Ardını oxu...
Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzinin direktor əvəzi “Tomiyevlərlə” birləşərək müəsissəni necə biznes mənbəyinə çevirib?

TEREF.AZ bildirir ki, bu haqda Dünyanınsəsi.Az saytına etibarlı mənbədən ilginc məlumatlar daxil olub.
Belə ki, Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzində heç kәslә razılaşmayan, heç kimi bәyәnmәyәn, öz bildiyindәn әl çәkmәyәn təkəbbürlü Almaz xanım Tomiyeva kollektivdə çalışan əməkdaşlarla münasibətdə demək olar ki, yuxarıdan aşağı baxır.Axı niyədə belə olmasın.Adamın qaynıoğlu Səməd İsaq oğlu Tomuyev şəhər icra başçısının birinci müavinidir.Barəsində bəhs etdiyimiz Almaz xanım Tomiyevanın 69 yaşı olsada hələ də onu tutuduğu kreslodan qopara bilən tapılmır.Bu müəsissədə yaş senzi təkcə Almaz xanımla bitmir.Digər yaşlı əməkdaaşlardan Əliyeva Validə 65, Mirvari 65, Nəzirə 65 və Qarayev Əli 69 olsada müəyyən məbləğlər müqabilində hələ də işlərində saxlanılır.
Azərbaycan vətəndaşlarının sağlamlığı üçün COVID-19 -la mübarizə aparan Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzinin əməkdaşlarına büdcədən ayrılmış olan vəsaitlərin mənimsənilməsi haqqında da söz–söhbət dolaşmaqdadır..Belə ki, sistemdə adları keçən tibbi personala yox vəsaitlər direktor əvəzi olan Hürrüyyət İsmayılova yaxın rəfiqələrinin adlarına yazdırlıb.
Bu koronovirusla mübarizəyə ayrılmış olan büdcə pullarının mənimsənilməsinə görə hətta baş buxalterlə direktor əvəzi xanım arasında qalmaqalda yaşandığı da bildirilir.
Koronovirusla mübarizə üçün Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzinə verilmiş olan avtomobillər aylığa buraxılıb. halbu ki, bu maşınlara hər gün yanacaq və digər ehtiyyat hissələri verilməklə dövlət büdcəsindən xeyli miqdar vəsait silinir.
Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzinin (GEM) tabeliyində olan “Azsamand” markalı 99 PH 570 dövlət qeydiyyat nişanlı avtomobili Əliyev Tahir Ənvər oğlu idarə edir. Onun da idarə etdiyi maşın aylığa buraxılsada amma hər gün gəlib tabelə imza edib gedir.Sözügedən avtomobilin üzərində yazılmış olan GEM sözləri çıxarılaraq şəxsi əmlaka çevirilmişdir.Bu maşın Samux rayonun Əhmədbəyli kəndində şəxsi həyyətdə saxlanılır.
Ardını oxu...
GEM-də təmir-bərpa işləri bitmir ki, bitmir.Bəlkə büdcədən təmirlə bağlı vəsait ayrılıb?
Bu adla hər ay tibbi personaldan pul vəsaitləri toplanır.Əgər bu belə deyilsə xanım direktor əvəzi bu pulları hardan alıb xərcləyir?
GEM-də hansı ictimai obyektlərdən kimlər pul yığırlar?
Direktor əvəzi Hürriyyət İsmayılovanın yaxın rəfiqəsi olan Nərmin adlı işçi şəhərin şirniyat evlərini kurasiyasına rəhbərlik edir.
Emin adlı şəxsin də adı bərbərxana, gözəllik salonları və tibb müəsissələri və stamatoloji sahələr kurasiyasına daxil olduğu bildirilir.
“Burda mənəm, Bağdadda kor Xəlifə” deyən xanım direktorun zərif cinsdən ibarət olan komandasının yuxarıda sadalanan faktlarını yəqin ki, hüquq mühavizə orqanları araşdırıb lazımı ölçü götürəcəkdir.
Qarşı tərəfin də söz haqqını tanıyırıq.
Aylığa buraxılmış olan avtomaşınların videogörüntüsünü təqdim edirik:


 
 

 


Ardını oxu...
Bir neçə ay öncə FHN mətbuat xidmətinə istinadən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Xırdalan şəhərinin M.Ə.Rəsulzadə küçəsində vətəndaş Emil Səməndərov tərəfindən müvafiq icazəverici sənədlər olmadan naməlum təyinatlı obyektin tikintisinin aparılması faktı ilə bağlı cumhuriyyet.az olaraq məlumat yayymışdıq. Göstərilən məsələlərlə əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyektlər nəzarətə götürülmüşdü. Sözügedən obyektin videogörüntülərini cumhuriyyet.az olaraq diqqətinizə çatdırlrlq:

