Ardını oxu...
Mən Göyçay rayon Qaraməryəm kənd sakini Babayev Arzu Vidadi oğlu matbuat vasitəsi ilə TƏBİB-ə Göyçay rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşar Əhmədovun və polikilinika şöbəsinin müdri Arzu Burcalıyevin qanunsuz əmələri baredə məlumat verirəm.

Göyçay rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşar Əhmədovun həyat yoldaşı 1-ci qrup əlil təyin etdirib 10 ildir ki, dövlətdən pul alır.Həmçinin 1-ci qrup əlilə qulluq etdiyinə gğrə özü hər ay 50 manat pul alıb.Hazırda həmin məbləğ 80 manat edilib.
Yaşar Əhmədovun həyat yoldaşı əlil olsada onu Qızılağac kənd Tibb Məntəqəsinə xadimə vəzifəsinə təyin etdirib hər ay maaş alır.Hansı ki, bu adam 10 ildir ki, 1-ci qrup əlildir.

Göyçay rayon Xəstəxanasının Poliklinika şöbəsinin müdiri Arzu Burcalıyevin həyat yoldaşı isə 10 ildir ki, saxta xəstəlik sənədləri ilə 1-ci qrup əlildir.Hansı ki, 10 əvvəl ona diaqnoz kimi xərçəng xəstəliyi qoyulub.Ancaq onda heç bir onkoloji xəstəlik olmayıb.
Prezidentin xüsusi göstərişi əsasında hazırda ilk olaraq işə şəhid ailələri və qazilər işə qəbul olunur.Ancaq Göyçay rayon Xəstəxanasının Poliklinika şöbəsinin müdiri Arzu Burcalıyev 5000 manat müqabilində Yusif adlı həmkəndlsini direktor Yaşar Əhmədova köməkçi vəzifəsinə təyin etdirib. Yaşar Əhmədov iş ortağı olan Arzu Burcalıyevin göstərişindən çıxa bilmir həmdə maddi marağı güc gəldiyi üçün şəhid ailələri və qaziləri unudub bu qanunsuzluğu etmişdir.

Arzu Burcaliyev rüşvət müqabilində ruhi xəstələrə gözdən əlillərə sürücülük vəsiqəsi almaq üçün saxta sağlamlıq arayışları verir.Arzu Burcalıyev özünü bu işdə belə sığortalayır ki, burada mənim haqqı-payım yoxdur çünki sağlamlıq arayışını həmin sahə üzrə həkimlər yazır məndə təsdiq edirəm.Ancaq həmin saölamlıq arayışlarını yazmaq üçün Arzu Burcalıyev həkimləri məcbur edir.

Həmçinin Göyçay rayon xəstəxanasında qanunsuz bülletenlər satılır.Hansı ki, yoxlanılarsa bülleten verilmiş həmin adamlar bir gündə olsun Göyçay xəstəxanasında qalmayıblar stasionar və ya ambulator müalicə almayıblar.Buna görə isə dövlətin ayırdığı vəsaitləri Yaşar Əhmədov mənimsəyir.
Sizdən xahiş edirəm bu şikayətimdə göstərilən faktları yerində obyektiv araşdırıb korrupsiya şəbəkəsi yaratmış vəzifəli şəxslərin barəsində qanunu tədbirlər görəsiniz.
Teref.az olaraq şikayətdə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
 

Ardını oxu...
Bu günlərdə saytların birində “Zaur Həmzəyev rəhbərliyin sadiq adamlarındandır” başlıqlı bəy tərifinə rast gəldik. Və maraqalndıq ki, doğrudanmı, Z.Həmzəyev adlı AAYDA məmuru yazıldığı kimi, yəni, korifeylərimiz hesab olunan Nizamidən, Fizulidən də artıq tərifə layiqdirmi? Qısa araşdırmalrımızdan sonra bəlli oldu ki, xeyr, Z.Həmzəyev nəinki tərifə, heç tənqdə də layiq birisi deyilmiş. Məlum oldu ki, bu adamı şöhrətləndirən AAYDA ASC-də nüfzuna, imkanına və malik oduğu kapitala görə 2-ci şəxs hesab olunan doğma əmisi, əslən Ermənistanın Qafan rayonundan olan Müseyib Həmzəyevdir. O Müseyib ki, mətbuatda “şeyx övladı” kimi tanınsa da, əslində Avtomobil Yolları strukturunu tabeçiliyndə olan bütün MMC və təşkilatlar sözün əsl mənasnda onun ələbaxımıdırlar. Yəni, tabe təşkilatlar iş icra etmək istəyirlərsə, gərək AAYDA-nın baş Maliyyə İdarəsi postunu tutan Müseyib Həmzəyevin qılıncının altından keçməyə məcburdurlar. Onu da xatırlatmaq yerinə düşərdi ki, Müseyib Həmzəyev barəsində də pressxeber.info saytının 05.02.2021 tarixli sayında da “Müseyib Həmzəyevin uğurlaına kölgə salmaq mükün olmayacaq” başlıqlı təriflər yazılıb.
Ardını oxu...
Müseyib Həmzəyev

