Ardını oxu...
Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə ötən ilin payızında 65 min hektara yaxın sahədə əkin aparılıb.

Teref.AZ bildirir ki, Bizim.Media-nın yerli bürosuna Şəki rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata əsasən 65 min hektarın 32 min hektara yaxını arpa, 33 min hektara yaxını isə buğda əkinləri təşkil edir.

Rayonun Turan, Dəhnələr, Cəyirli, Qaratorpaq əraziləri əsasən dəmyə torpaqlar olduğundan və bu il qeyri-sabit hava şəraiti əsasən də yağmursuzluq fermerlərin çəkdiyi zəhmətin hədərə getməsi ilə nəticələnib.

Göz qaraldan boz sahələr

Yol boyu uzanan taxıl zəmiləri. İndi onların göz oxşayan, sünbülün-sünbülə dayaq duran vaxtı olmalıydı. Lakin ürək ağrıdan mənzərə ilə qarşılaşırsan, zəmilər boz çöllüyə bənzəyir. Artıq ikinci ildir ki, Şəkinin Turan qəsəbəsi daxil ətraf ərazilərdə əkilən min hektarlarla taxıl bitmir.

Ərazilər dəmyə torpaqlar olduğundan taxıllar ancaq yağış suları ilə qidalanır. Bu il isə yanvar ayından başlayaraq havaların quraq keçməsi ilk növbədə taxıl sahələrində məhsulun yetişməsinə mənfi təsir göstərib.

Fermer Davud Balaşov ötən il şəxsi torpaqları ilə yanaşı daha 80 hektarda icarə əsasında taxıl əksə də ili ziyanla başa vurub. Bu il də fermerin əkin sahələri boz səhranı xatırladır. Fermer deyir ki, müqavilə ilə 50 hektar taxıl əkirib. Bu isə fermerə 10-12 min manata başa gəlib.
Qonşuluqda əkin aparan fermer Şərif Qasımovun sözlərinə görə, hər hektara orta hesabla 500-600 manat xərc çəkilib. Şərif kişinin öz pay torpağında əkdiyi 15 hektardan taxıl götürəcəyinə inamı yoxdur.

Aqrar sığorta quraqlığa görə niyə yardım etmir?

Turan qəsəbə sakini Tərxan Kərimov bu il 45 hektarda əkin aparıb. O da digər fermerlər kimi ili ziyanla, əsasən də borcla başa vuracaq.

Deyir ki, aqrar sığorta daşqına, selə, digər təbii fəlakətlərə qarşı fermerin sahəsini sığortalayır. Lakin quraqlığa qarşı heç bir tədbir görülmür:

”Quraqlıq səbəbindən bu il məhsulumuz yoxdur. Aqrar sığorta da bizə quraqlığa görə yardım etmək fikrində deyil. Bir neçə dəfə müraciət etmişik. Doluya görə, leysana görə, qasırğaya görə sığorta var ancaq quraqlığa görə sığortadan boyun qaçırırlar. Dəfələlərlə sığorta idarələrinə müraciət etmişik hələlik bir nəticə yoxdur”.

T.Kərimov məsələ ilə bağlı fermerlərin Kənd Təsərrüfatı nazirliyinə də müraciət ünvanladığı, hazırda məsələnin araşdırma mərhələsində olduğunu bildirib.

Mütəxəssislər məsələni diqqətdə saxlayır.

Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Sahib Abdulhəmidov ilkin yaz aylarında dəmyə əkinlərdə kənd təsərrüfatı nazirliyinin müvafiq monitorinq qrupları ilə müşahidələr apardıqlarını və indiyə kimi rayon ərazisində 19 min hektara yaxın əkin ərazilərində taxıl məhsulu bitmədiyi haqda rəy verildiyini diqqətə çatdırıb:

“Sahələrin bitiş vəziyyətinə baxanda hiss olunur ki, burada yüksək fonda aqrotexniki qulluq həyata keçirilib. Ancaq bildiyimiz kimi rayon əsasən dəmyə ərazilərdə yerləşir. Taxıl əkinləri ancaq burada dəmyədə olduğuna görə taxıldan başqa heç nə əkmək mümkün olmadığından məcburdurlar ki, taxıl əksinlər. Əkilən taxıla göstərilən yüksək aqrotexniki qulluğa baxmayaraq , yüksək səviyyədə vəziyyət alınmasına baxmayaraq uzun sürən yağmursuzluq, quraq, anomal hava şəraiti taxılın məhv olmasına gətirib çıxarıb. Biz ayda iki-üç dəfə monitorinqlərə çıxır və sahələrin vəziyyəti ilə bağlı məlumatlar hazırlayırıq”.

Sektor müdiri bildirir ki, Şəkinin aran ərazilərindəki əkinlərin çoxu dəmyə torpaqlarda yerləşir. Aparılan müşahidə və monitorinqlər göstərir ki, Turan, Sarıca, Bolludərə, Qaratorpaq, Qayabaşı, Dəhnələr, Çayqaraqoyunlu, Şəki və başqa kəndlərin əksər əkinlərində məhsul bitməyib.

Məsələ ilə əlaqədar hazırda kənd təsərrüfatı nazirliyinin mütəxəsis qrupu rayonda monitorinqləri davam etdirir.

Fermerlər isə Kənd Təsərüfatı Nazirliyindən dəyimiş ziyanla bağlı tədbirlər görməyi xahiş edib. Belə ki, fermerlər aqrar sığorta qaydalarında dəyişiklik etməklə dəymiş ziyanın bir qisminin ödənilməsini mümkün hesab edir və müvafiq qurumlardan bununla bağlı xəbər gözləyirlər.
 
