Ardını oxu...
TEREF.AZ xəbər verir ki, tanınmış itisadçı-ekspert Rovshan Agayev yazır:
·Dünən avtomobilimin qeydiyyatı üçün Ağcabədidəki yol polisinə aid regional mərkəzdə idim.
Gördüklərimin və üzləşdiklərimin bircə adı var: biabırçılıq.
Belə başa düşürəm hökumətin islahatlarının sürəti o qədər yüksək olub ki, həmin quruma yetişəndə çatdırıb əyləc sistemini işə sala bilməyiblər.
Mənə maraqlı olan bəzi suallar var:
1) Cəmi 2-3 ay əvvəl texniki baxışdan keçən avtomobil alqı-satqı vaxtı niyə yenidən texniki müayinə məruz qalmalıdır? Kimsə deyə bilər ki, bəlkə həmin 3 ayda hansısa nasazlıq olub. Bu məntiqlə avtomobilləri nəinki hər ay, hətta hər həftə müayinəyə məcbur etmək məntiqli görünə bilər
2) "Dövlər rüsumu haqda" Qanunda qeydiyyat üçün rüsumun konkret məbləği göstərilirsə, niyə vətəndaşı deyilir ki, maşınınız təzə olduğu üçün ödəniş yüksəkdir
3) Niyə vətəndaşlar üçün ödənişlərin həcmi ilə bağlı elan lövhələri asılmır qurumun binasında, eyni zamanda ödənişlər nağd qaydada aparılır?
 

Ardını oxu...




BİA.az xəbər verir ki, Ağsu rayon sakini Elşən Nəsib oğlu Məmmədov redaksiyamıza şikayət dolu müraciət göndərib. Müraciətdə bildirilir ki, E.Məmmədovun həyat yoldaşı Təzəgül Alxan qızı Məmmədova aylardır "polinevropatiya", yəni "aşağı ətrafların tutulması" xəstəliyindən əziyyət çəkir. Dörd aydır yataq xəstəsi olan Təzəgül Məmmədovanın Ağsu Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin səyi nəticəsində, xəstəxana şəraitində həyatda qalmaq uğrunda mübarizə apardığı da müraciətdə vurğulanır. Müraciət edən E.Məmmədov daha sonra bildirir:
"Ağsu Rayon Mərkəzi Xəstəxanasının həkimləri həyat yoldaşımın acınacaqlı xəstəliyinə qarşı nə qədər mübarizə aparsalar da, yoldaşım ömrünün sonuna kimi xəstəxanada qala bilməz axı, bu vəziyyətin qanunla düzələn, yaxşılaşan bir nəticəsi olmalıdır. Bu yol da onun xəstəlik sənədlərinin hər həftənin 5-ci günləri Şamaxı Rayon Mərkəzi Xəstəxanasında xəstələrin vəziyyətini qiymətləndirən regional tibbi komissiya tərəfindən qəbul edilməsi, baxılması, düzgün qiymətləndirilməsi və əlilliyin təyin olunması yoludur. Əllik təyin olunsa, heç olmasa lazım olan müalicə-terapiya xərclərinin bir hissəsini həll eləmək olar. Ancaq bu ilin avqust ayından dəfələrlə Şamaxı rayonunda yerləşən komissiyanın qəbuluna getsək də, komissiyanın sədri, Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Emin Hüseyn heç sənədlərə baxmadan belə, "Bizlik xəstə deyil" - deyib, hər dəfə sanki qapıdan qovurmuş kimi bizə münasibət göstərib. Hətta, İTS-nin region kuratoru Elşən Rəcəbov da həyat yoldaşımın vəziyyətinə biganə qala bilməyib, Emin Hüseynə bu mövzuda müraciət eləyib, lakin bu müraciət də saya salınmayıb. Düzdü, yenə həmin komissiyanın qəbuluna gedəcəyik, amma inanmıram ki, Emin Hüseyn inadından dönüb, yoldaşımın xəstəlik vəziyyətinə ədalətlə yanaşa. Bu üzdən, mətbuata müraciət edirəm ki, bəlkə aidiyyatı qurumlar bu dözülməz vəziyyətdən çıxmağımızda bizə köməklik göstərələr."

Elşən Məmmədovun əsas bir istəyi də budur ki, Təzəgül Məmmədova yataq xəstəsidir, onu Şamaxıya aparmaq mümkün deyil, komissiya üzvləri xəstəyə hazırda olduğu yerdə, yəni Ağsu Rayon Mərkəzi Xəstəxanasında baxış keçirsinlər.


Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 

Ardını oxu...Ardını oxu...Ardını oxu...

Hələ 90-cı ilin sonlarında Salyan rayon İcra Hakimiyyəti başçısının müavını olmuş, daha sonra uzun müddət Salyan rayonunda Pambıq zavodunun direktoru işləmiş Bahəddin Leysanov nəhayətsiz kapitala yiyələnib. Bahəddin Leysanovun bu rayonda iki yanacaqdoldurma məntəqəsi,”Salyan-Pambıq”Açıq Tipli Səhmdar Cəmiyyəti, eyni zamanda Neftçala, Salyan, Şirvan, Sabirabad və Biləsuvar Pambıq Zavodlarının səhmlərinin 50% -nə sahibdir. Məlumatlarda Bahəddin Leysanovun adıçəkilən rayonlarda minlərlə hektar ərazisi olduğu halda, vətəndaşların halal torpaqlarını da ələ keçirib və müxtəlif kəndlərdən olan sakinlər onun bu əməlləri ucbatından torpaq üzünə həsrət qaldıqlarını bildirirlər. B.Leysanovun bu kimi qanunsuz yollarla qazandığı pullar hesabına Bakının müxtəlif yerlərində onlarla mülkü olduğu da bıldırilır. Verilən məlumatlarda B.Leysanovun qanunsuz yollarla qazandığı pullar hesabına Bakının müxtəlif yerlərindəki mülklərindən biri də paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində keçmiş “Qarabağ” pioner düşərgəsi kimi tanınan əraziyə yaxın yerdə yerləşən 1 milyon dollarlıq villadır.

Zəmanənin nəbzini tutmağı bacaran B.Leysanov bir zaman yaxşı anlaşdığı AXC-yə arxa çevirərək, YAP-a yarındı. Kolxozların ləğvindən sonra Leysanov Neftçalada torpaqların böyük qismini ələ keçirdi, bir çox dövlət və dövlət torpaqları, o cümlədən geniş örüş sahələrinin yarıdan çoxu 99 illik müqavilə ilə Leysanova verilib. Sonradan Leysanov təkcə Neftçala ilə kifayətlənməyib, Salyan rayonunun da bələdiyyə və dövlət torpaqlarının yarısından çoxunu istifadəyə götürdü, ardından Biləsuvar, Cəlilabad, Masallı rayonlarında da minlərlə hektar torpağı özününküləşdirdi. Bundan başqa, Leysanovun əli Sabirabada və İmişliyə qədər də uzandı. Həmin ərazilərin bir hissəsində biznes obyektləri qurub, bir hissəsi isə istifadə olunmur. Səhmlərinin yarısına malik olduğu zavodları da rentabelsiz elan edən B.Leysanov həmin zavodların keçmiş işçilərinin səhmlərinə görə devident ödəmir.

30 ildən artıqdır ki, cənub bölgəsinin pambıqçılıq rayonlarında hökmranlıq edən B.Leysanov regionda baş verən bütün prosseslərə müdaxilə edir, təsir etdiyi rayonların icra başçıları, polis rəisləri, prokurorlar onunla hesablaşırlar. B.Leysanov regional tədarük idarəsinə də rəhbər vəzifəyə gətirilməklə, həm tədarük, həm də istehsal işini eyni anda yürütməklə inhisarçılığa yol açır.