Əvvəlcə yazılanlara qısa nəzər salaq:

“Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin – gözəl insan, xeyriyyəçi “Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru Zaur Həmzəyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
“Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru Zaur Həmzəyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Zaur Həmzəyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru Zaur Həmzəyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru Zaur Həmzəyevdir.
“Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru Zaur Həmzəyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Zaur Həmzəyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Zaur Həmzəyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Zaur Həmzəyevdan danışdılar yaxşı ki, Zaur Həmzəyev “Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktorudur… Zaur Həmzəyev öz isguzarlığı ilə tanınır və seçilir….
Zaur Həmzəyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Zaur Həmzəyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Zaur Həmzəyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Zaur Həmzəyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Zaur Həmzəyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Zaur Həmzəyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Zaur Həmzəyev özünü doğruldub. Bizdə hörmətli Zaur Həmzəyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.”

BƏS “BƏY TƏRİFİ”ndən FƏRQLİ OLARAQ REALLIQLAR NECƏDİR?

Orta məktəbi birtəhər başa vuran Zaur Həmzəyev Bakıda xırda-para işlərlə məşğul olur. 2015-ci ildən əmsi M.Həmzəyevin “Azəravtoyol” ASC-yə Maliyyə İdarəsinə rəis təyin olunduqdan sonra Zaurun da “ulduzu” parlayır. Əvvəlcə onu Siyəzən rayonu üzrə Yol İstismar İdarəsinə rəis təyin edirlər ki, bir az təcrübə toplasın. Çünki bu adam reallıqda ali savada malik olmayıb, heç orta məktəbin 7-ci sinif səviyysində adi kvadrat tənlyi belə həll etmək üçün qabiliyyəti çatmayıb və indi də çatmır. Yol təsərüfatından isə ümumiyyətlə anlayşı olmayıb. İş yoldaşlarıın dedyinə görə yol infrastrukturunda istfadə edilən ağır və yüngül tonajlı texnikaları belə bir birindən fərqləndirmə bacarığı olmayıb. Amma əmisi Müseyibin onun mmc-nə tez tez ayırdığı milyonlarla vəsaiti malik olduğu “savad və qabiliyətlə” necə gəldi xərcləyib və yaxşıca dolanıb. Onun haqqıda yazlıan “bəy tərifi” yazısında da qeyd edilir ki, “…“Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru Zaur Həmzəyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Zaur Həmzəyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.”

Bu yerdə sual olunur: Axı hardandır Zaur Həmzəyevə bu qədər var-dövlət ki, o qazilərə, şəhid ailələrinə, veteranlara hər cür köməklik göstərir? Və yaxud karantn dövründə rayonda ( Siyəzən rayonu nəzərdə tutulur) yaşayan sakinərin evlərinə aylıq ərzaq bağlamaları göndərir? Cavab isə sadədir: Zaur aylıq aldığı 590 manat əməkhaqqı ilə təbii ki, nə şəhd və qazi ailələinə, nə də rayon camaatına 2 illik müddətdə ərzaq bağlamalrı göndərə bilməzdi. Deməli, yalnız dövlətdən çırpışdırdığı milyonların bir hissəsini “səxavətlik” göstərərək “xeyriyyəçilik” etmişdir. Vəssəlam. Sağ olsun Müseyib əmisi ki, Zaurun “dəyirmanının üyünməsi” üçün onun idarəsinə vaxtı vaxtında vəsaitlər ayırır.