Məlumatda adı çəkilən E.Sıməndırovun adı bir neçə qalmaqallı olayda hallandırılıb. Belə ki, onun rəhbıri olduğu “Proqress 2016” MTK mənzili bir neçə nəfərə satmaqda ittiham edilərək barəsində istintaq hərəkətlərinə başlandığı xəbəri yayılıb. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Abşeron rayonunda inşa etdiyi binada payçılara qarşı saxtakarlığa yol verdiyi deyilən şirkətin işi nəzarətdədir. Əldə etdiyimiz bilgiyə görə, vətəndaşların şikayətindən sonra “Proqress 2016” MTK-nin məsələsi hüquq-mühafizə orqanlarının diqqətindədir.
Əgər araşdırmaların nəticəsində MTK rəhbərliyinin fırıldağa yol verdiyi təsbit olunarsa, dələduzluğa görə cinayət işi açılması istisna edilmir.
Şirkətin sahibi həm də “Hayan E” MMC-nin hüquqi sədri Səməndərov Emil Tofiq oğludur. Şirkət neçə ildir payçıları aldatmaqdadır. Hazırda aparılan araşdırmalar və müəyyən istintaq hərəkətlərindən sonra E.Səməndərovu, eynilə şirkəti nə gözlədiyi qeyri-müəyyəndir. Payçıların tələbi isə müqavilə əsasında öz mənzillərini təhvil almaqdır. Şikayətçilərdən birinin sözlərinə görə, 2018-ci ilin dekabrında 39 min Mənzil aldığına sevinən payçı təmir işləri aparmaq istəyəndə ona məlum olur ki, ev hələ 2008-ci ildə “Hayan E” MMC-nin rəhbəri olmuş Tağıyev Elman tərəfindən Məsimov Səyyar Ələkbər oğlu adlı fiziki şəxsə satılıbmış. Amma illər sonra – 2017-ci ildə Nəsirov Rafiq adlı səlahiyyətli şəxs tərəfindən həmin mənzil yenə Səyyar Məsimova satılıb. Bir gündə iki hüquqi qüvvəsi olmayan sənəd imzalanıb. Şikayətçinin sözlərinə görə, müqaviləyə xitam verilməyib, digəri imzalanıb. Onların istintaq orqanlarından xahişi budur ki, bina Emil Səməndərov və adamlarından alınsın, haqq-ədalət bərpa olunsun. Digər payçı isə 30 min manat ödəyib və 2019-cu ildən mənzilini gözləməkdədir. Onu kimi xeyli sayda ailə oxşar aqibətlə üzləşib. “Proqress 2016” MTK-nın sahibi E.Səməndərov bu minvalla bir mənzili bir neçə şəxsə satıb, indisə azadlıqda gəzir, heç kəsi eşitmir, saymır. Sakinlərin orqanlara və KİV-ə müraciətlərindən sonra məsələnin ictimailəşməsi “Proqress 2016” MTK-nın rəhbərini təşvişə salıb. O, dələduzluqda ittiham olunur və işi ört-basdır etmək üçün dəridən-qabıqdan çıxır. Lakin Bakıda ilk belə tikinti şirkətinin fırıldağı deyil.

İndiyə qədər “GEN” MMC, “Mur-Ay” MMC kimi onlarla şirkət yüzlərlə payçını müflis edib, pulunu mənimsəyib, sahibləri isə 10-12 il azadlıqdan məhrum ediliblər. “Proqress 2016”-dan narazılıq edən vətəndaşlar qeyd edirlər ki, əgər E.Səməndərov oxşar aqibəti yaşamaq istəmirsə, problemi yoluna qoysun. Sakinlər bildirirlər ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi, Abşeron Rayon İcra Hakimiyyəti məlumatlıdırlar.
Sakinlərin dediyinə görə, iş Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində Şəhriyar adlı rütbəli şəxsin nəzarətindədir, onun isə E.Səməndərovla yaxın əlaqəsi var və şirkət rəhbərini bu günə kimi qorumaqdadır. Sakinlər deyirlər ki, Vətən müharibəsi günlərində susublar, problemi qabartmayıblar, Orduya, dövlətə dəstək olaraq bir müddət gözləyiblər.
Şirkət rəhbəri elə adamdır ki, mühafizəçilərlə gəzir, ona yaxınlaşmaq mümkün deyil, qoluzorluları binanın fəhlələrindən də çoxdur.
Ümumiyyətlə, sözügedən şirkətin adı bir sıra qanunsuzluqlarda çəkilir, ittiham olunur. Məsələn, “Proqress 2016” MTK-nın sahibi olan Emil Səməndərov 2018 ilin iyulunda Binəqədi rayon məhkəməsinin hakimi Vüqar Məmmədovun (iş №1(001)-185/2018 saylı) hökmü ilə Cinayət məcəlləsinin 178.2.2. və 178.2.4. maddələr ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilib.
AR CM-in 69.4.-cu maddəsinə görə onun 14 iyun 2017-ci il tarixindən 15 iyul 2017-ci il tarixə qədər saxlandığı 1 (bir) gün müddət alınaraq ona təyin edilmiş cəzanın məbləği azaldılaraq üzərində 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılmışdı. Halbuki məhkəmə artıq dəfələrlə məhkum edilən Emil Səməndərov barədə həbs qəti imkan tədbiri seçməli, həmçinin azadlıqdan məhrum etmə cəzası verməli olduğu halda nədənsə bu qanunları “görməzdən” gəlmişdi. Emil Səməndərov binanın tikintisini başa çatdırmadan 1000-dən çox insana mənzilləri yenidən başqa insanlara satıb. Aldadılmış sakinlər mənzilləri görmək üçün binaya gedərkən Emil Səməndərov və onun adamları tərəfindən hədə-qorxu ilə üzləşiblər. Şikayətçilərin saytımıza dediyinə görə, Xırdalanda tikilən binanı təhvil vermirlər. Narazı vətəndaş Bənövşə Quliyeva deyir ki, “Emil Səməndərov, Kənan və Şəhriyar müəllim gəldilər ki, iki aya pulu qaytaracağıq, neçə ildir ki, vermirlər. Evi satıb kirayələrdə qalmışıq, nəvələrimlə sürünürük. Baş Prokurorluğun qəbuluna gəlmişik ki, bizı köməklik olunsun. Nə ev var, nə pul”.
Şikayətçi Adil Əliyev deyir ki, 2017-ci ildə mənzil alıblar: “Abşeron prokurorluğu dedi ki, gedin başınıza çarə qılın. Dəfələrlə qəbula gəlmişik. Kənan müəllim var, işə baxmırlar. Bizi aldadırlar”. Digər vətəndaşlar da Baş Prokuror Kamran Əliyevdən tədbir görülməsini xahiş ediblər. Video materialı təqdim edirik:

Bütün bu detallarla bağlı MTK rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.
 