Ardını oxu...
Ağır vəziyyətdə Babək rayon Təcili Tibbi Yardım Stansiyasına çatdırılan rayonun Naxışnərgiz kənd sakini 19 yaşlı Ramal İmaməliyev orada komaya düşüb. Bu haqda „Gündəlik Naxçıvan“a məlumat verən gəncin atası Məhəmməd İmaməliyev, ağ ciyər xəstəsi olan oğlunun bu vəziyyətə düşməsində staniyanın həkimlərini günahlandırır. O deyir ki, həmin gün stansiyada məsul olan həkim tibbi sığorta çərçivəsində göndərişi verməkdən imtina etdiyi üçün, oğlunu vaxtında Ağciyər Xəstəlikləri Dispanserinə çatdıra bilməyib:
“Mayın 25-də səhərə yaxın vəziyyəti ağırlaşdığı üçün oğlumu Təcili Tibbi Yardım Stansiyasna götürdük. Buradakı məsul həkimi Xəlil Cəfərəliyev özü dedi ki, bizim bu cür xəstələr təcili müdaxilə etmək üçün imkanlarımız yoxdur və uşaq dispanserə aparılmalıdır. Qanuna görə, bu vəziyyətdə həkim təcili olaraq tibbi sığorta göndərişi yazıb, imkanları geniş olan xəstəxanaya göndərməlidir. Xəlil həkim isə dedi ki, mən göndəriş verə bilmərəm, gözlə səhər baş həkim gəlsin, sonra. Məcbur olub, baş həkimi gözləməli olduq. Oğlumunsa vəziyyəti onun gözünün qarşısında getdikcə ağırlaşırdı, qan qusmağa başladı. Bir müddət sonra isə komaya düşdü. Dispanser göndərişsiz qəbul etmədiyi üçün, məcbur qalıb baş həkimi gözləməli olduq“.
Məhəmməd İmaməliyev deyir ki, oğlunu dispanserə gec çatdırdığı üçün, o hələ də komadan ayılmayıb:
“Dispanserin həkimləri dedi ki, komaya düşmədən öncə gətirsəydiz, tez sağalacaqdı. İndi isə, onun sağalacağına ümid azdır, oğlum ölüm ayağındadır. Buna görə vaxtında göndərişi verməyən həkim məsuliyyət daşıyır”.
Şikayətçi deyir ki, həkimin səhlənkarlığı ilə bağlı Naxçıvan MR Səhiyyə Nazirliyinə şikayət etsə də cavab ala bilməyib:
“Bu səhlənkarlıq yox, cinayətdir. Bu həkim cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki insanların taleyi ilə oynayır. Təəssüflər olsun ki, onun nazirlikdə himayədarları var. Bu himayədarlarının hesabına ona dəyib, toxunan yoxdur.”
Məsələyə münasibət öyrənmək üçün Babək rayon Təcili Tibbi Yardım Stansiyası ilə əlaqə saxlasaq da, burada şikayətçinin iddialarına cavab vermək istəmədilər.
 
Ardını oxu...
Elektron mediada və sosial şəbəkələrdə Yasamal sakinlərinin rayon Bələdiyyəsinin fəaliyyətsizliyi ilə bağlı vaxtaşırı şikayətlər yayılır. Sakinlər daha çox rayon ərazisindəki küçə və məhəllərdəki baxımsızlıqlardan narazı olduqlarını bildirir, həmçinin Yasamal bələdiyyəsində onların müraciətlərinə baxılmadığını iddia edirlər.

Məlum olduğu kimi bələdiyyələrin funksiyalarından biri də yerli əhəmiyyətli problemlərin həllinə dövlətin iştirakı və rolu olmadan müstəqil sürətdə və yerli resurslar vasitəsilə nail olmaqdir. Belə olan halda Yasamal rayon Bələdiyyəsi sakinlərin üzləşdiyi problemləri nə üçün həll etmir. Vəsait çatışmazlıqlarından söhbət belə gedə bilməz. Çünki, hər il vergiyə cəlb olunan hüquqi, fiziki şəxslərdən və rayon sakinlərindən qanunvericiliyə uyğun olaraq vəsaitlər toplanır. Amma bu vəsaitlərin hara xərcləndiyini heç kim bilmir.

Əldə etdiyimiz məlumatlara görə Yasamal rayon Bələdiyyəsi hər ilə küçə və məhəllərin abadlaşdırılması işlərinə yüz minlərlə vəsait ayrılır. Vəsaitlər mal-materialların alınması, təmir-tikinti, abadlıq işlərinin görülməsi adı altında şişirdilmiş qiymətlərlə müxtəlif şirkətlərin hesabına köçürülür və saxta sənədlər tərtib etməklə nağdlaşdırılır. Yəni, işlər qanunla müəyyən edilmiş qaydada, heç bir satınalma təşkil olunmadan həyata keçirilir. Bələdiyyə tərəfindən dövlət satınalması təşkil olunmadığından, görülən işlərin həcmi də, alınan mal-materialların qiymətləri də süni şəkildə şişirdilir. Bütün bu qanunsuzluqların başında isə bələdiyyə sədrinin durduğu bildirilir.

Kimdir Yasamal rayon Bələdiyyəsinin sədri?

Məmmədov Tahir İlyas oğlu. 1969-cu ildə anadan olub. 1977-1987-ci illərdə Hövsan qəsəbəsində orta təhsil alıb. 1998-2003-cü illərdə Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetində hüquqşünas ixtisası üzrə təhsil alıb. 2004-cü ildən Qaraçuxur Bələdiyyəsinə üzv seçilərək, hüquq məsələləri daimi komissiyasının üzvü olub. 2009-cu ildə yenidən Qaraçuxur Bələdiyyəsinə üzv seçilib. 2010-2014-cü illərdə Qaraçuxur Bələdiyyəsinin sədri vəzifəsində çalışıb. 17 yanvar 2020-ci il tarixindən Yasamal rayon Bələdiyyəsinin sədri vəzifəsinə seçilib.