Bu səxavətliliyinə görə Zaur 2022-ci ilin fevralın 5-dən daha yüksək vəzifyə təyin olunur. Xaırladaq ki, Zaur Həmzəyvə qədər bu postda AAYDA sədri cənab Saleh Məmmədovun xalası oğlu Şahin Süleymanov 1 saylı Yol İstismar İdarəsinə rəhbərlik edirdi.
Onu Bakı 1 N-li Yol İstismarı” MMC-yə direktor təyin edirlər. Çünki, Siyəzən rayonundan fərqli olaraq Bakı şəhərinin yolları daha çoxdur və bu məqsədlə yolların təmiri və yenidən qurulması, saxlanması üçün AAYDA Maiyyə İdarəsi tərəfindən külli-miqdarda vəsait hazırda sel kimi ayrılır. Onuda xatırladaq ki, bu günlərdə teref.az saytıda Bakı 1 N-li Yol İstismarı” MMC tərəfindən paytaxtın Tbilisi prospektində salınan yeni asfalt örtüyündə baş vermiş çoxsaylı çatışmamazlıqlar barəsində araşdırma yazı dərc edilmişdir. Yəni, piyada zolaqlarının yaddan çıxması, səkilərə qanmadan asfalt örtük çəkilərək yola qatılması və s. çatışmazlıqlardan sonra ictimaiyyətdə belə bir təəsürat yarandı ki, Tibilisi prospktindəki belə keyfiyyətsiz asfaltı, yalnız və yalnız dünənə qədər naxırçı işləmiş brisi tərəfindən çəkilə bilərdi.
Gələn saymızda AAYDA Maliyyə İdarəsinin müdiri barəsində pressxeber.info saytında gedən “Müseyib Həmzəyevin uğurlarına kölgə salmaq mümkün olmayacaq!” https://pressxeber.info/gundem/14638-museyib-hmzyevin-ugurlarina-kolg-salmaq-mumkun-olmayacaq.html
başlıqlı yazıya münasibət bildirməyə çalışacağıq.
realmedia.az
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında ““Azərişıq” ASC-nin milyonlar mənimsəyən məmuru” başlıqlı məqalə dərc etmişdik. Məqalədə qeyd etmişdik ki, hələ “Akkord”da əvvəlcə istehsalat departamentinin direktoru, sonra isə rəhbər işləyən zaman Kamil Hüseynov tərəfindən milyonlarla dövlət vəsaiti mənimsənilibdi. Bir faktı qeyd edək ki, Elçin Bədəlovun “Akkord”a rəhbərlik etdiyi dövrdə Azərbaycan Beynəlxalq Bankından götürülmüş yarım milyard manatdan çox kredit bölgələrdə müxtəlif layihələr adıyla su-kanalizasiya departamentinin rəhbəri Fariz Cəmilli və istehsalat departamentinin direktoru Kamil Hüseynov tərəfindən mənimsənilmişdi. Kreditlərin qaytarılması məsələsi gündəmə gələndə isə şirkət çətin vəziyyətə düşmüşdü və orada yoxlamalar başlamışdı. Qeyd edilir ki, yoxlamalar ilk olaraq kreditin ən çox mənimsənildiyi su-kanalizasiya və istehsalat departamentlərində başlayıb və külli miqdarda yeyinti faktları aşkarlanmışdı. Təsəvvür edin ki, təkcə Şəmkir layihəsinin anbarında 300 min manatlıq material əskikliyi aşkar edilmişdi. Ümumilikdə isə departamentdə 20 milyon manata yaxın yeyinti aşkar olunmuşdu.
“Akkord” şirkətində şok korrupsiya faktları barədə ölkə mətbuatı hələ 2014 -ci ildə silsilə məqalələr yazmışdı. Belə ki, həmin yazılarda Elçin Bədəlovun və Kamil Hüseynovun adı “Akkord”da baş vermiş çoxsaylı maliyyə yeyintilərində əsas fiqurlar olaraq çəkilirdi. Aktualxeber.az-a danışan mənbəmiz bildirir ki, “Akkord” şirkətində aparılan audit yoxlamalarından sonra Elçin Bədəlov, təhqiqat departamentinin direktoru Şahin Məmmədov, su-kanalizasiya departamentinin direktoru Fariz Cəmili, infrastruktur departamentinin direktoru İlqar Budaqov, kadrlar departamentinin direktoru Səbinə Feyzova işdən çıxarılsalar da, Kamil Hüseynov “Akkord” şirkətlər qrupunun baş direktoru vəzifəsinə təyin olunub. Bu təyinatın özü geniş bir müzakirə mövzusu olduğundan daha geniş məqaləmizi bəzi dəqiqləşdirmələrdən sonra oxucularımıza təqdim edəcəyik.
Bir maraqlı məqamı da qeyd edək ki, son zamanlar “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun müşaviri olan Kamil Hüseynov bu gün öz qanunsuz əməllərini orada davam etdirməkdədir. V.Əhmədovla tələbə yoldaşı və yaxın dost olan K.Hüseynov “Azərişıq” ASC-də əsas söz sahiblərindəndir. Bütün tenderlərə və layihələrə birbaşa nəzarət edən müşavir müxtəlif maxinasiyalarla “Azərişıq” ASC-də milyonlarla vəsait mənimsəməkdədir.Deyilənə görə Vüqar Əhmədovun bütün qaranlıq işlərini bu şəxs yerinə yetirir. Hardan bilmək olar ki, V.Əhmədovu Elçin Bədəlovun taleyi gözləmir. Bir gün eşitsək ki, “Azərişıq” ASC-nin rəhbəri Kamil Hüseynovdur, heç də təəccüblənmərik.
Qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//
Ardını oxu...
Azərbaycanımız daim inkişaf edir.İnkişafımız bütün sektorlarda özünü göstərir.İdmanda ,turizmdə,iqtisadiyyatda,təhsildə.Lakin bəzən elə hadisələrnən üz-üzə qalırsan ki,deyirsən niyə axı bu “insancıqlar”bu inkişafımızın üzərinə kölgə qoyurlar.
Insanlar öz yorğunluqlarını çıxarmaq üçün ,istirahət etmək üçün istirahət mərkəzlərinə,restaranlara üz tuturlar.Amma acgöz restaran sahibləri müştərinin əsəbi ilə oynayıb sonda da müştərini “girov”belə saxlamaqdan çəkinmirlər
Bu yaxınlarda “Sapfir”adlı məşhur restaranda müştərini nece aldadaraq pullarını mənimsədikləri haqda Aktualxeber.az -ın redaksiyasına şikayət daxil olub.Bu adı çəkilən məkanda sifariş edilən yeməklərdən əlavə yeməklər masaya düzülüb ki, sonda ağlasığılmaz hesab müştərini şoka salb.
Müştəri buna aydınlıq gətirilməsini istədikdə isə işçilər bunun onlara aidiyyatı olmadıqını bildriblər.Sanki bura Azərbaycan deyil və gələnlərdə bura vətəndaşı deyil.Müştərini girov saxlamaq nə deməkdir?Restaranın sahibi Əliyar adlı şəxs müştərini maşının içində saxlayıb ta ki,pul gəlib onların əlinə çatana kimi.Bu müştərinin cibinə girmək deyil bəs nədir???
Sonda onu da nəzərinizə çatdıraq ki,adı çəkilən məkan “Sədərək Yusif”ə məxsusdur.Görünən budu ki,Əliyar da Yusifə arxalanır.Bununla bağlı geniş araşdırmamız olacaq.
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq. //Aktualxeber.az//
 