 
 

Ardını oxu...

Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfatı Birliyi “Parklarda istifadə olunacaq oyun qurğuları və digər malların satınalınması” tenderinin nəticələrini açıqlayıb.

Tenderin qalibi "ETNIK GƏLƏCƏK-2021" Məhdud Məsuliyyətli Cəmiyyətiolub. Şirkətlə bu tender üzrə 792 min 110 manat dəyərində müqavilə imzalanıb.

 "ETNIK GƏLƏCƏK-2021" şübhəli maliyyə dairələrinə yetərincə tanış bir isimdir. Belə ki, elə təkcə bu ilin əvvəli özünün bir hoqqabazlığı ilə meydana çıxmışdı.

Həmin məlumatlardan aydın olurdu ki, Azərbaycanın dövlət satınalmaları sahəsində yeni «tender çempionu» ortaya çıxıb. Təqribən 1 il əvvəl yaradılmış “Etnik Gələcək-2021” MMChəmin zaman cəmi 1 həftə ərzində 9 tender qazanaraq adını dövlətsatınalmaları tarixinə yazmağı bacarıb.

Bu ilin martın 3-dən 10-dək şirkət ümumi məbləği 2,15 milyon manat olan dövlət satınalmalarını qazanıb. Maraqlıdır ki, “Etnik Gələcək-2021” MMC yalnız Bakının rayonlarındakı tenderlərdə qalib gəlir. Belə ki, şirkət Bakının Nizami, Nəsimi, Xətai rayonlarında tenderləri udub. Bunlar parklar üçün zibil qabı almaqdan tutmuş məişətdə istifadə olunan əşyalara qədər ən müxtəlif satınalmalardır.

Digər maraqlı məqam odur ki, şirkətin iri tenderlərinin heç biri 300 min manatlıq həddi keçmir. Nəhayət, ötən il “Etnik Gələcək-2021” daha çox Mədəniyyət Nazirliyi ilə işləyib.

Qeyd edək ki, “Etnik Gələcək-2021” MMC 22.12.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əbilov Qabil İslam oğludur. Bakı şəhəri Binəqədi rayonu, Həmzə Babaşov 9 MKR, ev 6, m. 37 ünvanında qeydiyyatda olan şirkətin nizamnamə kapitalı 100 manatdır.

Beləliklə “Etnik Gələcək-2021” MMC şirkətinin bu ilin mart ayında cəmi 1 həftədə qazandığı tenderlər:
Ardını oxu...
Ardını oxu...
Görünəni odur ki, bu şirkət yenə də ənənəvi ampluasındadır.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
 
Ardını oxu...
“Bizim Market” MMC-yə daxil olan market rəhbərləri icraçı direktorlar Fərid Ələkbərov və Ramin Şirinovdan şikayətçidirlər.

TEREF.AZ Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Qeyd olunur ki, hər iki şəxs şirkət bağlandığı üçün mağaza müdirlərini hədələyərək, onlardan külli miqdarda pul tələb edirlər.

Ardını oxu...
Şirkətin təsisçisi Rasim Salmanovun səlahiyyətindən sui-istifadə edərək, onlara hədə-qorxu gəldiyi bildirilir. Qeyd olunur ki, market rəhbərlərinə maaş və bonuslar verlmir. Onlara bildirilib ki, yalnız əmək haqqının rəsmi hissəsini karta köçürərək gətirəcəkləri halda onların əmək kitabçaları özlərinə veriləcək.

Məsələ ilə bağlı “Bizim Market”lə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı.

Ardını oxu...
Qeyd edək ki, bir neçə müddət əvvəl “Bizim Market MMC”nni satılması ilə bağlı xəbər vermişdik. Belə ki, şirkəti "Promart" MMC alıb.

Əlavə edək ki, "Bizim Market” mağazalar şəbəkəsi tanınmış iş adamı Rasim Salmanova aiddir.
R.Salmanov daha öncə dəfələrlə qalmaqallı məsələlərlə gündəmə gəlib. Onun ölkədən 100 milyon dollar çıxardığı bildirilirdi.
 
Ardını oxu...
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Mahir Abbaszadə iki il əvvəl “Qaçqınkom”un 15 milyonluq sifarişini öz şirkətinə – “AZ.İNŞAAT-M.V.” MMC-yə vermişdi. Şirkət Gürcüstanda da qeydiyyatdan keçib.

Lakin məsələ faş olanda deputat susdu, ara sakitləşincə ağıllı tərpənib izi itirmək üçün şirkətin adını, qeydiyyat ünvanını və qanuni təmsilçisini dəyişdi.

32gun.az jurnalist Cavanşir Həsənliyə istinadla bildirir ki, indi şirkət yeni adla öz qeydiyyat tarixini və VÖEN nömrəsini qoruyub saxlayır. “MERCURY CONSTRUCTİON” MMC-nin qeydiyyat məlumatlarında onun VÖEN nömrəsinin 2901066351 saylı olduğu məlum olur. Bu nömrə “AZ.İNŞAAT-M.V.” MMC-nin VÖEN nömrəsidir. Hər iki şirkətin qeydiyyat tarixi 23.01.2007-ci il göstərilir. Dəyişikliklər reyestrdən bu il yanvarın 13-də verilmiş son çıxarışa əsasən aparılıb. “Qaçqınkom” indi bina tikə bilmir. Amma adını dəyişmiş 10 manatlıq şirkət artıq bu il ikinci dəfədir ki, MİDA-dan (Mənzil İnşaatı Dövlət Agentliyi) iri məbləğdə tender sifarişi əldə edib.