Ancaq, bu qədər var dövlətə sahiblənən Leysanovlar ailəsi 44 günlük müharibədə öz yaxınlarını hərbi xidmətdən yayındırmaqla bərabər orduya dəstək olmaqda da fəaliyyətini hiss edən olmadı.

2019-cu ildə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsinə təyin olunan polkovnik-leytenant Leysanov Afiyyədin Bahəddin oğlunun adı son təyinata qədər mətbuatda bir çox qalmaqallı məsələlərə görə hallanıb. Daha çox “nömrə biznesinin kralı” kimi tanınan Afiyəddin Leysanovun rəhbərliyi altında Bakı Dövlət Yol Polis İdarəsinin (BDYPİ) “Meyvəli” terminalına yaxın ərazidə fəaliyyət göstərən qeydiyyat-imtahan şöbəsində baş verənlər isə heç bir çərçivəyə sığmır.

O da qeyd olunur ki,  B.Leysanov ona qarşı çıxış edən, bircə qəpiyinə xor baxan istənilən şəxsi “içəri” atdıra bilir. Cəmi bircə nəfərə güzəştə getdiyi bildirilir ki, o barədə də yazıçı İbrahim Quliyev qələmə alıb. Kulis.az-da dərc olunan həmin gerçək novellanı təqdim edirik:

“O vaxtlar Salyan-Neftçala ərazisində özünü başçı elan etmiş bir şəxs var idi. Adı da Leysanov Bahəddin idi. O, ərazidəki bütün pambıqçılıq işlərinə nəzarət edirdi. Kim görsə qabağına qaçardı, kimsə bir sözünü iki eləməzdi. Bir gün Leysanovun anbarlarından birinə taxta-şalban gətirilir və bir günlük qarovulçu lazım olur. Axtarıb, bir qarovulçu tapırlar. O qarovulçu da kim olsa, yaxşıdır? Bizim Mahmud lələ! Gecənin səhərində məlum olur ki, anbarda taxta-şalban qalmayıb, hamısını oğurlayıblar. Xəbər Leysanova çatır. Leysanov əmr edir ki, o qarovulçunu tutun gətirin bura. Mahmudu gəlib aparıblar Leysanovun otağına. Leysanov da başlayıb bunu söyməyə, təhqir etməyə. Bir deyib, iki deyib, sonda Mahmud lələnin səbri tükənib və illərdir kəndimizdə tez-tez istifadə edilən o məşhur cümləni deyib: «Ala, ala, obşim ala, taxta hara, şalban hara, Mahmud hara? Ala, obşim ala, p… yemə ala!»

Leysanov bu cümlədən sonra şoka düşüb. Ki, bu kimdir mənimlə belə danışır? Yanındakılardan birinin cəld Leysanovun qulağına əyilib Mahmudun azacıq əqli çatışmazlığını bildirməsindən sonra məsələ bir dəfəlik bağlı elan edilib”.

Gələn yazımızda Bahəddin Leysanovun arxadan vurulan güllə əhvalatı və Afiyəddin Leysanovun nömrə alveri ilə bağlı geniş məqalə dərc edəcəyik. Odur ki, bizi izləməyi unutmayın

Bu və digər suallarla bağlı Afiyəddin və Bahəddin Leysanovlara dəfələrlə zəng edib suallarımızı mesaj vasitəsilə göndərsək də heç bir cavab ala bilmədik. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Deryaz.az