Ardını oxu...
Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisinin “3 milyon dollarlıq” iddiasının arxasında hansı maraqlar dayanır?

İki gün əvvəl “Новости-Грузия” Azərbaycanla bağlı sensasion iddiaların əks olunduğu bir yazı dərc etdi. Əslində, bu yazıda Gürcüstan hakimiyyətində yüksək vəzifələrdə təmsil olunan bir neçə məmur, o cümlədən keçmiş baş nazir Bidzina İvanişvili hədəfə alınmışdı. Lakin burda Azərbaycanın da adı qalmaqallı rüşvət məsələsində hallandığından, mövzu diqqətimizi çəkməyə bilməzdi. Ən maraqlısı isə odur ki, iddia olunan rüşvət faktının hazırda da yüksək vəzifədə çalışan azərbaycanlı məmurlardan biri tərəfindən açıqlandığı vurğulanır...

Dəyərli oxucuların diqqətində çatdıraq ki, müxalifyönlü Apsny.ge saytının da dərc etdiyi məlum yazıda azərbaycanlı jurnalist Əfqan Muxtarlının Gürcüstan hakimiyyətinin rəhbər şəxslərinə qarşı iddiasından söhbət açılır. Məlumata əsasən, Gürcüstan prokurorluğunda ifadə verən jurnalist iddia edib ki, “Azərbaycan onun Tiflisdən oğurlanmasına görə Gürcüstana 3 milyon dollar ödəyib”.