Birinci sifarişin məbləği 9 milyon manata yaxındır.
Yeri gəlmişkən, Mahir Abbaszadənin şəriki onun rəhbərlik etdiyi fondda müavini Vüqar İmranovdur.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
30 manata görə əlil uşaqların anası ilə prinsip aparan “sosial müdafiəçilər”

Əlil insanların problemləri bütün dünyada mövcuddur. Rəsmi məlumata görə, dünya əhalisinin təxminən 15%-i müxtəlif dərəcəli əlilliyə malikdir.

Azərbaycanda 600 mindən çox əlil insan var. Onların bir çoxu dövlət tərəfindən verilən sosial müavinətlər hesabına yaşayır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi statistikasına əsasən, onların yarıdan bir qədər çoxu əlilliyə görə pensiya, digər 183,2 min nəfər isə müavinət alır. Bundan əlavə, 63 min əlil uşaq daimi müavinətlə təmin olunub.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «3 dekabr — Beynəlxalq əlilliyi olan şəxslər günü münasibəti ilə tədbirlərin keçirilməsi və sosial müdafiəyə daha çox ehtiyacı olan əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara birdəfəlik maddi yardımın verilməsi haqqında” müvafiq sərəncamı əsasında həyata keçirilir. Birdəfəlik maddi yardımlar Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun şöbələri tərəfindən, əlilliyi olan şəxslərin ictimai təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının iştirakı ilə sosial müdafiəyə daha çox ehtiyacı olan şəxslər müəyyən edilir və onların hər birinə növbəlilik qaydasında 30 manat məbləğində birdəfəlik maddi yardım verilir.
Ardını oxu...
Ancaq bu yardımdan heç də bütün əlillər yararlana bilmirlər. Çünki həmin növ yardımın kimə verilməsini DSMF şöbələrinin öz ixtiyarına buraxılıb ki, bu da ayrı-seçkiliyə yol açır.

Redaksiyamıza müraciət etmiş Samirə Murğuzova bildirir ki, iki əlil övlad anasıdır. 3 Dekabr Əlillər Günü ilə bağlı Prezident tərəfindən ayrılan 30 manat müavinət onlara yazılmadığı üçün gileylidir. Samirə xanım qeyd edir ki, Tovuz rayon Sosial Xidmətlər İdarəsinin işçisi Aybəniz xanım keçən ildən aralarında sözlü mübahisə düşdüyü üçün onunla prinsip aparır. Deyir ki, Aybənizə sənədlər təqdim etsə də, o, həmin sənədləri it-bata salaraq təhvil aldığını danır: “Hər il sənəd təqdim edirik. Aybəniz xanım yalandan deyir ki, mən işdə olmamışam, mənə sənəd verməmisiniz. Nazirliyin (ƏƏSMN-red.) “142” qaynar xəttinə də zəng vurmuşam, deyirlər bizlik deyil. Mənə bir telefon nömrəsi verdilər, ora da zəng edirəm, xətt daim məşğuldur”.

S.Murquzova Tovuz rayon Sosial Xidmətlər İdarəsinin rəisi Elvin Vəliyevin işçisi Aybənizin vətəndaşa qarşı qərəzli münasibətini araşdırmadığını, onların onun övladlarına etdikləri hörmətsizliyi, laqeyd münasibəti bağışlaya bilmədiyini qeyd edir.

Redaksiya olaraq başladığımız araşdırmanın ilkin addımı kimi qarşı tərəfin mövqeyini öyrənmək üçün Aybəniz xanıma zəng vurduq. Bildirdi ki, o, rəhbərliyin ona verdiyi təlimat üzrə işləyir. Söhbətin gedişində “konfrans zəng” xidməti ilə Samirə Murquzova ilə üçüncü xətt üzrə bağlantı qurduq. S.Murquzova bizə müraciətində qeyd etdiyi mövqeyin üstündə duraraq, qarşı tərəfə xatırlatdı ki, idarəyə gəlib, ərizə yazıb, sənədlər təqdim edib, lakin Aybəniz xanım onları rəsmiləşdirməyib (Tərəflərin dialoqunu əks etdirən səs yazısı təqdim olunur – red.).

Ardını oxu...
Araşdırmamızın növbəti mərhələsində öyrəndik ki, Tovuz Regional Sosial Xidmətlər İdarəsinin rəisi Elvin Vəliyev Qazax Rayon İcra Hakimiyyəti başçısının Qazax şəhər inzibati ərazi vahidi üzrə nümayəndəsi, daha əvvəl Qazaxda Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru işləmiş Akif Vəliyevin oğludur. Vəliyevlər Qazaxda strateji vəzifələri ələ keçirərək, ata-bala gəlirli rıçaqlardan öz şəxsi, ailə maraqları naminə geninə-boluna yararlanırlar.
Ardını oxu...


Doğrudur, dövlətin bütün əlilliyi olan şəxslərə «Beynəlxalq Əlillər Günü” münasibətilə kompensasiya verməsi barədə qanun yoxdur. Bu qayda belədir ki, rayonlarda yaşıyanlar da daxil olmaqla əlilliyi olan şəxslər DSMF-yə müraciət etməklə aralarından 100- 150 nəfər seçməklə bu yardım verilir. Bunun kimlərə verilməsini isə DSMF özü müəyyən edir. Məsələn bu il verilən yardım gələn il eyni əlilliyi olan şəxslərə verilmir.

Ancaq gəlin razılaşaq ki, S.Murquzova kimi himayəsində iki əlil övladı olan şəxslər yardımın bu növündən hər il faydalanmalıdırlar.

