunu almaq üçün isə sizin "şəffaf" satınalmalarınız geçikir. Kondinsionerlər kimi..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Vətən müharibəsi günlərində Ermənistanın Gəncəyə atdığı raket zərbəsi nəticəsində evi qəza şəraitinə düşmüş şəhər sakini yenidən “Yeni Müsavat”a müraciət edib.

DİA.AZ Gəncə şəhəri, DOS 6, mənzil 55-də yaşayan, əslən ukraynalı olan Natella Rəhimovanın dediklərini təqdim edir:

“2020-ci ilin 11 oktyabr tarixində Ermənistanın yaşadığımız ərazinin yaxınlığına raket atması nəticəsində evimizə ciddi ziyan dəymişdi. Evimizin pəncərələri tamamilə qırılıb, otaqlarda təhlükəli çatlar əmələ gəlmişdi. Ötən ilin dekabrında şəhər icra hakimiyyəti, FHN və şirkətdən əməkdaşlar gələrək, evimizə baxış keçirdilər və bildirdilər ki, mənzildə yaşamaq çox təhlükəlidir, ev təcili sökülməlidir. Beləliklə, evi söküb, yenidən tikməyə başladılar. Ailəmiz isə bu müddət ərzində müvəqqəti olaraq başqa yerdə yaşamağa başladı.

Lakin bizə indiyədək kirayə haqqı ödənilməyib. Dəfələrlə icra hakimiyyətinə bu barədə müraciət etmişik, lakin bir nəticəsi olmayıb. Qurumdan bizə verilən cavab bu oldu ki “bu günə qədər necə yaşamışdınızsa, birtəhər də eviniz tikilənə qədər davam edin”. Halbuki qanuna əsasən ailəmizə həm kirayə, həm də əşyalarımıza dəymiş ziyana görə kompensasiya ödənilməli idi. İki övladım var, heç bir yerdə işləmirəm. Xəstə anam və 1-ci qrup əlil olan atamla birgə yaşayırıq. Bildirim ki, atam Rəhimov Tofiq Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Aldığı müavinət onun müalicəsi üçün yetərli deyil. Aidiyyəti qurumlardan xahiş edirəm ki, ailəmizə ödənilməli olan kompensasiya ilə bağlı köməklik göstərsinlər".

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətinin əməkdaşı Gülnar Rzayeva sorğumuza cavab olaraq bildirdi ki, artıq sakinlə əlaqə saxlanılıb, problem tezliklə həll olunacaq: “Gəncə şəhər sakini Natella Rəhimova ilə əlaqə saxlanılıb və ona kirayə haqqının ödənilməsi üçün müvafiq sənədlərin təqdim edilməsi tövsiyə olunub. Vətəndaş tərəfindən müvafiq sənədlər təqdim edildikdən sonra evinin inşası başa çatanadək Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən kirayə haqqının ödənilməsi təmin ediləcək”.
 
 
 
Ardını oxu...
Rusiya hərbçiləri Krım körpüsünü Ukraynanın mümkün raket zərbəsindən dolayı bağlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Kanal 24” məlumat yayıb.

Bildirilib ki, avtomobillərin yerli vaxtla 17 avqust 6:00-a qədər körpüdən keçməsinə icazə verilməyəcək.
 
Ardını oxu...
Artıq medianın yazdığı ən kəskin, ən sərt yazılar belə hədəfdən yan keçir.
Atalar demişkən, dəyirman bildiyini eləyir, çaxçax başını ağrıdır.
Bəlkə də çoxlarına qəribə gələcək. Amma gəlin bəyənmədiyimiz sovet mediası ilə müstəqil mediamızı müqayisə edək.
Sovet dönəmində hansı məmurun adı Kirpi, ya da Mozalan jurnalına düşsəydi, onun ya partbileti əlindən alınardı, ya da ən yaxşı halda vəzifədən çıxarılmaqla canını qurtarmış olardı.
Bu gün isə müstəqil, azad mediamız hansısa məmur haqqında aylarla, bəzən illərlə faktlara söykənən yazılar dərc etsə də...
Nə medianı çağırıb soruşan olmur ki, nə yazırsan, nə də haqqında tənqidi yazılar dərc olunan məmur barəsində ölçü götürülmür.
Sözümüzün canı odur ki, medianın yazdıqları nəinki araşdırılmır, hətta medianın yazdıqları öz əleyhinə işə düşür.
Belə ki, media ya reket elean edilir, ya məhkəməyə verilir, ya da media rəhbəri həbs edilir.
Heç sovet dövründə eşitmişdinizmi, Kirpi, ya da Mozalan jurnalını hansısa məmur məhkəməyə versin..?
Sözün qısası, azadlıq, müstəqillik istədiyini yazmaq demək deyil. Əgər medianın yazdıqlarına dövlət qurumları heç bir reaksiya vermirsə, onda biz nə etməliyik?
Bu mənada, yəni təsir etmə mənasında tam əminliklə deyə bilərik ki, Kirpi jurnalı müstəqil mediamızdan daha azad idi. Bir daha deyirik ki, təsirinə görə...
Təsəvvür edirsiniz, az qala nazir səlahiyyətində olan şəxs, yəni Sara Həsənova barəsində dövrü mətbuat dayanmadan yazır. Onun barəsində yazılanları internet üzərindən toplayıb dərc etsələr 5 cildlik roman alınar. Amma bu boyda yazılanlara 1 cümləlik reaksiya varmı..?
Söhbət Səhiyyə Nazirliyinin tabeçiliyində olan Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktoru Sara Həsənovadan gedir.
Bir daha deyirik ki, bu adamın vəzifəsi səlahiyyətlərinə və təsir imkanlarına görə nazirdən, komitə sədrindən geri qalmır.
El arasında bir söz var ee...Nikolayı taxtda görüb, Lenini qundaxda...
Bəli, Sara Həsənova sabiq səhiyyə nazirləri Əli İnsanovu, Oqtay Şirəliyevi yola salıb, indi də yeni səhiyyə naziri Teymur Musayevi yola salmağa hazırlaşır.
Bəli, Sara Həsənova Əli İnsanovun yaxın adamı olub və onun dövründə Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin ( GEM ) direktoru olub.
Sonradan səhiyyə naziri Oqtay Şirəliyevin sevimlisinə çevrilib daha böyük vəzifəyə - Respublika Sanitar-Karantin Müfəttişliyinin ( SKM ) rəisi vəzifəsinə təyin olunub.
Hazırda isə Səhiyyə nazirliyinin tabeçiliyində olan Respublika Sanitar və Epidemiologiya Mərkəzinin direktorudur.
Sara Həsənovanın rəhbəri olduğu hər 3 dövlət qurumu ən böyük rüşvət və korrupsiya yuvası olub.
Qısaca qeyd edək ki, respublikaya gətirilən məhsullara setrifikatı Sara xanım verib, binaların tikintisində istifadə olunan materilların sanitar normalarına görə icazəni Sara xanım verib, biznesmenlərin gömrükdən keçməsi üçün yaşıl işığı Sara xanım yandırıb, dəyəri milyonlarla ölçülən saxta tenderlərə icazəni Sara xanım verib, avtomobil hissələrinin, yanacağın alınmasına Sara xanım icazə verib və nəticədə...
Sara Həsənova milyonlara sahib olub, övladını Avropada ən bahalı universitetdə oxutdurur, Avropada mülkləri, villaları, bahalı avtomobilləri və s.
Sara Həsənovanın ən həssas yeri isə bahalı içkilərdir.
Hətta deyilənə görə, yeni nazir əvəzi Teymur Musayev bu barədə ona xəbərdarlıq da edib.
Sara Həsənovanın keçirdiyi və milyonlar qazandığı saxta tenderlərin uzun siyahısını dərc etməyi artıq hesab edirik.
Hətta Sara Həsənovanın qurumun qaraj müdiri Yaşar müəllimlə bağlı məsələsini isə hüquq-mühafizə orqanlarının üzərinə buraxırıq.
Onu da qeyd edək ki, Sara Həsənova uzun illər ona mane olmaq istəyənləri zəhmli məmurla hədələyib.
Bu gün isə mətbuata daxil olan məlumatdan bəlli olur ki, Sara Həsənovanın arxasında bərk gedən icra başçılarından biri dayanır.
Həmin icra başçısının kimliyi və Sara Həsənovanı necə müdafiə etməsi barədə növbəti yazıda bəhs edəcəyik.
Bizi izləyin.
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfim mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
 
 

Dünyapress TV

Xəbər lenti