Ardını oxu...
Əfqan Muxtarlı

“Gürcüstan prokurorluğu Muxtarlını 2017-ci ilin mayında Tiflisdə oğurlanması işi üzrə rəsmi olaraq zərərçəkmiş kimi tanıyıb. Avropada siyasi qaçqın kimi qəbul edilən Muxtarlı indi onun oğurlanmasının təşkilində əlinin olduğunu düşündüyü Gürcüstanın keçmiş baş naziri, milyarder Bidzina İvanişvili və daxili işlər naziri Vaxtanq Qomelaurinin dindirilməsini və hüquq qarşısında cavab verməsini tələb edir. Bundan başqa, azərbaycanlı jurnalist tələb edir ki, Qomelauri vəzifəsindən getsin”, - deyə yazıda qeyd olunur.

Xatırladaq ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin bu yaxınlarda həbs edilən sabiq rəis müavini Soso Qoqaşvili qalmaqallı açıqlamalarının birində Muxtarlının “Tiflisdən oğurlandığını” və Azərbaycan tərəfinə keçirilməsinin Gürcüstan xüsusi xidmət orqanları tərəfindən təşkil olunduğunu təsdiqləyib.

Qoqaşvili bu əməliyyatla bağlı məsuliyyəti Dövlət Təhlükəsizlik Xidmətinin o vaxtkı rəhbəri Vaxtanq Qomelaurinin üzərinə qoyur. O iddia edir ki, “Bidzina İvanişvilinin də Muxtarlının oğurlanması və qarşı tərəfə verilməsi planlarından xəbəri olub”.

Bu baxımdan, Əfqan Muxtarlının vəkili Arçil Çopikaşvili jurnalistlərə açıqlamasında bildirib ki, İvanişvili və Qomelauriyə qarşı hüquq müstəvisində hər hansı tədbir görülməzsə, məhkəməyə müraciət edəcəklər: “Əgər prokurorluq İvanişvili və Qomelaurinin ifadələrini almazsa, biz ilk növbədə Gürcüstan məhkəməsinə, burada bütün instansiyalardan keçdikdən sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik. Qanun İvanişvili və Qomelaurinin ifadə vermələrini tələb edir, bundan imtina edə bilməzlər”.

Şübhəsiz, Əfqan Muxtarlı Gürcüstan rəhbərliyinin göstərişi ilə oğurlandığını iddia edirsə, məsələnin hüquq müstəvisində araşdırılmasını tələb etmək onun haqqıdır. Amma bizim üçün maraqlı olan onun Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi, ədliyyə polkovniki Mirsaleh Seyidovla bağlı verdiyi açıqlamadır: “Bu binada Azərbaycan Penitensiar Xidmətinin rəisi müavini Mirsaleh Seyidovun mənə Azərbaycanın mənim oğurluğuma görə Gürcüstana 3 milyon dollar ödədiyini dediyi haqda ifadə vermişəm”.

Ardını oxu...
Mirsaleh Seyidov

Əlbəttə, Muxatarlının bu açıqlaması kifayət qədər ciddi bir iddiadır. Hərçənd ki, Azərbaycanın bu iş üçün Gürcüstan tərəfə 3 milyon verdiyi inandırıcı deyil. Amma bu həqiqət olsa belə, Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi kimi mühüm vəzifənin sahibi olan Mirsaleh Seyidovun Əfqan Muxtarlıya belə bir informasiya ötürməsi heç də təsadüf ola bilməz. Doğrudur, kimlərsə iddia edə bilər ki, “Mirsaleh Seyidov belə bir açıqlama verməyib, Əfqan Muxtarlı hansısa səbəblərdən onun adını çəkir”. Maraqlıdır, o halda jurnalist niyə məhz M.Seyidovun adını çəkir? Üstəlik, onu da nəzərə almalıyıq ki, Muxtarlı bu məlumatı sadəcə mediaya ötürməyib, o, Gürcüstan prokurorluğuna verdiyi ifadəsində belə bir iddia irəli sürüb və məsələnin araşdırılmasını tələb edib. Belə olduğu halda, Mirsaleh Seyidovun bilərəkdən, yaxud da bilməyərəkdən ona belə bir məlumat ötürdüyü istisna olunmamalıdır.