Ardını oxu...Prezident İlham Əliyev keçən ilin sentyabr ayının 14-də Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən, tender prosedurlarının kobudcasına pozulmasından danışmışdı: “Dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır". Dövlət başçısı 2022-ci il yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədə də işğaldan azad edilmiş ərazilərdə görüləcək tikinti işlərindən danışanda bu məsələyə toxunmuşdu: “Hər şey əsaslı olmalıdır, bütün inşaat işləri şəffaf, tender əsasında aparılmalıdır. Xüsusi göstəriş verilib, maksimum şəffaflıq təmin edilməlidir. Əgər hər hansı bir xoşagəlməz halla üzləşsək, cəzamız çox sərt olacaq, bunu hər kəs bilməlidir və bilir”.
Ayrı-ayrı vaxtlarda ölkənin söz sahibi olan başqa tanınmış ziyalıları, millət vəkilləri də tenderlərin formal xarakter daşıdığını dilə gətirmişlər. Məsələn, Milli Məclisdə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib ki, bizim qanunlar deklarativ xarakter daşımamalı, yəni nəzəri olmamalıdır: “Qanunların işləməsi üçün mexanizmlər işlənib hazırlanmalıdır. Biz mətbuatdan korrupsiya ilə bağlı xəbərlər oxuyuruq. Korrupsiyanın azalması üçün mexanizmlər işlənməlidir. İkincisi, hamımız Azərbaycan reallığında yaşayırıq. Tenderlər Azərbaycanda formal xarakter daşıyır və tenderin qalibi əvvəldən məlumdur. Tenderlərin keçirilməsi üçün daha şəffaf mühit yaradılmalıdır. Azərbaycanda ictimai münasibətlər sistemi Qərb reallıqlarına cavab vermir, amma bizim qanunları Qərb reallıqlarına uyğunlaşdırırlar. Ona görə də deyirlər ki, icra olunan pis qanun daha yaxşıdır, nəinki icra olunmayan yaxşı qanun”.
İndi isə gəlin Azərbaycanda icra olunmayan yaxşı qanunlardan birinin məmurlar tərəfindən tez-tez pozulan vacib müddəasına nəzər yetirək:
Dövlət satınalmaları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını müəyyən edir. Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər öz əksini tapıb. Belə ki, satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir: 6.2.1. satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması; 6.2.2. satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması; 6.2.3. öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması; 6.2.4. müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması; 6.2.5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması; 6.2.6. satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi; 6.2.7. müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.
Amma reallıqda nəinki 5 il, hətta tenderdən 5 gün əvvəl yaradılmış, Nizamnamə kapitalı qəpik-quruş olan oyuncaq müəssisələrin adlarının qutudan qalib çıxarıldığının şahidi oluruq. Belə qanunsuzluqlara rəvac verən məmurlardan biri də 2021-ci ilin noyabr ayında Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdriyyətinin direktoru vəzifəsinə təyin olunmuş Elşad İbrahim oğlu Hacıyevdir. Mediatv.az saytında indiyədə Elşad Hacıyevin barəsində şikayət xarakterli informasiyalar əsasında “Səhiyyə Nazirliyində yeni qalmaqal - Elşad Hacıyev büdcə talançılığında ittiham olunur”,  “Tikilməkdə olan müəssisələri yıxan direktorun 100 günü” sərlövhəli tənqidi məqalələr dərc olunub. Həmin məqalələrin qayəsini təşkil edən məlumatlarda bildirilib ki, E.Hacıyev bu vəzifəyə təyin olunandan sonra idarənin tənəzzülü başlayıb, ixtisasca inşaat mütəxəssisi deyil və müəssisəyə ayaq basan gündən bütün işçiləri qorxu altında saxlamağa, insanlar arasında nifaq yaratmağa çalışıb. Ciddi səbəb olmadan xeyli işçini vəzifədən qovub. Elədiyi bütün qanunsuzluqları, hüquqpozmaları “yuxarıdan” gələn göstəriş əsasında həyata keçirdiyini deyir. Şikayətçilər konkret faktlar sadalayaraq iddia ediblər ki, Hacıyev fürsət tapıb öz adamlarını tenderdə iştirak etdirə bilməyəndə, ümumikdə tenderi ləğv etdirir. Tərəf müqabili olaraq seçdiyi, tender qutularından qalib çıxardığı firmalar isə səhiyyə sahəsində heç bir təmir-tikinti təcrübəsi olmayan, nəinki profilləri və maliyyə vəziyyətləri, hətta sənədləri belə tender şərtlərinə uyğun gəlməyən oyuncaq müəssisələrdir. Bu uyğunsuzluqları görüb narazılıqlarını bildirən işçilərə isə hədə-qorxu gəlir.
Bu günlərdə Mediatv.az redaksiyasına Elşad Hacıyevin passivinə yazılacaq növbəti məlumatlar daxil olub. Məlumatda bildirilir: “2021-ci ilin avqust ayında tikinti işlərinin qurtardığı Salyan Mərkəzi Rayon Xəstəxanasının Doğum evi və Səbail Rayon Badamdar qəsəbəsində Mərkəzi Xəstəxananın mebel avadanlığı, oksigen xətti va tibbi avadanlıq üzrə tender elan edilmişdir. Lakin Elşad Haciyev müəssisəyə təyin edilən kimi həmin tenderləri ləğv etdi. Sonra uzun müddət müəssisədə işləyən 14 nəfər işçini işdən azad etdi. Onların yerinə heç vaxt tikintidə işləməyən, Rusiya bazarlarında meyvə satışı ilə məşğul olanları və Gürcüstan vətəndaşlarını işə qəbul etdi.
2021-ci ildə dövlət büdcəsindan Cənab Prezidentin sərəncamı ilə ayrılan 15 000000 (on beş milyon) manat vasaitli tenderi ləğv edərək 2022-ci ilə saxladı. Ondan sonra özü üçün sərf edən müəssisələri tenderə dəvət etməyə başladı. 2021-ci ilin sonunda birbaşa müqavilə ilə 600 000 (altı yüz min) manatlıq vəsaiti Hematologiya va Transfiziologiya İnstitutunun təmir işlərinə görə birbaşa müqavilə ilə öz tanıdığı müəssisəyə verdi. 2022-ci ilin oktyabr ayına qədər bu işləri qurtarmamışdır. Gəlib bu işləri yoxlamaq da olar.
2022-ci ildə Salyan Mərkəzi Rayon Xəstəxanasının Doğum evi və Səbail Rayon Badamdar qəsəbəsində Mərkəzi Xəstəxanasının təhvil verilməsi üçün yenidən vəsait ayrıldı. Elşad Hacıyev bu günə, yəni oktyabr ayına qədər öz tanıdığı müəssisələrlə sövdələşmələr apararaq oksigen xətti, mebel avadanlıqları va tibbi avdanlıqları 3 hissəyə bölərək ayrı - ayrılıqda öz tanıdığı şirkətləri qalib elan etmişdir. O, bütün işləri öz tanıdığı müəssisələrə verməklə, Səhiyyə Nazirliyində görülən işlər üçün təcrübə yığmağa hazırlayır. Halbuki o, tenderlərə girmək istəyən müəssisələrin rəhbərlərini bir-bir qəbul edir və onlara söz verir ki, bu il tenderlərə sənəd verməyin, gələn il sizlərə iş verəcəm. Bəs ondan soruşan yoxdur ki, tikintisi qurtarmış obyektlərin tenderlərini niyə etmirsiniz? Soruşanda deyir ki, ilin sonunda Satınalma təşkilatı məcbur olub mənim tanıdığım müəssisələrə birbaşa müqavilə ilə verəcəklər.
Tibb avadanlıqları üçün tender olanda cəmi 3 şirkət iştirak etdi. Niyə görə əlavə şirkət olmadı? Bu gün tender olan avadanlıqları xarici ölkələrdən hansı müəssisə ilin sonuna qədər gətirə bilər? 2021-ci ilin sonunda tamir işləri üçün ayrılan 600 000 (altı yüz min) manat vəsaiti hissələrə bölərək öz tanıdığı müəssisələrə verib. Ancaq həmin işlər çoxdan görülmüşdür. O, müəssisəyə rəhbər gələndən sonra tender komissiyasını ləğv etdi. Tender komissiyasına yalnız yeni işə qəbul etdiyi işçiləri təyin edib. Tender komissiyasının sədri isə onun baş mühasibidir. Bu necə olur? Bu ixtiyarı ona kim verib?”
Öz növbəmizdə bu sualları səhiyyə nazirliyində səlahiyyət sahiblərinə və başqa aidiyyəti qurumların rəhbər vəzifəli şəxslərinə ünvanlayırıq.
Ardını oxu...
Şirvan şəhərində yaşayan Əliyeva Təranə Əlövsət qızı tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Şirvan şəhərində yerləşən 10 saylı məktəbin direktoru Arif Əliyevi onu qanunsuz şəkildə işdən uzaqlaşdırmaqda ittiham edir:

“Mən Əliyeva Təranə Əlövsət qızı, Şirvan şəhər sakiniyəm. Ali təhsilliyəm, rus dili müəlliməsiyəm. 25 ilə yaxın pedaqoji stajım var. 20 ilə yaxın müddətdə Şirvan şəhər, Elçin İmanov adına 10 saylı məktəbdə rus dili müəlliməsi kimi işləmişəm. İşlədiyim müddətdə heç vaxt dərsdən qalmamış, bulletenə belə çıxmamışam. İntizamlı müəllimə olmuşam.

Bu işimdən əlavə, qeyri-hökümət təşkilatlarında da işləmişəm. 2007-2008-ci illərdə kurikulumun nazırlıq mərhələsində Amerikada - Nyuorkda qrant layihəsinin rəhbəri olmuşam. Misir Mərdanovun nazir olduğu dönəmdə 5 min dollarlıq mükafata layiq görülmüşəm. İngilis və rus dili fənləri üçün “Xalqalr dostluğu” başlıqlı layihənin rəhbəri olmuşam. O layihənin sayəsində bizim məktəbin xarici dil müəllimləri 10 il müddətində həmin otaqdan istifadə etdilər.

2017-ci ildə, iyun ayında müəllimlərin qol çəkdiyi vaxtda Şirvan şəhər, 10 saylı məktəbin direktoru söhbət əsnasında mənə bildirdi ki, niyə sən yay tətilində işləməyə getmirsən, ailə vəziyyətində çox ağırdır? Həqiqətən də mənim ailə vəziyyətim çox ağırdır. Evimdə xəstə anam, böyük külfət - hamısı mənim üzərimdə idi. Mən də direktor Arif Əliyevlə aramızda danışdıq ki, biraz özümü düzəldənə kimi məni işimdə idarə etsin. Fikirləşdim ki, məzuniyyət pulumu alım, sonra görüm nə iş tapıram, hec olmasa, bir az borclarımı, kreditlərimi idarə edim. Mən ona dedim ki, məzuniyyətimi aldıqdan sonra kartımı sizə verərəm, 2-3 ay idarə edin, sonra işə qayıtdıqda kartımı götürərəm. Məni şirin dilinə salıb aldatdı, əslində isə mənim yerimə adam axtarırmiş ki, 7 min AZN qarşılığında işə götürsün. Lakin yerimə seçilən müəllimə gəlib görəndə ki, bu mənim yerimdir, razılaşmayıb”.

Şikayətçi deyir ki, sonradan direktor onu qanunsuz olaraq işdən azad edib: “2017-ci il sentyabrın 15-də guya öz xahişimlə işdən azad olmuşam. Həmin vaxtdan mənə hec bir sənəd təqdim olunmamışdır. Əmək kitabçamı 2021-ci ilin noyabr ayında, çox get-gəldən sonra almışam. Mənə əmrim verilməmişdi. Əmrimi 2022-ci il, avqustun 22-də aldım . Avqustun 29-da sənədlərimi məhkəməyə təqdim etdim. İddia ərizəsində sadəcə ərizəmin yoxlanılmasını, xəttşunaslıq ekspertizasından keçirilməsini istədim ki, iş çox uzun çəkməsin.