Mövzuya qayıdacağıq

Habil Tağıyev

Deryaz.az
 
 
 
Ardını oxu...
Kənd təsərrüfatı naziri İnam Kərimov adətən Azərbaycanda çəltikçiliyin inkişafından ağız dolusu danışır. Hətta bu shədə "uğurların" əldə edilməsi ilə bağlı olaraq büdcədən ayrılan pullar hesabına maarifləndirici tədbirlər də keçirir. Hesabatlar təqdim olunur. Bəzən ölkəmizdə çəltikçiliyin inkişafı ilə bağlı olaraq elə artımdan bəhs edilir ki, ilk olaraq bizdə elə təəssurat yaranır ki, xaricə də çəltik satırıq. Məsələn bu yaxınlarda “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” nın icrası ilə bağlı təmtəraqlı bir toplantı keçirilmişdi.

Gundeminfo.az xəbər verir ki, bu toplantıda Meliorasiya və Su Təsərrüfatı ASC-nin təmsilçiləri də KTN əməkdaşları ilə birgə prossesə qoşulmuşdu.
Məsələn həmi tədbirdə deyilirdi ki, . “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda 2021-ci ildə çəltik əkinləri üçün müəyyən edilmiş 1.4 əmsal üzrə hər hektar üçün 280 manat əkin subsidiyası ödənilir. Görülən tədbirlər nəticəsində 2021-ci ildə çəltik istehsalında yüksək məhsuldarlığa nail olunub.

Amma həmin tədbirdə yüksək məhsuldarlıqla bağlı heç bir konkret fakt yox idi.

"Çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün dövlət proqramı"nda qeyd edilir ki, hazırda Azərbaycanda çəltik əkinçiliyi əsasən Lənkəran–Astara, Mərkəzi Aran, Mil–Muğan və Şirvan–Salyan iqtisadi rayonlarında aparılır.

Yeri gəlmişkən ölkəmizdə düyüyə olan illik istehlak tələbatı adambaşına 4 kiloqramdır. Əgər tarixə geri dönsək o zaman Azərbaycanda çəltik əkinin nə qədər azaldığını müşahidə edə bilərik. Belə ki, 1927-ci ildə çəltik sahələri 54 min hektar olub. Lakin sonralar tərəvəzçiliyin inkişa­fı səbəbindən bu tendensiya azalıb, yalnız 1995-ci ildən başlayaraq, çəltik əkinləri genişləndirilib. 2016-cı ildə bu sahələr 2,5 min, 2017-ci ildə isə 5,1 min hektara çatdırılıb, ölkə üzrə orta məhsuldarlıq 31,1 sentner olub. Artıq 12 rayonda çəltikçilik inkişaf etdirilir. Ümumi məhsulda Lənkəranın payı xeyli çoxdur.

Lakin İnam Kərimov Dövlət Başçısının onun qarşısına qoyduğu daha bir tapşırığı da doğru-düzgün yerinə yetirə bilməyib.

GUNDEMİNFO.AZ rəsmi qaynaqlara istinadən xəbər verir ki, 2017-ci ildə ölkə üzrə 16,2 min ton çəltik isteh­sal edildiyi halda, 2019-cu ildə bu rəqəm 12 min ton, 2020-ci ildə isə 9,9 min ton olub. Halbuki Dövlət Proqramına görə, 2025-ci ilə qədər ölkədə illik çəltik isteh­salı 40 min tona çatdırılmalı idi.

Kənd Təsərrüfatı Nazirliyindən isə istehsalın azalmasını havaların quraq keçməsi ilə əlaqələndirirlər. Lakin məhz çəltik əkilən sahələrə ayrılan subsidiyaların həcmi milyonlarla manat həcmində ölçülür.

Və nəhayət bu gün açıqlanan rəsmi statistikadan da görünür ki, ölkəyə idxal edilən düyünün həcmi ötən ilin eyni dövrü ilə müqayisədə ciddi şəkildə artıb.

Cari ilin yanvar-sentyabr aylarında 43 min ton düyü idxal edilib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, idxal edilən düyünün dəyəri 36,4 milyon dollar olub. Xatırladaq ki, ötən ilin yanvar-sentyabr aylarında dəyəri 26,3 milyon dollar olmaqla 35,9 min ton düyü idxal edilib.

Görünən odur ki, Azərbaycan xalqına təqdim edilən aqrar sektorun inkişaf nağılları özünü doğrultmur. Və gələn il aqrar sektora ayrılacaq subsidiyaların həcmi daha 700 milyon manat artırılaraq 2 milyard manata çatdırılacaq. //GUNDEMİNFO.AZ//
Ardını oxu...
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum, özgələr ilə nədi karim,
Dünyavü cahan ac olur olsun, nə işim var?!


Allah rəhmət eləsin, böyük şair Mirzə Ələkbər Sabir bu sözləri, yalnız öz mənafeyini düşünən, tutduğu vəzifədən yalnız özünə və ailəsinə sərvət toplamaq üçün sui-istifadə edən dövlət məmurlarının dilindən yazıb.

Məsələn, elə heç tərəddüd etmədən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının keçmiş, Gəncəbasar regional filialının isə hazırkı direktoru Rafael Məmmədovun da bu tip məmurlar sırasında olduğunu deyə bilərik.

Ötən yayımlarımızda, Rafael Məmmədovun Mil-Muğan regional DSMF-na rəhbərlik etdiyi dövrdə 10-larla işçinin işdən haqsız çıxarıldığı, hazırda bir neçə nəfərin işsiz qalması, ümumiyyətlə sözügedən qurumda işçilərlə əmək müqaviləsinin 3 aylıq bağlanıldığı və sair barəsində məlumat vermişdik. Hətta, bununla bağlı Rafael Məmmədovun özünün mövqeyini də almaq istədik, lakin, o "Siz DSMF ilə ilə əlaqə saxlayın, onlardan mövqe alın" dedi.

Hərçənd ki, DSMF-nun mətbuat xidməti hələ də bu barədə bizə bir mövqe bildirməyib. Amma, buna baxmayaraq, sosial mediada yayımlanan daha bir neçə şikayətçiləri gördükdə anladıq ki, Rafael Məmmədov eyni "iş prinsipləri"ni yeni iş yerində də tətbiq edərək, orada da artıq, bir neçə nəfəri işsiz qoyub.

Yeri gəlmişkən, etibarlı mənbədən aldığımız məlumata görə, "ayrılmaz dost"u Bəhruz Quliyevi də yanına - DSMF-nun Gəncəbasar regional filialına şöbə müdiri vəzifəsinə aparmağa hazırlaşır.

Bəhruz Quliyev kimdir?

Bəhruz Quliyev DSMF-nun Mil-Muğan regional filialında "qəbul şöbəsinin müdiri" (elə bir rəsmi ştat yoxdur), rəsmiyyətdə isə müavinət şöbəsinin işçisi olaraq çalışır. Lakin, etibarlı mənbə bildirir ki, "Bəhruz Quliyev istər rəsmi, istərsə də qeyri-rəsmi daşıdığı vəzifəni icra etmək yerinə, vaxtını daha çox şəxsi fermasına, öz biznes və təsərrüfatına ayırıro. Gah ümumiyyətlə işə gəlmir, gah da gəlib görünüb, gedir. Müdiriyyət isə hər dəfə onun yerinə, soruşanlara cavab verir ki, "uşağı xəstədir, ona görə Bəhruz yoxdur"."

Bəhruz Quliyev, "kürəyini dayadığı divar" isə mənbənin sözlərinə görə DSMF-da idarə heyətinin sədri Himalay Məmişov və onun keçmiş köməkçisi, DSMF-da hazırda Qəbul şöbəsinin müdiri, eyni zamanda Bəhruz Quliyevin keçmiş kolleqası Maqsud Həsənovdur.

Deyirlər, "Vaxt olub ki, Bəhruz Quliyev Maqsud Həsənovun hesabına sosial sığorta kartlarının dublikatlarını "sifarişçilərdən aldığı müəyyən məbləğ qarşılığında" bircə günə gətizdirirmiş.

Təsəvvür edin !

Qanuni prosedur qaydası belədir ki, vətəndaş ərizə ilə müraciət edir, bir neçə nəfərin ərizəsi toplanır, sonra göndərilir mərkəzə, həmin rayonun növbəsi çatanda oranın sifarişi təmin edilir. Yəni, kartlar hazırlanıb, göndərilir. Amma, siz Bəhruz Quliyev və Maqsud Həsənov arasındakı "bağların gücü" nə baxın ki, onlar əl birliyi ilə bir neçə günə, bəzən aya düzələcək işi, bircə günə edəcək qədər sürətləndirə biliblər.

Bundan əlavə, bütün bu məlumatları "DogruXeber.az"a danışan mənbə deyir:
"Bəhruz Quliyev əvvəllər Beyləqan DSMF-nun Fərdi Uçot Sektorunun müdiri, sonra isə pensiya şöbəsinin müdiri işləyib. İşlədiyi dönəmdə yetərincə özünə sərvətlər, mülklər, bahalı avtomobillər əldə edib. Hal-hazırda isə Mil-Muğan filialında müavinət şöbəsinin işçisi olsa da, qeyri-rəsmi qəbul şöbəsinin (halbuki, elə stat yoxdur) müdiri işləyir.

Hər zaman vətəndaşlara qarşı kobud davranışları ilə tanınan Bəhruz Quliyevi əvvəllər "kolleqa"sı (DSMF-da Fərdi uçotun işçisi), hal-hazırda "Qəbul şöbəsi"nin müdiri olan Maksud Həsənovun himayə etdiyi hazırkı, qeyri-rəsmi idarə etdiyi işindən də aşkarca görünür.

Bu ilin fevral ayında Nazirlik tərəfindən DSMF-da yoxlamalar aparılıb və Bəhruz Quliyevin dövlət büdcəsinə külli miqdarda ziyan vurduğu aşkar edilib.

Lakin, nə hikmətsə, bu dəfə də Bəhruz Quliyevə "gözün üstə, qaşın var" deyən olmadı. Əvəzində isə bütün nöqsanları Ülfət Vəliyev adlı şöbə müdirinin üzərinə atıb, onu işdən çıxardılar.

2021 oktyabr ayında fondun daxili yoxlaması zamanı sosial yardım şöbəsində də ciddi nöqsanlar aşkar edilmiş, Mil-Muğan regional filialında səhv təyin edilən sosial yardımlar dayandırılmışdır. Burada da nöqsanlar Knyaz Şərifov adlı çalışanın üzərinə atılıb, ərizəsi alınıb, işdən çıxarılmışdır. Halbuki, sözügedən şöbənin müdiri Fəxrəddin Gülüşov idi və əsas məsuliyyəti müdir daşıyır.

Lakin, burada da "Xızır kimi yetişən müəmmalı bir qüvvə" Fəxrəddin Gülüşovun "dadına yetişib", onu aparıb qoydu Sabirabad rayonunda DSMF-da qəbul şöbəsinin müdiri.

Maraqlıdır, son vaxtlar fondun Daxili Nəzarət Şöbəsinin heç bir nöqsana göz yummayan müdiri Aqşin Əlizadə bütün bu nöqsanlara nədən laqeyd qaldı?

Heç Rafael Məmmədovun "Azərişıq"da birbaşa bilmədiyi sahəyə direktor gəlməsi də əlbətdə ki, təsadüfi deyil.

Əgər qanun hamı üçün qanundursa, niyə ikinci qrup əlilliyi yoxlanılmadan işə götürüldü, müddəti bitdikdən sonra isə təkrar komissiyadan keçib, əlillik dərəcəsini bərpa etmədi?

Hazırda Rafael Məmmədov Gəncəbasar filialında olsa da DSMF-nun Mil-Muğan regional filialını hələ də o idarə edir.
Bundan əlavə, Beyləqanın sosial yardım şöbəsinin Samir adlı işçisinin, Rafael Məmmədovun keçmiş iş yoldaşının oğlu olmağı, həmçinin Mil-Muğan regional filialında müavinət şöbəsinin müdiri Tural adlı şəxsin Rafael Məmmədovun keçmiş iş yoldaşının olmağı da təsadüfi deyil."

Mənbə əlavə edir ki, "Bu ilin fevral ayında DSMF-nun Mil-Muğan regional filialında Nazirliyin özü daxili yoxlamalar aparıb və xeyli nöqsanlar, artıq ödəmələr aşkarlanıb. Maraqlıdır ki, bu yoxlamalardan sonra nöqsanlar aşkar edilən şöbənin çalışanları cəzalandırılır - işdən azad edilir. Lakin, nə hikmətsə nöqsanlar aşkarlanan şöbənin müdiri əksinə, Sabirabad filialına şöbə müdiri vəzifəsinə transfer edilməklə ödülləndirilir. Qısa müddət sonra isə - Rafael Məmmədov Gəncəbasar filialına təyinat alan kimi həmin Sabirabad filialına transfer edilən şöbə müdiri Fəxrəddin Gülüşov Mil-Muğan regionala direktor gəlir. Özü də vəzifəyə gəlmədən bir neçə gün əvvəl şəxsi avtomobilini satıb. Təsadüfə baxın ki, eynilə Rafael Məmmədov da Azərişıqdan çıxıb, DSMF-na gələndə şəxsi avtomobilini satıbmış.
Hə, unutmadan onu da bildirək ki, mənbənin sözlərinə görə Rafael Məmmədov sözügedən quruma direktor vəzifəsinə gələrkən ikinci qrup əlil olaraq, pensiya alırmış. Müəyyən müddət sonra, yəni müddəti bitdikdən sonra, daha əlilliyi bərpa edilməyib. Halbuki, işdən çıxardığı işçilər arasında bəziləri var ki, onlara səbəb olaraq, ailə üzvlərinin pensiya aldığını göstərib və könüllü işdən çıxma ərizəsini yazmağa məcbur edib.

Gördüyünüz kimi sözügedən qurumda "təsadüf"lər saydıqca bitmir. Elə bunun nəticəsidir ki, son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və nazir Sahil Babayevin barəsində nə narazılıqlar bitir, nə də tənqidlər. Himalay Məmişovdan tutmuş, filiallarda çalışan səlahiyyətli şəxslərə qədər əksəriyyəti (bəlkə də hamısı) yalnız şəxsi mənafeləri üçün çalışır, vətəndaşları narazı salıb, hamını qaldırırlar qurumun üstünə. Təbii ki, qurumun nöqsanlarına görə də bütün məsuliyyət rəhbərin, yəni Sahil Babayevin üzərindədir.

Bəs, görəsən Sahil Babayev mətbuatı izləmirmi ki, barəsində mətbuatda yayımlanan bu qədər narazılıqları görmür ?!
Kim bilir, bəlkə də görməzdən gəlir.

Necə oldu ki, Rafael Məmmədov Gəncəbasara çatar-çatmaz 6 nəfərə töhmət verildi, bir neçə nəfər işdən çıxarıldı ?!
Hətta, həmin işdən çıxarılanların bəziləri, mətbuat vasitəsilə də işdən haqsız çıxarıldıqlarına etiraz etdilər.

Nə dəyişdi?

Təbii ki, heç nə.
Rafael Məmmədovun ona zəng edib, "Barənizdə bəzi iddialar var, bununla bağlı sizin də mövqeyinizi almaq istəyirik", dediyimiz zaman, "Mənim barəmdə olsa da siz DSMF-na zəng edin, onlara verin suallarınızı " deməsi də, etdiklərindən rəhbərliyin xəbərdar olmasına bir işarə idi.
Burdan da belə anlaşılır ki, ya elə rəhbərlik özü tapşırıb ki, "sən belə et, qorxma bizlikdir ", ya da rəhbər vəzifədə "qoruyucu mələkləri" əyləşib.

Eh... yazmaqla bitmir, amma, dəyərli izləyicilərimizi yormaq da istəmirik.
Odur ki, bu dəfəlik bu qədər.
Mövzuya yenidən qayıdacağıq.

Ardı var...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


Ardını oxu...
Abşeron rayonunun Masazır qəsəbəsindəki “Qurtuluş – 93” yaşayış kompleksində yerləşən 3 saylı tam orta məktəb təşkilati-hüquqi formasına görə özəl təhsil müəssisəsi deyil, dövlətə məxsus olsa da, əslində kompleksin sahibkarı, naxçıvanlı iş adamı Hacı Məhərrəm Novruzov tərəfindən idarə olunur. Elm və Təhsil Nazirliyinin sözügedən məktəbə heç bir səlahiyyəti keçmir. Etibarlı mənbədən gundemxeber.az-ın redaksiyasına verilən məlumata görə, məktəbin direktoru Xəyalə Mustafayeva bir il əvvəl Hacı Məhərrəm tərəfindən hazırki vəzifəsinə yerləşdirilib və idarəçilikdən xəbəri yoxdur. Məktəb faktiki olaraq direktorun “əkə-bikə” müavini Fəxrinisə Əhmədova tərəfindən idarə olunur. O isə məktəbdə belə bir qayda qoyub: “Təqvimdə hansı rəqəmlər qırmızıdırsa (nə ilə əlamətdar olduğu bilinməsə belə), hamı direktoru təbrik etməli, 30-dan, 50-dən, 100-dən (manat) kimin nəyə gücü çatır, verməlidir. Yoxsa, direktor mənim günümü qara eləyər”.

Ardını oxu...

Məlumatda xatırlanır: “Sentyabr ayının axırları idi. Hələ müəllimlər maaşlarını almamışdılar. Direktor işçiləri çağırıb tələb etdi ki, adama 30 manat gətirib versinlər, məktəbdə yeni siniflər bölünəcək və təmir olunacaq. Bu və digər neqativ hallarla bağlı dəfələrlə yuxarı instansiyalara şikayətlər göndərilsə də, hər dəfə Hacı Məhərrəm məktəbə gələn yoxlama komissiyası ilə “dil tapıb” susdurur. Maddi sıxıntı çəkən müəllimlər artıq bir-birinin çantasına girib oğurluq edir, digərləri alver edir, kalqotka, yuyucu toz və s. satırlar. Bir sözlə, məktəbdə özbaşınalıq hökm sürür, dəlixanaya çevrilib. Təhsil Nazirliyinin burada baş verənlərdən xəbəri yoxdur”.



GundemXeber.Az qeyd edir ki, tanınmış tikinti maqnatı, Masazırdakı "Qurtuluş-93" yaşayış kompleksinin, Novxanıdakı "My Beach" istirahət mərkəzlərinin sahibi Hacı Məhərrəm qanunu susdurmaqda pərgardır. Məsələn, hacının həyat yoldaşı Gülnar Hüseynova 90-HN-009 dövlət nişanlı ““Mercedes Galandewagen” markalı avtomobili idarə edərkən Masazırdakı duz gölünün yanında “Nissan”a, daha sonra “Mercedes” və “VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılıb törətdiyi qəza zamanı üç nəfərə xəsarət yetirmişdi. Daha əvvəl isə Hacı Məhərrəmin kürəkəni Elşad Kəlbəliyevin idarə etdiyi "Range Rover" (dövlət nömrəsi 10 CO 002) yüksək sürətlə "Daewoo Damas"a çırpılmışdı. Avtomobildə olan Murad Ziyadov, Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov yerindəcə ölmüşdü. Daxili İşlər Nazirliyindən Elşad Kəlbəliyevin sərxoş vəziyyətdə olduğu bildirilmişdi. Bununla belə hacının yaxın qohumları layiq olduqları cəzanı almadılar. Görünür, 3 saylı məktəbin tərəqqipərvər müəllimləri də tapdalanmaqdan qorxurlar, yoxsa, məktəbdə baş verənlər barədə gerçək mənzərəni açıb göstərərdilər.

GundemXeber.Az

P.S. Təqdim etdiyimiz audio səs yazısında məktəbin müəllimlər otağında baş verən oğurluq hadisələrindən direktorun müavini Fəxrinisə Əhmədova oğruları aşkar etmək üçün həmkarlarından kamera gətirmələrini xahiş edir...
Ardını oxu...
“Sentyabrın 4-də Tovuz Rayon Mərkəzi Xəstəxanasında oğlum dünyaya gəlib. Uşaq doğulandan bir neçə gün sonra həkim onun sarılığa yoluxduğunu deyib və sağ qoluna sistem vurublar. Bundan sonra uşağın qolu iflic olub. İndiyədək müalicəyə 5 min manatdan artıq pul xərcləmişəm. Fəhləyəm, artıq gücüm qalmayıb”.

Bunu Meydan TV-yə müraciətində Tovuz rayon sakini Elvin Yusifli deyib. Onun sözlərinə görə, uşağı evə apararkən körpənin qolunun işləmədiyini görüblər.

“Sanki kukla qoluydu, hərəkət etmirdi, toxunan kimi uşaq çığırırdı. Xəstəxanaya geri qaytardıq. Həkim dedi ki, doğuşda travma alıb. Ginekoloq isə uşağın tam sağlam doğulduğunu təsdiqlədi. Körpəni Bakıdakı Elmi-Tədqiqat Pediatriya İnstituna gətirdik, 21 gün xəstəxanada qaldı. Məlum oldu ki, infeksiya salıblar, iynədən sonra həmin yerə peyvənd də vurulub”,-Elvin Yusifli deyib.

Ardını oxu...
Foto: Meydan TV

Şikayətçinin sözlərinə görə, həkim və tibb bacısı evinə gələrək uşağın bələyinə 200 manat qoyub və ondan şikayət etməməsini xahiş edib:

“Fəhləyəm, evdə 5 yaşında bir qızım da var. Artıq müalicəyə gücüm çatmır. Ayda 2-3 dəfə Tovuzdan Bakıya gəlirəm, yol xərci də bir tərəfdən məni çökdürür. Uşağın qolunda nisbətən irəlləyiş var. Dərmanları Moskovadan alıb gətizdirdim. Hələ uzun müddət müalicə davam etdirilməlidir, köməyim də yoxdur”.

Valideyn həkim və tibb bacısının cəzalandırılmasını tələb edir. Məsələ ilə bağlı TƏBİB, Səhiyyə Nazirliyi və Tovuz Rayon Prokrorluğuna müraciət olunub. Hadisənin üstündən 1 aydan çox keçsə də, araşdırma ilə bağlı nəticə yoxdur.

Tovuz Rayon Mərkəzi Xəstəxanasından məsələyə münasibət bildirmək istəməyiblər. TƏBİB-dən isə Meydan TV-tə deyiblər ki, araşdırma aparılır. Nəticələrinə uyğun qərar veriləcək.

Meydan TV

Dünyapress TV

Xəbər lenti