Bəs, M.Seyidovun birbaşa Azərbaycan rəhbərliyini, xüsusən də Prezident İlham Əliyevi hədəfə gətirən bu açıqlamanı verməkdə məqsədi nə olub? Heç kimə sirr deyil ki, Ə.Muxtarlı “oğurlanmazdan” əvvəl məhz Prezident ailəsini hədəfə alan yazılarla çıxış edirdi. Əgər ortada 3 milyonluq iddia varsa və bundan xəbərdar olan Mirsaleh Seyidov məlum “faktı” açıqlayıbsa, deməli, birbaşa ölkə başçısının hədəfə alınmasında maraqlı olub. Çünki o, jurnalistin bu informasiyanı ictimailəşdirəcəyinə zərrə qədər də şübhə etməyib. Belə olduğu təqdirdə, M.Seyidovun Prezident İlham Əliyevi hədəfə gətirməkdə nə kimi marağı ola bilərdi? Yoxsa bu məsələdə onun bağlı olduğu şəbəkənin maraqları olub? Hər halda, bu və digər suallar ciddi araşdırma tələb edir və güman edirik ki, müvafiq qurumların diqqətindən yan keçməyəcək.

Biz də Qafqaz.media olaraq Mirsaleh Seyidovun ölkə başçısını nə üçün və kimlərin göstərişi ilə hədəfə gətirdiyinə aydınlıq gətirməyə çalışacağıq. Bizi izləyin.

Qafqaz.media

Redaksiyadan: Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
 
 
 
Ardını oxu...
 
 

 
 "SOCAR Kompleks Qazma İşləri Trestinin Abşeron bölümünün rəhbərləri ,Xahiş edirəm qanunu diqqətlə oxuyun və ezamiyyətlərə,o cümlədən Salyana, Babacanlıya , göndərdiyiniz işçilərin ezamiyyə xərclərini ödəyin, həmçinin onlara normal iş şəraiti yaradın.İşçiləriniz susuzluqdan əziyyət çəkir". DİA.AZ bildirir ki, bu açıqlama ilə tanınmış hüquq-müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı çıxış edib.

 

Sözügedən problemin aktual olduğunu, işçilərin hüquqları ilə bağlı nəinki özlərinin, əksrə hallarda onları idarə edən rəhbər şəxslərin belə məlumatsız olduğunu qeyd edən M.Qəhrəmanlə məhz bu kimi hallara görə, yenidən müvafiq qaydaları haqqında qısa məlumatı təqdim etməyi borc bildiyini də xüsusi olaraq vurğulayır. Beləliklə, qanunlarımız bu barədə NƏ DEYİR:

Dövlət Hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır.
Daimi işi yolda olan və ya gediş - gəliş yaxud nəzəri xarakter daşıyan işçilərin xidməti gedişi ezamiyyət sayılmır. Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 15,0 manat əlavə vəsait verilir.
Ezamiyyə-ezamiyyət vəsiqəsi verilməklə bərabər müəssisə, idarə və təşkilatın rəhbərinin əmri ilə rəsmiləşdirilir.Əmrdə qarşı tərəf ezamiyyə xərclərinin ödənilməsini öz üzərinə götürdüyü hallarda ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı müddəalar öz əksini tapmalıdır. İşçilərin tabeçilik qaydasında yuxarı təşkilata və ya xarici ölkələrə xidmət ezamiyyətləri qarşılıqlı razılaşma və yaxud qarşı tərəfin dəvəti əsasında həyata keçirilir.
Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl yol, kommunal və gündəlik yemək xərclərinin ödənilməsi üçün pul avansı verilir. İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında 3 gün ərzində avans hesabatı təqdim etməyə borcludur.
Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilmişdir.Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir Ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir.
Nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir.

***

Məsələ ilə nağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

 

XalqXeber.Az
Ardını oxu...
Masallı sakini Əhəd Əhədov deyir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qohumları onunla ədavət aparır. Onun sözlərinə görə, əslən Masallıdan olan icra başçısının qohumları həm özünə, həm də qohumlarına müxtəlif formada təzyiq göstərir.

“Birinci qrup əlil oğlumu döyüb, qolunu, qabırğasını sındırdılar”

“Əhəd Abıyevin qohumları bizə yaşamağa imkan vermir…”, – 70 yaşlı şikayətçi Meydan TV-yə belə deyib.