Əldə etdiyimiz məlumatlara görə Tahir Məmmədovun karyerasındakı bu yüksəliş qardaşı Mais Məmmədovun sayəsində olub. Mais Məmmədov artıq 30 ilə yaxındır ki, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəis vəzifəsində çalışır. Bu müddət ərzində elə Bakı şəhərində də, Suraxanı rayonunda da bir neçə İcra başçı dəyişsə də Mais Məmmədov vəzifəsində qalıb. Bu müddət ərzində Mais Məmmədov üzdə olmayan, amma böyük kapital sahibinə çevrilib ki, bu ayrı məqalənin mövzusudur. Çox güman ki, Tahir Məmmədovun karyerasındakı yüksəliş də böyük qardaş Mais Məmmədovun şəxsi əlaqələri hesabına düz-qoş edilib. Bunu Yasamal rayon Bələdiyyəsi sədrinin tərcümeyi-halından da görməmək olmur.

Tahir Məmmədov karyerasına fəhləlikdən başlayıb. Sonra Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetində hüquqşünas ixtisası üzrə təhsil alıb. Sonra bələdiyyə üzvü, daha sonra sədr olub. Karyerasına fəhləliklə başlayaraq ali təhsil alan, dövlət məmuru olan minlərlə belə insan var. Lakin burada Tahir Məmmədovun aldığı ixtisas şübhə doğurmaya bilmir.

Vikipediyada Universitet haqqında yerləşdirilmiş məlumatlarda göstərilir ki, 1970-ci ilə qədər Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetində bu fakultələr olub: aqronomluq, bağçılıq, üzümçülük və kənd təsərrüfatı texnologiyaları, ipəkçilik, iqtisadiyyat, məşə təsərrüfatı, mexanizasiya və kənd təsərrüfatının elektrikləşdirilməsi və kənd təsərrüfatı mütəxəssislərinin yenidənhazırlanması. Hazırda isə Universitet Aqronomluq, Biologiya, Kimya, Qida Emalı Texnologoiyası, Meşə Təsərrüfatı, Üzümçülük və Genologiya, İnşaat Mühəndisliyi, Elektrik və Kompüter Mühəndisliyi, Mexanika Mühəndisliyi, Biznesin idarə edilməsi, Liberal incəsənət kimi bir sıra müasir fakultələrdə bakalavr təhsili verir.

1999-cu ildə ali təhsil müəssisəsi Gürcüstan Dövlət Zoologiya və Veterinariya Akademiyası adını alıb. 2003-cü ildən Gürcüstan Dövlət Zoologiya və Veterinariya Universiteti olub. 2011-ci ildən Gürcüstan Aqrar Universiteti adını daşıyır.

Tahir Məmmədovun tərcümeyi-halında isə göstərilir ki, 1998-2003-cü illərdə Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetində hüquqşünas ixtisası üzrə təhsil alıb. Vikipediya məlumatlarından göründüyü kimi Universitet 1999-cu ildə Gürcüstan Dövlət Zoologiya və Veterinariya Akademiyası , 2003-cü ildə isə Gürcüstan Dövlət Zoologiya və Veterinariya Universiteti kimi fəaliyyət göstərib. Göründüyü kimi Tahir Məmmədovun tərcümeyi- halında göstərilən tarixlərdə Gürcüstanda Kənd Təsərrüfatı Universiteti olmayıb. Oxumuş olsaydı Tahir Məmmədov Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetindən deyil, Gürcüstan Dövlət Zoologiya və Veterinariya Akademiyasından diplom almış olardı. Apardığmız ətraflı araşdırmada Universitetdə ümumiyyətlə hüquqşünaslıq fakultəsinin olmadığı məlum oldu. Maraqlıdır, onda Tahir Məmmədov Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetində hüquqşünaslıq ixtisasına necə yiyələnib. Göründüyü kimi Tahir Məmmədovun keçmişi ilə parlaq karyerasının arasında böyük bir təzad var.

Bəlkə elə 90-cı illərdə Gürcüstan Universitetlərinin dəb halını almış diplomlarını bir çoxları kimi Tahir Məmmədov da satın alıb. Hər halda ətraflı araşdırmağa dəyər. Bunun üçün Gürcüstan Aqrar Universitetinə bir sorğu göndərmək kifayət edər.

Aktualinfo.org
Ardını oxu...
Qusar rayonu, Gülbəs Xudaverdiyev küçəsi, 200 nömrəli evin sakini Mustafayeva Xatirə Gülmət qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu işlədiyi "Şahdağ Turizm Mərkəzi”ndən qeyri-qanuni olaraq işdən çıxarıblar.

"Mən, Mustafayeva Xatirə Gülmət qızı, "Şahdağ Turizm Mərkəzi" QSC-də xidməti müqavilə əsasında 31.03.2023-cü il tarixinədək xadimə vəzifəsində işləmişəm. İşlədiyim müddət ərzində tərəflər arasında bağlanılmış müqavilənin tələblərini, şəxsi subardinasiya və etik davranış qaydalarını, həmçinin "Şahdağ Turizm Mərkəzi" QSC-nin mənafeyini pozacaq heç bir yalnış hərəkətim olmamışdır.

Lakin işimə bu qədər məsuliyyətli yanaşmağıma baxmayaraq, 30.03. 2023-cü il tarixində təmizlik şöbəsinin Surxay Kliçev adlı rəisi tərəfindən heç bir xəbərdarlıq edilmədən xidməti müqaviləm sonlandırıldı. Bildiyiniz kimi, "Şahdag Turizm Mərkəzi" QSC-də turizmin inkşafı və mərkəzin şəffaflaşdırılması məqsədilə strukturun dəyişdirilməsi, yeni pəşəkar kadrların (rəhbər heyətinin) işə cəlb edilməsi və digər bir çox müsbət tədbirlər həyata keçirilmişdir.