2022-ci il 3 oktyabr tarixində Şirvan şəhər Məhkəməsində hazırlıq iclasımız oldu. Prosesdə məktəb direktoru israr etdi ki, “işdən getmək haqda ərizəni müəllimənin qızı yazib”. Yəni, guya, qızım sentyabr ayında mənim adımdan ərizə yazıb. Amma bu savadsız direktor bilmir ki, işdən getmək haqda ərizəni müəllimin özü yazmalıdır.

Azərbaycan qanunlarına əsasən, mənim qızım, yaxud hansısa ailə üzvüm o vaxt mənim adımdan ərizə yaza bilər ki, mən onların adına etibarnamə verərdim. İşdən getmək haqda ərizənin üstünə etibarnamənin surəti tikilməli və əmək kitabçama da belə yazılmali idi. Məsələn, filan saylı etibarnaməyə əsasən, Əliyeva Təranə Əlövsət qızı öz xahişi ilə işdən azad olunur”.

Təranə Əliyevanın sözlərinə görə, direktor Arif Əliyev müəllim deyil, sadəcə məşqçidir, üstəlik 65 yaşı 2022-ci il aprelin 15-də tamam olsa da, hələ təqaüdə getməyib: “Yəqin ki, havadarları çox güclüdür. Hələ öz taxt-tacında, öz səltənətində “vəzirləri”, “vəkilləri” ilə ömür sürur. Məktəbin bütün rəhbərliyi Arif Əliyevin öz adamlarıdır. Məktəb onların gəlir mənbələri, “ticarət mərkəzləri”dir. Məktəbin 2-ci, 3-cü mərtəbələri hazırlıq keçmək üçün müəllimlərə icarəyə verilir. Guya bundan Təhsil Nazirliyinin, rayon Təhsil Şöbəsinin, Şirvan icra başçısının xəbəri yoxdurmu? Var, sadəcə hər kəsin haqqını yüksək şəkildə verir. O, məktəbi “yeyib dağıdır”, onu durduran yoxdur. Maraqlanmaq laızmdır ki, Arif Əliyevin və Rövşən Allahverdiyevin havadarları kimlərdir”.

Şikayətçi yazır ki, iyulun 7-də Təhsil nazirinin müavini, İnsan Resurslarının müdiri Eşqi Bağırovun qəbulunda olub: “Eşqi Bağırov qəbulda Səlyan Regional Təhsil İdarəsinin müavini Rövşən Allahverdiyevi tərifləməyə başladı. Cavabında ona dedim ki, Rövşən Allahverdiyevi ona görə tərif edirsiniz ki, MİQ-də sizə əla pul gətirir. Çünki kim MİQ imtahanından keçmək istəyirsə, Rövşən Allahverdiyevi axtarır. Artıq müəyyən bir məbləğ qoyublar, qiymət 20-25 min AZN arasında dəyişir”.

Təranə Əliyeva deyir ki, direktorun qanunsuz qərarı ilə bağlı məhkəməyə də müraciət edib: “2022-ci il, 3 oktyabr tarixində Şirvan şəhər Məhkəməsində Arif Əliyev hakim Elçin Qurbanova işdən çıxmaq haqda əmrimi təqdim etdi. Mənim təqdim etdiyim əmrlə onların təqdim etdiyi əmrin arasındakı fərqi hakim də gördü. Mənə verilən əmrdə belə yazılıb: “Öz xahişi ilə azad olunub”. Direktorun təqdim etdiyi əmrdə isə, guya, xəstəliklə işdən öz xahişimlə çıxdığım qeyd olunurdu. Yəni ortada 2 fərqli əmr var idi. Hakim dedi ki, Arif müəllim, bunu dəyişdirin, bu nədir gətirmisiniz? Təbii ki, Elçin Qurbanov da ancaq Arif Əliyevin dediklərini təsdiqləyirdi və bunun səbəbi mənə qaranlıq qaldı”.

Haqsız yerə işdən çıxarıldığını deyən şikayətçi xanım vurğuladı ki, 2017-ci ildə etibarən bütün müvafiq strukturlara müraciət etsə də, heç bir nəticəsi yoxdur: “Məni haqsız yerə, xəbərim olmaya-olmaya işimdən azad ediblər. Bu nə qədər düzgün bir qərardır? Bu hadisəni imkansız, çarəsiz olmağımdan istifadə adlandıra bilərəm. 2017-ci ildən bu günə kimi mübarizə aparıram, amma şikayətimə baxan yoxdur. Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev indi “Salyan Regional”da müavin işləyir, Arif Əliyevlə əlbir olub mənim işimə son veriblər”.

Şikayətçi sonda onu da bildirir ki, direktor və Təhsil şöbəsinin keçmiş müdiri onu aclığa məhkum ediblər: “Arif Əliyev və Şirvan Təhsil şöbəsinin keçmiş müdiri, indiki “Salyan Regional”ın müdir müavini Allahverdiyev Rövşən əlimdən axırıncı tikəmi də aldı və ailəm ac-yalavac vəziyyətdədir. “Hürriyyət” vasitəsilə Təhsil Nazirliyinə, Prezident aparatına müraciət edirəm! Xahiş edirəm ki, şikayətimə əsaslı şəkildə baxılsın”.

Jalə FAMİLQIZI

P.S. Ölkədə direktorların özbaşınalıqları sanki dəb halına düşüb. Bəs, təhsil şöbələrinin bir faydası olmayacaqsa, valideynlərin, müəllimlərin şikayətinə baxılmayacaqsa, bu qurumlar niyə var? Fikir verirsinizsə, şikayətçilərin heç biri məhkəmədən, polisdən, prokrorluqdan və s. orqanlardan düzgün nəticə gözləmirlər. Hər biri mətbuat vasitəsiylə Prezidentə müraciət edir. Hətta şikayətçilər tam yəqinliklə deyirlər ki, ölkə başçısına məktubları çatmır. Hansısa orqanların bu məktublara müdaxilə etdiyini bildirirlər…

P.P.S. Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Ağsu rayon, Zərqava kənd sakini Məmmədov Məsud Mürsəl oğlu üzləşdiyi ağır problemlə bağlı, videogörüntü vasitəsilə, ölkə Prezidenti İlham Əliyev cənablarına müraciət edib. Saytımız vasitəsilə müraciətin yayılmasını xahiş edən M.Məmmədov, 5 ay əvvəl mədəaltı vəz əməliyyatı keçirdiyini, ağır ankoloji xəstə və “Hepatit B” daşıyıcısı olduğunu, eləcə də şəkərli diabetdən əziyyət çəkdiyini bildirərək, xəstəlik tarixçəsi ilə bağlı tibbi sənədlərini və reseptlərin surətlərini də cumhuriyyet.az-agöndərib.

M.Məmmədovun şikayəti Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Emin Hüseyndəndir. Şikayətçinin sözlərinə görə, xəstəliyini, keçirdiyi əməliyyatın növünü və digər xəstəliklərini əks etdirən sənədləri Ağsu Rayon Mərkəzi Xəstəxanası vasitəsilə Şamaxı Mərkəzi Xəstəxanasına təqdim edib. Lakin Şamaxı RMX PHŞ-nin direktoru Emin Hüseyn ağır xəstənin sənədlərini təsdiq edib, aidiyyatı üzrə dövlət qurumlarına göndərmir ki, 2012-ci ildən ikinci qrup əlilliyi təyin olunmuş, lakin 16 ay əvvəl pensiyası kəsilmiş M.Məmmədovun əlliyi bərpa olunsun və xəstəliyinə uyğun dövlət tərəfindən nəzərdə tutulan pulsuz dərmanları alıb, istifadə edə bilsin.

ŞM.Məmmədovun cumhuriyyet.az-a bildirdiyinə əsasən, ağır xəstələrin halına zərrəcə acımayan Emin Hüseyni, ümumiyyətlə, iş yerində tapmaq daha böyük müşkülə çevrilib. Əməliyyatdan ötən 5 ay müddətində həyati vacib dərmanları Emin Hüseynin saymazlığı ucbatından əldə edə bilməyən ağır ankoloji xəstə M.Məmmədov, son ümid yeri kimi, dövlət başçısına müraciət etmək məcburiyyətində qaldığını vurğulayır.
Ardını oxu...
Təqribən bir həftə əvvəl Şəmkir rayon, "Düz qışlaq" kənd sakini Şükür İsmayılov "DogruXeber.az" informasiya agentliyinin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımda Su Melorasiya idarəsindən narazılıqlarını bildirmişdi.

‌Xatırlatmaq üçün qeyd edək ki, Şükür İsmayılov kənddəki artezyanların tutulmasından, suların çox zəif və çirkli olmasından narazılıq edirdi. Onun dediyinə görə artıq, bir neçə müddətdir ki, bütün nəinki yerli idarələrə, Su Melorasiya idarəsinin rəisi Zaur Mikayılova və müavinətlərinə də dəfələrlə müraciət etsə də, problem hələ də həllini tapmamışdır.

Şükür İsmayılov "Kanal14"ün efirində problemi səsləndirdikdən 2 gün sonra, yenidən redaksiyamızla əlaqə saxlayıb, təşəkkür etdi və bildirdi ki, "Bizə zəng etdilər, söz verdilər ki, 2 günə problemin həlli üçün işlər başlanılır ".

Şükür İsmayılovun bu zəngindən 2-3 gün sonra o, yenidən redaksiyamıza zəng edib canlı efirə bağlanmaq istədiyini bildirdi.

"Kamalın zamanı" proqramının canlı efirində o bildirdi ki, "Artıq, işlərə başlanılıb. Amma, indi də kənd icra nümayəndəsi camaatdan pul yığır ki, "Bəs havayı iş var? Texnikaya hər gün 300 manat verilməlidir". Rayonda Su Melorasiya idarəsinə zəng etdim, Tahir müəllim dedi, "Ola bilməz, mənim xəbərim yoxdur".

Maraqlıdır, icra nümayəndəsi o boyda kəndin camaatından su üçün pul yığır, Su Melorasiyanın xəbəri yoxdur???

Görünür Tahir müəllim, bu yolla vəziyyətdən çıxmağa çalışıb.
Amma, təəssüf ki, vəziyyətdən çıxış yolu üçün seçdiyi variant artıq kohnəldiyi üçün, təsir gücünü çoxdan itirib.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 
Ardını oxu...
Kadr seçimlərində, yeni təyinatlarda baş verən ilginc qanun pozuntuları…
DogruXeber.az: - Sərdar Nəbiyev – Şəki-Zaqatala Regional Təhsil İdarəsi Oğuz rayonu üzrə Təhsil Sektorunun müdir. İcrada işləyib. Dövlət qulluğu imtahanından keçməyib.

Kəmalə Əhmədova – Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala rayonu üzrə Təhsil Sektorunun müdiri məktəb direktoru olub. Dövlət qulluğu imtahanından keçməyib.

Bəhruz Nəbili – Şəki-Zaqatala Regional Təhsil İdarəsi Tədrisin Keyfiyyəti Sektorunun müdiri “MƏDƏT” kurslarında təlimçi olub, son iş yeri Biləsuvarda kənd məktəbində direktor işləyib. Dövlət qulluğu imtahanından keçməyib.

Cavad Cavadlı – Mərkəzi Aran Regional Təhsil İdarəsi Tədris Keyfiyəti sektorunun müdiri. Göyçay rayon Potu kənd məktəbinin direktoru olub. “MƏDƏT” kurslarında təlimçi olub. Dövlət qulluğu imtahanından keçməyib.

Leyla Bayramova – Mərkəzi Aran Regional Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektorunun müdiri. Təlimçi olub, Ağdaş rayon 7 saylı tam orta məktəbdə tarix müəllimi işləyib. Dövlət qulluğu imtahanından keçməyib.

Sevinc Həsənova – Mingəçevir şəhər 16 saylı tam orta məktəbin direktoru 24 balla məktəb direktoru olub, müsahibədən də Firudin Qurbanovun tapşırığı ilə keçib. Dövlət qulluğu imtahanından keçməyib.Mərkəzi Aran RTİ Mingəçevir şəhəri üzrə Təhsil Sektorunun müdiri təyin olunması Mingəçevirin təhsil ictimaiyyətini şoka salıb. Xanım Həsənova yeni təyinatını burununu kəsdirməklə qeyd edib və hazırda özündən razı şəkildə müəllimlərə yuxarıdan aşağı baxır, süründürməçiliyə yol verir. Demək olar ki, idarəetmədən və təhsil sənədlərindən, hüquqi normativ aktlardan xəbəri yoxdur.

Namidə Abbasova – Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil Sektorunun müdiri. Havarlı kənd məktəbində direktor əvəzi işləyən Namidə Abbasova hansısa gözəgörünməz əllərin sayəsində 1 ili tamam olmamış müqavilə ilə təhsil şöbəsinin müdiri təyin olunub. Daimi dövlət qulluqçusu olmamağına baxmayaraq hazırda Yevlax şəhər Təhsil sektorunun müdiridi. Adamın nə savadı, nə danışıq qabiliyyəti, nə də ünsiyyət qurmaq mədəniyyəti var.

Yevlaxdakı 1,2 və 7 №-li məktəblərin direktorları direktorların işə qəbulu imtahanlarında uğur qazanmayan “ələdüşməz” kadrlardandır. S.Əliyev adına 1 №-li tam məktəbin direktoru, ixtisasca ingilis dili müəllimi olan Əfsanə Səlimovanın nəinki ingilis dilində, heç Azərbaycan dlində tərcümeyi-halnı yazmağa savadı yoxdur. Hələ rəhbərlik etdiyi məktəbdə baş verən dindar müəllimin “Xomneyi sevgisi”, 12-ci imama həsr olunan mahnı qalmaqalı bir ayrı mövzudur. Onun necə və hansı meyarlarla direktor təyin olunması 21-ci əsrin möcüzələrindən hesab olunur. Onun rahatlıqla “Yevlax təhsilinin əfsanəsi” adlandırmaq olar.
Nizami adına 7 №-li tam orta məktəbin direktoru Üliviyyə Ağayeva da “ələdüşməz” kadrlardan hesab olunur. İşçilərinə yuxarıdan aşağı baxan, adı seçki saxtakarlıqlarında, müəllimlərdən dərs bölgüsünə görə pul yığmada hallanan bu xanım direktor da Yevlaxda çox məhşur rəhbərlərdəndir.
“Bollivud” aktirisalarından fərqlənməyən və təhsilə heç bir aidiyyatı olmayan Yevlax şəhər 2 №-li məktəbin direktoru Sədaqət Şükürova isə ayrı aləmdi. Bu adam Azərbaycan təhsilinin gələcək faciələrinin SOS siqnalıdır. Hələ bu azmış kimi rəhbərlik etdiyi məktəbdə baş verən biabırçı “xadimə əməliyyatları”, direktorun borclarının ödənilməsi üçün müavinlərinin az qala dilənçi kimi şıdırığı pul yığması, fiziki tərbiyə müəllimin “kino-filmi” və Sədaqət Şükürovanın baş verənləri gizləməsi…tükürpədən digər olaylar və daha nələr, nələr…
Bəs təhsil adamı olan Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov nə düşünür? O, bu biabırçılıqların qarşısını alacaqmı?
Elnur Qasımov – Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Göygöl rayonu üzrə Təhsil Sektorunun müdiri təlimçi olub. Gəncədə məktəb direktoru olub. Dövlət qulluğu imtahanından keçməyib.

Xəyal Məmmədov – Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Naftalan-Goranboy rayonları üzrə Təhsil Sektorunun müdiri Goranboyda məktəb direktoru olub. Dövlət qulluğu imtahanından keçməyib.

Elmir Cəfərov – Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Daşkəsən rayonu üzrə Təhsil Sektorunun müdiri. Məktəb direktoru və təlimçidir. Dövlət qulluğu imtahanından keçməyib.

Əksər idarələrdə məsləhətçilər çoxdu müsabiqəsiz və müsahibəsiz Dövlət Qulluğu haqqında Qanuna zidd olaraq götürülüblər.

Görəsən, bu qanunsuzluqlara görə kimlər məsuliyyət daşıyır? Niyə təhsil sahəsi üzrə dövlət qulluğundan keçmiş və idarəetmə təcrübəsi olanlar kənarda qalır?

QEYD: Regional təhsil idarələrinin mövqeyini dərc edə bilərik…//Dunyaninsesi.Az
Ardını oxu...
Xəstəxananın həyətində dincəlmək üçün ayrılmış yerlərdə solğun bənizli, başı şalla çəkili, analiz üçün qan götürüldüyünə və ya yenicə aldıqları kimyaterapiya prosedurlarına görə qollarında iynə yerləri hələ də qanayan qadınlar, kişilər və onların yaxınları oturub ya analizlərin cavabını gözləyir, ya da dincəlirlər.

Yaşlı bir qadınla yanaşı əyləşmiş solğun bənizli, qısa qumral saçları hələ aldığı kimyaterapiyanın təsirinə tam məruz qalmağa imkan tapmamış, 30 yaşlı Bakı sakini Gülşən də buradadır. O, adını pıçıltı ilə çəkdiyi xəstəlikdən müalicəyə görə “18 ayda, təxminən 18 min manat” vəsait xərclədiyini deyir.

“Əvvəllər əməliyyatdan sonra kimyaterapiyaya 350 manat ödəyirdim. Bir ayda iki dəfə gəlirdim 700 verirdim, hər kimyaterapiya bitdikdən sonra isə MRT-yə gəlirdim. 300 manat da onun pulu, o da iki aydan bir olurdu. Qan analizinə bir dəfəyə 25 manat idi, amma o stolda oturan qızlar bizdən 38 manat alırdılar. Deyilənən görə, 25 manat idi. Bir aya ümumi xərclərim 1000 manata gəlib çıxırdı”, – Gülşən deyir.

Ardını oxu...
Gülşən özəl klinikadakı xərclərini də topladıqda indiyədək müalicələrinə “20-25 min manat pul tökdüyünü” söyləyir.

“Sağaldım. Yəni, həkimlər elə deyirdilər. Ancaq iki ay əvvəl yenə özümü narahat hiss etdim, gəldik ki, yenə başlayıb. İndi yenə pul xərcləməliyik”.

Xəstələr xidmət “pulludur”, baş onkoloq “təmənnasız”dır deyir
Bakı Onkologiya Mərkəzinin qarşısında bizə bu xəstəxanada aldıqları müalicəyə pul ödədiklərini deyən təkcə Gülşən deyil.

Mərkəzin həyətində söhbətləşdiyimiz başqa bir pasiyent deyir ki, USM üçün 50 manat ödəyib. Bir başqası “qan analizlərinə 25 manat”, digər bir şəxs isə “MRT-yə 150 manat ödədiyini” söyləyir.

Milli Onkologiya Mərkəzinin həyətində görüşdüyümüz xəstələr və xəstə yaxınlarının hamısı xidmətlərin pullu olduğunu bildirir. Söhbətləşdiyimiz şəxslərin hamısı bu xəstəxanada verilən qan analizi, kimyaterapiya, USM-rentgen, MRT xidmətləri üçün müxtəlif məbləğlər ödədiklərini iddia edirlər.

Ardını oxu...
Azərbaycanın baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli isə onkoloji xəstələrə göstərilən tibbi xidmətin pullu olması iddialarını rədd edib.

O bildirib ki, Azərbaycanda ikisi aparıcı olmaqla – Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikası – fərqli bölgələrdə yerləşən 9 mərkəzdə onkoloji diaqnozu təsdiqlənmiş şəxslərin müayinə və müalicələri təmənnasız aparılır.

Onkoloji yardım haqqında Qanun hökm edir ki, Azərbaycan vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində “dövlət büdcəsi vəsaiti hesabına” həyata keçirilməlidir.

Kimyaterapiya otağının qarşısı
MOM-un müalicə korpusunun girişində böyük bir qələbəlikdir. Bütün oturacaqlar tutulub. Kişi-qadın, gənc-qoca, körpə – hər yaşdan adam var burada…

Korpusun ikinci mərtəbəsində liftdən çıxıb sola dönəndə xəstələri və onların yaxınlarının min bir ümidlə üz tutduqları kimyaterapiya şöbəsinin qarşısına çıxırsan. Şöbənin qarşısında bir neçə nəfər oturub.

Burada oturanlar yeni gələnləri salamlayır, dərhal söhbətə keçirlər. Hər gələnə ilk sualsa “Sən niyə gəlmisən?” olur.

Azərbaycanın bölgələrindən birindən gəlmiş 62 yaşlı Münəvvər xanım da (ad müsahibin istəyi ilə dəyişdirilib–red.) məni görən kimi üzümə diqqətlə baxıb, “sən niyə gəlmisən” sualını verir.

Gəlişimin səbəbini ona deyəndə tələsik ətrafa nəzər salır,onu eşidən yoxdur ki?!

Münəvvər xanım danışır ki, yanvar ayında döşünün ucu şişdiyi üçün özü evdə türkəçarə edib, lakin şişin keçmədiyini görüncə övladlarına xəbər verib və onlar da onu Milli Onkologiya Mərkəzinə gətiriblər.xərçəng, xəstəlik, Azərbaycan, qanun
Ardını oxu...
“Səkkiz aydır gəlib-gedirəm. Həkim deyir ki, kimyaterapiya ilə getməsə, əməliyyat edərik. Mənim qiymətlərdən xəbərim yoxdur. Heç bu zəhrimardan da başım çıxmır. Uşaqlardan da neçə dəfə soruşmuşam nə qədər pul xərcləyirlər bura, mənə demirlər. Uşaqlarım deyir ki, sən ye, iç, müalicəni al. Nəyinə lazımdır, nə qədər xərcimiz çıxıb?” – o qayğısından məmnuniyyətlə bəhs edir.

Elə bu vaxt kimyaterapiya almaq növbəsi çatan Münəvvər xanım söhbətini elə gülə-gülə də bitirib, içəri keçir.

“USM-ə diri 50-lik, kimyaterapiyaya 350…”

Milli Onkologiya Mərkəzinin həyətində adamlar əllərində kağızlar tələm-tələsik bir korpusdan digərinə girib-çıxırlar…

Kimyaterapiya şöbəsinə getmək üçün liftə daxil oluram. Liftin qapısı bağlanarkən, təxminən 40 yaşlarında bir qadın qaçaraq içəri daxil olur. “Ordan ikinci mərtəbənin düyməsini mənim üçün bas” deyir, sonra da şikayət qarışıq söhbətə başlayır:

“İki xəstəxana arasında qalmışam. Ora qaçıram, ordan da çıxıb bura qaçıram. Bilmirəm neyləyim. Özüm də gecikmişəm”, – üz-gözünə dağılan, aralarında gümüşü zolaqlar görünən qara birçəklərini toplamağa çalışır.

Adının çəkilməsini istəməyən müsahibim yanvardan bəri hər ay anasını kimyaterapiyaya gətirdiyini deyir.

Liftin qapısı açılır, qadın “indi qayıdıram” deyib anasını yoxlamağa gedir…Milli Onkologiya Mərkəzi Azərbaycanda xərçəng xəstələri onkoloji xəstələr
Ardını oxu...
Onu gözləyə-gözləyə başqalarına yaxınlaşıram. Kimyaterapiya otağının qarşısında yaşlı bir qadınla ona bənzəyən gənc bir qadın əyləşib: ana-baladırlar. Gənc qadın ağlaya-ağlaya anasına ürək-dirək verir:

“Xalxın cavan yaşda uşaqları bu andırdan tapır. Ağlama. Məni də incidir. Neyləyək?!”

Bu ailənin başçısına dördüncü mərhələdə olan “ağciyər xərçəngi” diaqnozu qoyulub. Onlar xəstəlikdən təzə xəbər tutublar. Lənkəranda müalicələrin “nəticəsi olmadığı üçün” gəliblər Bakıya.

“Birinci dəfədir gətirmişik. İndicə 350 manat ödəyib gəldim. Qan analizlərinə nə qədər verdiyimi unutdum. USM-ə diri əllilik verdim”.

“İcbari Tibbi Sığorta paketinə daxil edilməlidir”
Professor, tibb elmləri doktoru Adil Qeybulla deyir ki, real vəziyyətin necə olduğunu dəqiq bilməsə də, onkoloji xəstələrdən pul alınması ilə bağlı “şikayətlərin gəldiyi ona da məlumdur”.

Onun fikrincə, hazırda Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra bir çox xidmət icbari tibbi sığorta paketinə daxil edildiyi kimi “onkoloji xəstələr də birmənalı olaraq o paketə daxil edilməlidir”.

Adil Qeybulla hesab edir ki, “bu zaman bu sahədəki problem aradan qalxa bilər”.
Ardını oxu...
Onkologiya tibbi müalicə müayinə Bakı Onkologiya Mərkəzi
“Azərbaycanda son illərdə onkologiya sahəsində irəliləyiş və inkişaf olsa da, xəstələrdən tibbi xidmətin ödənişli olması ilə bağlı şikayətlərin gəlməsi yaxşı hal deyil”, – o vurğulayır.

“Bu cür şikayətlər, narazılıqlar varsa, aidiyyatı qurumlar, şəxslər bunu araşdırmalıdır. Bu, əslində həll olunmalı məsələdir, çünki icbari tibbi sığortanın tətbiq olunduğu ölkələrdə onkoloji xəstələrin müalicəsi bütövlükdə o icbari tibbi sığorta paketinə daxil edilir”, – həkim əlavə edir.

Milli Onkologiya Mərkəzinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil olub-olmaması barədə aidiyyatı qurumlardan konkret cavab almaq mümkün olmayıb.

Lakin bir müddət əvvəl Azərbaycan Səhiyyə Nazirliyindən alınıb TƏBİB-ə verilən (İcbari Tibbi Sığortaya baxan xəstəxanalar TƏBİB-in tabeliyindədir) xəstəxanalar, dispanserlərin siyahısında MOM-un adı yoxdur.

Nazirlər Kabinetinin 1 dekabr 2020-ci il tarixli sənədində isə TƏBİB-in tabeliyinə verilmiş müəssisələr arasında bir sıra tibb müəssisələri ilə yanaşı, MOM-un da adı istisnalar siyahısındadır. Belə görünür ki, indi səhhətində şikayəti olan şəxslər yalnız onkoloji diaqnozu təsdiqlənənə qədər icbari tibbi sığortadan yararlana bilər.

Ardını oxu...
“Burada pulsuz heç nə yoxdur”
Anasını yoxlamağa getmiş müsahibimiz qayıdıb gəlir. Yerini rahatlayıb söhbətə başlayan kimi deyir ki, hazırda bir gəlişdə kimyaterapiyaya “150 manat” ödəyir:

“Əvvəllər, lap təzə gələndə 350 manat verirdik. Sonra şikayət etdik. Prezidentə yazdıq. Prezidentdən bizə cavab gəldi ki, bu xəstəliyin müalicəsi pulsuzdur. İndi kağızımız var, onu göstəririk, 150 manat veririk bir dəfə kimya vurulmasına. Nə edək? Onu verməsən də olmur. Çox qəddardırlar. Verməsək, birdən az vurarlar, birdən anama nəsə edərlər”, – qadın deyir.

O iddia edir ki, yanvar ayından indiyədək anasının xəstəliyi ilə bağlı təkcə bu xəstəxanaya 1600 manatadək vəsait xərcləyib:

“O pulu mənim uşağım tələbə stipendiyası ilə yığmışdı. Uşaq səhər evdən çıxır dərsə, axşam da dərsdən çıxıb işə gedir. Oradan qazandığından qənaət edib yığmışdı. Nənəsinin müalicəsinə pul lazım oldu, gətirib verdi ki, “təki, nənə sağalsın””.

Xəstəxanada pul ödədiyini deyən xəstələrin hamısı bildirir ki, onlara ödədikləri pulun qarşılığında hər hansı qəbz verilməyib.
Ardını oxu...
Şəklin alt yazısı,Vəsilə Salmanova, Astaranın Suparibağ kənd sakini
“Kimyaterapiya alsaydı, bəlkə yaşamaq şansı olardı”
Bir müddət əvvəl Astaranın Suparibağ kəndinin sakini Vəsilə Salmanova bölgədə rastlaşdığı BBC müxbirlərinə Milli Onkologiya Mərkəzində ondan kimyaterapiya üçün bir həkimin “500 manat pul istəməsilə” bağlı şikayət etmişdi.

Vəsilə Salmanovanın bildirmişdi ki, qardaşı “ağciyər xərçəngindən əziyyət çəkir və pul ödəmədiyi üçün onun qardaşını həkim kimyaterapiya etməyib”.

Bu yazı hazırlanarkən əlaqə saxladıqda Vəsilə Salmanova 64 yaşlı qardaşının artıq vəfat etdiyini deyir və vurğulayırdı ki, “kimyaterapiya alsaydı, bəlkə də yaşamaq şansı olardı”.

“Baş Prokurorluğa şikayət edəcəyəm, çünki hələ də yadımdan çıxmır. Həkim bizə dedi ki, ödəniş etməmisiniz, sizi axıra saxlayacam. Bizdən sonra gələnləri qəbul etdi, bizi etmədi. Bir gün axşama kimi xəstə adamı da, məni də o qapının ağzında saxladı, gözlətdi”, – Vəsilə Salmanova vurğulayır.

Onkologiya xəstələrinin statistikası
2021-ci ilin statistikasına görə, Azərbaycanda hər 100 min nəfərə ilk dəfə qoyulmuş diaqnozla 136,2 nəfər onkoloji xəstə düşür.

2020-2021-ci illərdə müvafiq olaraq, ölkədə ilk dəfə diaqnoz qoyulan onkoloji xəstələrin sayı 11 595 və 13 644 nəfər olub.

Ötən ilin məlumatlarına görə, ölkədə ümumi 59 minə yaxın onkoloji xəstə var. Bu, hər yüz min nəfərə 587,3 nəfər deməkdir.

Bu ilin büdcəsindən ayrılan 47 milyon manat
Azərbaycan Səhiyyə Nazirliyindən BBC-yə bildiriblər ki, Milli Onkologiya Mərkəzinə büdcədən vəsait ayrıca verildiyi üçün bir onkoloji xəstənin illik müalicəsi üçün nə qədər vəsaitin ayrılması ilə bağlı onlarda məlumat yoxdur. MOM-dan isə bir onkoloji xəstəyə ayrılan illik vəsaitin məbləği ilə bağlı şərh almaq mümkün olmayıb.