Masallı sakininin sözlərinə görə, Azər və Spartak Nadirov qardaşlarının ona və ailə üzvlərinə qarşı törətdiyi hərəkətlərdə icra başçısından tutmuş, polis rəisinə qədər hamı xəbərdardır. Amma onların qarşısını alan yoxdur.

“Birinci qrup əlil olan oğlum – 1979-cu il təvəllüdlü Emin Əhədovu Azər və Spartak küçədə döyüb, qolunu, qabırğasını sındırıblar. Oğlum 1 ay Travmatologiya İnstitutunda yatdı. Hadisə olan yerdə çoxsaylı kameralar var. 49 gün heç bir iş görmədilər. Müstəntiq dəyişəndən sonra müəyyən qədər iş getdi. Təsəvvür elə, şahidlər təqdim edirdik, baxmırdılar, dindirmirdilər. Düzü, daxili işlər nazirinin qəbulunda olandan sonra irəliləyiş oldu, cinayət işi başlandı. Heç bu işin üstünü açıb, günahkarı cəzalandırmamış oğluma qarşı yenidən cinayət törədildi. Düz evimizin qarşısında onu döyüb burnunu sındırdılar…”.

Ardını oxu...
“Aramızdakı ədavət şəhər sovetinin binasına görə başlayıb”

Əhəd Əhədov iddia edir ki, Nadirov qardaşlarını rayonda vəzifədə çalışanlar arasında himayə edənlər var. Bu üzdən onlar məsuliyyətə cəlb olunmur.

Masallı sakinləri Nadirov qardaşlarıyla aralarındakı ədavətin səbəbindən də danışıb. O bildirib ki, Masallıda vaxtilə şəhər sovetinin binası olmuş tikilinin bu ailəyə verilməsinə etiraz etdiyinə görə ona qarşı kin yaranıb:

“Bunlar bir dəfə o binanı almışdılar. Qəzənfər Ağayev icra başçısı gələndən sonra o binanı qaytardı. Çünki qanunsuz verilmişdi. Şahin Məmmədov icra başçısı gələndən sonra Əmlak Komitəsi vasitəsilə yenidən o binanı aldılar. Əslində, qanunsuzluq eləmişdilər. Çünki dövlətin əmlakı hərracda satıla bilər. Hərrac keçirib-eləmədilər. Mən bu məsələ ilə əlaqədar Prezident Administrasiyasına teleqram göndərmişdim, qanunsuzluğa yol verildiyini demişdim. Ədavət də buradan başlayıb. Bu məsələdə mən haqlıyam, ya yox – məsələ bunda deyil. Vətəndaşı hansısa məsələyə münasibətinə, şikayət yazdığına görə terrora məruz qoymaq nə qanunlara sığır, nə də insanlığa. Bir ildir məni bezdiriblər. Əhəd Abıyevin qohumlarıdır deyə, qarşılarını alan da yoxdur”.

“Böhtan və təhqirə görə cəzalandırılsın!”

Nadirovlar isə Əhəd Əhədovun onlara böhtan atdığını iddia edir. Azər Nadirov onun təhqir və böhtana görə cəzalandırılması üçün 2022-ci ilin iyulunda Masallı Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırıb. Amma bir müddət sonra məhkəməyə ərizə göndərib ki, şikayətini geri götürür, iddiasına baxılmasın. Məhkəmə də bunu nəzərə alaraq, avqustun 12-də şikayətin icraata götürülməsindən imtina qərarı çıxarıb.

Bir müddət sonra – sentyabrda o, yenidən eyni eyni məzmunlu iddia ərizəsilə Masallı Rayon Məhkəməsinə şikayət edib, Əhəd Əhədovun Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edib. Bu dəfə də məhkəmə onun şikayətinə baxmaqdan imtina edib.

Ardını oxu...
Cinayət işləri başlanıb

Polis əməkdaşlarının Masallıda Nadirov qardaşlarının özbaşınalıqlarına göz yumması haqda Əhəd Əhədovun iddialarına Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsindən cavab verilib. İdarənin rəisi Emil Usubov bildirib ki, Əhəd Əhədovun oğlu Eminin döyülüb xəsarət alması faktına əsasən, Masallı Rayon Polis Şöbəsində 13 iyun 2022-ci ildə Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. 27 avqustda Spartak Nadirov təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaq dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib:

“Cinayət işi nəzarətə götürülməklə, hazırda şikayətdə göstərilən xüsusatlar və işin digər halları araşdırılmaqla, istintaq aparılır”.