Surxay Kliçev adlı şəxsdən məni niyə işdən azad etdiyini soruşduğum zaman, Vüsal adlı əməkdaşın ona iş vaxtı ərzində işdə olmadığımı və öz vəzifəmi icra etmədiyimi dediyini bildirdi. Bu insan öhdəlikləri lazımi qaydada icra etməyimə baxmayaraq, mənə şər ataraq, 3 saat işdə olmadığımı bildirib.

Kamera görüntülərinə baxıldığını və işdə olmadığımı israrla mənə bildirdi. Həmin kamera görüntülərinə baxmaq istədiyimi dedim. Bu zaman aqressiv şəkildə məni otağından qovdu.

Onu da qeyd edim ki, "Şahdağ Turizm Mərkəzi" QSC-də bu kimi özbaşnalıqlar və əsassız şəkildə işçilərin təhqir edilməsi, aşağılanması hallarına yalnız bizim departamentdə deyil, digər departamentlərdə də son zamanlar həddindən çox rast gəlinir.

Onlara bildirdim ki, bütün bu qanunsuzluqlar haqqında məktub yazıb, cənab Fuad Nağıyeva göndərəcəm. Mənə “get kimə istəyirsən yaz, sənə kimdi inanan, mənim heç kimdən qorxum yoxdur", - deyə cavab verildi.

Ailəmdə evə çörək pulu gətirən tək mən idim. Yoldaşım I qrup əlildir, yetkinlik yaşına çatmamış 2 övladım var. Kirayədə yaşayıram. Günahım olsa sakit durardım, mənim günahım olmaya-olmaya işimə qərəzli şəkildə son veriblər. Övladlarımın təhsilini necə davam etdirəcəyimi, xəstə yoldaşımın müalicələrini, evin dolanışığını necə edəcəyimi bilmirəm. Surxay Kliçev ona verilən vəzifədən sui-istifadə edərək, işçilərin çörək pulu qazanmalarına mane olur.

Kompleksin işçilərindən olan Rüstəm müəllim məni qəbuluna çağırtdırıb, hədə-qorxu gəldi, “səni məhkəməyə verəcəm”, - dedi. 15 il əmək müqaviləsi olmadan orada işləmişəm, işimdən olmamaq üçün səsimi çıxarmamışam.

Hörmətli redaksiya, xahiş edirəm, mənim səsimin lazımi yerlərə çatmasına kömək edəsiniz”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Tikinti şirkəti Nizami rayonunda yaşıllıqları buldozerlə məhv edir, icra hakimiyyəti isə susur

Bakıda tikinti şirkətlərinin "yaşıl soqırım” həyata keçirdikləri heç kimə sirr deyil. O da məlumdur ki, uzun illərdir davam edən bu "soyqırım” dövlət qurumlarının içtirakı ilə həyata keçirilməməsi mümkünsüzdür. Hər halda bütün yazılanlara, şikayətlərə rəğmən bu "soyqırım”ın davam etməsi bunu deməyə əsas verir.

Son olaraq sosial şəbəklərdə yayılan belə xəbərlərdən biri də paytaxtın Nizami rayonunun Ordubadi küçəsi – 1 və qonşu ünvanlardakı üç və beşmərtəbəli binaların arasındakı həyətində baş verib. Həyətin tam ortasında çoxillik ağacları əvvəlcə hasara alıb, sonra da çıxarırlar.

Azfakt.com xəbər verir ki, ağır texnikalarla və günün günorta vaxtında həayata keçirilən bu "əməliyyatı” "Orbita” MTK həyata keçirib. Sakinlərin etirazına baxmayaraq, ağaclar bulduzerlərlə çıxarılaraq məhv edilib. Etiraz edən sakinlər isə yüksək vəzifəli şəxsin adından təhdidə məruz qalıblar.

Məsələyə hələ ki, nə ETSN, nə də Bakı Yaşıllaşdırma İdarəsi münasibət bildirməyib. Sakinlər isə bildirirlər ki, çoz illik ağaclar məhz Bakı Yaşıllaşdırma İdarəsinin "xeyir-duası” ilə məhv edilir. Çünki sakinlər dəfələrələ baş verənlərlə bağlı Bakı Yaşıllaşdırma İdarəsinə müraciət etsələr də, onların müraciətinə baxan olmayıb.

Sakinlər şikayət etsələr də, nədənsə nə Yaşıllaşdırma Təsərrüfatı Birliyi, nə Birliyin yeni sədri Mirdamət Seyidov, nə də Birliyin Bitki Mühafizəsi Şöbəsinin müdiri Şaiq Vəliyev həmin ağacları zərərsizləşdirməkdə maraqlı görünmürlər.

Hətta iddia olunur ki, ağacların ətrafına məhz Bakı Yaşıllaşdırma İdarəsinin işçiləri hasar çəkirlər və bundan sonra "budama əməliiyatı” həyata keçirilir. Budamadan sonra isə ağacları yerli-dibli kötüyündən çıxarırlar. Sakinlər bunu Bakı Yaşıllaşdırma İdarəsinin "maraqları”nın tikinti MTK-larının maraqları ilə üst-üstə düşməsi ilə əlaqələndirirlər.

Sakinlər bildirirlər ki, Birliyin əməkdaşlarının tələm-tələsik üzərində "budama əməliyyatı” apardıqları ağaclar çox keçmədən kəsilir və kəsilən ağacların hesabına boşalan ərazidə ayrı-ayrı şəxslər tərəfindən yeni obyektlər tikilir. Yəni belə çıxır ki, "budama” əməliyyatı elə ağacların kəsilməsi və yerinin qabaqcadan "centlmen sövdələşməsi” aparılan adamlara satılması üçün zəmin hazırlamaq məqsədi daşıyır.

2022-ci ilin dekabr ayının ortalarından başlayaraq paytaxtın Nizami rayonunun Ordubadi küçəsi – 1 və qonşu ünvanlardakı üç və beşmərtəbəli binaların arasındakı həyətdə "yaşıl soyqırıma” rəvac verən "Orbita” MTK şirkətinin təmsilçiləri etiraz edən sakinləri Prezidentin mühafizə xidmətinin rəisi ilə qorxudurlar.

Qeydə alınmış video-görüntülərdən bəlli olur ki, binaların birinci mərtəbəsinin həyətində sakinlərin çəpərləyib qulluq etdikləri kiçik bağçalar traktorla qaşınıb məhv edilir. Belə faktlar hətta insidentə səbəb olub, narazılığını bildirən qadın sakin mübahisə zamanı itələnərək yıxılıb, başı bardürə dəyərək xəsarət alıb, işə polis qarışıb...

Mənbə: Azfakt.com
 

Göyçay Rayon İcra Hakimiyyətinin inzibati binasında təmir işləri aparılacaq.

Qaynarinfo xəbər verir ki, qurum bununla bağlı kotirovka sorğusu keçirib. Sorğunun qalibi “Göyçay İnşaat” MMC seçilib. Tərəflər arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 7.694,19 AZN təşkil edir.

Müqavilənin şərtlərindən məlum olur ki, təmir işləri divarın köpəşmiş yerlərinin qaşınıb götürülməsi, ona “zamaska”, emulsiya vurulması və tavanın emulyasiya boyanmasından ibarətdir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Göyçay İnşaat” MMC 2 iyul 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Göyçay şəhəri, R.İsayev küçəsi, ev 97-də yerləşir. MMC-nin qanuni təmsilçisi Qafurova Günel Şiralı qızıdır.

Açıq mənbələrdə şirkət barəsində heç bir məlumat yoxdur. Günel Qafurovanın adına isə müəllimlərin işə qəbulu üzrə imtahanın nəticələrində rast gəlinir.

Yekun nəticələrdən aydın olur ki, Günel Qafurova Cəyirli kənd orta məkətəbində ibtidai sinif müəllimi kimi işə qəbul olunub.

Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlara diqqət yetirdikdə “Göyçay İnşaat” MMC-nin satınalma müsabiqələrində o qədər fəal olmadığı aydın olur.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevdir. O, 2022-ci ildə bu vəzifədədir.

Ardını oxu...
Bütün ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Tibbi xidmətə ehtiyacınız yarandığı təqdirdə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəniz ilə müraciət etməyiniz kifayətdir.Amma nədənsə bəzi “pulalmaniya” xəstəlityinə düçar olmuş həkimlərimiz var ki,onlar yenə də pasiyentlərdən hər vəclə təmənna güdürlər.
Bu hqda Dünyanınsəsi.Az saytına .Daşkəsən rayon sakini Həsənova Gülmira Vilayət qızı tərəfindən göndərilən video-şikayətdə belə qeyd edilir.
Şikayətçi xanım bildirir ki, hərbi xidmətdən məzuniyyətə gəlmiş əsgər oğlunu müayinə edilməsi üçün Gəncədə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına göndəriş veriblər.
Bildiyimiz kimi bu gün müayinələrin növləri çox olsa da, əsas bir neçəsi tez-tez istifadə olunur. Bunların arasında MRT, KT və rentgen ən çox istifadə olunanlardır.
Ucqar dağ rayonundan göndərişlə gələn ana əsgər oğlunun onurğa beyni və sinirlərin strukturunu maqnit sahəsi əsasında müayinə etdirib.Nəticədə ondan 94 manat da pul alıblar.Məcburiyyət qarşısında qalan əsgər anası Fərid adlı həkimə deyib ki, bəlkə fəqərələr, fərəqəarası disklər, onurğa beyni və sinirlərin strukturunu, yumşaq toxumaları, vətərləri və əzələləri də MRT edəsiniz.Həkimin cavabı belə olub: “Əlavə olaraq yenə 94 manat ödəyin müayinə edək”
Bu cür hərəkətlərin sərgilənməsi Azərbaycanda əhali arasında icbari tibbi sığortanın tətbiq edilməsi yönündə aparılan islahatlara zərbə vurmaqdan başqa bir adı yoxdur.
Redaksiya olaraq inanırıq ki, TƏBİB tabeliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan bü cür müəssisələrdə “pulalmaniya “xəstəliyinə düçar olmuş sözügedən həkim barəsində ciddi tədbir görəcəkdir.
Səsləndirilən iddia ilə bağlı qarşı tərəflərin də mövqeyini dərc edə bilərik.
Əsgər anasının video-şikayətini təqdim edirik:
 //Dünyanınsəsi.Az//


Ardını oxu...
Haqqında bəhs edəcəyimiz mövzuya giriş olaraq qeyd edək ki, hazırda ölkədə 1670 məktəbəqədər təhsil müəssisəsi, yəni körpələr evi, uşaq bağçası var. Bu qədər uşaq bağçasında yüz iyirmi minə yaxın uşaq təlim-tərbiyə prossesinə cəlb olunub. Bu rəqəm ümumi uşaqların yalnız 25% faizini əhatə edir.
Azərbaycanda yalnız Bakı şəhərində 320-ə qədər məktəbəqədər təhsil müəssisəsi, körpələr evi, uşaq bağçası var. Amma regionlarda bu da yoxdur.Hətta, elə bölgələr var ki, 3-4 körpələr evi, uşaq bağçası var, bu da ümumi uşaqların heç 10 faizini təşkil etmir. Nəzərə alsaq ki, bir yaş həddində ölkəmizdə 120-130 min nəfər uşaq var. Deməli vəziyyət yaxşı deyil.
Təəssüflər olsun ki, mövcud uşaq bağçalarına qəbul zamanı neqativ hallar var. Bağça rəhbərliyi qəbul zamanı valideynlərdən pul istəyir, digər tələbləri irəli sürür. Digər tərəfdən uşaq bağçalarında sıxlıq hədsiz dərəcədə çoxdur. Bir otaqda təlim-tərbiyə prosesi üçün 15-17 uşaq cəlb olunmalıdırsa, biz görürük ki, daha çox sayda uşaq var.
Məlumat üçün onu da qeyd edək ki, Bakı şəhərində uşaq bağçaları ilə bağlı problemlər var, amma ən çox problemlər paytaxtın Nəsimi rayonu ərazisindədir. Nəsimi rayonu uşaq bağçalarında sıxlığa görə, paytaxtda birinci yeri tutur. Ən neqativ hallarda bu rayonda baş verir. Məlumdur ki, rüşvət və korrusiya hallarını aradan qaldırmaq üçün uşaq bağçalarında elektron qəbul qaydalarına üstünlük verilir. Amma Nəsimi rayonu ərazisindəki, Q.Quliyev küç. 8 ünvanda yerləşən 143 saylı uşaq bağçasının müdirəsi Fidan Əziz qızı Tağıyeva bağçanı özəl şirkəti kimi işlədir. Bu xanıma başa salan yoxdur ki, ölkədə elektron qəbula üstünlük verilib, sən isə özündən yeni qaydalar icad edirsən.
Bəli, 143 saylı uşaq bağçasında rüşvət əsas hesab olunur. Bu hələ harasıdır..? Uşaq bağçası kağız üzərində mövcuddur. Bütün personal, müəllimələr, dayələr, xadimələr, mühafizə-zad hamısı kağız üzərindədir. Hətta uşaq bağçasında adı keçən uşaqlar da başğaçaya gəlmir. Amma dövlətin ayırdığı əmək haqqını bağçanının müdirəsi Fidan Tağyeva mənimsəyir. Dövlətin vəsaiti hesabına uşaqlara verilən ərzaq və qida məhsullarının hara getdiyini Fidan Tağıyevadan başqa heç kim bilmir.
Bütün bunlar azmış kimi, Fidan Tağıyeva bütün qohum-əqrəbasını bağçaya doldurub. Hamısı da kağız üzərində dövlətdən maaş alırlar. Demək olar ki, 143 saylı uşaq bağçasının ancaq adı var, bir də müdirəsi Fidan Tağıyeva. Bütün bunlara görə, hesab edirik ki, Elm və Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi 143 saylı uşaq bağçası ilə bağlı ciddi tədbir görməlidirlər. Hətta bağçada uşaqlar olmadığı üçün bu bağça bağlanmalıdır.
Yazıda qeyd etdiyimiz problemlərlə bağlı qarşı tərəfin fikrini öyrənmək üçün 143 saylı uşaq bağçasının 440-99-23 saylı şəhər telefonuna dəfələrlə zəng etsək də cavab verən olmadı.
Qarşı tərəfin fikrini dərc etməyə hazırıq.
P.S. Deyirlər bağça bağlanıb, amma deyəsən bu söz olaraq deyilir.
 //gundelik-baku.com//
 
Ardını oxu...
Redaksiyamıza müraciət edən Səbinə Əliyeva bildirir ki, keçmiş hüquq-muhafizə orqanlarının əməkdaşı hal-hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı olan Ziyafət Nağıyev və onun yaxınlarının qanunsuz əməlləri ilə üzləşmişdir. O, bu barədə dəfələrlə adiyyəti qurumlara şikayətlər etsə də hələ ki şikayətlər baxılmamış qalıb. O saytımız vasitəsi ilə başına gələnləri ictimailəşdirilməsini xaiş edib. Səbinə Əliyevanın şikayətin oxucularımıza olduğu kimi təqdim edirik:

Məlumunuz olsun ki, Ziyafət adı sizə qısa görünsə də, bu şəxs çox böyük cinayətlərin təşkilatçısıdır. Belə ki, əslən Füzuli rayonundan olan Nağıyev Ziyafət Çapar oğlu törətdiyi cinayətlərdən əldə etdiyi maddi imkanlar hesabına Bakı şəhərində aldığı çox sayda mülklərindən birində yaşayır və başına topladığı cinayət ortaqları isə öz qohumları və yaxın dostlarıdır.

Ziyafət Nağıyev əvvəllər işlədiyi hüquq-muhafizə orqanlarından qovulsa da xidməti vəsiqəsinin surətini özündə saxlayaraq, bunun hesabına törətdiyi çox sayda cinayətlərini ört-basdır etmiş, habelə dövlət qurumlarında özünü və başına topladığı cinayətkar dəstəni müdafiə edərək ifşa olunmaqdan qurtarmışdır.

"Azərbaycan Reallığı" xəbər verir ki, Zərərçəkmiş şəxs Səbinə Əliyeva bildirir ki, bu cinayətkar dəstə haqqında müxtəlif dövlət qurumlarına dəfələrlə şikayətlər etsə də, Ziyafət Nağıyevin qanunsuz təsirləri nəticəsində ədalət öz yerini tapmamış, günahkarlar cəzasız qalmışlar.

Beləliklə, dövlətimizi belə aldatmağı bacaran Ziyafət Nağıyev hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində işləsə də, hər yerdə özünü Hüquq-muhafizə orqanlarının əməkdaşı kimi təqdir edir.

Məmur qılığına bürünmüş Ziyafət bu yolla təkcə özünün deyil, başına topladığı cinayətkar dəstənin üzvləri –doğma oğlu Əziz Çaparzadənin, arvadı Təranə Nağıyevanın, qardaşı Nağıyev Rasim Çapar oğlunun, Rasimin oğlanları Elşən və Elnur Nağıyevlərin, yeznəsi Rasim Hüseynovun və dostu “P-Agro” MMC-nin Beyləqan rayon şöbəsinin müdüri Əsədin qanunsuz işlərini də ört-basdır edib, bu günədək məsuliyyətdən yayınmağa nail olmuşlar.

Ziyafət dövlətdən soyub taladığı pullarla kef çəkib aldığı mülklər yetməmiş kimi özünə saxta yollarla veteranlıq vəsiqəsi düzəltdirmiş və buna görə də hər ay müavinət alıb dövlətimizi soymağa davam edir. Buda yetməmiş kimi Ziyafət qardaşı Rasim və dostu Əsədlə əlbir olub ayrı-ayrı şəxslərə pul müqabilində saxta yollarla sürücülük və veteranlıq vəsiqələri hazırlatmış, hətta pul müqabilində bir neçə şəxsi özünün işlədiyi nazirlikdə və “P-Agro” MMC- də işə qəbul etdirmişdir.

Həmçinin, Ziyafətin qorumasında olan arvadı Təranə açıq-aşkar qanunsuz fəaliyyət göstərib ayrı-ayrı şəxslərə pul müqabilində baxıcılıq-falçılıq edir. Oğlu Əziz isə neçə ildir ki, eyni hərbi hissədə və ən rahat iş yeri olan kadrlarda «xidmət etsə də», arxasında Ziyafət dayandığı üçün daim keyf çəkərək, rotasiya və bu Mərmur libasına bürünən polkovnik Ziyafət Nağıyevin kirli əməlləri ifşa olundu.

Bu haramxor ailənin digər üzvləri Rasim Nağıyev, onun oğlanları Elşən və Elnur Nağıyevlər, qızı Şəhanə və yeznəsi Rasim Hüseynov uzun illərdir ki, öz dolanşıqlarını şantaj və zorakı yollarla əldə etmiş, onlar isə Elşənin arvadı Səbinə Əliyevanın öz zəhməti ilə qazandığı pulları onun əlindən zorla alaraq, varlanmışlar.

Belə ki, pul qazanmağın ən asan yolunu seçən Elşən Nağıyev ağılagəlməz cinayət üsullarından istifadə edərək, öz arvadının şəkillərini montaj edib, işləyib ona pul gətirmədiyi halda, həmin şəkilləri hər kəsə yayaraq onu rüsvay etməklə hədələmiş və mütəmadi olaraq döymüş, bu qanunsuz yollarla arvadına təsir edib, onun özünü, qardaşını, atasını və bacısının ailəsini saxlamaq öhdəliyi götürməyə məcbur etmişdir.

Bununla da kifayətlənməyən Elşən Nağıyev, atası Rasim Nağıyev, qardaşı Elnur Nağıyev və qadın zorlamağa görə əvvəllər türmədə yatıb çıxmış yeznələri Rasim Hüseynovla birlikdə hədə-qorxu gələrək və döyərək, arvadının əlindən illərdi repetitor işləyib özlərinə ev almaları üçün topladığı 12000 (on iki min) manat pulu zorla almış, daha sonra da onlara 30-40 000 (otuz-qırx min) manat pul verməsini tələb etmişlər.

Elşənin arvadı bu təhdidlərə dözməyərək evdən qaçıb hüquq mühafizə orqanlarına müraciət etdikdə, cinayətkar qrupun və nəslin başçısı Ziyafət Nağıyev tez ortaya çıxaraq, üzərində gəzdirdiyi Hüquq-muhafizə orqanlarına məxsus olan saxta vəsiqəsini göstərib, dövlət qurumlarına təsir etməklə hər hansı tədbir görülməsinə imkan verməmişdir.

Ardı var
Yazıda adı çekilən hər kəsin mövqeyini tanıyır
 
Ardını oxu...
Qarabağ əlilinə sığorta ödənişinin verilməsinin təsdiqi icra qurumundan (?) xahiş olunur
Dövlət Sığorta Kommersiya Şirkətinin (DSKŞ) növbəti dələduzluq cinayəti üzə çıxıb.Yaddan
çıxıbsa, yada salaq ki, bu sətirlərin yazarı keçən ildən verilməsi ƏƏSMN-ə həvalə edilən 8800
manatlıq birdəfəlik sığorta ödənişinin bank hesabına ödənilməsinə hələ də nail ola bilməyib. 3
ay qabaq 0125250624 nömrəsindən zəng edən DSMF əməkdaşı “Azərsığorta” ASC-nin
19.03.2019-cu ildə guya 1-ci dərəcəli Qarabağ əlilinin hesabına 8800 manat ödəniş etməsi
barədə bilgi verdiyini deyib. İndi 3 aydır nə Nazirlər Kabineti, nə Milli Məclis, nə Hesablama
Palatası ,nə də ƏƏSMN tabeliyində DSMF-in özü bu ödənişi təsdiq edən ödəniş tapşırığını,
uyğun maliyyə sənədini ,hansı hesaba köçürüldüyünü sığorta qurumundan əldə edə bilmir.
DSKŞ idarə heyəti sədrinin müşaviri Ceyhun Qurbanlı 2 ay sonra verdiyi 10.03.2023 tarixli
məktubla “zəruri araşdırmaya ehtiyac olduğunu , araşdırmanın nəticəsindən asılı olaraq
cavab veriləcəyini” bildirib. 3 aydır burada araşdırmaya ehtiyac olmadığını ,1-ci dərəcəli
Qarabağ əlilinə 19.03.2019-cu ildə 8800 manat ödənilibsə, uyğun ödəniş tapşırığını,
ödənilməyibsə, düzgün məlumatı DSMF-ə verməyi diqqətə çatdırsaq da, diqqətə alan olmayıb.
Hesablama Palatasının auditoru , xanım Vəfa Mütəllimovanın 14.04.2023 tarixli DSKŞ-ya və
DSMF-ə problemin həlli barədə Hesablama Palatasına (HP) cavab verilməsi haqqında
müraciətinə sözügedən şirkətin idarə heyəti sədrinin müşaviri Ceyhun Qurbanlı 18.05.2023
tarixli məktubla HP-yə bildirib ki, “qeyd olunan halların (?-hansı halların-M.B.)
aydınlaşdırılması məqsədilə müvafiq araşdırma aparılmış , nəticədə vətəndaşa şirkət
tərəfindən dövlət icbari şəxsi sığorta ödənişinin MƏHKƏMƏ QƏTNAMƏSİ (kursiv
bizimdir-M.B.) əsasında verildiyi məlum olmuşdur. HAZIRDA MÜVAFİQ TƏSDİQEDİCİ
SƏNƏDLƏRİN ƏLDƏ OLUNMASI İLƏ ƏLAQƏDAR Bakı şəhəri, Binəqədi rayon icra
şöbəsinə sorğu təqdim edilmişdir.” “Qeyd olunan sorğunun müvafiq qaydada
cavablandırılmasından sonra vətəndaşın müraciətinə baxılacağı” bildirilən məktuba ,şirkətin
hüquq departamentinin direktoru Fərid Mustafazadənin Binəqədi icra şöbəsinin rəisi İlham
Həsənova ünvanladığı “vətəndaşın müraciətinə baxılması üçün qeyd olunan icra işi üzrə
sənədlərin (məhkəmənin qətnaməsi, icra vərəqəsi, ödənişin edilməsini təsdiq edən
sənəd, icraata xitam verilməsi barədə qərar) təsdiq olunmuş surətlərinin şirkətə təqdim
edilməsinə köməklik göstərilməsi” xahişi ilə 09.03.2023 tarixli və 17.05.2023 tarixli 2 saxta
müraciəti də əlavə olunub. Saxtalığı sübut edən ən birincisi odur ki, yuxarıda vurğuladığımız
kimi , şirkət rəhbərinin müşaviri 10.03.2023 tarixli məktubla araşdırmaya ehtiyac olduğunu
bildirib və təbii ki, bundan bir gün qabaq – 09.03.2023-cü ildə artıq araşdırmanın nəticəsinin
bəlli olması mümkün deyil. Eyni zamanda HP-nin sorğusu 14.04.2023-cü ildə , cavab isə
18.05.2023-cü ildə verilib. “Vətəndaşların müracitləri haqqında” qanunun tələbinə görə isə,
müraciətə 15 günə, ən geci bir aya cavab verilməlidir. Amma bunlar, necə deyərlər, texniki
məsələlərdir.Cinayətkar saxtalığı sübut edən faktlar elə bu əndrabadi cavabdan görünmürmü?
Deyəsən, DSKŞ “cəhənnmə getməyə , Qarabağ əlilinin qanpulunu qusmağa” icra şöbəsini
özünə yoldaş etmək yolunu tutub. Özbaşınalığa, qanpulu dələduzluğuna baxın, məhkəmə
qətnaməsi əsasında ödəniş etdiyini bildirir, amma bunun təsdiqini icra şöbəsindən tələb edir!(?)
Ödəmisənsə, tələbkar 1-ci dərəcəli Qarabağ əlilinə ödəməlisən, niyə icra şöbəsinə yalandan
ödəniş etdiyini yazırsan? Özü də , axı DSMF-ə məlumat vermisən ki, 19.03.2019-cu ildə 1-ci
dərəcəli Qarabağ qazisinə şirkət 8800 (səkkiz min səkkiz yüz manat) sığorta ödənişi edib. İndi
necə olur, heç demə, şirkət DSMF-i Binəqədi icra şöbəsi ilə dəyişik salıb? 19.03.2019-cu ildə
Binəqədi icra şöbəsinə 8800 manat “fışfışa” ilə köşürülüb, yoxsa, göyərçinlə, ya bəlkə “novruzəli
xidməti” ilə? Belə nağıllara kim inansa da , hələ də qanpuluna qouşmayan 1-ci dərəcəli
Qarabağ qazisi inana bilməz axı!
Fikrimizcə, bu dələduzluq məktubları ilə DSKŞ-nın cinayətkar saxtalığı sübut olunduğundan,
DSMF Qarabağ əlilinin qanpulunu gec də olsa hesabına köçürməlidir. ƏƏSMN tabeliyində
DSMF də yaxşı bilir ki, məhkəmə qərarı ilə ödəniş alanlar barəsində məlumat DSKŞ-dan yox,
Ədliyyə Nazirliyindən ƏƏSMN-ə verilir. İndiyədək verilməyibsə, deməli, DSKŞ-nın dələduz
nağıllarının sonu da bitir. Göydən 3 alma düşdü, biri nağılla 1-ci dərəcəli Qarabağ əlinin
qanpulunu yeyən DSKŞ-nın , biri nağıla inananların, biri də DSKŞ-nın keçmiş , DSMF-in indiki
sığorta-qanpulu yeyəni Əfqan Mirzəyevin...
Məğrur Bədəlsoy
Teref.az

Dünyapress TV

Xəbər lenti