Azərbaycanda Milli Onkologiya Mərkəzinə birbaşa vəsait ayrılması 2007-cı ildən həyata keçirilir.

2022-ci ilin büdcəsi üçün müəssisəyə 47 milyon manata yaxın vəsait ayrılıb. Sənəddə bu məbləğin təkcə Milli Onkologiya Mərkəzinə ayrılması, yoxsa həmin vəsaitdən digər onkoloji dispanserlərin də yararlana bilib-bilməyəcəyi göstərilmir.

Xərclərin strukturu barədə məlumatlar ictimailəşdirilmədiyi üçün bu vəsaitin nə qədərinin dərmana, texniki təchizata ayrıldığı məlum deyil.

“Onkoloji yardım haqqında” Qanuna əsasən, Azərbaycan vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

MOM-un baş onkoloqu Azad Kərimov rəhbərlik etdiyi müəssisəyə ayrılmış xərclərin strukturu barədə BBC-nin sualına cavab verməyib. O, eyni zamanda bu mərkəzdə BBC-nin pasientlərin xərclərilə bağlı topladığı iddiaların “yalan olduğunu” iddia edib.

“Bu pul kiməsə az görünə bilər”
Gülşən deyir ki, müalicənin ilk mərhələlərində ona maddi yardım etmiş qohumlarının “daha kömək etməyə gücü qalmayıb”.

“Mənim qardaşlarım, qohumlarım, qaynım, qaynatam, başqa qohumlarım birinci dəfə müalicəm üçün əllərində olanı verdilər, kredit götürdülər, məni sağaltdılar. İndi ikinci dəfə baş qaldırıb. Hamı hələ də o əvvəlki kreditləri ödəyir. Bəs, mən indi hardan alım pulu? İkinci dəfə yenidən şiş tapılanda gəldik, birinci prosedura 350 manat verdik. Axı, tək o da deyil, bunun başqa dərmanları da var. Getdik danışdıq, mən buranın öz xəstəsi olduğum üçün endirim etdilər, indi bir kimyaterapiyaya 150 manat verirəm. Qeydiyyatda oturanlar da çox alır. 10 manat qan puludursa, 15 alıb 5-ni də özlərinə götürürlər. Həkimlə danışmışıq, o qan analizi götürən qızlara zəng vurur, yarı qiymət ödəyirəm. O dəfə analizlərə 12 manat verdim, bu gün də bir analizə 4 manat verdim. Bu pul kiməsə az görünə bilər. Ancaq bizim üçün az deyil axı”.

Gülşən bu dəfə neçə kimyaterapiya proseduru keçəcəyini bilmir, lakin artan müalicə xərcləri onun qayğılarını da artırmaqdadır.

“Pul-para tapılan şeydir, amma bir nəfər xəstələnirsə, bütün ailə əziyyət, zülüm çəkir. Ancaq yaşamaq da istəyirsən. Hərdən canım ağrıyanda, üstəlik maddi sıxıntılar da üstünə gələndə, bax, bir oğlum var, bununla belə hərdən yaşamaq arzum tamam yox olur. Elə istəyirəm gözümü yumum, oyanmayım”, – Gülşən deyir və analizlərinin cavabını almağa gedəcəyi üçün sağollaşır…
 

Prezidentin ictimai siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun Dubay biznesinin təfərrüatları məlum olub.

AzToday.az xəbər verir ki, jurnalist Cavanşir Həsənli Əli Həsənovun Dubaydakı daşınmaz əmlak biznesi və qızıl alverinin detallarını açıqlayıb.

Onun sözlərinə görə, sabiq məmur vəzifə başında olarkən Dubayda biznesə başlayıb:

“Əli Həsənovun Dubaya biznes köçü hələ 2017-ci ildən – Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi vəzifəsində çalışdığı illərdən başlayıb. Sabiq şöbə müdirinin oğlu, “Xəzər” TV-nin o zamankı prezidenti Şamxal Həsənli Dubayda cazibədar əmlak agenti Nensi Karamla müəyyən sövdələşmələr əldə edir və Birləşmiş Ərəb Əmirliklərində daşınmaz əmlak daşınmaz əmlak sahibi olur.

3 il sonra Şamxal Həsənli Nensini investisiya üçün Dubayın ən etibarlı əmlak agentlərjndən biri kimi xarakterizə edəcəkdi. “Quyruq” da elə burda ələ keçir və Şamxal “Provident” şirkəti üçün yazdığı rəydə Dubayda daşınmaz əmlak aldığını təsdiq edir.

Əlbəttə, BƏƏ kimi informasiya resurslarının qapalı olduğu ölkədə Əli Həsənovun mülkünü, əmlakını tapmaq qumsallıqda xəzinə axtarmaq kimi bir işdir. Üstəlik Şamxal Dubaydan Amerikanın bahalı kurort şəhəri Miamiyə üz tutmaqla ləpirləri daha tez itirməyə çalışmışdı.

 

Amma Şamxalın Amerikadakı yeni daşınmaz əmlak maklerlərinin dili ilə desək ‘çifayda”…

Əli Həsənov Azərbaycandan çıxarılan vəsaitləri oğlunun əli ilə Dubayda “yerbəyer edəndən” sonra “Dubay əmirliyini” qızına həvalə etdi.

Səfiyə Möhbalıyeva Əli Həsənovun qızı olmaqla yanaşı Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbəliyevin gəlinidir. Atası vəzifəsindən qovuşduqdan sonra o da qardaşı kimi işi ilə vidalaşmalı oldu və Dubaya üz tutdu, indiyədək Əli Həsənovun buradakı mal-mülkünə sahiblik edir. Ən nəhayət bu ilin avqustunda Səfiyənin atasının fəxr etdiyi çapovulçu “ailə biznesi” böyük qumsallıqda bərq vurmağa başladı. İndi məlum olur ki, 3 ay əvvəl sabiq şöbə müdiri Dubayda qızıl-brilyant və bahalı saatların alverinə girişib. Əlbəttə Dubaydakı əmlakı da, Əl-Başra küçəsi 1 ünvanındakı RASİS BUSİNESS CENTRE-nin 5-ci mərtəbəsindəki ofisdə (otaq nömrələri Z59 və Z60) daş-qaş və brilyant biznesini də keçmiş qapançının qızı idarə edir. Türklər demiş, neredən nereyə?!

7 mərtəbəli biznes və residential mərkəzin ətrafında GEMAEE brendinin iri reklam lövhəsi diqqəti cəlb edir. Böyük ehtimalla biznes mərkəzi Əli Həsənovun Dubaydakı biznesində ən önəmli həlqədir. MOANDSONS GENERAL TRADING LLC Dubayda Əli Həsənovun biznesinin sığındığı hüquqi ünvandır: Mohammadali (atasının adı Məhəmmədəli) and Sons (və oğulları). GEMAEE-nin kataloqu zəngindir, burada dəyəri 50-60 min manatlıq “Rolex” saatları, 70 min manatlıq boyunbağılar, qızıl-zinət əşyaları, qiymətli daş-qaşlar təqdim olunur. Şirkətin internet səhifəsində (https://www.gemaee.com/) Əli Həsənovun qızı bunları qeyd edib: “Gemaee ilə biz zərgərlik sənayesinə yeni bir marka gətirmək istədik. Biz təkcə ən orijinal zinət əşyalarını təqdim etmirik, həm də tərəfdaşlıq vasitəsilə müxtəlif zərgərlik markalarını müştərilərimiz üçün bir araya gətiririk”.
Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

 

Dünyapress TV

Xəbər lenti