Masallı Rayon Prokurorluğundan bildirilib ki, Emin Əhədovun sonradan bir daha döyülməsilə əlaqədar da ayrıca cinayət işi başlanıb:

Ardını oxu...
“Emin Əhədovun döyülüb, yüngül dərəcəli bədən xəsarəti alması faktına əsasən, Masallı Rayon Polis Şöbəsinin İstintaq bölməsində 15 sentyabr 2022-ci ildə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə cinayət işi başlanmaqla, istintaq aparılır”. //meydan.tv//
 
Ardını oxu...
Son illər Bakı şəhərində müxtəlif şirkətlər tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binaları ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. Paytaxtdakı yeni tikilən və vətəndaşlara satılan yaşayış binalarında ən əsas problem mənzillərə çıxarışların verilməməsidir. İkinci ən böyük problem isə kommunal xəttlərlə yaşanan problemdir. Bir çox binalarda qaz, su, elektrik xəttləri qanunsuz çəkilib və bu problemlər sakinləri çox narahat etməkdədir. Bəzi binalarda isə toplanan sərfiyyat pulları dövlətə ödənilmir, sadəcə olaraq mənimsənilir. Belə problemli binalardan biri də “Rahat”MTK tərəfindən Abşeron rayon Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1260-cı keçiddə inşa olunan 12 mərtəbəli yaşayış binasıdır.

Sakinlərin PİA.AZ-a ünvanladığı şikayətə görə Xirdalanda “Rahat”MTK-nın inşa etdiyi binada kooperativ sədri işləyən Ələddin Məmmədhəsənov vətəndaşlardan yığılan işıq və su pullarını dövlət büdcəsinə köçürtmək əvəzinə mənimsəyir. Nəticədə sakinlərin kommunal xərclərə görə dövlətə 133,949 (yüz otuz üç min doqquz yüz qırx doqquz) borcları yaranıb.

Məlumata görə hər ay mənzil sahiblərinin sərf etdikləri su və işıq borclarını nəğd şəkildə alan Ələddin Məmmədhəsənov yığdığı vəsaitləri dövlət büdcəsinə köçürtməyərək, “Rahat”MTK-nın təsisçisi Rasim Həsənovun və özünün müxtəlif problemlərinə xərcləyib.

Bildirilir ki, hazırda “Rahat” MTK-nın binasının 28.09.2022- ci il tarixinə kimi suya olan borcu 88878.86 (səksən səkkiz min yeddi yüz səksən altı) min, elektrik borcu isə 45070.86 (qırx beş min yetmiş) manat təşkil edir.

Sakinlər hazırda onların MTK-ya suya və elektrikə görə ümumilikdə 3 min manata yaxın borclarının olduğunu bildirirlər. Bu isə o anlama gəlir ki, “Rahat” MTK-nın kooperativ sədri Ələddin Məmmədhəsənovun dövlətə 133,949 (yüz otuz üç min doqquz yüz qırx doqquz) borcu var. Bu borc “Rahat” MTK-nın binasında yaşayan sakinlərin hər ay Ələddin Məmmədhəsənova dövlətə ödəmək üçün verdikləri vəsaitdir.

Bina sakinlərinin narahat edən amillərdən bir ondan ibarətdir ki, Ələddin Məmmədhəsənovun başına hansısa bir qəza, iş gəlsə o zaman “Azərişıq” və “Azərsu” borca görə onların elektrik və sularını kəsəcək. Çünki bütün borc vəsaiti “Rahat” MTK-nın kooperativinin ayağındadır. Adı çəkilən kooperativin sədri isə Ələddin Məmmədhəsənovdur.

Elə maraq doğuran məslələrdən biri də odur ki, “Azərişıq” və “Azərsu” 150 minə yaxın borcu olan bu binanın su və işığını niyə kəsmir? Ələddin Məmmədhəsənov bu şirkətlərdə hansı əlaqələrə sahibdir ki, bu qurumlar bu qədər borca qarşı səssiz qalırlar?

Sakinlər borcla bağlı yaranan problemin səbəbini həm də “Rahat” MTK-nın təsiçilərindən biri olan Rasim Həsənovla əlaqələndirilər. Çünki Ələddin Məmmədhəsənovun yığılan vəsaitlərin bir hissəsini Rasim Həsənova verdiyini sakinlərə özü deyib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti